STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
140
- Dağlıq Qarabağ Respublikasının elan edilməsinin hüquqi əsasları
dəyişməzdir;
- Münaqişənin həlli ilə bağlı istənilən son sənəd Dağlıq Qarabağın əhalisi ilə
razılaşdırılmalıdır;
- Ermənistan münaqişənin nizamlanmasının o variantını qəbul edir ki, həmin
variantda Dağlıq Qarabağ Respublikasının faktiki mövcudluğu təsbit olun-
sun;
- Dağlıq Qarabağın Ermənistanla quru əlaqəsi olmalıdır;
- Dağlıq Qarabağla bağlı Azərbaycanın hərbi siyasəti, konkret olaraq
Ermənistan üzərində hərbi üstünlük əldə etmək cəhdi Ermənistana qarşı
müstəqim
hərbi təhdiddir;
- Ermənistan silahlı qüvvələrinin əsas vəzifəsi Ermənistan Respublikasının
və Dağlıq Qarabağ Respublikasının əhalisinin fiziki təhlükəsizliyini təmin
etməkdir (16).
Ermənistan Respublikasının Hərbi doktrinasında da Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı oxşar tezislər öz əksini tapmışdır. Bu sənəddə də Azərbaycan
Respublikasına qarşı işğalçılıq siyasətinə qanuni don geyindirilməsinə cəhd
göstərilmiş, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti təhrif edilmiş və bunun-
la erməni informasiya-təbliğat fəaliyyəti üçün də təhrif edilmiş hüquqi baza
yaradılmışdır. Hərbi doktrinada qeyd olunur ki, Ermənistan Respublikası Dağ-
lıq Qarabağ Respublikası xalqının təhlükəsizliyinin və seçdiyi yolun qarantıdır.
Sonra bildirilir ki, Ermənistan Respublikasının bu vəzifəni öz üzərinə götürməsi
aşağıdakı səbəblərdən irəli gəlir:
- Azərbaycan Respublikasının ərazisində ermənilərə qarşı yeni etnik
təmizləmələrin həyata keçirilməsinə görə ( Sumqayıt, Bakı və yerlərdə);
- Azərbaycan Respublikası Dağlıq Qarabağ xalqının qanuni və dinc yolla
öz müqəddəratını təyin etməsinə qarşı hərbi qüvvə tətbiq etməsi və onu
1988-1989-cu illərdə zorla
müharibəyə cəlb etməsinə görə;
- Dağlıq Qarabağ münaqişəsinin zor vasitəsilə həll edilməsinə cəhd
göstərilməsinə görə;
- Daim fiziki məhvolma təhlükəsi ilə üzləşən Dağlıq Qarabağ əhalisinin
təhlükəsizliyinin
təmin edilməsi zərurətinə görə;
- Ermənistan Respublikası ilə Dağlıq Qarabağ Respublikası və onun əhalisinə
tarixi-ərazi, mənəvi-dini
və mədəni eyniliyinə görə;
- Dağlıq Qarabağ əhalisinin öz tarixi ərazisində öz müqəddəratını təyin
etməsinin siyasi, hüquqi əsaslarının danılmazlığına görə;
- Dağlıq Qarabağ Respublikasının demokratik, sosial, hüquqi dövlət kimi for-
malaşmasının
dönməzliyinə görə;
- Ermənistan Respublikası ilə Dağlıq Qarabağ Respublikasının təhlükəsizliyinin
təmin edilməsinin qarşılıqlı bağlılığına görə .
Ermənistan Respublikasının hərbi doktrinasında armenofobiya, Ermənistan
Respublikasına qarşı dezinformasiya yolu ilə informasiya müharibəsi aparıl-
Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
141
masının xarici təhdid kimi qiymətləndirilməsi də erməni informasiya-təbliğat
fəaliyyətinin hüquqi bazası saymaq olar. Erməni dairələrinə görə, erməniliyin
niyyətləri, erməni saxtakarlığı ilə ermənilərin işğalçılıq siyasətinin mahiyyətinin
saxtalaşdırılması ilə üst-üstə düşməyən məlumatlar arnenofobiya, Ermənistan
Respublikasına qarşı düşmənçilik kimi qiymətləndirilir. Erməni informasiya-
təbliğat maşını bu məsələyə kifayət qədər geniş diqqət ayırır.
Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya-təbliğat siyasətinin
istər siyasi (ictimai-siyasi), istərsə də tarixi əsaslarının formalaşdırılmasında
Ermənistan rəhbərliyinin rolu kifayət qədər böyükdür. Əvvəla Ermənistan
rəhbərliyinin xarici nümayəndə heyətləri ilə elə bir görüşü tapılmaz ki, ora-
da Dağlıq Qarabağ münaqişəsinə toxunulmasın. İkincisi isə, Ermənistan
rəhbərliyinin belə görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin
mahiyyətinə prinsipial mövqedən yanaşdığını görmək çətindir. Bu
məsələnin detallarına varmadan yalnız onu qeyd etmək olar ki, beynəlxalq
təşkilatlar tərəfindən qəbul edilmiş qərarların heç birinin müddəaları
Ermənistan rəhbərliyi tərəfindən qəbul olunmur. Bunun özünəməxsus
şəkildə əsaslandırılması üçün isə mahiyyəti dəyişdirilmiş faktlar və informa-
siyalar dövriyyəyə çıxarılır.
Dağlıq Qarabağ münaqişəsi kontekstində informasiya-təbliğat siyasətinin
formalaşdırılması üçün Ermənistan rəhbərliyinin çıxışlarında, erməni
siyasətşünaslarının araşdırmalarında ümumiləşdirilmiş siyasi (ictimai-siyasi) və
tarixi əsasları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Dağlıq Qarabağla, Dağlıq Qarabağ ermənilərinin separatizminin
əsaslandırılması ilə bağlı ictimai-siyasi və tarixi əsaslar. Bu əsasları formalaş-
dırmaqla erməni informasiya-təbliğat maşını Dağlıq Qarabağın Ermənistan
tərəfindən işğal edilmədiyini, Dağlıq Qarabağın heç vaxt Azərbaycana
məxsus olmadığını, Dağlıq Qarabağ ermənilərinin milli müqəddəratlarını təyin
etdiklərini, Dağlıq Qarabağda silahlı münaqişənin Azərbaycan tərəfindən baş-
landığını, Dağlıq Qarabağın Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün
mühüm əhəmiyyətə malik olduğunu ictimai rəyə yeritməyə çalışır. Konkret ola-
raq bu istiqamətdə aşağıdakı tezislərlə qarşılaşmaq olar:
- Qarabağ heç zaman müstəqil Azərbaycanın tərkib hissəsi olmamışdır. Dağ-
lıq Qarabağ tarixi erməni torpaqlarıdır;
- Azad həyat hüququnu Dağlıq Qarabağ xalqı məcburən cəlb edildiyi
müharibədə qanı bahasına
əldə etmişdir;
- Dağlıq Qarabağ Muxtar Vilayəti digər 15 müttəfiq respublika kimi sovet
qanunlarına uyğun olaraq SSRİ tərkibindən çıxmışdır;
- Dağlıq Qarabağ Azərbaycana zorla, sovet partiya orqanlarının qərarı
əsasında
birləşdirilmişdir;
- Ermənsitan və Qarabağ heç vaxt müharibə başlamamışlar və başlamaya-
caqlar;
- Əllərinə silah almaq məcburiyyətində qalmış qarabağlılar təcavüzkar