STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
74
sının alınması üçün Beynəlxalq Mərkəz yaratmaq qərarına gəlmişdir [13].
Mövzu ilə əlaqədar qeyd etmək lazımdır ki, Macarıstan və Sloveniya ilə
yanaşı, Şərqi Avropa qrupundan öz namizədliyini irəli sürmüş Azərbaycan ilk
dəfə deyil ki, beynəlxalq təşkilatlara seçkilərdə bu ölkələrlə rəqib qismində çı-
xış etmişdir. Belə ki, 2006-cı ildə BMT İnsan Hüquqları Şurasına seçkilər zamanı
Azərbaycan Şərqi Avropa qrupundan öz namizədliklərini irəli sürmüş Macarıs-
tan və Sloveniyaya artıq bir dəfə səs çoxluğu ilə qalib gəlməyə nail olmuşdur.
Azərbaycan bu səsvermə zamanı 103, Macarıstan 48, Sloveniya isə 88 səs top-
lamışdır [17]. Təbii ki, bu amil ölkəmizin Təhlükəsizlik Şurasına seçkilərdə də
qələbə qazanacağının təminatı ola bilməzdi. Təhlükəsizlik Şurasına seçkilərdə
müvəffəqiyyəti şərtləndirən bir çox amillər var idi ki, onları nəzərdən keçirmək
məqsədəuyğun olardı.
İlk öncə qeyd etmək lazımdır ki, TŞ-nin
qeyri-daimi üzvlüyünə namizədliyini irəli
sürmüş ölkəmiz bu gün beynəlxalq sül-
hün və təhlükəsizliyin təmin olunmasına öz
töhfəsini verməkdədir. Azərbaycanın son
illərdə nail olduğu yüksək iqtisadi inkişaf
tempi və uğurlu xarici siyasəti onu həm
regionda, həm də beynəlxalq səviyyədə
əhəmiyyətli tərəfdaşa çevirmişdir. Ölkəmiz
artıq bir neçə ildir ki, BMT-nin müxtəlif orqanlarına və ixtisaslaşmış qurumları-
nın idarə heyətlərinə üzv seçilir. Belə ki, Azərbaycan 1995-1997, 1998-2000-ci
illərdə YUNİSEF-in İcraiyyə Şurasının, 2002-2004-cü illərdə BMT-nin Davamlı
İnkişaf üzrə Komissiyasının, 2003-2005-ci illərdə EKOSOK-un, 2000-2002, 2003-
2005, 2007-2009-cu illərdə BMT-nin Qadınların Statusu üzrə Komissiyasının,
2005-2009-cu illərdə YUNESKO-nun İcraiyyə Şurasının, 2006-2009-cu illərdə
Dünya Səhiyyə Təşkilatının İcraiyyə Şurasının, 2006-2009-cu illərdə BMT-nin
İnsan Hüquqları Şurasının, 2008-2010-cu illərdə BMT-nin İnkişaf Proqramı və
Əhali Fondunun İcraiyyə Şurasının və 2009-2011-ci illərdə Atom Enerjisi üzrə
Beynəlxalq Agentliyin İcraiyyə Şurasının üzvü olmuşdur [18].
Ölkəmiz, həmçinin BMT-nin qurumlarında beynəlxalq sülh və təhlükəsizlik
məsələlərinin müxtəlif aspektlərini özündə əks etdirən qətnamələrin müəllifidir.
Belə ki, silahlı münaqişələrdən əziyyət çəkən insanların problemlərinin daim
BMT-nin gündəliyinə salınması üçün Azərbaycan tərəfindən bir neçə ildir ki,
BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər haqqında” və BMT-nin Qa-
dınların Statusu üzrə Komissiyasında “Hərbi münaqişələr zamanı, sonradan
həbs edilənlər də daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad
edilməsi haqqında” qətnamələr irəli sürülür. Bundan əlavə, Azərbaycan Baş
Assambleyada “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM
ərazisində uzanmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və
inkişaf üçün nəticələri” adlı bəndlər üzrə irəli sürülən qətnamələrin, eləcə də
İnsan Hüquqları Şurasında “Silahlı münaqişələr zamanı mədəni hüquqların və
mülkiyyətin qorunması” haqqında qətnamənin müəllifidir [18].
Qeyd etmək lazımdır ki, 1999-cu ildən indiyədək Azərbaycanın 2000-ə ya-
xın hərbçisi BMT-nin beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak etmişdir.
Kosovo birtərəfli qayda-
da öz müstəqilliyini elan
etdikdən sonra Milli Məclisin
qərarına əsasən Azərbaycan
sülhməramlıları bu ərazidən
çıxarılmışdır.