1. Pedaqoji fəaliyyətin psixoloji səciyyəsi Pedaqoji fəaliyyətin funksiyaları. Pedaqoji fəaliyyətin strukturu


Pedaqoji fəaliyyətin funksiyaları



Yüklə 105,96 Kb.
səhifə2/6
tarix12.12.2023
ölçüsü105,96 Kb.
#148702
növüMühazirə
1   2   3   4   5   6
1. Pedaqoji f aliyy tin psixoloji s ciyy si Pedaqoji f aliyy tin

2.Pedaqoji fəaliyyətin funksiyaları. Pedaqoji fəaliyyət yarım­funk­sional xarakterə malik olub fəaliyyətin müxtəlif növlərini və istiqa­mətlərini özündə ehtiva edir. Bunlar aşağıdakılardır:

  • öyrədici;

  • inkişafetdirici;

  • tərbiyəedici;

  • diaqnostik;

  • korreksiyaedici;

  • məsləhətverici;

  • idarəedici və təşkilati;

  • refleksiv (təcrübənin təhlili);

  • özünütərbiyə.

Pedaqoji fəaliyyətin iştirakçıları arasındakı pedaqoji qarşılıq­lı təsir aşağıdakı cəhətlərdə özünü göstərir: pedaqoqlar (müəllim­lər, tərbiyəçilər), iştirakçılar və onların valideyinləri, yaşlı öyrə­nən­lər, idarəçilər, metodistlər, təhsil sahəsində fəaliyyət göstə­rən təşkilatçılar.
A.İ.Şerbakov pedaqoji fəaliyyətin bir sıra psixoloji funksiyalarını ayırd edir:

  • məlumat funksiyası (materiala yiyələnmə və onu ötürməsi);

  • inkişafetdirici funksiya (məktəbli şəxsiyyətinin inkişafını bütünlüklə idarə etmək);

  • bələdləşmə funksiyası (şəxsiyyətin istiqamətləri, motivləri və idealları);

  • səfərbəredici funksiya (iştirakçıların əqli fəaliyyətinin fəallaşması, müstəqilliyin inkişaf etdirilməsi);

  • tədqiqatçı funksiya (pedaqoji prosesdə yaradıcı axtarış, psixoloji-pedaqoji eksperiment keçirmə, təcrübəni ümumiləşdir­mək və öz ixtisasını təkmilləşdirmə bacarığı).

Pedaqoji fəaliyyətin psixoloji məzmunu bir sıra sosial (müəllimin cəmiyyətdə yeri və funksiyaları, cəmiyyətin müəllimə verdiyi tələb) və sosial-psixoloji (müəllimi əhatə edən insanların onun şəxsiyyətinə münasibətdə gözləmələri və pedaqoji fəaliyyət sferasına yönəlişləri) amillərlə müəyyən olunur.


3.Pedaqoji fəaliyyətin strukturu. Pedaqoji fəaliyyətin strukturunda üç əsas komponenti ayırd edirlər:

  • konstruktiv komponent – dərsin, dərsdən kənar tədbirlərin təşkilini, təlim materialının məktəb proqramına və dərsliklərə uyğun seçimini, yenidən hazırlanmasını və təqdim olunmasını özündə ehtiva edir;

  • təşkilati komponent – təşkilati fəaliyyəti təcəssüm etdirir: müəllim öz icmalının, dərsdə davranışının, uşaqların təşkilati fəaliyyətinin və idrak fəallığının mütəmadi təşkilini özündə ehtiva edir;

  • kommunikativ komponent – şagirdlərlə, valideyinlərlə, inzibati işçilərlə müəllimlərin münasibətlərinin qurulması və s. axlanılmasını təmin edir.

N.V.Kuzmina pedaqoji fəaliyyətin psixoloji strukturuna beş komponent əlavə edir:
1) qnostik komponent - təhsili təmin edən bacarıqları özündə birləşdirir, digər insanlara təsir etməyin üsul və məzmunu, bu insanların yaş və fərdi-tipoloji xüsusiyyətlərini, fəaliyyət prosesinin nəticələrini, müsbət və çatışmayan cəhətlərini özündə ehtiva edir;
2) proyektiv komponent - iştirakçıların fəaliyyətinin və öz fəaliyyətinin uzunmüddətli məqsəd və vəzifələrinin formalaşmasını ehtiva edir;
3) konstruktiv komponent - taktiki məqsədlərin formulə olunmasını özündə əks etdirir (informasiyanın məzmununun kompozisiyası və s. eçimi, iştirakçıların fəaliyyətinin mənimsəmə səviyyəsinə görə, öz fəaliyyətini proyektivləşdirməsi);
4) təşkilati komponent - operativ məsələ həll etmə bacarığını təmin edir (iştirakçıların fəaliyyətinin müxtəlif növlərinin təşkil olunması, özfəaliyyətinin və davranışının təşkili);
5) kommunikativ komponent – pedaqoji məqsədin həyata keçirilməsinə yönəlmiş münasibətlərin qurulması, ünsiyyətin təşkili



Yüklə 105,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə