1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Qabiliyyətlərin formalaşması: təbi imkanlar və fəaliyyət



Yüklə 134 Kb.
səhifə46/48
tarix01.05.2023
ölçüsü134 Kb.
#107855
1   ...   40   41   42   43   44   45   46   47   48
Şüur

48. Qabiliyyətlərin formalaşması: təbi imkanlar və fəaliyyət.

Qabiliyyətlər və təlim. Qabiliyyətlərin formalaşmasında ən önəmli rolu təlim oynayır. Təbii imkanlardan danışarkən qeyd olunduğu kimi, qabiliyyətlərin


inkişafı müxtəlif adamlarda heç də eyni cür olmayan təbii ilkin şərtlərdən asılı olsa da, qabiliyyətlər daha çox bəşər tarixinin məhsuludur. İnsan bəşəriyyətin əldə etdiyi təcrübəni, bilik sərvətlərini mənimsəmədən müvafiq qabiliyyətlərə yiyələnməsi mümkün deyildir. Bunun üçünsə təlim xüsusi yer tutur. İnsanlar
təlim prosesində tarixən əldə edilmiş nailiyyətlərə yiyələnməklə, öz qabiliyyətlərini formalaşdırırlar. A.V. Petrovski və M.Q.Yaraşevskinin qeyd etdikləri kimi «qabiliyyətlərin təzahürü insanların tarixən ictimai tələbatlara cavab vermək məqsədilə əldə etdikləri müvafiq bilik, bacarıq və
vərdişlərin formalaşmasının konkret iş pryomlarından (metodikadan) bilavasitə asılıdır».
Aparılmış tədqiqatlar və həyati faktlar bu fikri bir daha təsdiq etmişdir. Məktəb təcrcoübəsində bunu aydın görürük.
Beləki bəzi müəllimlər səmərəli təlim metodlarının tətbiqi sayəsində öz siniflərində oxuyan bütün şagirdlərin qrammatikanı, riyaziyyatı və s. mənimsəmələrinə nail ola bilirlər. Adətən, tətbiq olunan metodika uğur qazanmağa imkan vermədikdə qabiliyyətin anadangəlmə olmasına xüsusi diqqət
yetirirlər. Bununla belə, şübhəsiz təbii imkanların səviyyəsindən asılı olaraq uşaqların müəyyən fəaliyyət növünü mənimsəmələri fərqli xarakter daşıyacaqdır. Bir cəhəti də nəzərə almaq lazımdır ki, hətta yüksək təbii imkana malik olan insanlarda da müvafiq qabiliyyətlərin formalaşması üçün onların təlim fəaliyyətinə cəlb olunmaları, bu zaman lazımi təlim metodlarından istifadə olunması zəruridir.
Qabiliyyətlər və maraqlar. Qabiliyyətlərin formalaşmasında təlimlə yanaşı davamlı xüsusi maraqlar da mühüm rol oynayır. Xüsusi maraqlar dedikdə, psixologiyada insan fəaliyyətinn müəyyən sahəsinin məzmununa aid olan, bu
fəaliyyət növü ilə əsaslı məşğul olmaq meylinə çevrilən maraqlar nəzərdə tutulur. Bu baxımdan insada yaranan idrak maraqları onu müvafiq fəaliyyətin üsullarına yiyələnməyə təhrik edir. Nəticədə idrak maraqlarının təsiri altında
fəaliyyətin mənimsənilməsi baş verir, insanın həmin fəaliyyəti müvəffəqiyyətlə icra etməsi üçün lazım olan imkanları təzahür edir. Deməli, hər hansı bir fəaliyyət sahəsinə idrak maraqlarının meydana gəlməsi bu sahədə qabiliyyətlərin
oyanması ilə sıx bağlıdır.
Bütün yaş dövrlərində bu cür xüsusi maraqların təzahürünü müşahidə etmək mümkündür. Lakin təcrübə göstərir ki, bu cür maraqlar heç də həmişə davamli xarakter daşımır. Belə olduqda həmin maraqlar qabiliyyətlərin formalaşmasına lazımi təsir göstərə bilmir.
Qabiliyyətlərin inkişafı. Qabiliyyətlərin digər psixi hadisələrdən fərqləndirici xüsusiyyəti onun təbii imkanlarla sıx bağlı olmasından ibarətdir. Lakin nəzərə almaq lazımdır ki, hər bir təbii imkanın qabiliyyətə çevrilməsi böyük inkişaf yolu keçməli olur. Həyati faktlar göstərir ki, insan qabiliyyətlərinin bir çoxunda bu inkişaf həyatın ilk günlərindən başlayır, müvafiq qabiliyyətlər dayanmadan inkişaf edir. Qabiyyətlərin inkişaf prosesini bir neçə mərhələyə ayırmaq mümkündür. Bu mərhələlərin bəzilərində gələcək qabiliyyətin anatomik-fizioliji
əsasına hazırlıq baş verir, digər mərhələdə isə təbii imkanların qeyri bioloji planda formalaşması, üçüncü mərhələdə isə zəruri qabiliyyət müvafiq səviyyəyə çatması baş verir. Bütün bu proseslər paralel şəkildə çərəyan edə, bu və digər şəkildə bir birinin üzərinə düşə, bir-birini tamamlaya bilər.
Aparılmış tədqiqatlar göstərmişdirki, elementar şəkildə olsa da, əsasında aydın ifadə olunan anatomik fizioloji imkanları hiss olunan qabiliyyətlərin ilkin inkişaf mərhələsində belə zəruri üzvü strukturun və ya onların əsasında zəruri funksional üzvlərin formalaşması tələb olunur. Bu, adətən, anadan olandan 6-7yaşa qədər olan dövrü əhatə edir. Bu zaman bütün analizatorların təkmilləşməsi beyinin ayrı-ayrı sahələrinin, bunlarla bağlı olaraq hərərət orqanlarının, xüsusilə əlin inkişafı tələb olunur. Bütün bunlar uşaqda ümumi qabiliyyətlərin formalaşması və inkişafı üçün səmərəli şərait yaradır ki, bu da xüsusi qabiliyyətlərin inkişafı üçün zəmin rolunu oynayır.
Xüsusi qabiliyyətlərin fəal şəkildə yaranması, özünü göstərməsi məktəbəqədər dövrdə müşahidə olunur, kiçik və orta məktəb yaşı dövründə inkişaf tempi daha da yüksəlir. İlk dövrlər bu inkişafa uşaqların müxtəlif tipli oyunları, sonra isə
təlim və əmək fəaliyyəti əsaslı təsir göstərir.
Psixoloji tədqiqatlar göstərmişdir ki, uşaqlarda qabiliyyətlərin inkişafında kompleks şəkildə aparılan işlər, başqa sözlə eyni vaxtda bir-birini tamamlayan bir neçə qabiliyyətin inkişaf etdirilməsi daha səmərəli nəticə verir.
Çoxplanlı və müxtəlif fəaliyyət növlərindən istifadə edən insanda qabiliyyətlərin kompleks şəkildə inkişafı üçün şərait yaranmış olur.
Təcrübə göstərir ki, əgər uşağın fəaliyyəti yaradıcı xarakter daşıyırsa, o daima uşağı fikirləşməyə məcbur edir, onun üçün cəzbedici olur, öz qabiliyyətini yoxlamaq və inkişaf etdirmək vasitəsinə çevrilir.
Əgər yerinə yetirilən fəaliyyət optimal çətinlik zonasında, daha doğrusu onun imkanları səviyyəsində olarsa, bu həmin sahədə uşağın qabiliyyətinin inkişafını da öz arxasınca aparacaqdır. Bu zonadan kənarda olan fəaliyyət qabiliyyətin inkişafına lazım təsir göstərə bilməyəcəkdir. Əgər həmin fəaliyyət həddindən artıq sadə olarsa, o sadəcə olaraq yiyələndiyi qabiliyyəti həyata keçirməyə imkan verəcəkdir.
Əgər yerinə yetirilməli olan fəaliyyət həddindən artıq mürəkkəb olarsa, onda həmin fəaliyyət optimal çətinlik zonasını aşdığına görə yerinə yetirilə bilməyəcək, nəticədə yeni bacarıq və vərdişlərin formalaşmasına səbəb olmayacaqdır.


Yüklə 134 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə