Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
87
və onu müdafiə edən dövlətlərin münaqişənin həllinə dəstək verəcəkləri
inandırıci görsənmir. Fransa prezidenti Sarkozinin son Cənub Qafqaz turne-
si çərçivəsində Ermənistanla münasibətdə tutduğu mövqe və səsləndirdiyi
bəyanatlar, ümumən bir vasitəçi və həmsədr ölkə olaraq münaqişənin həllində
oynaya biləcəyi obyektiv rolu kölgə altına salmaqdadır. Minsk qrupu formatının
dəyişdirilməsi ilə bağlı səslənən fikirlər əsasən üç həmsədr ölkənin münaqişəyə
və münaqişə tərəflərinə münasibətdə həyata keçirilən ikili siyasət, davam
edən danışıqların effektivliyini azaltmaqdadır. Münaqişənin ərazi bütövlüyü
çərçivəsində həllində sadəcə Azərbaycan maraqlıdır. Vasitəçilər Ermənistan
lehinə daha çox kompromis əldə etmək üçün, ərazisi işğal edilmiş dövlətin
güzəştə getməsi istiqamətində təzyiqlər edirlər. BMT-də Dağlıq Qarabağla
bağlı sənəd müzakirəyə çıxarıldığı zaman, hər üç həmsədr dövlətin Azərbaycan
əleyhinə səs verməsi [5] buna bir sübutdur. Beynəlxalq təşkilatlar tərəfindən
indiyədək qəbul edilən qətnamə və sənədlərin hüquqi qüvvəsi olmadığı üçün,
təsiretmə mexanizmləri də effektiv hesab edilə bilməz. Son Kazan görüşünün
iflasından sonra, Rusiya xarici işlər naziri Lavrovun yeni düzəlişlərlə Ermənistan
və Azərbaycana təqdim etdiyi təkliflər paketi birinci tərəfindən qəbul edilmədi
və yenidən danışıqlar prosesində fasilə yarandı. Son aylarda Minsk qrupu
həmsədrlərinin yenidən regiona etdikləri
səfərlər, sadəcə danışıqlar prosesinin
sonu gəlmədiyini göstərmək üçün beynəlxalq ictimaiyyətə verilən mesaj olaraq
qəbul edilə bilər. Çünki, münaqişə tərəflərinin tutmuş olduqları mövqe və edilə
biləcək hər hansı kompromis artıq müəyyən olunub. Azərbaycanın ərazi bü-
tövlüyünün danışıqlar predmeti olmadığı dəfələrlə rəsmi Bakının mövqeyində
əks olunub. [2]
Eynilə Ermənistanın Dağlıq Qarabağda yaşayan ermənilərin öz
müstəqilliklərini əldə etmək hüquqlarının olduğunu ifadə etməsi, imzalan-
ma ehtimalı görsənən hər hansı sazişin hüquqi statusunu şübhə altına alır.
Ermənistan mətbuatında Azərbaycanın Kazan görüşü zamanı təklif etdi-
yi düzəlişlərin danışıqlar prosesində iflas səbəbi olması kimi göstərilsə də,
məsələnin mahiyyətində razılaşdırılmış prinsiplərlərdə bəzi boşluqların olması
gələcəkdə daha böyük problemlərin ortaya çıxmasına səbəb ola bilər. Rusi-
yanın Cənubi Qafqazda forpostu olan Ermənistanın münaqişədə arxalandığı
dövlətlərin tutduqları subyektiv yanaşmaları, uzun illərdir davam edən konflik-
tin həllində öz mənfi təsirini göstərməkdədir.
Avropanın enerji təhlükəsizliyində Azərbaycan
diplomatiyasının rolu
Avropanın enerji təhlükəsizliyində özünəməxsus yeri olan Azərbaycanın re-
gion üçün son illərdə artan əhəmiyyəti, Avropa Birliyi (AB) və digər regional
təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətlərinin
nisbətən aktivləşməsi və vasitəçilikdə maraqlı olmalarını etiraf etmələrini labüd
edir. Ərazi bütövlüyünün bərpasının beynəlxalq hüquq prinsipləri çərçivəsində
həllinə çalışan Azərbaycan hakimiyyəti, beynəlxalq və regional təşkilatlarda
STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
88
Ermənistanın işğalçı dövlət olaraq tanınması istiqamətində səylərini artırmışdır.
Şərq tərəfdaşlığı proqramı çərçivəsində AB öz siyasətini Cənubi Qafqaz
bölgəsində daha da aktivləşdirmək siyasəti güdməkdədir. Region dövlətlərinin
vahid birlikdə AB-yə inteqrasiyasına yardım etmək üçün, Brüssel rəsmiləri
regionda münaqişələrin həllində vasitəçilik edə biləcəyini müxtəlif şəkildə
ifadə etmişdir. Lakin sözsüz ki, qaz və neft istehsalı sahəsində Azərbaycanla
əməkdaşlıq AB üçün daha əhəmiyyətli hesab oluna bilər. Bu çərçivədə, AB üzvü
dövlətlərin ayrı ayrılıqda Azərbaycanla əməkdaşlıq perspektivlərinə nəzər sal-
saq, görərik ki, Azərbaycan öz xarici siyasətində bu dövlətlərlə əməkdaşlığı mil-
li maraqlarına uyğun şəkildə həyata keçirir. Birlik üzvü dövlətləri Azərbaycanın
ərazi bütövlüyünü dəstəklədiklərini ikitərəfli görüşlər, eləcədə beynəlxalq və
regional təşkilatlarda səsləndirməkdədirlər. ATƏT-in 1996-cı il Lissabon zirvə
görüşündən etibarən, istər Avropa Şurasında, istərsə ATƏT və ya AB sənədlərində
Azərbaycanın ərazi bütövlüyü faktoru Dağlıq Qarabağ regionu daxil olmaqla
təsdiqini tapmaqdadır. Erməni lobbisinin
fəal olduğu ölkələrdə belə Azərbaycanla
əməkdaşlıq artıq dövlətlərin prioritet
məsələsinə çevrilməkdədir və buna xüsusi
maraq göstərilir.
Azərbaycana səfər edən Avropa Bir-
liyinin
nümayəndələrinin
çıxışlarında
son zamanlar ölkənin ərazi bütövlüyü-
nün dəstəklənməsi ifadələri də daha çox
eşidilməkdədir. Avropa Parlamentinin pre-
zidenti Jerzy Buzekin [6] və Avropa Komis-
siyası prezidenti Jose Manuel Barrosonun
bu ilki səfərləri çərçivəsində Bakıda səsləndirdiyi ifadələr buna misaldır. [12]
Xüsusilə, Barrozo tərəfindən Azərbaycan ərazi bütövlüyü çərçivəsində Dağlıq
Qarabağ münaqişəsinin həllini dəstəklədiyini bildirməsi mühüm hadisə he-
sab oluna bilər. Bu həmişə diplomatik ifadələr səsləndirməyə üstünlük verən
siyasətçilərdən fərqli bir mövqeyi əks etdirirdi. Burda xüsusilə Azərbaycanın
Avropa Birliyi ilə əməkdaşlıq siyasətini və AB-nin Azərbaycana verdiyi önəmi
qeyd etmək lazımdır.
Lakin, yuxarıda qeyd edilən Putin doktrinasının mühüm fikirlərindən biri də,
keçmiş Sovet ittifaqı ərazisindən Qərbə nəql olunan neft və qaz boru kəmərlərinin
istifadəsində Rusiyanın razılığı olmadan hər hansı bir razılaşmanı öz maraqlarına
zidd hesab etməsidir. Azərbaycan xarici siyasətində çoxşaxəli neft və qaz ixracı
strategiyasına əhəmiyyət verilməsi, Rusiyanın maraqlarına ziddiyyət təşkil edir və
Kreml hər vəchlə bunu nümayiş etdirir. Buna baxmayaraq, Azərbaycan AB üçün
prioritet hesab olunan “Cənub dəhlizi” layihəsində iştirak etmə niyyətini bildir-
mişdir. Yanvar ayında Avropa Komissiyasının prezidenti Barrozonun Bakı səfəri
çərçivəsində imzalanan “Cənub qaz dəhlizi” haqqında Birgə Bəyannamənin [3]
Azərbaycan Parlamentində ratifikasiyası buna misaldır. Cənub dəhlizini tamam-
layacaq olan və Xəzərin Türkmənistan sahilindən Azərbaycan sahilinə kimi uza-
Azərbaycana səfər
edən Avropa Birliyinin
nümayəndələrinin çıxışların-
da son zamanlar ölkənin ərazi
bütövlüyünün dəstəklənməsi
ifadələri də daha çox
eşidilməkdədir.