1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri



Yüklə 301,97 Kb.
səhifə41/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   37   38   39   40   41   42   43   44   ...   64
tesviriince

Dəzgah heykəltəraslığı nümunələri əsasən muzeylərdə, sərgi salonlarında, rəssamların emalatxanalarında nümayiş etdirilir. Belə heykəllər rəssamın sırf bədii yaradıcılıq işi kimi diqqəti cəlb edir. Monumental və dekorativ heykəltəraşlıq nümunə­lərindən fərqli olaraq, onların həcmi bir qədər kiçik olur və onları lazım gəldikdə bir yerdən başqa verə aparmaq mümkün olur.

33.Xalçaçılıq və dulusçuluq sənəti.

Dekorativ tətbiqi incəsənətin ən zəngin sahələrindən biri də xalçaçılıqdır. Görkəmli sənətşünas Lətif Kərimov özünün monumental xalçaçılıq haqqında olan kitablarında Azərbaycan xalqına bir nöty pasport vermişdir. L.Kərimov Azərbaycan xalçalarının təsnifatını vermiş, onların texnoloji xüsusiyyətini müəyyənləşdirmiş, bir sıra xalça nümunələrinin məhz Azərbaycan xalqına aid olduğunu tarixi faktlarla, sənədlərdə sübut etmişdir .O, bir çox dünya muzeylərində saxlanılan xalçalar haqqında geniş məlumat toplamışdır. Onun yazdığı «Azərbaycan xalçaları» I-III cild monumental kitabı xalçaçılıqla məşğul olan siıətşünas alimlərin əlində əvəzsiz vəsaitdir.Azərbaycan xalçaları dünyanın bir çox muzeylərinin qiymətli eksponatlarından Londondakı Viktoriya və Albert muzeyində saxlanılan dünyada bədii və texnoloji xüsusiyyətlərinə görə ən böyük vö ən qiymtli xalça sayılan Şeyx Səfi xalçası (5 m yarım x 11 m 30 sm) 1539-cu il. Bu xalça üzərindəki naxışlar, əsasən, Təbriz xalça məktəbinin ən gözəl nəbati çeşidlərindən al-əlvan naxışlarla bəzədilmiş xalçada naxışlar hər dəfə yeni forma əks etdirsədə, onlar bir-birini tamamlayır. Bundan başqa, Bakı şəhərində yerləşən Azərbaycan Xalçaları muzeyində xalqımızın yaratdığı bir çox qiymətli xalça nümunələri saxlanılır. Müasir dövrdə bir çox Azərbaycan rəssamlarından Cəfər Müciri, Kamil Əliyev, Mikayıl Eldarov və başqaları xalçaçılıq sahəsində yeni və çox qiymətli sənət nümunələri yaratmışlar.

Dünyadakı on bir coğrafi iqlim qurşağından həyat üçün yararlı sayılan doq­quzunun Azərbaycanda olması doğma yurdumuzun müxtəlif təbii xammal ehtiyyatları ilə zənginliyini göstərir. Buna görə də Azərbaycanda dekorativ-tətbiqi sənətin dulusçuluq, keramika, misgərlik, xalçaçılıq, toxuculuq, zərgərlik, bədii tikmə və s. növlərinin yaranma və inkişaf tarixi çox qədimdir.

Dekorativ-tətbiqi sənətin növləri, burada istifadə olunan materiallar, üsul və vasitələr müxtəlifdir. Belə sənət nümunələri hazırlandığı materiala (ağac,daş, metal, keramika, yun, pambıq və s.) və işlənmə texnikasına (oyma, tökmə, döymə, hörmə, tikmə və s.) görə müxtəlif sahələrə ayrılır.

Arxeoloji qazıntılar nəticəsində müəyyənləşdirilmişdir ki, Azərbaycan ərazisində yaşayan tayfalar hələ 4 min il bundan əvvəl daşdan, gildən, metaldan müxtəlif formalı qab-qacaq, silah və bəzək əşyaları düzəldərək onlardan gündəlik həyat və məişətlərində geniş istifadə etmişlər. Həmin sənət nümunələri öz orijinal forması, istifadə olunan materialları, dəqiq işlənmə xüsusiyyəti və üzərindəki bəzək elementləri ilə tarixçilərin, etnoqrafların, sənətşünas al


Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə