1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Diqqətin psixoloji mahiyyəti



Yüklə 134 Kb.
səhifə23/48
tarix01.05.2023
ölçüsü134 Kb.
#107855
1   ...   19   20   21   22   23   24   25   26   ...   48
Şüur

23. Diqqətin psixoloji mahiyyəti.
Gündəlik həyatda insana yüzlərlə qıcıqlandırıcı təsir edir. Lakin insan onların hamısını əks etdirmir, ən vaciblərini seçib ayırır. Diqqət latınca “attendo” sözündən götürülüb, obyektə yönəlmə, ruhun gərginlik halı mənasını özündə əks etdirir. diqqət digər idrak proseslərindən fərqli olaraq həmin idrak proseslərinə daxil olur və onların yaranmasında bilavasitə iştirak edir. Əgər bu aspektlərdən məsələyə baxsaq görərik ki, diqqət özü xüsusi bir proses olaraq idrak proseslərinin yaranmasına şüurlu nəzarət edir. Məsələn, hər hansı bir duyğunun əmələ gəlməsi üçün və ya hər hansı bir obyektin qavranılması üçün hökmən ona diqqət yetirmək lazımdır. Bütün bunlar diqqətin bir psixi proses olaraq insan həyatında necə mühüm əhəmiyyətə malik olmasını göstərir. Diqqət şüurumuzun müəyyən obyekt üzərinə yönəlməsindən və mərkəzləşməsindən ibarət olan psixi prosesdir. Mərkəzləşmə hər hansı bir fəaliyyət üzərinə yönəlmə, istiqamətlənmə isə bir fəaliyyətdən digərinə keçmə ilə xarakterizə olunur.Bunun nəticəsində şüur zonası diqqət zonasına və aydın olmayan şüur zonasına ayrılır. Birinci zona özünə o obyektləri daxil edir ki, şüurun onlara yönəlməsi nəticəsində həmin obyektlər aydın və dəqiq surətdə əks olunur. İkinci zonadakı obyektlərin inikası isə tam dəqiq deyil. İnikasın bu xüsusiyyətləri geştalt psixologiya terminləri çərçivəsində “fiqur” və “fon” anlayışı ilə ifadə edir. Diqqətin hər hansı bir obyekt üzərinə istiqamətlənməsi üçün müəyyən müddət ərzində şüurun həmin obyekt üzərində saxlanması vacibdir. Diqqət hiss orqanlarımız tərəfindən qəbul edilən informasiyaların şüurlu və ya şüursuz şəkildə seçilməsi prosesidir. Diqqətin cəhətləri: 1. diqqətin süzgəc qabiliyyəti və seçicilik; 2. diqqətin oyandırma səviyyəsi; 3. diqqətin idarə edilməsi; 4. şüur.
Diqqətin fizioloji əsasları ilə bağlı nəzəriyyələrin 3 qrupunu göstərmək olar:
Geştalt psixoloqların fikrincə, diqqətin həcmi və istiqaməti bütövlükdə struktur qavrayışın qanunları ilə müəyyən olunur. Onu yaxşı bilməklə diqqətin fizioloji əsasını izah etmək mümkündür. 2ci qrup psixoloqlar diqqətin «emosional nəzəriyyəsi» mövqeyində dayanırlar. Bu psixoloqlar belə güman edirlər ki, diqqətin istiqaməti bütövlükdə həvəs, təlabat və emosiyalarla bağlıdır. Amerikan biheviorist psixoloqlarının əksəriyyəti praktik olaraq bu mövqedə dayanırlar. problemə »diqqətin motor nəzəriyyəsi” mövqeyindən yanaşan üçüncü qrup psixoloqlar diqqətə hər bir iradi aktın əsasında duran motor ustanovkaların təzahürü kimi baxırlar. Belə hesab edirlər ki, diqqətin mexanizmi hər bir gərginliyi xarakterizə edən əzələ səyi siqnalıdır. Diqqətin funksiyaları: 1.İnsana çoxlu sayda qıcıqlandırıcılar təsir edir. Lakin o, onlardan ən vacib olanını seçir, digərlərini kənar edir. Bu diqqətin seçmə funksiyasıdır. 2.Diqqətin müəyyən obyekt üzərində saxlanılması funksiyası. Bu zaman insan qarşıya qoyduğu məqsədə müvafiq olaraq şüurunu müəyyən obyekt üzərində saxlayır. 3.Diqqətin nəzarət və tənzimetmə funksiyası. Bu zaman diqqət insan fəaliyyətini tənzimetmə funksiyasını həyata keçirir. Diqqətin əmələ gəlməsi üçün ilk növbədə obyekti ayırd etmək, onun üzərində mərkəzləşmək, başqalarından isə yayınmaq lazımdır. Diqqətin obyekti həm xarici aləm cisimləri, həm də insanın öz fikirləri, hissi rəftarı, davranışı ola bilər. Diqqətin seçici xarakterini təmin edən amilləri iki qrupa ayırmaq mümkündür. Birinci qrupa insana təsir edən qıcıqlandırıcıların zahiri strukturunu səciyyələndirən amilləri, ikinci qrupa isə subyektin özünün fəaliyyətinə aid olan amilləri aid etmək olar. Diqqətin başqa obyektlərə keçilməsi qabiliyyəti iki müxtəlif proseslə bağlıdır: 1. Diqqətin mərkəzləşməsi ilə 2. Diqqətin yayınması ilə.
Diqqət fəaliyyət zamanı insanın idrak proseslərinə qoşulur, onların daha müvəffəqiyyətli cərəyanı üçün zəmin yaradır. Çünki bütün idrak prosesləri seçici xarakter daşıyır, müəyyən obyektə yönəlmiş olur. Yəni diqqət psixi fəaliyyətin seçici səciyyə daşımasında ifadə olunur. Bu mənada diqqət cismin, hadisənin inikası olmayıb, psixi fəaliyyətin obyektinin aydın formada əks olunmasını təmin edir.


Yüklə 134 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə