1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Xarakterin aksentuasiyası



Yüklə 158,58 Kb.
səhifə40/48
tarix31.05.2022
ölçüsü158,58 Kb.
#88450
1   ...   36   37   38   39   40   41   42   43   ...   48
Psixologiya

42. Xarakterin aksentuasiyası.
Aksentuasiya latınca vurğu deməkdir. Xaraktein aksentuasiyası dedikdə, onun ayrı-ayrı xarakter əlamətlərinin normadan artıq güclənməsi nəticəsində əmələ gələn kənar ifrat variantları nəzərdə tutulur. Burada normaya uyğun olan xarakter əlamətləri haqqında söhbət gedir. Xarakter və onun aksentuasiya məsələsinə də ciddi fikir verilməlidir. Çünki xarakter şəxsiyyətin mahiyyətini açmağa, onu düzgün anlamağa imkan verir. Xarakterin vasitəsilə insanın gələcək planlarını, hərəkətlərinin istiqamətini və s. proqnozlaşdırmaq və ona təsir etmək mümkündür.
Xarakter aksentuasiyası tiplərini alman psixiatrı A.E.Liçko və K.Leonqard təsnif etmişdirlər. Liçkonun təsnifatı ilə gəlin tanış olaq:
1. Gipertim tip - əhvalları həmişə yüksək olur, bir işə həvəslə başlayır, ammaa axıra qədər çatdırmırlar, tək qala bilmirlər.
2. Tsikloid tip - əhvalları əsasən xarici şəraitlə bağlıdır, əhvalı yaxşı olanda zarafatcıl olurlar, pis olanda isə dostlarından və yoldaşlarından qaçır və tənbəl olurlar.
3. Labil tip - əhvalları həddən artıq tez-tez dəyişir və onun ünsiyyəti, iş qabiliyyəti, iştahı da bundan asılı olaraq dəyişir.
4. Astenonevrotik tip - tez yorulur, bir şey olmamış tez həyəcanlanır, ruh düşgünlüyü olur.
5. Senzitiv tip - çox həssas, utancaq, qorxaq, cəsarətsizdirlər. Dostları ilə mehribandırlar.
6. Psixoastenik tip - həmişə nədənsə ehtiyat edirlər, şübhələnirlər, qorxurlar, həyəcanlanırlar.
7.Şizoid tip - adamlardan qaçırlar, qaradinməzdirlər.

8. Epileptoid tip - özlərini idarə edə bilmirlər, heç nədən dava salırlar, uzun müddət özlərinə gələ bilmirlər, hövsələsizdirlər.


9. İsteroid tip - yerli-yersiz danışırlar, yalan danışırlar, şöhrətpərəstdirlər, özlərini yalandan xəstəliyə vururlar.
10. Səbatsız tip - indiki günlə yaşayırlar, gələcək barəsində fikirləşmirlər, tez təsir altına düşürlər, adamlarla tez dil tapırlar.
11. Konform tip - başqa adamların tələblərinə tez uyğunlaşırlar, hamı necə mən də elə.
12. Konform tipin konform gipertim variantı - qaydalara canla- başla riayət edir, gələcəyinə optimistcəsinə yanaşır, başqalarının istədiyi kimi hərəkət edirlər.
13. Qarışıq tip - davranışında müxtəlif tiplərin əlamətləri özünü göstərir.


Yüklə 158,58 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə