1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə37/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

80
(Kalinino),  Vardenis  (Basarkeçər),  Kirovakan,  Axtin,  Dilican  rayonlarında  və İrəvan
şəhərində yaşayırdı.
1988-ci ildən başlayan “Qarabağ müharibəsi” illərində Ermənistan hökuməti “etnik
təmizləmə siyasəti  yeridərək,  200  mindən  çox  azərbaycanlı  ilə yanaşı,  20  minə yaxın
müsəlman  kürdünü  də ölkəni  tərk  etməyə məcbur  etdi (mənəvi  təzyiq,  terzər  və silah
gücünə). (1937-ci ildə də 20 minə yaxın müsəlman kürd Orta Asiyaya sürgün edilmişdi).
Müsəlman  kürdləri  həmin  dövrdə əsasən Ararat (Vedi)  rayonunun-Xalisa,  Şidli,
Qaralar, Yengicə, Dəvəli, Şirazlı, Taytan, Çimən, Şahablı, Arazdəyən, Şıxlar, Kiçik Vedi,
Avşar; Masis rayonunun-Zəhmət,  Yuxarı  Nəcitli,  Aşağı  Nəcitli (hər  iki  kəndin  adı
kürdcə “Ovçu” mənasında olan “Neçirvan” sözündən yaranmışdır), Nizami, Çobankərə,
Dəmirçilər,  Rəhimabad,  Mehmandar,  Qaraqışlaq,  Ağcaqışlaq,  Hacıelyas,  Sarvanlar,
Zəngi  və s. (bu  kəndlərin  hamısının  adı  dəyişdirilmişdir); Vardenis  (Basarkeçər)
rayonunun  Qolovino,  Semyonovka; Eçmədzin rayonunun-Kürd    kənd (Kürokənd) və s.
yaşayış məntəqələrində yaşayırdı.
Kürdlər qeyd olunan bu kəndlərdə əsasən azərbaycanlılara birgə yaşadığından (bu
kəndlərin 80%-dən çoxunda azərbaycanlılar üstünlük təşkil edirdi) 1988-ci ilin payızında
elə onlarla birlikdə doğma yerlərindən qovuldular.
İlk illərdə müsəlman olmadıqları üçün və Ermənistanda qoyunçuluq təsərrüfatının
80%-dən  çoxunun zəhmətini  çəkən  Ezdi (onlara  Yezidi  demək  yanlışdır;  bax:  I.  IV)
kürdlərinə dəyməyən  və onları  qızışdıraraq  müsəlman  kürdlərinin  üstünə basqına
göndərən  ermənilər,  Dağlıq  Qarabağı  işğal  etdikdən  sonra (1993-cü  ildən) onları  da
sıxışdırmağa  başladılar.  Nəticədə Ezdi  kürdlərinin  də xeyli  hissəsi  (bəzi  məlumatlara
görə 20 mindən yuxarı) öz doğma yurdlarını tərk etməyə və xarici tutmağa məcbur oldu.
Beləliklə,  “monoetnik”  (təkmillətli)  ölkəyə çevrilən  Ermənistanda  bu  gün  dağlıq
rayonlarda  ermənilər  üçün  qoyun sürülərini  saxlayan  bir  neçə min  Ezdi  kürdlərindən
başqa, demək olar ki, bir nəfər də olsun azərbaycanlı və müsəlman Kürdü qalmamışdır.
Gürcüstan  Respublikasında (1920-1991-ci  illərdə Gürcüstan  Sovet  Sosialist
Respublikası) 1989-cu ilin məlumatına əsasən 33,3 min nəfər kürd yaşayırdı. Gürcüstan
ərazisində də kürdlərin  qədim  zamanlardan  yaşadıqlarına  baxmayaraq,  onların  böyük
qismi  XIX əsrin əvvəllərindən  XX əsrin əvvəllərinədək  davam  edən  dövrdə,  xüsusilə,
Rus-İran (1804-1813;  1826-1828) və Rus-Türk (1853-1856;  1877-1888) müharibələri
zamanı köçmüşlər.
Bəzi  gürcü  alimlərinin  verdiyi  məlumata  görə indiki  Gürcüstan ərazisində
kürdlərin məskunlaşması ən azı X əsrin ortalarından başlamışdır (9,134)


