28
Digər tərəfdən Üç kilsə müsəlmanlarını qətl-qarətə başlayıb, coğrafi
ərazinin namünasibliyi ucundan islamlara misli görünməmiş cəfalar etmişlər.
Dağılmış kəndlərin kədərli əhvalatları sıra ilə nəql edilir.
Eçmiədzinin coğrafi vəziyyəti. Eçmiədzin mahalı dediyimiz məĢhur
Xanavəng çayı ilə Anpur suyu arasında geniĢ bir ərazini tutan, gözəl seyrəngahları
ilə, bağçaları ilə məĢhur olan bir yerdir. ġimalında Ələyiz dağları, Abaran ölkələri,
"böyük" Ermənistan təĢkil edən Aleksandropol, Pənbək, ġoragöl vilayətləridir.
Qərbi Anpur suyu, Ģərqi isə Xanavəng çayı, Ġrəvan vilayətləridir. Cənubunda "Üç
kilsə" deyilən qədim erməni məbədgahı və erməni mərkəzi yerləĢir.
1905-ci il ermənilərin müsəlmanlar əleyhinə qiyamları və yaxud əsgər
toplanıĢı. Ġyun ayının 3-də Abaran ölkəsindən ġoragöl, Pənbək, Aleksandropol
erməniləri bir yerə yığıĢıb UĢu adlı islam kəndinə hücuma keçdilər. Həmin ayın
üçüncü günü Ġlançalan erməni kəndi ilə UĢu kəndi arasında hər tərəfdən
istehkamlar qurulub saat 9 radələrində müharibə baĢlanır. 8 saat Ģiddətli
müharibədən sonra ermənilər davam gətirməyib bir çox tələfatdan sonra qaçmağa
məcbur olurlar. Sağ qalıb qaçanlar əlacsızlıqdan özlərini Xanavəng çayına vurur,
bir neçəsi suya batdıqdan sonra o biri sahilə keçirlər. Bu müharibədə müsəlman
cavanlarının atdığı güllələrin birisi də boĢa getməyib ermənilərin köksünə
dəydiyindən çoxları dava meydanında sərilib qalmıĢdı. Ġyun ayının dördündə
ermənilərin dəstələri son dərəcə pozğun və müharibəyə hazır olmadıqlarını
düĢünüb davanı təxirə saldılar. "Bu müsəlmanları belə az qüvvələrlə məğlub etmək
olmaz" -deyə yenə ətrafdan əsgər yığmağa baĢladılar. Hər saatda piyada və süvari
halında, müsəlmanların gözü önündə, erməni firqələri gəlib öz hissələrinə
birləĢirdilər. Müsəlmanların isə hər tərəfdən yolları kəsildiyindən bir nəfər də olsa
köməyə gələn yox idi... Müharibədən qabaq ermənilər bütün yolları kəsdiyindən
heç bir tərəfdən get-gəl mümkün deyildi. Hər tərəfi bağladıqlarından hücumlarını
ancaq Ģimal tərəfdən icra edirdilər.
Ġyun ayının 5-ci günü. Ayın beĢində müharibəni ermənilər baĢlayıb bir
neçə döyüĢ keçirdikdən sonra məğlub olub istehkamlarına çəkildilər. Bu
müharibədə müsəlmanlardan 2 nəfər qətl olub bir nəfər də yaralandı. Bu halı
gördükdə ermənilər 6 və 7-ci gün müharibəni dayandırıb yenə əsgər toplamağa və
əsgəri nöqsanlarını düzəltməyə çalıĢırlar. Ancaq hər tərəfdən səngərlərə mühafizə
əsgərləri qoyulmuĢdu.
8 iyun hadisələri. Bu gün hər tərəfdən müharibə baĢlanıb. Bu müharibədə
ermənilər məhz sürətli atəĢ açan beĢatılan tüfənglərdən istifadə edirdilər. Ona görə
müsəlmanlarda olan az-çox berdanka tüfənglərin güllələri düĢmən mövqeyinə təsir
etmirdi. Bu səbəbdən müsəlmanlar səngərləri boĢlamayıb davam etdiyindən artıq
tələfatlara düçar olurdular. Digər tərəfdən müsəlmanların patronları və sair hərbi
ləvazimatları qurtarmaqda idi. Müharibə səhərdən axĢama kimi davam etdi.
Müsəlmanlar yavaĢ-yavaĢ istehkamları tərk edib UĢu kəndinə çəkildilər.
Müsəlmanlar artıq müharibəni mənasız bilsələr də, yenə - "Gözümüz baxa-baxa
29
kəndi düĢmənə buraxmarıq," - deyib döyüĢə giriĢdilər. Bu vaxtda arvad-uĢağı
məscidə yığıb özləri vuruĢmada idilər ki, aĢağıda təfsilatı ilə verilir.
ĠĢu daxilində müharibə. AxĢama iki saat qalmıĢ erməni firqələri hər
tərəfdən hücuma baĢladılar. Ermənilər kəndə yaxınlaĢdıqda bir qoca erməni
keĢiĢinin baĢı üstündə hərbi bayraq müharibəyə məxsus mahnılar oxuyurdular.
Erməni keĢiĢi böyük məharətlə kənd içində əlində xaç erməni piyada firqələrinin
qarĢısında durub onları hərbə ruhlandırırdı.
Bu müharibədə ermənilərin Ģan-Ģöhrətinə ziyan vuran bir iĢ vardısa, o da
müharibə vaxtında südəmər körpələri, qoca qarıları öldürmək idi. Ermənilərin
hücumunu görən PaĢa Budaq oğlu bir müsəlman məscid qapısına gəlib arvad-uĢağı
məsciddən çıxarıb yolsuz keçidlər, dağlarla aparıb yüksək yaylaqlarda Sürməli
kürd tayfalarının himayəsinə tapĢırır. Bu vaxt axĢama bir saatdan da az qalmıĢdı ki,
kənd içində müharibə baĢlandı. AxĢam alaqaranlıqda davam edən xəncər
müharibəsində müsəlmanlardan dörd nəfər: iki əlil kiĢi, iki qoca Ģəhid oldu.
Müsəlmanlar bu müharibədə xəncərlə, ermənilər tüfənglə müharibə edirdilər. Ona
görə bu müharibədə 180 nəfər erməni tələf olub bir o qədər də yaralandı.
Erməninin çoxluğundan, demək olar ki, bir nəfər müsəlmanın qarĢısına 15 nəfər
erməni çıxırdı. Ona görə də müsəlmanlar artıq kənddə durmağı münasib bilməyib
kəndi boĢaltdılar. Ermənilər hər tərəfdən kəndə od vurdular. Bir sıra müqəddəs
əĢyalar, Quran kitabı və baĢqa bu kimi əĢyalar da yandırıldı. Müsəlmanların zərəri
iki yüz min manat təxmin edilirdi. 9 iyunda aĢağıda adları qeyd edilən kəndlər
dağıdılıb məĢhur Təkyə adlı islam kəndi üzərinə hücum baĢlanır. DağılmıĢ kəndlər
bunlardır: Pərsi, Nazrəvan, Kiçikkənd, Kötüklü, QoĢabulaq, Anpur çayının
sahilində Ġrgu, Əngirsək kimi 7 məĢhur kənddən ibarətdir.
1905-ci ilin 9 iyununda baĢ verən Təkyə müharibəsi. Ġyun ayının
doqquzuncu günü saat 12 radələrində məĢhur Təkyə adlı islam kəndinə hücum
oldu. Müsəlmanlar tamamilə silahsız, ermənilər isə mükəmməl silahlı
olduqlarından müsəlmanlar kəndi boĢlayıb, arvad-uĢaqlarını götürüb yüksək
təpələr baĢına pənah apardılar. Axund Məhəmməd Əli Mirzə Əbdül-Hüseyn
Qazızadə cənablarının böyük imarətlərinə od vurulub iki yüz cild Quran və
müqəddəs kitabları da yandırıldı. O cənabın kitabxanası və qazi idarəsinə məxsus
kitablar eləcə məhv edildi. Qazinin xidmətçisi yüksək qayalardan baxdığı vaxt
Quranları ermənilər süngülərə keçirib məĢəl kimi yandırırmıĢlar. Əvvəlcə
islamların gizləndiyini güman edib məscidə o qədər güllə vurmuĢdular ki, divarlar
bal Ģanı kimi dəlik-dəlik olmuĢdu. Sonra məscidin minbərini və sair müqəddəs
əĢyaları da odlamıĢdılar. Ġyun ayının 10-da Eçmiədzində 9 məĢhur islam kəndi
dağıdıldı, hökumət isə heç bir tədbir görmədi.
*
*
Mənə hər yerdən məktublar yetiĢdi. Bəzi yerlərdə hökumət etinasızlıq göstərdiyi kimi, bu mahalda da
etinasız rəftar edib bir çarə qılmadı. Ümid edirəm ki, hər iki millət bunun mənasını gözəlcə baĢa düĢür.
Dostları ilə paylaş: |