STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
76
də mühüm rol oynayır. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycanın Şərqi
Avropa qrupundan rəqibləri olan Macarıstan və Sloveniya hər ikisi Avropa İtti-
faqının üzvüdür. Bu isə o deməkdir ki, Avropa İttifaqı ölkələri (27 ölkə) seçkilər
zamanı bu ölkələrin namizədliyini dəstəkləməyə üstünlük vermişlər. Bu baxım-
dan seçkilərdə Azərbaycanın Aİ ölkələrindən əhəmiyyətli dəstək qazanması
mümkün deyildi. Lakin buna baxmayaraq, Azərbaycanın TŞ-yə seçilmək şans-
larını artırmaq üçün bir sıra mühüm addımlar atılmışdır. Belə ki, ölkəmiz BMT
Baş Assambleyasında mühüm qruplardan olan İslam Əməkdaşlığı Təşkilatının
(İƏT) İƏT-in Xarici İşlər Nazirləri Şurasının 2009-cu il 23-25 may tarixlərində
Dəməşqdə keçirilmiş 36-cı sessiyasında Azərbaycanın 2012-2013-cü illərdə
BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyinin İƏT ölkələri tərəfindən
dəstəklənəcəyinə dair qərarın (1/36-ORG saylı qətnamə) qəbul edilməsinə nail
olmuşdur [26]. Bu isə səsvermə zamanı Azərbaycanın 57 ölkənin səsini qazan-
maq şansını yüksəltmişdir.
Bundan əlavə, Azərbaycan BMT Baş As-
sambleyasında mühüm qruplardan biri olan
Qoşulmama Hərəkatının 2011-ci il mayın
23-27-də Balidə (İndoneziya) keçirilmiş 16-
cı Nazirlər Konfransında bu hərəkata tam-
hüquqlu üzv kimi qəbul olmuşdur [27]. Bu
konfransda Azərbaycan və Ficinin üzvlüyə
qəbul olunması ilə üzvlərinin sayı 120-yə
çatan Qoşulmama Hərəkatı BMT-də ən bö-
yük bloka çevrilmişdir [27]. TŞ-yə seçkilər
ərəfəsində ölkəmizin bu böyük bloka üzv
olması Baş Assambleyada səsvermə zama-
nı onun üzvlərinin 2/3-nin səsini (129 səs)
toplamağa mühüm töhfəsini vermişdir.
Qeyd etmək lazımdır ki, 2011-ci ilin
yanvarında Azərbaycan Afrika İttifaqı
təşkilatında müşahidəçi statusu almış-
dır [29]. Bu amil ölkəmizin beynəlxalq
əlaqələrinin, xüsusilə Afrika ölkələri ilə əlaqələrinin daha da inkişaf etməsinə
təsirini göstərmişdir. Afrika İttifaqının özündə 54 ölkəni birləşdirdiyini nəzərə
alsaq, seçkilər ərəfəsində bu statusun əldə olunmasının əhəmiyyəti bir qədər
də artmışdır.
Bundan əlavə, Azərbaycan KARİKOM-un (Karib Dövlətləri Birliyi) Xari-
ci Əlaqələr Şurasının 2011-ci il mayın 4-5-də Sent Kits və Nevisdə keçirilmiş
14-cü iclasına BMT yanında daimi nümayəndəsini göndərmişdir. İclasda çıxış
edən nümayəndəmiz Azərbaycanın KARİKOM-la əlaqələrini genişləndirməkdə
maraqlı olduğunu bildirmiş və birlik ölkələrinin xarici işlər nazirləri ilə
ikitərəfli görüşlər keçirmişdir [30]. Bu addım seçkiqabağı sözügedən qrupla
əlaqələrimizin genişləndirilməsinə xidmət etmişdir. 20 üzv və assosiativ üzv
dövləti özündə birləşdirən bu qrup kiçik dövlətləri əhatə etsə də, Baş Assamb-
leyada səsvermə zamanı hər bir dövlətin bir səsə malik olması baxımından bu
qrupla əlaqələrin inkişafı da ölkəmiz üçün əhəmiyyətli olmuşdur.
İslam Əməkdaşlığı Təşkilatının
(İƏT) İƏT-in Xarici İşlər
Nazirləri Şurasının 2009-
cu il 23-25 may tarixlərində
Dəməşqdə keçirilmiş 36-cı
sessiyasında Azərbaycanın
2012-2013-cü illərdə BMT
TŞ-nin qeyri-daimi üzvlüyünə
namizədliyinin İƏT ölkələri
tərəfindən dəstəklənəcəyinə
dair qərarın (1/36-ORG saylı
qətnamə) qəbul edilməsinə
nail olmuşdur