1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə38/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   34   35   36   37   38   39   40   41   ...   51

82
devizi  ilə hərəkət  etməyə başladılar.  Nəticədə təkcə xeyli  sayda  azərbaycablılar  deyil,
təzyiq və təqiblərə məruz  qalan  Ezdi  kürdləri  də ölkəni  tərk  etməyə məcbur oldu. Odur
ki, bu ölkədə kürdlərin sayı ildən-ilə azalır.
“Postsovet  məkanında”  Cənubi  Qafqaz  respublikalarından  sonra  kürdlərin ən  çox
məskunlaşdığı  ikinci  regiona  Orta  Asiyadır.  Bu  regionda  isə kürdlər ən  çox  Qazağıstan
Respublikasında (1920-1936-cı  illərdə Kazaxıstan  Muxtar  Sovet  Sosialist  Respublikası;
1936-1991-ci  illərdə Qazaxıstan  SSR) yaşayır. Burada  yaşayan  kürdlər  öz  xoşları  ilə
deyil, əsasən  Türkiyə ilə həmsərhəd  olan  regionlardan  1937-ci  ildə ermənistan  SSR-də,
Naxçıvan  MSSR,  Azərbaycan  SSR-nin  Cəbrayıl,  Zəngilan  rayonlarından;  1944-cü  ildə
Gürcüstan  SSR-in  yuxarıda  qeyd  olnunan  regionlarından;  1988-1990-cı  illərdən
Ermənistandan sürgün və departasiya nəticəsində məskunlaşmışlar.
2004-cü  ilin  rəsmi  sənədlərinə görə Qazaxıstanda  yaşayan  kürdlərin  sayı  32  min
nəfər  olmuşdur.  Lakin  tətqiqayçıların  hesablamalarına  görə hal-hazırda  həmin  kürdlərin
sayı  100  mindən  çoxdur  (9,171).  Bu  respublikalarda  yaşayan  kürdlər əsasən  Almatı,
Çimkənd, Cənubi Qazaxıstan, Cambal və Taldı-Kurqan vilayətlərində, həmçinin ölkənin
keçmiş (Almatı) və yeni (Astana) paytaxtında yaşayırlar.
Qazaxıstan öz müstəqilliyinə qovuşduqdan (1991-ci il, 16 dekabr) sonra buradakı
az  saylı  xalqların,  o  cümlədən  kürdlərin  milli  mənəvi  inkişafı  üçün əlverişli  şərait
yaranmışdır.  Belə şəraitin  nəticəsidir  ki,  kürdlərin  kompakt  yaşadıqları  yaşayış
məntəqələrindəki    orta  məktəblərdə kür  dili  tədris  olunur;  Kürd  mədəniyyət  mərkəzləri
assosasiyası-“Bərbanq” (Şəfəq), bir sıra şəhər və vilayət mərkəzlərində milli-mədəniyyət
mərkəzləri;  folklor  kollektivləri  fəaliyyət  göstərir;  “Jiyana  Kurd”  (“Kürd  həyat”)  adı
qəzet, “Nubar” adlı jurnal nəşr olunur və s.
Qazaxıstan  kürdləri  bu  ölkələrin  sosial  iqtisadi  və mədəni  inkişaflarında
özünəməxsus  rol  oynayır.  Belə ki,  bu  gün  respublikanın  elm  və mədəniyyət
mərkəzlərində, iri istehsal müəssisələrinə, hüquq-mühafizə orqanlarından, ümumtəhsil və
ali  məktəblərində,  səhiyyə,  idman  və turizm  təşkillatlarında,  biznes  sahəsində yüzlərlə
görkəmli kürd  mütəxəssisləri çalışır.  Həmin  mütəxəssislərdən təkcə Qazaxıstanda deyil,
bütün  Dünyada  görkəmli  neft-kimya  mütəxəssis  alimi  kimi  tanınan  kimya  elmləri
doktoru, professor, akaemik, dövlət mükafatı laureatı, N.R. Nadirova, tanınmış kürdşünas
alim,  jurnalist,  kürdlərin  digər  xalqlarla ədəbi əlaqələrinə dair  samballı  monoqrafların,
eələcə də ümumtəhsil  mərkəzlərin  ikinci  sinifləri  üçün  iki  cildli  dərsliyin  müəllifi,
filologiya  elmləri  doktoru,  professor,  akademik  K.R.İ.Mirzəyevi  beynəlxalq  mineral
ehtiyatlar Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru mərhum professor Q.A.
Musayevi,  etxnika  elmləri  doktoru  professor  U.A.  Sadıqovu,Turizm  və İdman
Akademiyasının  müdiri  M.O.  Mirzəyevi;  respublikanın  “Əməkdar  müəllim”ləri:


83
A.K.Nadirovu,  M.T.Süleymanovu,  A.B.  Nadirovu,  S.  İ.  Seyidovu,  İ.  A. Əliyevi;
Kikboksinq  üzrə Avropa  çempionları:  Mikayıl  və İsmayıl  Nadirova  qardaşlarını,
Ramazan  Səyadovu,  Boks  üzrə MOİK  komandasının  baş  məşqçisi,  idman  ustası  A.
Aslanovu və onlarla başqalarını misal göstərmək olar.
Orta  Asiya  regonunda  kürdlərin  daha  çox  yaşadığı  respublika  Qırğızıstandır.
Qırğızıstan  Respublikasında (1917-1926-ci  illərdə Qara  Qağız  muxtar    vilayəti;  1926-
1991-ci  illərdə Qırğızıstan  SSR)
yaşayan kürdlər  də Qazaxıstan  Kürdləri  kimi
1937,1944,1989-ci illər deportasiyaları nəticəsində bu yerlərə zorla köçürülmüşlər.
Sürgün edilən ( Cənubi Qafqaz respublikalarından) kürdlərin birinci         ( 1937-
ci il) və ikinci (1944-cü il) dəstəsi əsasən OŞ vilayətinin Suzak rayonunda, kokyanqak və
cələlabat  şəhərlərinin ətraf  qəsəbələrində məskunlaşmışlar.  1989-cu  ildən  sonra
köçənlərin  də bir  qismi  həmin  rayonlara  digərləri  isə Bişkek  şəhəri  və onun ətrafındakı
şəhərlərə üz tutmuşdur.
1989-cu  ilin  rəsmi  siyahıyaalınmasına  görə Qırğızıstanda  yaşayan  kürdlərin  sayı
14300 nəfər olmuşdur həmin dövrdə kürdlər əsasən Çu vilayətinin Alamudin və Sokuluk
rayonlarında; Tallas vilayətinin Manas və Kabarin rayonlarında; Oş vilayətlərinin, Rok-
Yanqaq  və Cələlabad  şəhərlərində;  Bişkek  şəhəri  və onun ətrafında  yerləşən  kəndlərdə
(Karl   Marks , Petrovkaha, Vasilyevka, Vinoqradnoye, Leninskoye və s.) yaşayırdı.
Hal –hazırda  bu  ölkələrdə yaşayan  kürdlərin  sayı  tətqiqtçıların  hesablamalarına
əsasən 25 min nəfərdən çoxdur (9,181).
SSRİ-nin  dağıdılmasına  doğru  getdiyi  illərdə (1988-1991) Qırğızıstanda  da
ekstremist –millətçi  qüvvələr  az  saylı  xalqlara  qarşı  təzyiq  və təqib  kompaniyasına
başladılar.  Başqa  millətdən  olan xalqların    məskunlşadığı  yaşayış  məntəqələrinə hücum
edən  quldur dəstələri  Oş  vilayətinin  Sozak  rayonundakı  Oktyabr,  Safarovka  və
Mixaylovka  kəndlərində yaşayan  300-dən  yuxarı  kürdü  də öz  doğma  ev-eşiklərindən
didərgin saldılar. Həmin kürdlər Rusiyanın Krasnodar, Stavropol və Saratov vilayətlərinə
pənah aparmaq məcburiyyətnidə qaldılar.
1994-cü  ildə,  yanvar  ayının  21-də çağrılan  Qırğızıstan  xalqlarının  qurultayından
sonra  ölkədə milli  münasibətlərdəki  gərginlik  səngiməyə başladı. Həmin  qurultayda
kürdlərin  “Niştiman” (“Vətən”) assosasiyasının  da  daxil  olduğu  Qırğızıstan  Xalqlarının
Assambleyasının  Nizamnaməsi,  həmçinin  “Birlik,  sülh  və barışıq  Bəyannaməsi”  qəbul
edildi.
1993-cü  ildə yaradılmış  Qırğızıstan  kürdlərinin  “Niştiman”  assosasiyası  öz
sıralarını genişləndirərək “Midya” adlı Qırğızıstan Kürdlərinin İctimai Birliyinə çevrildi.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə