1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı



Yüklə 158,58 Kb.
səhifə41/48
tarix31.05.2022
ölçüsü158,58 Kb.
#88450
1   ...   37   38   39   40   41   42   43   44   ...   48
Psixologiya

43. Xarakter əlamətləri.
İnsanları bir-birindən fərqləndirən, şəxsiyyətin davamlı xüsusiyyətlərindən biri də xarakterdir. İnsanlar həmişə bir-birinin xarakterinə böyük əhəmiyyət verir, davranış və rəftarında bunu nəzərə alırlar. Onun ən mühüm cəhəti ondan ibarətdir ki, xarakter şəxsiyyətin hər cür xüsusiyyətlərinin deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusunu əks etdirir.
Xarakter şəxsiyyətin digər fərdi-psixoloji xüsusiyyətlərindən, məsələn, qabiliyyət və temperamentdən fərqlənir. Qabiliyyətlər insanın yaradıcılıq imkanlarını nəzərdə tutursa, xarakter insanın davranış və rəftarında özünü göstərən xüsusiyyətlərin cəmidir.
Temperament bioloji, xarakter isə sosial amillərlə şərtlənir. Xarakter həyatda qazanılmış davranış formasıdır. Xarakter fəaliyyət və ünsiyyət prosesində əmələ gəlir. Bütün bunlarla yanaşı insanın xarakteri onun dünyagörüşü və əqidəsi ilə sıx bağlıdır.
Şəxsiyyət üçün tipik olan fəaliyyət və ünsiyyət prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi-psixoloji xüsusiyyətlərin məcmusuna xarakter deyilir.
Ayrı-ayrı dillərdə xarakter əlamətlərini ifadə edən 4 mindən çox söz var. Xarakter əlamətlərini aşağıdakı kimi təsnif etmək olar:

  1. İnsanın özünə münasibətini ifadə edən xarakter əlamətləri (lovğalıq, şöhrətpərəstlik, təvazökarlıq).

  2. İnsanın əməyə münasibətini ifadə edən xarakter əlamətləri (tənbəllik, əməksevərlik, məsuliyyətlilik).

  3. İnsanın əşyalara münasibətini ifadə edən xarakter əlamətləri (pintilik, səliqəlilik).

  4. İnsanın başqa adamlara münasibətini ifadə edən xarakter əlamətləri (qayğıkeşlik, kobudluq, tələbkarlıq, doğruculuq və s.)

İnsanın xarakterini dəyişmək üçün onun başqa adamlara, özünə, əməyə və əşyalara münasibətini dəyişmək lazımdır.
Xarakter əlamətlərini 2 yerə ayırmaq olar: tipik və fərdi əlamətlər. Eyni cəmiyyətdə yaşayan insanların həyat şəraitində tipik xüsusiyyətlərlə yanaşı özünə-məxsus cəhətlər də özünü göstərir. Bu xüsusiyyətləri ifadə etmək üçün makro və mikromühit terminlərindən istifadə edə bilərik. Etnik və milli xarakter əlamətləri makromühitdə formalaşır. Xarakterin tipik və fərdi əlamətləri həmişə qarşılıqlı əlaqədədir.



Yüklə 158,58 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə