1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Hafizənin prosesləri və onların xarakteristikası



Yüklə 134 Kb.
səhifə29/48
tarix01.05.2023
ölçüsü134 Kb.
#107855
1   ...   25   26   27   28   29   30   31   32   ...   48
Şüur

28. Hafizənin prosesləri və onların xarakteristikası.
Dərk olunan cisim və hadisələrin yadda saxlanması, hifz olunması, yada salınması və tanınması hafizə prosesləri adlanır. Yaddasaxlama -gerçəkliyin cisim və hadisələrin təsiri ilə duyğu və qavrayış prosesində beynimizdə əmələ gələn təəssürat və surətlərin möhkəmləndirilməsi prosesidir. Yaddasaxlamanın üç əsas forması var: əksinialma və ya nəqşləndirmə, qeyri-ixtiyari və ixtiyariyaddasaxlama. İxtiyari yaddasaxlamanın xüsusi bir növü öyrənmədir. Öyrənmə planlı və müəyyən üsullardan istifadə etməklə xüsusi təşkil edilən yaddasaxlamadır.
Unutma olduqca mürəkkəb bir prosesdir. Unutma əyrisi hər şeydən əvvəl materialın yadda saxlanılmasından dərhal sonra ilk saatlarda sürətlə aşağı düşməklə xarakterizə olunur. Məlum olmuşdur ki, mənimsənilmiş informasiya ilk 9 saatda daha nəzərə çarpacaq dərəcədə azalır. O, ilk 9 saatda 100% -dən 35%-dək enir, informasiya itkisi əvvəlki həcmin 2/3-dən çoxunu təşkil edir. Bu baxımdan Q.Ebbinhauzun təcrübəsi maraqlıdır. O, sübut edir ki, öyrənilən materialın 40%-i yarım saat sonra, 66%-i bir gündən sonra, 75%-i üç gündən sonra, 79%-i bir aydan sonra unudulur.
Psixologiyada unutmanın 3 növünü ayırd edirlər:
1. İstifadə edilmədiyi üçün informasiyanın itkisi
2. İnterpretasiya nəticəsində informasiyanın itirilməsi
3. Motivasiya ilə şərtlənmiş unutma
Unutma ilə reminissensiya prosesləri fərqlidir. Unutma zamanı keçmiş təcrübənin ümumiyyətlə yada salınması qeyri-mümkündür. Reminissensiya zamanı isə keçmiş təcrübə qısa müddətdə sanki unudulur, amma sonradan yada düşür.
Yadasalmanın 3 səviyyəsini qeyd etmək olar:tanıma, xüsusi yadasalma və xatırlama. Tanıma cismin təkrarən qavranılmasına istinad edir. Əgər material xüsusi çətinlik çəkmədən canlandırılırsa, bu xüsusi yadasalmadır. Yadasalma niyyətli və niyyətsiz olur. Xatirə keçmişimizin məkan və zamanla məhdudlaşan surətlərinin yada salınmasıdır. Bunun mərkəzində şəxsin özü və onun başına gələn hadisələr durur.
Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya yaradaraq yaddasaxlamanı da qeyd edirlər. Bu cür yaddasaxlama mnemonik yaddasaxlama adlanır. Məsələn, 20.07 rəqəmini yaddasaxlamaq üçün 2007 ilini yada salmaq kifayətdir. Yaxud yeni tanış olduğumuz adamın adını həmin adda olan yaxın adamımızın adı ilə yeni olduğuna görə yadda saxlayırıq.


Yüklə 134 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə