1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri



Yüklə 301,97 Kb.
səhifə43/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   39   40   41   42   43   44   45   46   ...   64
tesviriince

Birinci mərhələ - intibahın başlanğıcını əhatə edir ki, onun birinci yarısına Protorenessans (erkən intibah) dövrü (XIII əsrin II yarısı) və Triçento (XIV) dövrü aiddir.

Kvatroçento dövrü adlanan ikinci mərhələ XV əsrə ( 1400) təsadüf edir, və nəhayət , renessansın üçüncü ən yüksək inkişaf mərhələsi incəsənət tarixində İntibahın Qızıl dövrü adlanır.(1500-1530)

İntibah mədəniyyətinin ilk vətəni İtaliya olmuşdur. Yeni yaranmış hərəkatın inkişafı üçün yeni şərait Qərbi Avropada başqa ölkələrə nisbətən bu ölkədə daha tez əmələ gəlmişdir. Beləliklə , Florensiya, Venesiya , Roma, Milan və başqa şəhərlər renessans mədəniyyətinin ən qaynar mərkəzlərinə çevrilmişdir.

Renessans təxminən üç əsrlik bir dövrü (XIII əsrin ortalarından 1530-cu ilədək) əhatə etmişdir. Düzdür , bəzi şəhərlərdə renessans XVI əsrin axırına kimi davam etmişdir ki, bu da bəzi yerli sənətkarlar yaradıcılığında aydın hiss olunur.

İntibah incəsənətinin ilk inkişaf dövrü Protorenessans Florensiya məktəbinin adı ilə bağlıdır. Protenessans dövrü sənətkarlar orta əsrlər incəsənətinə xas bədii üslub xüsusiyyətlərindən uzaqlaşaraq antik mədəniyyət ənənələrini yenidən canlandırmağa meyl göstərmişlər. Bu cəhətdən intibahın atası –Florensiya məktəbinin görkəmli nümayəndəsi , boyakar Cotto Bondonenin yaradıcılığı sözün əsl mənasında yeni dövrün əsl mınasını təmsil edir. O , Qərbi Avropa incəsənətində ilk dəfə dini mövzulu (əsatir janrı) təsvirlərdə şərtilikdən uzaqlaşaraq hadisələri real təsvir etmişdir. Burada rəssam insan xarakterləri , onların hiss və həyəcanları ilə bağlı canlı təsəvvür yaratmaqla Avropa boyakarlığında dərin bir çevrilişə səbəb olmuşdur. 1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini Paduya şəhərindəki Del Arena kapellasının monumental divar rəsmlərində yaratmışdır. Burada üç cərgədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərii vermişdir. Bunlardan “ İsanın meyidi üzərində ağlaşma” , “ İudanın öpüşü “ freskaları gərgin və dramatik bir anı insan xəyanətini əks etdirərək böyük bəşəri hisslər doğurur və rəmzi mına daşıyır. Cotto həmçinin Florensiyada Santa Kroçe kilsəsinin Perriutsi və Bardi kapellalarının freskalarını yaradır. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdəki inkişafına ciddi təsir göstərmişdi.Florensiyanın qonşuluğundakı Siyena şəhəri o dövrün böyük bir incəsənət mərkəzi olmuşdur. Onların müqayisəli tədqiqi Florensiya məktəbinin incəsənətdə etdiyi inqilabi çevrilişi daha qabarıq görməyə imkan verir. Iyena məktəbi çərçivəsində yaranmış əsərlərdə Qotika və Bizans sənətinin təsiri çox güclü olmuşdur. Məhz buna görədir ki, onların boyakarlıq əsərlərində fon əvvəlki kimi saya , çox vaxt qızılı rəngdə təsvirlər isə əsasən kişildilmiş ölçülərdədir. Siyena məktəbinin ın görkəmli nümayəndələri Duçço, Simone Martini və Lorensetti boyakarların yaradıcılığı məhz bu keyfiyyətləri ilə fərqlənir.

XV əsrdə Kvatroçento dövründə İtaliya renessans mədəniyyəti hərtərəfli və sürətlə inkişaf etçəyə başlayır .Florensiya məktəbi bütün Avropa incəsənətində ən qabaqqcıl və böyük mədəniyyət mərkəzinə çevrilir. Bu yüz illikdə İtaliyanın ən görkəmli sənətkarları memarlar F.Brunnrldki və L.V.Alberti , heykəltəraşlar Donatello və Qiberti ,boyakarlar Mazaçço və başqaları məhz Florensiya məktəbinin nümayəndələri olmuşlar.

Florensiya məktəbinin ən böyük naliyyətlərindən biri də rəssam və heykəl­təraşların bədii yaradıcılıqla yanaşı həndəsə, anatomya. perspektiv elmlərə maraq göstərməklə incəsənəti elmi kəşflərlə zənginləşdirmələridir. Kvtroçento dövrünün florensiyalı sənətkarları Andrea Verokkyo. Andreo del Kastanyo. Domeniko Gırlandayo, Paulo Uçello və başqaları çoxlu axtarışlar apararaq incəsənətin təbiət və dəqiq elmlərlə yaxın əlaqəsini öyrənmişlər və bu səpgidə əsərlər yaratmışlar.

Bu məktəbin görkəmli nümayəndəsi heykəltəraş Donatello( 1386-1466) yaradıcılığında antik ənənələrdən ustalıqla istifadə edərək heykəltəraşlıq sənətini daha yüksəklərə qaldırmışdır. Onun Qattemilata adlı sərkərdənin atlı heykəli (1443-1453) XIII əsrdən etibarən davam edən uzun fasilədən sonra Avropada qoyulmuş ilk atlı heykəl sayılır. Ondan əvvəlki Mark Avreliy adlı Roma imperatoru­nun atlı heykəli e. 170-ci ilinə təsadüf edir.

Florensiya məktəbinin yüksək realist ənənələri inkişaf etdirən nümayəndə­lərindən biri də dahi rəssam Mazoçço (1401-1428) sayılır. 1425-1428-ci illər arasında Florensiyadakı Santa Mariya del Karmine kilsəsinin Brankaççi kapellasının divar rəmlərini yaratmış bu rəssam özündən sonrakı intibah sənətkarları üçün canlı akademya olmuşdur. O. Avropa incəsənətində ilk dəfə çılpaq insan bədəni­nin realist təsvirim vermişdir Mazaçço "Adəm və Həvvanın cənnətdən qovul­ması", “Vergi" və başqa əsərlərində bir sıra mühüm sənətkarlıq problemlərimni həll etmişdir. O, Qərbi Avropa rəssamlığında ilk dəfə fiqurlarla mənzərə və memarlıq arasında vəhdət yaratmış, onları daha sərbəst və təbii halda göstərmişdir.

XV əsrin II yarısında Mediçi ailəsinin hakimiyyəti zamanı İtaliyanın ən gör­kəmli sənətkarları Florensiyada yaşayıb-yaratmışlar. İncəsənət hamisi olan Lorenso Mediçi dövrünün ən böyük istedadlarından dahi rəssam Bottiçilli və Mikelan- celonu sarayına dəvət etmişdir. O. Florensiyada Platon Akademyası, Laurensıana kitabxanası yaratmışdılır. İlk muzeylərə Qədim Yunan və Roma sənəti nümunələ­rinin yığılması ilə rəssam və heykəltəraşlar üçün antik sənətin öyrənilməlinə şərait yaranmışdır.

Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən Sandro Bottiçelli (1447-1570) Lorenso Mediçinin saray rəssamı olmuşdur. Onun bir rəs­sam kimi yaradıcılıq yolu və tərcümeyi halı Mediçi dövrü Florensiyasında höküm

sürən kəskin ziddiyyətlər, aydın əks etdirir. Saray rəssamı, olduğu zaman O, bir sıra gözəl əsərlər yaratmışdır. Bunlara misal olaraq. "Bahar". "Veneranın doğul­ması". "Venera və Marsi’. Vaticanda Sikst kapellasının divar rəsmləri və s. göstərmək olar. 1492-1497-ci illərdə onun Dantenin "İlahi komediya" əsərinə çek­diyi illüstrasiyalar Renessans dövrü kitab illüstrasiyasının ən gözəl nümunələrin­dən sayılır.

Florensiya ilə yanaşı Urmiya. Paduya. Boloniya.Roma və Venetsiya şəhər­lərində yaranan mədəniyyət ocaqlarının da böyük əhəmiyyəti olmuşdur. Bunlar­dan Paduya rəssamlıq məktəbinin nümayəndəsi rəssam Andrea Mantenya (1431- 1506) yaradıcı bir şəxsiyyət kimi antik sənətin və Paduyada işləmiş Cotto, Paolo Uçello və Donatellonun təsiri altında formalaşmışdır

Mantenya Renessans dövrünün ən mahir perspektiv quruluşu ustalarındandır. Onun Paduya hökmdarı Lodoviko Qonzaqanın sarayının tavanında çəkdiyi freska. Eremitanı kilsəsinin Ovetari kapellasının divarındakı Müqəddəs Yaqubun həyatından süjetli rəsmlər, “Ölmüş İsa peyğəmbər" və s. əsərləri bunu parlaq şəkildə sübut edir.

Renesans dovründa ən uzun inkişaf yolu keçmiş məktəb Venesiya boyakar lıq məktəbidir. XVI əsrdə onun ən yusək inkişaf mərhələsi Tisian. Veroneze və Tintoretto kimi dahilərin adı ilə bağlıdır XV əsrdə bu məktəbin ən görkəmli nüma­yəndələrindən olan Covanni Bellini gözəl və incə madonna surətləri çəkməkdə bö­yük şöhrət qazanmışdır. O, Venesiya boyakarlığında yağlı boya texnikasını geniş tətbiq etmiş və onu təkmilləşdirmək uçün böyük işlər görmüşdür. Covanni Bellini Corcone və Tisianın müəllimi olmuşdur.

Venesiya məktəbinin sonrakı inkişafı Corconenin (1477-1510) adı ilə bağlı­dır. Onun yaradıcılığı Renessans incəsənətinin son mərhələsinə təsadüf edir Onun yaratdığı ən məhşur əsərlərə misal olaraq. “Yudif”, “Kənd konserti”, “Üç filosof” ,"Tufan","Yatmış Venera" və başqalarını göstərmək olar. Corconenin bədii irsi XVI əsr Venesiya boyakarlığının çiçəklənməsinə güclü təkan vermiş və Tisianın yaradıcılığına böyük təsir göstərmşdir

Venesiya məktəbinin dünya şöhrətli nümayəndəsi Tisian Veçelli (1477- 1576) bir əsrlik uzun ömür yolu ərzində nəhəng bədii miras qoymuşdur. O. zəma­nəsinin böyük kolorit ustası kimi şöhrət qazanmışdır. Onun yaratdığı əsərlərə misal olaraq “Məryəmin meracı”, “Tövbə edən Maqdalina", “Pezaro ailəsinin madonnası” , “Lya Bella” , “Papa III Pavel”, “V Karl” portretləri, “Müqəddəs Sebast- yan”, “İsanın başına tikandan tac qoyulması” və s əsərlərini misal göstərmək olar. O. özündən sonra gələn Veroneze, Tıntoretto, Rubens ,Rembrant , Velaskes və başqalarının yaradıcılığına ciddi təsir göstərmişdir.Venesiya intibah dövrü boyakarlığının son və parlaq səhifəsini iki rəssam Veroneze və Tintoretto təmsil edir. Paolo Veronezenin yaratdığı əsərlərə misal olaraq “Venesiyanın zəfəri” ,"Kan şəhərində nigah", “Kahinlərin təzimi”, “Levinin evində ziyafət", “Musanın tapılması” və s əsərlərini göstərmək olar O. dini mövzu lu tablolarını müasir həyat şəraitində təsvır edirdi.




Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə