Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL
89
dılması planlaşdırılan Transxəzər qaz kəməri layihəsi, Rusiya və İranın etirazı ilə
qarşılaşdı. Medvedevin Rusiya Təhlükəsizlik Şurasının iclasında, Transxəzər qaz
kəmərinin tikintisi ilə əlaqədar olaraq AB ilə münasibətləri yenidən gözdən keçirə
biləcəklərini, və eyni zamanda Xəzər dənizinin hüquqi statusu həll olunmadan
hər hansı qaz kəmərinin çəkilməsinə icazə verməyəcəyini qeyd etməsi Rusiyanın
mövqeyini ortaya qoyur. [7] Əslində bu Rusiyanın post-Sovet respublikalarının
müstəqil xarici siyasət yeritmələrinə qısqanclıqla yanaşdığına bir misaldır. Med-
vedevin bu bəyanatı, 1994-cü ildə Heydər Əliyevin əsasını qoyduğu müstəqil
Azərbaycanın neft diplomatiyasına qarşı Moskvanın təzyiq və hədələrindən
fərqlənmir. Qərbin neft şirkətləri tərəfindən Xəzər dənizinin Azərbaycana aid
hövzəsində aparılan tədqiqat işləri ilə əlaqədar olaraq, Rusiya Xəzər dənizində
həyata keçiriləcək hər hansı neft layihəsinə qarşı çıxacağını və Rusiyanın icazəsi
olmadan tədqiqatların qanunsuz olacağını Londona göndərmiş olduğu 28 Aprel
1994 tarixli demarşda bildirmişdi. [4]
Rusiyanın bu “hədə-qorxuları”na baxmayaraq, neft və qaz siyasətində Bakı
müstəqil siyasət yeritdiyini imzaladığı müqavilələrlə isbat etməkdədir.
Türkiyə və İranla münasibətlərdə Azərbaycan xarici siyasəti son dövrlərdə
daha aktiv istiqamətdə inkişaf etməkdədir. Heydər Əliyevin balanslaşdırılmış
xarici siyasət diplomatiyası, müsəlman qonşulara münasibətdə də davam et-
dirilir. Türkiyə ilə münasibətlərdə strateji əməkdaşlıq və tərəfdaş ölkə faktoru
xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə, Ankara-İrəvan arasında gizlin Cenevrə
görüşmələri sonrası, regionda, xüsusilə Bakı və Ankara arasında yaranan soyuq
münasibətlər, sonradan Türkiyə iqtidarının protokolları parlament müzakirəsinə
çıxarmamasına qərar verdikdən sonra yenidən yaxınlaşma müstəvisində da-
vam etdi. Dövlət rəsmiləri çıxışlarında Türkiyə və Ermənistan arasında diploma-
tik münasibətlərin qurulmasının Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik
rayonlarının erməni işğalçılarından təmizlənməsindən asılı oldugunu xüsusilə
vurğulamağa başladılar və rəsmi Bakını buna inandıra bildilər. Eyni zamanda,
Ankarada AB-nin aparıcı dövlətlərinin və Qərbin Ermənistanla yaxınlaşmanı
dəstəklənməsinə canfəşanlığın göstərilməsinin həqiqi niyyət və məramlarını
başa düşmüş olmaları da bu protokolların imzalanmasından vaz keçilməsinə
səbəb ola bilərdi. Ermənistana münaqişədə işğalçılıq siyasətindən əl
çəkilməsinə təzyiq göstərməyən Qərbin demokratik və “insan hüquqlarını qo-
rumaqla qürürlanan” dövlətləri, məhz Ankaraya Ermənistanla sərhədləri açmaq
üçün təzyiq etməkdədirlər. Regionda Azərbaycan-Türkiyə əməkdaşlığından
narahat olan dövlətlər məhz sərhəd açılmasıyla bu birliyi zədələmək məqsədi
güdürdülər. Azərbaycan xarici siyasəti, öz tutmuş olduğu mövqeyi ilə Ankara-
ya Dağlıq Qarabağ münaqişəsi həll olmadan sərhədlərin açılmasının bir yanlış
mövqe olduğunu çatdıra bildi. Hazırda Türkiyə ilə hərbi sahədə inkişaf edən
əməkdaşlıq, enerji sahəsində də davam etdirilir.
Son dövrlərdə İranla münasibətlər, yenidən Tehran-İrəvan münasibətlərinin
yaxınlaşması prizmasında və Azərbaycanın enerji layihələri ilə bağlı siyasətində
bəzi problemləri ortaya çıxarmaqdadır. İranın Azərbaycana münasibətində
soyuqluq, xüsusilə Azərbaycanın Qərb dünyası ilə, xüsusilə ABŞ və İsrail ilə
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
90
əməkdaşlığından doğur. Enerji layihələri ilə əlaqəli olaraq da, rəsmi Bakının
mövqeyi Tehran tərəfindən etirazla qarşılanır və Rusiya ilə birlikdə bu layihələrin
həyata keçirilməsinə qarşı çıxış edir. Bu mövqedən çıxış edərək, Dağlıq Qarabağ
münaqişəsində rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də,
Ermənistanla ikitərəfli münasibətləri, Bakının etirazı ilə qarşılanmaqdadır. Zaman-
zaman, İran münaqişənin həlli ilə bağlı olaraq vasitəçilik təkliflərini irəli sürsə də,
Bakı bu təklifə mühüm əhəmiyyət vermir. Səbəb olaraqsa, Tehran hökumətinin
bu məsələdə obyektiv və səmimi olduğuna inamın olmamasından irəli gəlir. İki
ölkə arasında narahatlıq doğuran digər nüans, Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı olaraq, sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsi ehtimal olu-
nan tərkibi ilə bağlıdır. Xüsusilə Azərbaycanın NATO ilə əməkdaşlığından ehtiyat
edən Tehran hökuməti, sülhməramlılar adı altında Amerikan qoşunlarının regio-
na yerləşməsini öz təhlükəsizliklərinə təhlükə olaraq görməkdədirlər.
Bütün bu problemlər fonunda, öz balanslaşdırılmış xarici siyasət
istiqamətlərini, rəsmi Bakı regionda sülh və stabilliyə dəstək verilməsi
şəklində həyata keçirməkdədir. Aprel ayında İranın Urmiya şəhərində Türkiyə,
Azərbaycan və İran xarici işlər nazirləri tərəfindən imzalanan bəyannamə buna
bir sübutdur. [14] Terrorizm və separatizmlə mübarizə aparan bir dövlət olaraq,
Azərbaycan Türkiyə və İranla bu sahədə əməkdaşlıqda maraqlıdır.
Nəticə
Minsk qrupu formalaşdığı gündən etibarən həmsədr ölkələrin vasitəçilik
səyləri öz effektini vermir. Bu həmin dövlətlərin təcavüzkar Ermənistanı işğal-
çı siyasətinə görə cəzalandırmaq istəməmələrilə və həmin dövlətlərdə erməni
lobbisinin daha aktiv olmasıyla izah oluna bilər. Digər tərəfdən, Sovet im-
periyası süqut etdikdən sonra, son on ildə Rusiyanın yenidən super güc ol-
maq yolunda siyasəti və dünyada enerji təhlükəsizliyi nümunəsində Avropa
dövlətlərinin Rusiyadan asılılıqlarını azaltmaq cəhdləri, Azərbaycanın xarici
siyasət prioritetlərindən olan Avropa Birliyinə və ümumiyyətlə qərbə inteqra-
siya ilə uyğunluq təşkil edərək onu mühüm tərəfdaş ölkəyə çevirməkdədir. Bu
kontekstdə uğurlu balanslaşdırılmış xarici siyasət, Avropa dövlətlərini və ABŞ-ı
Azərbaycanla siyasətlərində daha diqqətli olmağa vadar edir. Həm Rusiya, həm
də Qərb üçün strateji əhəmiyyət daşıyan bir ölkə olaraq, Azərbaycanda İran və
Türkiyə kimi region dövlətlərinin də maraqlarının olması Azərbaycanı mühüm
etdiyi kimi, mürəkkəb siyasi labirint içərisində yol seçməyə də məcbur edir.
Məqalənin əsas ideyasını təşkil edən Dağlıq Qarabağ münaqişəsinin
həllində irəliləyişlərin olmaması, ATƏT-in Minsk qrupunun formatının
dəyişdirilməsi zərurətini yaratmaqdadır və bu istiqamətdə önəmli olan xü-
sus, vasitəçi statusunun digər bitərəf dövlətlərə verilməsi ola bilər. Amma,
geostrateji önəm daşıyan Cənubi Qafqaz regionundan Rusiya, Fransa və ABŞ
kimi dövlətlərin neytrallaşdırılması asan deyil. Enerji layihələrinin daha da
aktual olduğu bir dövrdə, xüsusilə Rusiyanın post-Sovet məkanını öz nüfuz
dairəsinə tam keçirmək istiqamətində həyata keçirdiyi siyasət, Qərbin regionda
Dostları ilə paylaş: |