81
Kürdlərin  orta əsrlərdə Gürcü  dövlətinin  ictimai-siyasi  həyatında  mühüm  rol
oynamaları  barədə bir  sıra  tarixi  faktlar  mövcuddur.  Məsələnə,  təkcə onu  qeyd  etmək
kifayətdir ki, gürcülərin məşhur çarı Tamaranın (1184-1212) baş sərkərdələri İvane (İvo,
İbo- İbrahim) və Zaxare (Zahar) qardaşları kürd idi (111,8).
XX əsrin əvvəllərindən  1989-cu  ilədək  Gürcüstanda  yaşayan  KÜrdlər əsasən
Aspindz  (Axçə,  Çoldə,  Nəkləkef,  Bərtəqan,  Timuk,  Anakət,  Danət,  Zədəvarz
kəndlərində);  Adıgün  (Blorzə,  İntələ,  Pərihev,  Küpəli,Ş  Rustav  kəndlərində);  Ahalkələk
((Axalkalak), Mirişxan kəndində) rayonlarında, Batumi şəhərinin ətraf kəndlərində, Tiflis
şəhərində yaşayırdılar. Tiflisdə əsasən Ezdi kürdləri yaşayırdı.
Ermənistanda  olduğu  kimi  Gürcüstan  SSRI-də də Sovet  hakimiyyətinin  ilk
illərində kürdlərin sosial iqtisadi və mədəni inkişafı üçün müəyyən addımlar atıldı. Belə
ki,  kolxoz  quruculuğuna  fəal  qoşulan  kürdlər  üçün  savadsızlığı  ləğv  edən  kurslar,  kürd
balaları üçün doğma dildə ibtidai məktəblər açıldı və s.
Lakin  kürdlərin  bu  “xoş”  günü  uzun  sürmədi.  Belə ki,  Stalin  repressiyanın
qurbanları  siyahısına  Gürcüstanın  Türkiyə ilə sərhəddində yaşayan  kürdlər  və Məhsəti
(Mesxet)  türkləri  də
düşdü.  1944-cü  ilin  noyabr  ayında  həmin  xalqların
nümayəndəsindən ibarət 92 min nəfər yük qatarları ilə Orta Asiyaya sürgün edildi. Bəzi
mənbələrə görə bu  rəqəm  115,5  min  nəfərdir  (12,53).  Sürgün  edilənlərdən  çoxlu  sayda
qadın,  uşaq  (həmin  uşaqların  ataları  o  illərdə cəbhədə “Stalin  uğrunda”,  “Sovet  ittifaqı
uğrunda qəhrəmancasına vuruşurdu; Onlardan biri kürd Bəkir Mustafayev Sovet İttifaqı
qəhrəmanı  adına  layiq  görülmüşdü)  yollarda  xəstəlikdən,  aclıq  və susuzluqdan  məhv
oldu. Onu  da  qeyd  edək  ki,  mənbələrin  verdiyi  məlumata  görə həmin  ildə sürgün
olunanların  20  mini  müsəlman  kürdü  idi  (1937-ci  ildə Ermənistanda  olduğu    kimi,  bu
dəfə də kürdlər  müsəlman  olduğu və türklərlə birgə yaşadıqları  üçün  sürgün  edilmişdi).
Əslində burada  kürdlərin  (müsəlman  olanların)  sayı  daha  çox  olmuşdur.  Lakin  həmin
illərdə türklər  və azərbaycanlılarla  birgə (eyni  kənddə)  yaşayan  müsəlman  kürdlərinin
sənədlərində bir  qayda  olaraq  “azərbaycanlı”  yazılırdı.  Digər  tərəfdən  kürdlərlə ailə
qurub,  onlarla  qaynayıb-qarışan  kürdləri  də “türk”  hesab  edirlər.  Hətta  adını  yuxarıda
qeyd  etdiyimiz  “xalis  kürd”  olan  Bəkir  Mustafayevin  də sənədlərində,  qəribədə olsa
“azərbaycanlı” yazılmışdır.
Sürgün  illərindən  sonra  Gürcüstanda  Tiflis,  Batumi,  Telavi  və
Rustavi
şəhərlərində,  həmçinin  az  miqdarda  Kaxeti  vilayətində yaşayan  kürdlər  istisna  olmaqla,
demək  olar  ki,  bir  nəfər  də olsun  müsəlman  kürdü  qalmamışdır.  Gürcüstanda  da,
Ermənistanda  olduğu  kimi, millətçi  qüvvələr  hakimiyyətə gələn  kimi  (1989-1991-ci
illərdə “gürcü  şovinizmi”  tüğyan  edirdi)  erməni  dostlarının  irəli  sürdüyü  şüarı
(“Ermənistan-yalnız  ermənilərindir!”) mənimsəyərək,  “Gürcüstan-yalnız  gürcülərindir”


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə