1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


İtaliyada faşizmin hakimiyyət başına gəlməsi



Yüklə 199,24 Kb.
səhifə29/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   ...   25   26   27   28   29   30   31   32   ...   58
Müasir cavablar [1 - 60].

İtaliyada faşizmin hakimiyyət başına gəlməsi.1919-20-ci illərdə fəhlə hərəkatının yüksəlişi, həmçinin 1920-1921-ci illərdəki iqtisadi böhran burjuaziyanı bu vəziyyətdən çıxmaq yolu üzərində düşünməyə vadar etdi. Belə bir yolu onlara faşistlər göstərdilər. Faşistlər hələ 1919-cu ildə özlərinin mübarizə ittifaqlarını yaratdılar. Onların ilk toplantısı 1919-cu ilin martında Milanda oldu. Faşistlər əvvəllər ən çox öz sıralarına müharibənin nəticələrindən incik olan gəncləri toplayırdılar. Belə gənclərdən biri faşist şair Qabriel Arnnuntsio idi. Onun başçılığı altında bir legion təşkil edildi. Bu legion 1919-cu ilin sentyabrında Fium limanını işğal etdi. Lakin tezliklə onlar Fiumu tərk etməli oldular. Çünki bu hadisə iki dövlət arasında narazılığa səbəb oldu. 1920-ci ilin noyabrında İtaliya ilə Serb-Xorvat-Sloven krallığı arasında Rapolloda müqavilə bağlandı.
Hələ 1919-cu ildə faşistlərin kifayət qədər mövqeyi yox idi. Parlament seçkilərində faşistlər heç bir səs ala bilməmişdilər. Faşist təşkilatlarının nüfuzu 1920-ci ilin payızında inqilabi hərəkatın sönməsi dövründə artmağa başladı. 1921-ci ilin mayındakı parlament seçkilərində faşistlər ilk dəfə parlamentə 35 deputat keçirə bildilər. Onların şüarı aşağıdakı 3 maddədən ibarət idi. Əməkdaşlıq, bu əməkdaşlığı təmin edən güclü dövlət, millətlər ittifaqı. Onlar belə hesab edirdilər ki, millətin mənafeyi hər şeydən üstündür. 1920-ci ilin sonu, 1921-ci ilin əvvəllərində Faşistlərin terrorçuluq fəaliyyəti genişlənmişdi. 1921-ci ilin yayında faşistlərə qarşı müqavimət gücləndi.
Tezliklə faşistləri iri inhisarçılar və maliyyə maqnatları maddi cəhətdən təmin etməyə başladılar. 1921-ci ilin noyabrında Milanda keçirilən qurultayda faşist partiyası yaradıldı. Onun rəhbəri isə əvvəllər sosialist partiyasının üzvü və onun orqanı «Avantı» qəzetinin redaktoru olmuş, dəmirçi ailəsində doğulmuş, italyan dili müəllimi Benito Mussolini oldu. Onu "duce", yəni rəhbər adlandırmağa başladılar.
Faşistlər xalq kütlələrini öz tərəfinə çəkmək üçün proqramlarında xeyli dəyişikliklər etdilər. Onlar kapital üzərinə vergi qoymaq, respublika qurmaq, ümumi seçki hüququ, bir sıra sənaye müəssisələrini milliləşdirmək, kəndlilərə torpaq vermək, kilsə mülkiyyətini müsadirə etmək məsələsini irəli sürdülər. 1921-1922-ci illərdə faşistlərlə xalq kütlələri arasında ciddi döyüşlər oldu. Faşizm sosial qruplar arasında mübarizə prinsipini inkar edən, irqçiliyi təbliğ edən, parlamentli quruluşun əleyhinə olan, totalitar dövlət yaratmaq uğrunda mübarizə aparan siyasi hərəkat idi.
1921-ci ilin avqustun 31-də faşist partiyası və İtaliya sosialist partiyasının rəhbərləri arasında "sakitləşdirmə paktı" bağlandı. Hər iki tərəf bir-birinə münasibətdə düşmənçilik hərəkətlərindən çəkinmək öhdəliyini götürdü.
Artıq 1922-ci ilin oktyabrın ortalarında faşistlər dövlət çevrilişi etməyə hazırlaşırdılar. Oktyabrın 16-da dövlət çevrilişinə rəhbərlik etmək üçün "kvadrumviri" – dördlük yaradıldı. Onun tərkibinə Balbo, Byanka, De Boko və De Vekin daxil oldular.
1922-ci il oktyabrın 24-də "Romaya yürüş" şüarı altında faşistlərin Neapolda 40 minlik toplanışı keçirildi. Kral III Viktor Emmaniel oktyabrın 28-də Salandreyə faşistlərin iştirakı ilə yeni kabinet təşkil etməyi tapşırdı. Lakin Mussolini bu təklifi rədd edərək hökumətin tamamilə ona verilməsini tələb etdi. Həmçinin İtaliyanın nüfuzlu inhisarçı təşkilatı olan Sənayeçilərin Baş Konfederasiyası krala teleqram göndərərək hakimiyyətin Mussoliniyə verilməsini tələb etdi. Bir gün sonra Mussolini hökumətə başçılıq etmək üçün Romaya dəvət olundu. Oktyabrın 29-da onun Romaya gəlişi ilə "faşist inqilabı" sona yetmiş oldu. Oktyabrın 31-də Mussolini kral III Viktor Emmanuil ilə birlikdə faşist dəstələrinin rəsmi keçidinə baxdılar. Beləliklə, iri kapitalın müdafiəsi, Vatikanın "neytral" mövqedə durması, kral ailəsi və bir çox görkəmli siyasətçilərin faşistləri dəstəkləməsi, xırda burjuaziyanın, gənclərin və varlı kəndlilərin faşistlərin tərəfinə cəlb edilməsi nəticəsində İtaliyada faşistlər hakimiyyətə gəldilər.
İtaliyada faşistlərin hakimiyyətə gəlməsi adi hökumət dəyişikliyi deyildi. Bu iri burjuaziya, mülkədarlar və katolik kilsəsi tərəfindən hazırlanmış dövlət çevrilişi idi. Onların hakimiyyətə gəlməsi ilə burjua-demokratik quruluşun ləğvi prosesi başlandı və onu totalitar faşist rejimi əvəz etdi. İtaliya faşizmin təsdiqini tapan ilk ölkə oldu ki, bu da təsadüfi deyildir. Kəskin qarşıdurmalar, hakim dairələrdə hökm sürən çaşqınlıqlar, liberal-burjua dövlət quruluşundakı böhran İtaliyada faşizmin çiçəklənməsinə şərait yaratdı. Faşistlərin hakimiyyətdə olduğu dövr tarixə "qara iyirmillik" kimi daxil oldu.
Mussolini dərhal qeyri-məhdud diktatura yaratmağa tələsmədi. O, zəhmətkeşlərin inqilabi mübarizəsinin yenidən başlanmasından ehtiyat edirdi. Faşistlərin emblemi dövlət gerbi elan edildi. 1922-ci il dekabrın 15-də Mussolini başda olmaqla "Böyük faşist şurası" yaradıldı. Bu şura həm qanunvericilik, həm də icraedicilik funksiyasını öz üzərinə götürmüşdü.
Rəsmən qadağan edilməsə də, birinci zərbə kommunistlərə vurulmağa başlandı. Dövlətin inhisarların gəliri üzərində nəzarəti məsələsi təxirə salındı, çünki Mussolini bilirdi ki, onların köməyi ilə o qələbə çalmışdır. Mussolini gəncləri faşist partiyası ətrafında toplamaq məqsədilə bütün gənclər və uşaq təşkilatlarını yarımhərbi gənclər təşkilatında – İtaliya fəxri keşikçi təşkilatında birləşdirdi. Təşkilatın başlıca şüarı: "inanmaq, tabe olmaq, döyüşmək" idi.
1924-cü ilin parlament seçkilərində faşistlər saxtakarlıq edərək əksəriyyətə nail oldular. Rəsmi məlumatlara görə faşistlər 4,5 milyon səs, digər partiyalar isə 3,5 milyon səs aldılar. Lakin faşistlər parlamentdə 374, Xalq, Sosialist və Kommunist partiyası isə cəmi 104 deputat yeri tutdular. İtaliya Unitar sosialist partiyasından parlamentə deputat seçilmiş Cakomo Matteotti özünün cəsarətli çıxışında bu saxtakarlığı ifşa etdi və o tələb etdi ki, seçkilərin nəticəsi ləğv olunsun və faşistlər deputat mandatından məhrum edilsin. Bu çıxışdan 10 gün sonra, 1924-cü ilin iyun ayının 10-da o oğurlandı və yoxa çıxdı. Bu hadisədən təsirlənən müxalifətdən olan deputatlar parlamentin işində iştirak etməkdən imtina etdilər. Kəskin siyasi böhran yaranmış oldu. Tezliklə məlum oldu ki, Matteotti faşistlər tərəfindən vəhşicəsinə öldürülmüşdür. Bu hadisədən sonra hətta faşist partiyası üzvlərinin bir çoxu da onun tərkibindən çıxdılar. Mussolini Matteottini öldürən Duminini həbs etdirdi. O, terrorçu təşkilatın rəhbəri Maripellinin tapşırığı ilə bu qəsdi həyata keçirdiyini bildirdi. Parlamentdən getmiş deputatlar "Müxalifət partiyalarının komitəsi"ni təşkil etdilər ki, bu komitə qədim Romada plebeylərin yığıncaq keçirdikləri təpənin adı ilə "Aventin bloku" adını aldı. Lakin tezliklə kommunistlərdən fərqli olaraq digər partiyalardan olan deputatlar zəiflik və qətiyyətsizlik göstərdilər. Xalq Matteottinin xatirəsini əziz tutaraq etiraz mitinqləri və nümayişlər təşkil etdilər, lakin «Aventin bloku» bundan istifadə edərək xalqı faşizmlə mübarizəyə qaldırmadı. Kommunistlər Aventin blokunun tərkibindən çıxdılar. «Duçe» Aventin blokunun fəaliyyətini qadağan etdi və kütləvi surətdə həbslər keçirməyə başladı.
1925-ci ilin yanvar ayının 3-də Mussolini rejimin təhlükəsizliyini hiss edərək deputatlar palatasında çıxış etdi. O, nitqində "Bütün hakimiyyət faşistlərə!" şüarını irəli sürdü. Bu hadisədən sonra demokratik azadlıqlar və parlamentin səlahiyyəti məhdudlaşdırıldı. Bundan sonra hökumətin başçısını kral təyin edirdi və hökumət ancaq onun qarşısında məsuliyyət daşıyırdı. Kralın isə rolu əslində simvolik xarakter daşıyırdı. Deməli, hökumət heç kimin qarşısında məsuliyyət daşımırdı. Hökumət dekretlər vermək hüququ əldə etdi, tətillər qadağan edildi. 1926-cı ilin noyabrında "Fövqəladə faşist qanunları" nəşr edildi ki, bu əslində açıq terrorist diktaturaya keçid demək idi. Bütün müxalifət partiyaları buraxıldılar, onların qəzetləri bağlandı. Kütləvi həbslər başlandı. Bütün müxalifət partiyaları öz fəaliyyətlərini xaricə keçirməyə məcbur oldular. 1927-ci ildə "Əmək xartiyası" adlı həmkarlar təşkilatı yaradıldı ki, bu da bütün fəhlə təşkilatları üzərində nəzarəti həyata keçirməli idi. Bütün digər həmkarlar ittifaqlarının fəaliyyəti qadağan edildi. Ölkədə bütün hakimiyyət faşist partiyasının əlində cəmləşdi. Ali orqan «Böyük faşist şurası» oldu və qanunvericilik funksiyası aldı.
1929-cu ilin fevralında İtaliya dövləti ilə Roma papası arasında Lateran sazişi bağlandı. İtaliya Vatikanı müstəqil dövlət kimi tanıdı, katolizmi müdafiə edəcəyini vəd etdi, onun doktrinasının ali məktəblərdə tədrisinə icazə verdi, onun ənənələrini vətəndaş aktlarında yerinə yetirəcəyini öhdəsinə götürdü. Vatikan da öz növbəsində İtaliya dövlətini müdafiə edəcəyinə təminat verdi.
Lateran sazişi faşizmlə kilsə arasında ittifaqı rəsmiləşdirdi, bu isə demokratik qüvvələrə qarşı mübarizədə Mussolininin mövqeyini möhkəmləndirdi.



  1. Matteotti “işi”, “Aventin bloku” və Faşist diktaturasının qurulması

1924-cü ilin parlament seçkilərində faşistlər saxtakarlıq edərək əksəriyyətə nail oldular. Rəsmi malumatlara görə faşistlər 4,5 milyon səs, digər partiyalar isə 3,5 milyon səs aldılar. Lakin faşistlər parlamentdə 374, Xalq, Sosialist və Kommunist partiyası isə cəmi 104 deputat yeri tutdular. İtaliya Unitar sosialist partiyasından parlamentə deputat seçilmiş Cakomo Matteotti özünün cəsarətli çıxışında bu saxtakarlığı ifşa etdi və o tələb etdi ki, seçkilərin nəticəsi ləğv olunsun və faşistlər deputat mandatından məhrum edilsin. Bu çıxışdan 10 gün sonra, 1924-cü ilin iyun ayının 10-da o oğurlandı və yoxa çıxdı. Bu hadisədən təsirlənən müxalifətdən olan deputatlar parlamentin işində iştirak etməkdən imtina etdilər. Kəskin siyasi böhran yarandı. Tezliklə məlum oldu ki, Matteotti faşistlər tərəfindən vəhşicəsinə öldürülmüşdür. Romadan bir qədər uzaqda onun meyidi tapıldı. Bu hadisədən sonra hətta faşist partiyası üzvlərinin bir çoxu da onun tərkibindən çıxdılar. Mussolini Matteottini öldürən Duminini həbs etdirdi. O, terrorçu təşkilatın rəhbəri Maripellinin tapşırığı ilə bu qəsdi həyata keçirdiyini bildirdi. Parlamentdən getmiş deputatlar “Müxalifət partiyalarının komitəsi”ni təşkil etdilər ki, bu komitə qədim Romada plebeylərin yığıncaq keçirdikləri təpənin adı ilə “Aventin bloku” adını aldı. Lakin tezliklə kommunistlərdən fərqli olaraq digər partiyalardan olan deputatlar zəiflik və qətiyyətsizlik göstərdilər. Xalq Matteottinin xatirəsini əziz tutaraq etiraz mitinqləri və nümayişlər təşkil etdilər, lakin «Aventin bloku» bundan istifadə edərək xalqı faşizmlə mübarizəyə qaldırmadı. Kommunistlər Aventin blokunun tərkibindən çıxdılar. «Duçe» Aventin blokunun fəaliyyətini qadağan etdi və kütləvi surətdə həbslər keçirməyə başladı.


1925-ci ilin yanvarın 3-də Mussolini rejimin təhlükəsizliyini hiss edərək deputatlar palatasında böyük nitqlə çıxış etdi. O, nitqində “Bütün hakimiyyət faşistlərə!” şüarını irəli sürdü. O, bir sıra qanunlar qəbul etdi ki, bununla da demokratik azadlıqlar və parlamentin səlahiyyəti məhdudlaşdırıldı. Hökumətin başçısını kral təyin edirdi və hökumət ancaq onun qarşısında məsuliyyət daşıyırdı. Kralın isə rolu əslində simvolik xarakter daşıyırdı. Deməli, hökumət heç kimin qarşısında məsuliyyət daşımırdı. Hökumət dekretlər vermək hüququ əldə etdi ki, bu dekretlər qanun qüvvəsində idi. Faşistlərinkindən başqa bütün həmkarlar ittifaqlarının hüquqları məhdudlaşdırıldı, tətillər qadağan edildi. 1926-cı ilin noyabrında “Fövqəladə faşist qanunları” nəşr edildi ki, bu əslində açıq terrorist diktaturaya keçid demək idi. Bütün müxalifət partiyaları buraxıldılar, onların qəzetləri bağlandı. “Dövlətin təhlükəsizliyinin müdafiəsi” tribunalı təşkil edildi, ölüm cəzası tətbiq edilməyə başlandı, OVRA adlanan mühafizə dəstələri yaradıldı. Kütləvi həbslər başlandı. 1926-cı ilin noyabrında A.Oramşi, onun ardınca isə 12 min kommunist həbs edildi. Bütün müxalifət partiyaları öz fəaliyyətlərini xaricə keçirməyə məcbur oldular. 1927-ci ildə “Əmək xartiyası” adlı həmkarlar təşkilatı yaradıldı ki, bu da bütün fəhlə təşkilatları üzərində nəzarəti həyata keçirməli idi. Bütün digər həmkarlar ittifaqlarının fəaliyyəti qadağan edildi. Ölkədə bütün hakimiyyət faşist partiyasının əlində cəmləşdi. Ali orqan «Böyük faşist şurası» oldu və qanunvericilik funksiyası aldı. 1929-cu ilin fevralında İtaliya dövləti ilə Roma papası arasında Lateran sazişi bağlandı. İtaliya Vatikanı müstəqil dövlət kimi tanıdı, katolizmi müdafiə edəcəyini vəd etdi, onun doktrinasının ali məktəblərdə tədrisinə icazə verdi, onun ənənələrini vətəndaş aktlarında yerinə yetirəcəyini öhdəsinə götürdü. Vatikan da öz növbəsində İtaliya dövlətini müdafiə edəcəyinə təminat verdi. Lateran sazişi faşizmlə kilsə arasında ittifaqı rəsmiləşdirdi, bu isə demokratik qüvvələrə qarşı mübarizədə Mussolininin mövqeyini möhkəmləndirdi.



  1. İtaliya iqtisadi böhran dövründə.Avtorgiya və “korporativ dövlət” yaradılması və xarici siyasəti

1929-1933-cü illərdə dünya iqtisadi böhranı faşist İtaliyasının da təsərrüfatına ciddi zərbə vurdu. 1932-ci ildə İtaliyada sənaye istehsalı 1929-cu ilə nisbətən 33% aşağı düşdü. Əmək haqqı 12-16% aşağı düşdü. İşsizlərin sayı bir milyonu ötdü. Faşist hökuməti böhrandan çıxmaq üçün tədbirlər görməyə başladı. 1930-1934-cü illərdə “korporativ dövlət” yaratmaq proqramı həyata keçirilməyə başladı. İqtisadiyyatın bütün sahələrində – sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində müvafiq olaraq sahibkarla həmkarlar ittifaqlarını və bütün zəhmətkeşləri öz sıralarında birləşdirən 22 korporasiya yaradıldı. Korporativ sistemin yaradılması ölkə iqtisadiyyatına dövlət nəzarətini gücləndirməyin səciyyəvi forması idi. Mussolininin iqtisadi xətti güclü “dövlət- güclü rəhbər” ideyasına əsaslanırdı. Bu ideya əsasında dövlət-inhisar kompleksi yaradıldı. İqitsadi böhran illərində hökumət «Çörək uğrunda mübarizə!» şüarını irəli sürdü. 1928 və 1933-cü illərdə əkin sahələrini genişləndirmək və suvarma qurğularını tikməyə dair iki qanun verdi. Bu qanunlar ölkənin aqrar bölməsinin böhrandan çıxmasına kömək etdi. Ölkədə taxıl istehsalı 82 mln. Tona çatdı. Korporasiya nazirliyi təşkil edildi ki, ona Mussolini özü başçılıq edirdi.


XX əsrin 30-cu illərində İtaliyanın iqtisadi həyatında gedən proseslərdən biri də avtorgiyaya nail olmaq uğrunda mübarizə idi. Məqsəd ölkədə özünü təmin edən və iqtisadi cəhətdən müstəqil olan sistem yaratmaq idi. Bu məqsədlə 1937-ci ilin oktyabrında Avtorgiya üzrə Ali komissiya yaradıldı. Ali komissiya tərəfindən iqtisadiyyatın və sahələrin ayrı-ayrı texniki cəhətdən yenidən qurulması, istehsal və maliyyə üzərində ciddi nəzarət qoyulması, istehlakın, hərbiləşmənin nizama salınması tədbirləri həyata keçirildi. İqtisadiyyatın işinə birbaşa və hərtərəfli qarışmaq sayəsində faşist-korporativ dövləti ölkənin iqtisadi inkişaf sürətinin artırılmasına nail oldu. Tezliklə sənaye istehsalının strukturu dəyişildi, maşınqayırma və metallurgiya sənayesinin xüsusi çəkisi xeyli yüksəldi. Faşizm hərəkatında italyan forması ideallaşmağa başladı. 1939-cu ildə parlamenti korporativ parlament əvəz etdi, onun üzvləri “duçe” tərəfindən təyin edilirdi və həqiqətdə bu orqan heç bir səlahiyyətə malik deyildi. İtaliyada dövlət-inhisarçı birliklər yaranmağa başladı ki, bunlardan ən məşhurları Əmlak institutu və Sənayenin Yenidən Qurulması idarəsi idi. Bu inhisar birliyi hərbi və ağır sənayenin əksəriyyət hissəsini öz nəzarəti altına almışdı.


İtaliya SSRİ-ni ilk tanıyan dövlətlərdən oldu və 1924-cü ilin fevralında onunla ticarət sazişi bağladı. Öz zəifliklərini hiss edən faşistlər açıq təcavüzkarlığa keçmək üçün əlverişli şərait gözləyirdilər. İtaliyada şovinist və militarist təbliğat genişlənməkdə idi. 1923-cü ildə İtaliyanın yunan adası olan Korfini tutmaq planına İngiltərə mane oldu. Lakin İtaliya 1924-cü ildə Fium limanını Yuqoslaviyadan ala bildi. Həmçinin Albaniya da İtaliyanın protektoratlığı altına düşdü. 1925-ci ildə Həbəşistandakı Eriteriya və Somali müstəmləkələri arasında dəmiryolu çəkmək üçün konsessiyalar almaq və onun qərb hissəsində iqtisadi nüfuz qazanmaq istəyinə İngiltərənin ralızığı ilə nail oldu.


1929-1933-cü illər dünya iqtisadi böhranı zamanı kütlələri daxili problemlərdən yayındırmaq məqsədi ilə Mussolini xarici ekspansiyaya başlamağı mühüm vasitə hesab edirdi. Hitlerin Almaniyada hakimiyyətə gəlməsi və Yaponiyanın Çində müharibəyə başlaması, xammal mənbələrini ələ keçirmək və dünyanı bölüşdürməkdə gecikmək təhlükəsi Mussolinini daha fəal fəaliyyətə həvəsləndirdi. İtaliya təcavüzünün birinci qurbanı Efiopiya oldu. 1935-1936-cı illərdə Efiopiyada apardığı müharibə və Efiopiyanın işğalı faşizmin cinayətkar xarakterini göstərmiş oldu. İtaliyanın Almaniya ilə birlikdə İspaniyaya hərbi müdaxiləsi təcavüzkarlıq yolunda sonrakı addım oldu. İspaniyaya müdaxilə zamanı Almaniya və İtaliyanın hərbi-siyasi əməkdaşlığı faşist dövlətləri blokunun yaranmasını sürətləndirdi. 1936-cı ilin oktyabrında beynəlxalq siyasətin əsas məsələlərində birgə fəaliyyət, Mərkəzi və Cənub-Şərqi Avropada nüfuz dairələrinin hüdudlarını müəyyən etmək haqqında Almaniya-İtaliya müqaviləsi bağlandı. 1936-cı ilin noyabrında Almaniya və Yaponiya “Antikomintern paktı” bağladılar. Bir ildən sonra İtaliya da bu pakta qoşuldu. Əslində faşist militarist koalisiyası dünyanı Almaniya, İtaliya və Yaponiya inhisarlarının mənafeyinə uyğun bölmək uğrunda müharibənin hazırlanması və törədilməsi məqsədi ilə meydana çıxmışdı. Blokun əsas zərbəsi təkcə SSRİ-yə qarşı yox, həmçinin, ABŞ, İngiltərə və Fransaya qarşı da çevrilmişdi.


1937-ci ilin dekabrında İtaliya Millətlər Cəmiyyətindən çıxdı. 1937-ci ildə İtaliya ilə İngiltərə arasında imzalanan «centlmen sazişləri»nə görə dövlətlər Aralıq dənizində bir-birlərinin mənafelərinə hörmət etməli idilər. 1938-ci ildə bağlanmış İtaliya-İngiltərə sazişinə görə isə İngiltərə Aralıq dənizi rayonunda İtaliyaya müəyyən güzəştlərə getdi. İlk dövrlərdə Avstriya, Dunay hövzəsi və Balkan yarımadasına qarşı işğalçılıq planlarına görə İtaliya ilə Almaniyanın mənafeyi toqquşurdu. Lakin Efiopiyanın təcrübəsi “duce”ni inandırdı ki, Hitlerlə ittifaq olmadan o heç nəyə nail ola bilməyəcək. Ona görə də Hitlerlə alçaldılmış şəraitdə ittifaqa girməyə məcbur oldu və Almaniya tərəfindən Avstriyanın işğalını, onun Çexoslovakiya və Polşaya qarşı iddialarını sakitliklə qarşıladı. Mussolini Münhen sazişini imzaladı. Mussolini 1939-cu ilin fevralın 4-də İtaliyanın xarici siyasət məqsədlərini elan edərək bildirdi ki, İtaliya Avropada Albaniyanı çıxmaq şərti ilə heç bir ərazi iddiasına düşməyəcəkdir. İtaliyanın məqsədi Aralıq dənizinə sahib olmaqdır. İtaliya Albaniyanı 1939-cu ilin aprelində işğal etməklə kifayətlənməyə məcbur oldu. 1939-cu ilin mayın 22-də İtaliya ilə Almaniya arasında “polad pakt” adlanan müqavilə imzalandı. İtaliya İkinci dünya müharibəsi başlanarkən 1939-cu il sentyabrın 1-də öz bitərəfliyi haqqında rəsmi bəyanat verdi. 1940-cı ilin martın 18-də Brennerdə Hitlerlə görüşündə Mussolini «paralel müharibə» aparmaq planını irəli sürdü. Bu plan «Fransa sərhədlərində müdafiə mövqeyi seçməyi, Yuqoslaviyaya qarşı qüvvə toplamağı, Egey dənizi rayonu və Liviyada hərbi əməliyyatlar aparmağı nəzərdə tuturdu. İtaliya 1940-cı ilin iyunun 10-da Fransanın cənubuna qoşun yeritməklə Almaniyanın tərəfində İkinci dünya müharibəsinə girmiş oldu.



  1. İspaniyada burjua-demokratik inqilabı və onun nəticəsi (ardı 34-cü sualda)

Xalq kütlələrini öz nəzarətləri altında saxlamaq üçün respublika tərəfdarı olan partiyalar, o cümlədən sosialistlər 1930-cu ilin avqustun 17-də San-Sabestyanda birgə hərəkat haqqında pakt imzaladılar.12 nəfərdən ibarət inqilabi komitə təşkil edildi. Pakta görə çevriliş dinc formada olmalı idi. Lakin son dəqiqələrdə qanlı xarakter aldı. Xaki (Araqon) qarnizonunun əsgərləri çıxışlarının dayandırıldığından xəbər tutmadan üsyan qaldırdılar və məğlubiyyətə uğradılar. Üsyanın təşkilatçıları güllələndilər. Bir neçəsi isə həbs edildi.

1931-ci ilin aprelin 12-də bələdiyyə idarələrinə seçkilərdə respublika tərəfdarları 49 əyalətdən 45-də əksəriyyət qazandılar. Ölkədə inqilab dinc yolla qalib gəldi. Ordu və polis silah işlətməyə cəsarət etmədi. XIII Alfons xaricə qaçdı.1931-ci il aprelin 14-də İspaniya respublika elan olundu. Hakimiyyət inqilabi komitənin əlinə keçdi və o, özünü müvəqqəti hökumət elan etdi. Onun tərkibinə keçmiş monarxistlər, liberal burjua nümayəndələri və üç sosialist (Larqo Kabalero, Prietto, de los Rios) daxil oldu. Hökumətin başçısı katolik Alkala Samora oldu. Onun əsas məqsədi inqilabın qarşısını almaq və respublikanın mühafizəkar xarakterini təmin etmək idi. Yeni qurulmuş respublika qarşısında mürəkkəb vəzifələr dururdu. İspaniya geridə qalmış aqrar ölkə idi. 2% mülkədar 67% torpağa, 86% kəndlilər isə cəmi 15% torpağa sahib idilər. Feodal qaydaları saxlanılırdı. Mülkədar, kilsə və dövlət qarşısında mükəlləfiyyətlər əsaslı aqrar islahat keçirilməsini zəruri edirdi. Milli məsələnin həll edilməsi də vacib idi. İspaniyada əsasən 4 millət – ispanlar, katalonlar, basklar, qalisiylər yaşayırdılar. İspanlardan başqa onlardan üçünün yaşadığı ərazi İspaniya ərazisinin 15.6 %-ni təşkil edirdi. Onlar ərazi muxtariyyəti tələb edirdilər. Onların sayı 6 milyondan çox idi.


Kilsə də problem idi. Kilsə kapitalı dəmiryolu, dəniz nəqliyyatı və tramvay kompaniyasına qoyulmuşdu. Ölkədə 67 min kilsə, 4,5 min monastr fəaliyyət göstərirdi. Kilsə məktəblərində 700 min şagird oxuyurdu. İspaniyada xarici – ingilis, fransız, Kanada, Amerika, alman, italyan, Belçika kapitalı ağalıq edirdi. Ordu və donanma mülkədarlar və iri kapitalistlərin əlində idi. Müasir silahlar az idi. Fəhlə sinfinin vəziyyətinin yaxşılaşması vacib idi, Avropanın digər ölkələri ilə müqayisədə onlar daha az əmək haqqı alırdılar.İnqilabın 1931-1933-cü illəri əhatə edən birinci mərhələsi tarixdə respublikaçılar və sosialistlər dövrü adlandırılır.


Yeni hökumət və kortes burjua-demokratik inqilabının birinci mərhələsində (1931-1933-cü illər) bir sıra demokratik dəyişikliklər həyata keçirdi. 1931-ci ilin dekabrın 9-da burjua-demokratik konstitusiya qəbul edildi, demokratik azadlıqlar verildi. Kataloniya muxtariyyət aldı. Aqrar islahat institutu yaradıldı. Ölkənin mərkəz, Cənub və Cənub-qərb vilayətlərində sakitləşdirici aqrar islahat keçirildi. Lakin bütün bunlar ardıcıl deyildi. Hökumət kilsənin dövlətdən ayrılması, yezuitlar ordeninin fəaliyyətinin qadağan edilməsi barədə də dekret verdi. Orduda zabit və generalların sayı bir qədər azaldıldı. Lakin yenə də irticanın maddi gücü sarsılmaz qalmışdı. Mülkədar torpağı qalmaqda idi, onlar orduya nəzarət edirdilər, monarxistlər dövlət aparatında çalışırdılar, kilsə öz sərvətini saxlayırdı. Konstitusiyanın təsdiqindən sonra Alkala Samora ölkənin prezidenti seçildi, baş nazir isə sol respublikaçılar partiyasının lideri Manuel Asanya təyin edildi. Hökumətin siyasəti dəyişmədi.


Almaniyada faşist diktaturasının qurulması irticaçıları daha da fəallaşdırdı. Onlar xalq kütlələrinin hökumətdən narazılığından istifadə edərək 1933-cü ilin noyabrın 19-da keçirilən seçkilərdə qələbə qazandılar. Bununla da inqilabın 1933-1936-cı illəri əhatə edən ikinci mərhələsi başlandı. Seçkilərdən sonra hakimiyyətə mülkədarla blokda olan iri burjuaziyanın sağ partiyaları gəldilər. Yeni hökumət din, Vətən, ailə, mülkiyyət və qayda-qanunun qorunmasını tələb edirdi. Faşistpərəst A.Merrusun başçılığı ilə 1933-cü ilin dekabrında təşkil olunmuş “Sağ mərkəz” hökumət zəhmətkeşlərə verilmiş bütün hüquqları ləğv etdi. Aqrar islahatın həyata keçirilməsi dayandırıldı. Kortes rejimə qarşı çıxanlara qarşı ölüm cəzası verilməsi haqqında qanun verdi. A.Merrus hökuməti etimad qazanmadığı üçün istefaya getdi. Oktyabrın 9-da radikal D.Martines Barrio yeni koalisiyalı hökumət qurdu. 1934-cü ildə ölkədə 1,5 milyona yaxın işsiz var idi. Ona görə də bu hökumətin fəaliyyəti İspaniya tarixində «Qara ikiillik» və ya «əksislahat respublikası» kimi qiymətləndirilmişdi.


Faşist təşkilatları fəallaşdı. 1931-ci ilin sonlarında «Nasional-sindikalist hücum xuntası» («Xons» partiyası) yaradıldı. 1933-cü ilin oktyabrında isə keçmiş diktatorun oğlu Xose-Antonio Primo de Rivera Almaniyadakı faşist partiyası tipində «İspaniya falanqası» partiyasını təşkil etdi. Falanqaçılar 27 maddədən ibarət qəbul etdikləri proqramda İspaniyada millətin birliyin xidmət edən Milli-sindikalist dövlət yaradılmasını, ispanların, ailə, bələdiyyə və həmkarlar təşkilatlarının vasitəsi ilə dövlət həyatında iştirak etmələrini, siyasi partiyalar və bələdiyyələr sisteminin ləğv edilməsini, kilsənin ölkənin yeniləşdirilməsi işinə cəlb edilməsini tələb edirdilər. Kapitalizm tənqid olunurdu. Proqramda ispanların dini və hərbi ruhu əks olunmuşdu. 1934-cü ilin fevralında onlar vahid «İspan falanqası və xons» partiyasında birləşdilər. Partiyanın əsas şüarları «vətən birliyi», «birbaşa hərəkət», «antikommunizm və antiimperializm» idi.Bu mərhələdə mürtəce qüvvələrin fəaliyyəti gücləndi. 1932-ci ilin sonunda yaradılmış İspaniya sağ muxtariyyət hüquqları konfederasiyasının (SEDA) 3 nümayəndəsi 1934-cü ilin oktyabrın 4-də hökumətin tərkibinə daxil oldu. Burjua millətçiləri Kataloniyanı müstəqil burjua respublikası elan etdilər. Asturiyada fəhlələr hakimiyyəti ələ aldılar. Onda irticaçı general Fransisko Franko Mərakeşdəki qoşunu buraya gətirdi və üsyanı yatırtdı.



  1. İspaniyada Xalq Cəbhəsinin hakimiyyəti və vətəndaş müharibəsi


Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə