82
şahidə və gizli təhqiqatlar geniş mənada bir birindən fərqlənir. Konvensiyanı ratifi-
kasiya edən hər bir
üzv ölkə bəyan edə bilər ki, o Konvensiyanın spesifik maddələ-
rini ya tamamilə, ya da bir qismini yerinə yetirməyi boynuna götürmür. Bu cür bə-
yanatlar hər zaman geri çəkilə bilər. Digər tərəfdən,üzv ölkələr ikitərəfli əsasda, hə-
mən sahələrdə o maddələrin miqyasını genişləndirə bilər.
2004 -cü ilin Sentyabrında, İspaniya və Fransanın ədliyyə nazirləri AB üzv öl-
kələri arasında 2002-ci ildə qəbul edilmiş Birlik Direktivi əsasında ilk Birgə Təhqi-
qat Qruplarını (BTQ) yaratdıqlarını bəyan etdilər. Saziş AB ölkələri arasında qəbul
edilmiş mövcud isti təqib razılığından daha da irəliyə getmişdir. Bu saziş güvənlik
qüvvələrinə cinayətgarlar Şenqen ölkələrinin açıq sərhədlərini keçdiyi zaman onla-
rı təqib etmək izni verir və bu saziş indiyə qədər AB ölkələri arasında ən uzağa ge-
dən sazişdir və onların beynəlxalq terrorçuluğa qarşı yeni yollar axtarmalarından
xəbər verir.BTQ-lər iki və ya daha çox ölkənin maqistratları və müfəttişlərindən
ibarət və məhkəmə polisi kimi çıxış edən birliklərdən təşkil olunur və iştirakçı döv-
lətlərin ərazisində axtarışlar aparmaq, istintaq etmək və məhkəmə qərarı ilə danı-
şıqlara qulaq asmaq səlahiyyətlərinə malikdir.
BDQ-nin məqsədi ETA –nin üzvlərini və onların təəssübkeşlərini və başqa terror-
çuları ayırd etmək, tapmaq və saxlamaqdır. Madriddəki Audiencia Nacional və Paris-
dəki anti-Terror Məhkəməsini təmsil edən iki hakim terroru təhqiqat etmək üçün istis-
na səlahiyyətlərə malikdir və onlar 10 İspaniya və 10 Fransız polisindən təşkil olunmuş
qrupları yönləndirirlər.Hər ölkənin polisləri digərinin ərazisində heç bir məhdudiyyət
olmadan yerli polislərin malik olduğu səlahiyyət dərəcəsində fəaliyyət göstərirlər.
İspaniya, həmçinin, eyni BDQ yaradıb İspaniyada fəaliyyət göstərdiyi hesab edilən
və Fransa və Mərakeşdə qolları olan şübhəli terror maliyyələşmələri şəbəkələrini təhqi-
qat etmək istəyir. Məhkəmələr səlahiyyətləri olduğu məsələlər üzrə BDQ-lər yaratmağı
başlaya bilər. Başqa halda, əgər sadəcə polis cəlb olunursa, o zaman bu iş ancaq dövlət
təhlükəsizliyi nazirliyindən asılı olacaq və ya ədliyyə nazirliyi yeni BDQ-lər təsis edə-
cək. Baxmayaraq ki, qruplar insan alveri,narkotik və terrorçuluq üzrə çalışmalıdırlar,
lakin onların topladığı dəlillər, həmçinin, “başqa cinayət hallarının aşkarlanması,istin-
taq edilməsi və cinayət işi aparılması və ictimai təhlükəsizliyə qarşı birbaşa və ciddi
təhlükənin qarşısının alınması” üçün də istifadə edilə bilər.
İrəliyə Doğru
Genişlənmiş AB özünün hüdudları çərçivəsində çalışmalıdır.Daha təhlükəsiz
sərhədlər qurmaq, qala və ya divar hörmək kimi bir şey deyildir. Bu ancaq AB xa-
rici sərhədlərini qanuni qaydada keçmək üçün ümumi qayda və praktikalardan iba-
rətdir. Beləliklə, şəffaflıq, ictimai məlumatlılıq,xidmətin keyfiyyəti və sürəti və sə-
yahətçilərin konfidensiallığının qorunması üstün prioritet sayılır.Əgər məsələ ümu-
83
mi yanaşma vasitəsilə sərhəd nəzarətini gücləndirməkdirsə, bu genişlənmiş Birlik
vətəndaşların ehtiyac və qayğılarına daha da diqqətli və əlçatan olmalıdır
Lakin, bu sektor üzərində demokratik hakimiyyət və nəzarət son dövrə qədər unu-
dulmuşdur. Sərhəd idarəetməsi üzərində demokratik mülki hakimiyyət və nəzarət əhə-
miyyət daşıyır, çünki, xüsusiləşmiş polis qüvvələri olan sərhəd gözətçilərinin korrupsi-
yaya qoşulma,ayrımçılıq etmə,insan hüquqlarını pozma və həddən artıq güc işlətmə
potensialları vardır. Şenqen İnformasiya Sisteminin müəyyən aspektlərinin insan hü-
quqları,məlumat bazalarını qorumaq, sərhədlər boyu sərbəst yerdəyişmə və dəvəti ol-
mayan insanların səyahət hüququ məsələləri üzrə mühüm hüquqi çatışmazlıqları var-
dır. Şenqen rejiminə istisna tələbləri ilə dövət çıxış edirsə, o zaman nəzarət, hesabatlılıq
və şəffaflıq qayğıları ortaya çıxır.Məhkəmə və hüquq sisteminin nəzarəti optimal dərə-
cədə deyildir. Buna görə də sərhəd idarəetməsinin, dövlətin addımlarına əsas yarada bi-
lən və sərhəd gözətçi xidmətinin səlahiyyətlərini müəyyən edən, özünün xidməti bor-
cunu və məsuliyyətini dövlətə və kənar subyektlərə uyğun quran, yaxşı işləyən hüquqi
çərçivəyə ehtiyacı var.Əvəzində, sərhəd təhlükəsizliyi hakimiyyətinin funksiyaları və
səlahiyyətləri legitimləşəcək və aydınlaşacaq və onların rolunun aydın olmayan tərəflə-
ri müəyyənləşəcəkdir. Digər tərəfdən, bu fəaliyyət sahəsində hüquqi perspektivin varlı-
ğı sərhəd xidmətlərinin daxili nizamnamələrini və beynəlxaq əməkdaşlığını öyrənməyə
imkan verəcəkdir. Lazımlılığı xarici vasitələrlə də möhkəmlənən, hesabatlılığın daxili
vasitələri eyni surətdə həyati məna daşıyır. Beləliklə, sərhəd idarəetmə xidmətləri təh-
lükəsizlik sektorunun başqa sahələri kimi ,çoxtərəfli və təsirli nəzarət mexanizmləri,he-
sabatlılıq və şəffaflıq tələb edir.
Müdafiə və Təhlükəsizlik Sahəsində Terrorçuluğa Qarşı Mübarizədə Əmək
Bölgüsünün Avropa və Amerikada Qəbul Edilən Müxtəlif Yanaşmaları
Ölkədən və ya bölgədən, onun tarixindən,ənənəsindən,təcrübə və siyasətindən asılı
olaraq müdafiə və təhlükəsizlik sahəsində əmək bölgüsü müxtəlif yanaşmalar doğurur.
Məsələ ondadır ki, bir çox sahələrdə əmək bölgüsü üçün eyniliklər və ya ideal yollar
yoxdur. Bu gün bu, Amerika və Avropanın terrorçuluğa qarşı atdığı müxtəlif addımlar-
da daha çox görünür. Baxmayaraq ki, ola bilər ki, terrorun məhv edilməsində son nəti-
cədə heç bir fərq olmayacaq, lakin onun yolları və vasitələri üzərində olacaqdır. Yollar,
ABŞ-ın okeandan kənar səhnələrdə tutduğu daha çox hücum istiqamətidir və həmçi-
nin, daxili təhlükəsizliyi təmin etmək üçün daha geniş səylərdir və onun vasitələri
Avropanın edə biləcəyi hər şeydən daha da yüksəkdə durur.
Başlanğıc nöqtəsi Avropa və Amerika üçün aşağı- yuxarı eynidir. Terrorçuluğa
qarşı mübarizə vətənin təhlükəsizıliyini və müdafiəsini və başqa addımları tələb
edir. Təhlükəsizlik ölkə daxilində terrorçu hücumların qarşısını almaq üçün, onun
terrora qarşı zəif nöqtələrini azaltmaq üçün, zərəri minimuma endirmək və baş ve-