1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə35/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   31   32   33   34   35   36   37   38   ...   51

76
yaşayan əhalinin  çoxluğuna  təşkil  edən  kürdlər  bunu  öz  hüquqlarının  pozulması  kimi
qəbul edirlər.
Ərəb istilasından sonra kürdlərin sayının məcburi azalması nəticəsində gəlmələrin
(ərəblərin) üstünlük  təşkil  etdiyi  Mosal  vilayəti (həmin  vilayət  uzun  illər  Osmanlı
imperiyasının  tabeliyində olsa  da    kürdlər  tərəfindən  idarə olunmuşdur) isə Mərkəzi
hökumətin (ərəblərin) tabeliyinə verilmişdir.
Cənubi  Kürdüstannın  relyefi  müxtəlifdir.  Belə ki,  İran  və Türkiyə ilə həmsərhəd
olan rayonların relyefi əsasən dağlıqdır. Dağlıq ərazini Kürdüstan (Şərqi Tavr) və Zarqos
silsilələrinin  şimaldan  və şimal-şərqdən  İraq ərazisinə daxil  olan  qolları  təşkil  edir.
Cənuba  və cənub-qərbə doğru  getdikcədağlıq  relyefi  dağətəyi  yüksəkliklər  və ovalıqlar
(Mesopotomiya ovalığının şimal hissələri) əvəz edir.
Cənubi Kürdüstanın (İraq Kürdüstanının) ərazisi neft-qaz (Kərkük, Ərbil, Xanəgin
vilayətləri), dəmir  filizi (Süleymaniyə yaxınlığında) kükürd,  fosfat,  bitium,  tikinti
materialları  və s.  faydalı  qazıntılarla  zəngindir.  Mənbəyini  Şimali  Kürdüstandan  alan
Dəclə və Fərat çayları, eləcə də dəclənin iri qolları (Dialə, böyük Zab, Kiçik Zab) Cənubi
Kürdüstanın ən böyük çaylarıdır.
Cənubi  Kürdüstan əhalisinin  80%-dən  çoxunu  kürdlər  təşkil  edir.  Kürdlərdən
başqa burada ərəblər, türkmənlər təşkil edir. Mosal, Kərkük, (50%-dən çox) Xonəgin və
s. əyalətlərdə də xeyli sayda kürd yaşayır.
Cənubi  Kürdüstan  iqtisadiyyatın əsasını  neft  hasilatı,  yüngül  və yeyinti  sənayesi,
heyvandarlıq  və dəmyə əkinçiliyi (xüsusilə taxılçılıq,  tütünçülük) təşkil  edir. Ən  iri
sənaye  mərkəzləri  Kərkük, Ərbil  və Süleymaniyədir.  Son  illərdə Süleymaniyyə, Ərbil,
Duhok  vilayətlərində konserv,  şəkər,  sement  zavodları,  toxuculuq  və tikiş  müəssisələri,
mərmər emalı zavodu və s. tikilmişdir. Kurort təsərrüfatının və turizmin inkişafı üçün də
yerli kürd Hökuməti yeni addımlar atmaqdadır (107,74). Az vaxt ərzində Kürd Hökuməti
bölgənin sosial-iqtisadi inkişafı üçün böyük işlər görmüşdür.
Kürdüstanın  həm  sahəsinə,  həm  də əahlisinə görə ən  kiçik  parçası-Cənubi-qərbi
Kürdüstan-Suriya dövlətinin sərhədləri daxilində yerləşir. Onun sahəsi təxminən 25 min
kv.km-ə yaxındır. Suriyada yaşayan kürdlərin ümumi sayı isə 3 mln nəfərə çatır.
Cənubi-qərbi  Kürdüstanın  relyefində yaylalar  və düzənliklər  üstünlük  təşkil  edir.
Belə ki, ərazinin  çox  hissəsi  hündürlüyü  450  m-dən  200  m-dək  olan  Cəzirə platosunun
(yaylasının) üzərində yerləşir.  Hələb  vilayətində Cəbəl əl-Əkrad (Kürd  dağlarıdağları
uzanır.  Cənub-qərbi  Kürdüstan  nefti (Derik  və Rumeyla),  dəmir  filizi (ayn-Əl-Ərəb-


77
keçmiş  Kəbani),  tikinti  materialları  və s.  ilə zəngindir. Əsas  çayları  Dəclə Habur  və
onların qollarıdır.
Cənub-qərbi Kürdüstanda kürdlər əsasən Həsəkə (keçmiş Cəzirə), Hələb, Dəməşq,
Raqqə, Latakiya, Həma, Homs, Deyr-əz-Zur, İdlib əyalətlərində yaşayır. Buradakı kürlər
ən  çox  sahəsi  22  mindən  yuxarı  olan  Həsəkə əyalətində yaşayır.  Bu əyalətin  kürdlər
üstünlük təşkil etdiyi şəhər, qəsəbə və kəndləri aşağıdakılardır: Həsəkə (əyalətinmərkəzi),
Qamışlo (əyalətin  böyük  şəhəri),  Amud,  Derbasiya,  Rasyutan (Sərekaniye-Bulaqbaşı),
Tel-Əbyad,  Tel-Təmir,  Tell- Koçər, Əl-Matinkiya (Derik), Kubur-Əl-BidAyn-Divar,
dicləşəddadi,  Butah,  Səncar  və s.  Dəməşq  şəhərində yaşayan  kürdlər əsasən haradakı
“Xayy-əl-əkrad” (“KÜrd  məhəlləsi”) adlanan  kvartalda  məskunlaşmışlar.  Hələb
əyalətindəki  kürdlər  daha  çox  cəbəl-Əl-Əkrad (“Kürd  dağları”),  Cəbəl  Saman  və Əziz
rayonlarında, həmçinin Afrin, Ayn-Əl-Ərəb, Kubbani və Carablos şəhərində yaşayır.
Elmi  mənbələrin  verdiyi  məlumatlara  görə Suriyanın  paytaxtı  Dəməşq  şəhərində
yaşayan KÜrdlərin sayı 170 mini ötmüşdür.
Cənub-qərbi Kürdüstanın başlıca təsərrüfat sahələri kənd təsərrüfatı (heyvandarlıq
və əkinçilik),  yüngül  və yeyinti  sənayesi,  neft  hasilatı  və s.dir.  Burada  becərilən əsas
bitkilər  pambıq  və buğdadır.  Cəzirə əyalətində (Həsəkədə) yetişdirilən  bərk  buğda
sortlarından  alınan  yüksək  keyfiyyətli  un  Avropa  ölkələrinə (ən  çox  İtaliyaya) ixrac
olunur. Həmin andan makaron və qənnadı məmulatları istehsalında geniş istifadə olunur.
Kürdlərin  müasir  coğrafiyası  tarixi  Kürdüstanın  dörd  parçası  ilə bitmir.  Tarixi
Kürdüstandan  kənarda  kürdlərin ən  çox  yaşadığı  regioan  “postsovet  məkanı”  deyilən
keçmiş SSRİ-nin ərazisidir. “postsovet məkanı”nda kürdlərin qədim zamanlardan vəvə ən
çox  yaşadığı  başlıca  region  Cənubi  Qafqaz  respublikasının (Azərbaycan,  Ermənistan,
Gürcüstan) ərazisidir.Sovet  dövründə (1917-1991-ci  illər) Zaqafqaziya  adlanan  bu
regionda  Kürdlər  çox  qədim  zamanlardan yaşayır.  Çünki  Cənubi  Qafqazın ərazisi tarixi
Kürdüstanın ərazisi ilə demək olar ki, birbaşa həmsərhəddir: Şimali Kürdüstan (Türkiyə
Kürdüstanı) Gürcüstan  və Ermənistanla,  Şərqi  Kürdüstan (İran  Kürdüstanı) isə
Azərbaycanla sərhəd-keçid məntəqələrinə malikdir.
Çox təəsüf ki, bu tarixi-təbii reallığı və adı çəkilən respublikalarda kürdlərin adı ilə
bağlı  olan  qədim  yer  adlarını (toponimləri) nəzərə almayan  bəzi  tətqiqatçıları  öz
əsərlərində belə bir yanlışlığa yol vermişlər ki, Cənubi Qafqaz respublikalarının ərazisinə
kürdlər əsasən, güya,  XIX əsrin əvvəllərində (1805-1828-ci  illər) gəlmişlər.  Məsələn,
Zaqafqaziya  kürdlərinin  tarixi  və etnoqrafiyasına  həsr  etdiyi  kitabında  T.F.Aristova
özündən əvvəlki  tətqiqatçıların (A.  Bykspan,  Q.  Çursin  və s.)  fikrinə və özünün  çöl
tətqiqatçılarının  materiallarına əsasən  yazır:  “Ekspedisiya  işləri  zamanı  aydın  olmuşdur
ki,  Zaqafqaziyanın  bütün  kürd  yaşlıları  bir  qayda  olaraq,  kürdlərin  Yaxın  Şərq


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə