1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Orfoqrafiya- yunan sözü olub, orfos-düzgün, qrafio-yazı deməkdir. Orfoqrafiya



Yüklə 125,57 Kb.
səhifə34/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   52
orfoqrafiya və orfoepiya

Orfoqrafiya- yunan sözü olub, orfos-düzgün, qrafio-yazı deməkdir. Orfoqrafiya- sözlərin düzgün yazılışını öyrənən elm sahəsidir.
Orfoqrafiya yazılı ədəbi dilin hamı tərəfindən qəbul edilmiş söz və onun qrammatik formalarının (morfemlərinin) vahid yazılış qaydalarının sistemidir. Orfoqrafiya təliminin məqsədi şagirdlərə ədəbi dil normalarına, yəni orfoqrafik qaydalara uyğun yazı bacarıqlarının öyrədilməsi, yazılı nitq mədəniyyətinin formalaşdırılmasıdır.
İbtidai siniflərdə orfoqrafiya təliminin başlıca didaktik vəzifəsi şagirdlərə düzgün yazı qaydalarını öyrətməkdən ibarətdir. Düzgün yazı qaydaları dedikdə isə bura aşağıdakılar daxildir:

  • Saitlərin yazılışına aid qaydalar

  • Samitlərin yazılışına aid qaydalar

  • Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı

  • Şəkilçilərin yazılışı

  • Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı

  • Mürəkkəb sözlərin yazılışı

  • Köməkçi sözlərin yazılışı

  • Birinci hərfi böyük yazılan sözlər

  • İxtisarların (abreviaturlar) yazılışı

  • Sözün sətirdən-sətrə keçirilməsi qaydaları



37.Orfoqrafiya təliminin tarixinə dair.
Azərbaycan dilinin orfoqrafiyası öz inkişaf tarixində bir sıra dəyişikliklərə uğramışdır. Bu dəyişikliklər həm əlifba ilə, həm də dildəki bu və ya digər dəyişikliklərlə əlaqədar olmuşdur.Buna görə də əlifba dəyişdikcə orfoqrafiyada da müəyyən dəyişiklik əmələ gəlir. Azərbaycan yazısında ərəb, latın, kiril əlifbalarından istifadə olunduğu üçün daha çox dəyişikliklər olmuşdur. Bu əlifbanın tələbləri əsasında ərəb və fars sözləri o dillərdə olduğu kimi yazılırdı. XIX əsr Azərbaycan ictimai fikrinin tanınmış nümayəndəsi M.F.Axundovun bu sahədəki ən böyük xidməti yazımızda fonetik prinsipi irəli sürməsi, bunu həm nəzəri, həm də əməli surətdə əsaslandırması olmuşdur. Buna görə M.F.Axundov ərəb və fars dillərindən keçmə sözləri, məsələn, adəm sözünü adam, toxm sözünü toxum, cift sözünü cüt, müğǝyyəd sözünü muğayat, övrət sözünü arvad, qaidə sözünü qayda şəklində yazmağı vacib hesab etmiş, bunu elmi surətdə əsaslandırmışdır. Azərbaycan orfoqrafiyasında olan sistemsizliyi aradan qaldırmaq üçün tanınmış pedaqoq M.Mahmudbəyov 1908-ci ildə "İkinci il" adlı dərslik, 1911-ci ildə isə "İmlamız" adlı kitab yazmış və Azərbaycan orfoqrafiyasının vəziyyətinin normal olmadığını, hər kitabda bir imla qaydasına rast gəlindiyini göstərmişdir. 1928-ci ildə birinci imla konfransı keçirildi və bu konfransda orfoqrafiya qaydaları geniş müzakirə edildi, konfransdan sonra 1929-cu ildə "İmla lüğəti" çap edildi. Yeni orfoqrafiya qaydaları 1931-ci ildə dərc olundu və burada sözlər mənşə baxımından 3 qrupa (Azərbaycan, ərəb və fars, rus və beynəlmiləl sözlər) bölünmüş, har qrupa aid yazı qaydaları göstərilmişdir. 1940-cı ildə latın qrafikası rus qrafikası ilə əvəz edildiyindən yeni orfoqrafiya qaydaları hazırlandı və 1940-cı ildə "Azərbaycan dilinin orfoqrafiyası" adı ilə nəşr edildi. 1954-cü ildə yeni orfoqrafiya qaydalanı hazırlandı, çatışmazlıqlanna baxmayaraq (apostrofun verilməməsi, qoşasamitli əcnəbi sözlərlə bağlı qaydanın olmaması, bəzi ədatların nida kimi göstərilməsi) dərc olundu. Azərbaycan dilinin orfoqrafiya qaydaları ilə bağlı 1955-58-ci illərdə ciddi müzakirələr aparılmış və 1958-ci ildə yeni orfoqrafiya qaydaları çap edildi, yazıda sabitləşmiş qaydalar eyni ilə saxlanılmış, əvvəlki qaydalardakı çatışmazlıqlar aradan qaldırılmışdı. 1975-cü ildə yeni orfoqrafiya lüğəti nəşr edilmiş, müəyyən dəyişikliklər (tire ilə yazılan sözlər, cəm şəkilçili tarixi şəxsiyyət və ədəbi surətlərin adları, heyvanlara verilən və alleqorik əsərlərdə İşlədilən adların yazılışı ilə bağlı qeydlər) əlavə edilmişdir.İlk orfoqrafiya lüğəti 1929-cu ildə (1925-ci ildə qabul edilmiş orfoqrafiya qaydaları əsasında) nəşr edilmişdir. 1939-cu ildə yeni alifbaya keçməklə əlaqədar orfoqrafiya qaydalanında xeyli dəyişikliklər edilmiş, həmin dəyişikliklər 1940-cı ildə nəşr olunan orfoqrafiya lüğətində öz əksini tapmışdır. Bu lüğətə 21 mindən artıq söz daxil edilmişdir. 1958-ci ildə qəbul olunmuş orfoqrafiya qaydaları əsasında 1960-cı ildə növbəti lüğət (üçüncü lüğət) nəşr olunmuşdur. Lüğət 40 minə qədər sözü əhatə edir. Bu lüğət dilimizin müasir leksikasını əks etdirə bilmək baxımından, təbii ki, köhnəlmişdir. Belə ki, 1975-ci ildə kiril əlifbası ilə çap edilmiş sonuncu "Azərbaycan dilinin orfoqrafiya lüğəti" (artırılmış və təkmilləşdirilmiş. Azərbaycan Respublikasının Prezidentinin 26 may 2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi yeni orfoqrafiya qaydaları bu sahədəki ehtiyacı ödəmək baxımından olduqca önəmli bir rol oynadı. Yeni orfoqrafiya qaydaları əsasında tərtib olunmuş orfoqrafiya lüğəti həcminə, tutumuna, sözlərin sayına görə fərqlənir. 2004-cü ildə latın qrafikası ilə nəşr olunan yeni orfoqrafiya lüğətində 80.000-ə yaxın sözün düzgün yazılışı göstərilmişdir. 2013-cü ildə nəşr edilmiş "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 110 mindən artıq sözü əhatə edir.

Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə