Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
9
Açar Sözlər:
təhsil sistemi, iqtisadi inkişaf, informasiya texnologiyaları, Bolonya təhsil
sistemi, elmi-texniki tərəqqi.
Kew words:
education system, economic development, the information technologies,
the
Bologna system of education, scientific and technological progress.
Ключевые слова:
система образования, экономическое развитие, информационные
технологии, Болонская система образования, научно-технический
прогресс.
Azərbaycanda
təhsil yeni
inkişaf
mərhələsində
Şəmsəddin
Hacıyev
Milli Məclisin Elm və təhsil
komitəsinin sədri,
Azərbaycan
Dövlət İqtisad Universitetinin rektoru,
iqtisad
elmləri doktoru, professor
azmm@meclis.gov.az
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
10
Giriş
XXI əsrin başlanğıcından etibarən qlobal səviyyədə baş verən keyfiyyət
dəyişiklikləri yeni dünya nizamının formalaşması və beynəlxalq rəqabət
mübarizəsinin daha da güclənməsi ilə müşaiyət olunmaqdadır. Eyni zaman-
da, qloballaşmanın hərəkət intensivliyinə parallel olaraq sosial-siyasi, iqti-
sadi, mədəni, elm və təhsil məkanlarının vahidləşməsi prosesi artan sürətlə
getməkdə, postmodernist düşüncə tərzinin təməl prinsiplərinə əsaslanan
mahiyyətcə yeni konseptual yanaşmalar, strateji baxışlar ortalığa qoyulmaq-
dadır. Virtual reallığın dominant mövqelərə çıxışı biliklər sisteminə əsaslanan
informasiya iqtisadiyyatının formalaşmasına, sabitqədəmli inkişafla bağlı
olan ənənəvi dəyər-konseptlərinin kardinal şəkildə məzmun dəyişkənliyinə
gətirib çıxarmışdır. Kütləvilik anlayışı və kütləvilik ideyasının aradan qalxması
həm ayrıca götürülmüş bir ölkə miqyasında, həm qlobal səviyyədə qarşılıqlı
əlaqələrin yenidən strukturlaşmasına təkan vermiş, ənənəviçilikdən tamamilə
fərqli məzmun daşıyan yeni kreativ yanaşma və praqmatik düşüncə tərzinin
alternativsizliyini ön plana çıxarmışdı. Elm və təhsil başlıca məhsuldar qüvvəyə
çevrilmiş, həm cari situasiyanın mahiyyət açıqlanmasında, həm də perspektivlə
bağlı ehtimal olunan problemlərin həllində başlıca istiqamət və əsas vasitə
kimi çıxış etməyə başlamışdır. Dünya çapında formalaşmış və konkret qanu-
nauyğunluq çalarları daşıyan meqatəmayüllərə adekvat reaksiya vermək artıq
həyati zərurətə çevrilmişdir.
Qloballaşan dünyada təhsilin artan rolu
Yeniləşən dünyanın keyfiyyətcə fərqli “oyun qaydaları”, yeni dünya nizamının
irəli sürdüyü tələblər təhsil sferasında mövcud situasiya və eləcə də perspektivlərlə
bağlı baxışların əsaslı surətdə dəyişməsinə, idarəetmə və tənzimləmənin kon-
septual məzmununun yaradıcılıqla təkmilləşdirilməsinə istinad edir.
Təhsil hər bir cəmiyyətin, dövlətin gələcək inkişafını, tərəqqisini müəyyən
edən strateji fəaliyyət sferasıdır. Xüsusilə, qloballaşma dövründə yeni informa-
siya, intellekt, bilik cəmiyyətinin, bilik iqtisadiyyatının formalaşdığı şəraitdə hər
bir ölkənin həyatında və qlobal inkişafda təhsilin rolu əhəmiyyətli dərəcədə
yüksəlmişdir. Təsadüfi deyildir ki, dünyanın ən qabaqcıl ölkələri belə öz gələcək
inkişaflarını məhz təhsilin və elmin tərəqqisində görürlər. Elə buna görə də bu
sahənin inkişafına xüsusi diqqətlə yanaşırlar.
Məlum olduğu kimi, təhsil sürətlə dəyişən, dinamik inkişaf edən, həm də
rəqabətin günbəgün artdığı bir fəaliyyət sferasıdır. XXI əsrin birinci onilliyindən
başlayaraq dünya təhsil sistemində baş verən dəyişikliklər, bunlarla bağlı irəli
sürülən yeni çağırışlar – keyfiyyətli təhsil, yeni texnologiyaların tətbiqi, dünya
ölkələrinin təhsil sistemlərinin bir-birinə uyğunlaşdırılması, unifikasiyası, inteq-
rasiyası və s. nəzərə alınmadan milli təhsilimizin rəqabətqabiliyyətliliyini təmin
etmək qeyri-mümkündür. Təsadüfi deyildir ki, YUNESKO XXI əsri təhsil əsri elan
etmişdir [3].
Bəşəriyyətin inkişafının müasir dövrünün xarakterik xüsusiyyətlərindən biri
dünyanın bir çox ölkələrində açıq informasiya cəmiyyətlərinin yaradılması pro-
Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
11
sesidir. İnformasiyaların (biliklərin) yaradılması, işlənməsi, yığılması, ötürülməsi
və yayılması dünyanın və ayrı-ayrı ölkələrin inkişafının aparıcı sektoru və sosial-
iqtisadi, mənəvi tərəqqinin lokomotivinə çevrilir. Elektron informasiya resursla-
rının sürətlə artması, informasiyaların sərbəst yayılması, informasiyalara sərbəst
çıxışın olması informasiya cəmiyyətinin əhəmiyyətli xüsusiyyətləridir. Elm və
təhsil müasirliyin başlıca hərəkətverici qüvvəsi hesab olunur. Müasir elm-təhsil
sektorunun (kompleksinin) yaradıldığı cəmiyyət daha dinamik inkişaf edən
və rəqabətqabiliyyətli cəmiyyətdir. İnformasiya cəmiyyətində iqtisadi sistem
biliklərin iqtisadiyyatı kimi təzahür edir. Hazırda informasiya cəmiyyətindən
biliklərə əsaslanan cəmiyyətə keçid əsas məqsədlər sırasında önəmli yer tutur.
Biliklərin istehsalı, alınması, yayılması və praktiki tətbiq edilməsi sosial-iqtisadi
inkişafın başlıca hərəkətverici qüvvəsinə çevrilir. Hal-hazırda inkişaf etmiş dün-
ya ölkələrinin böyük əksəriyyətində informasiya cəmiyyəti quruculuğu prosesi
kifayət qədər sürətlə getməkdədir.
Ümummilli inkişaf və milli təhsil sisteminin modernləşdırılməsi
üçün yeni imkanlar
Azərbaycanda elm və təhsilin inkişafı ilə bağlı qlobal çağırışlara adekvatlığın
təminatı imkanları öz başlanğıcını 1995-ci ildən götürür. Məlumdur ki, 1993-
cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra, çoxsaylı
çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti
və gərgin fəaliyyəti nəticəsində ölkəmiz
parçalanma təhlükəsindən xilas oldu və
hüquqi dövlət quruculuğu prosesinə start
verildi. 1995-ci ildən başlayaraq ölkəmizin
sosial-iqtisadi inkişafı və dünya təsərrüfat
sisteminə inteqrasiyası istiqamətində bu gün
“uğur modeli” kimi qiymətləndirilən islahat-
lar kompleksinin həyata keçirilməsinə başla-
nıldı. Davamlı və dinamik inkişafa əsaslanan
sosialyönümlü iqtisadiyyatın formalaşdı-
rılması, ölkədə mövcud olan təbii-iqtisadi,
texniki-istehsal və elmi-texniki potensialın
fəal və səmərəli surətdə iqtisadi dövriyyəyə
cəlb olunması, dünya təsərrüfat sisteminə
rasional inteqrasiyanın təmin olunmasını
reallığa çevirən “uğur modeli” artıq o dövrdə orijinallığı, özünəməxsus spe-
sifikası ilə nəzər-diqqəti cəlb etməyə başlamışdı. Məhz, 1995-ci ildən etibarən
həyata keçirilən islahatlar kompleksi böhranlı situasiyaların aradan qaldırılması
ilə nəticələndi. Bununla da Azərbaycanın iqtisadi inkişafının keyfiyyətcə yeni
mərhələsinin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə
və iqtisadiyyatın digər sahələrində aydın şəkildə müşayiət olunan yüksəliş
təmayülləri, həyata keçirilən genişmiqyaslı islahatların ilkin nəticələri aparılan
siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı
addımlarla irəliləməsi gerçəkliyini təsdiq etdi.
2003-2010-cu illərdə
Azərbaycanın iqtisadiyyatlı 3
dəfədən çox böyümüşdür. Bu
gün Cənubi Qafqaz regionun-
da iqtisadi gücün 80 faizindən
çoxu Azərbaycana məxsusdur.
Bu dövrdə adambaşına düşən
ÜDM-in həcmi 5.3 dəfə arta-
raq 2010-cu ilə 4653 manat
təşkil etmişdir.