34
Vəbaycan adlı mövqeyə toplaĢırlar. Həmən yerdə əsgəri ehtiyacları təkmil edərək
Qacar üstə hücum üçün ümumi hərbi Ģura yığılıb, Ģuranın aĢağıdakı qərarı ilə firqə
komandanlarına lazımi tərtibat verilir.
Müharibə tədarükatı, yaxud hərb planı. Qacar kəndinin Ģimal tərəfində
yerləĢən Xəzəz dağı MəlikĢahnəzərov firqəsinə, cənub tərəfdəki Ocaqlı dağı
ĠĢxanov firqəsinə, hər iki dağların qərb tərəfini bir-birinə birləĢdirərək mühasirəyə
almaq Saqo adlı Zəngəzur komandanına tapĢırılır. Yuxarıda qeyd edilmiĢ
komandanlar gecə vaxtı məlum mövqelərdə yerlərini tutub baĢ komandan Soqratın
iĢarəsinə müntəzir durdular.
Müharibənin baĢlanması. Sübh çağına saat yarım qalmıĢ böyük komandan
müĢir Soqrat tərəfindən musiqi ilə müharibə əmri verilib hər tərəfdən Qacar
kəndinə beĢatılan tüfənglərdən yağmur kimi güllə yağdırıldı. Bu halda kənddə
yuxunun istirahətli və Ģirin bir zamanında olan camaat hövlnak qalxıb kəndi səs və
küy içində görürlər. BeĢiklərdə istirahət edən çocuqlar da anasının döĢünü boĢlayıb
ixtiyarsız ağlamağa baĢladılar. Həqiqətən, arvad-uĢağın nalələri, çocuqların
ixtiyarsız iniltiləri, heyvanatın bağırtısı kənddə bir qiyamət qoparmıĢdı. Bununla
bərabər, erməni beĢatılanlarının amansız sədaları bu səslərə üstün gəlmək istəyirdi.
Yanan çıraqlar qorxunun Ģiddətindən söndürülüb, çırağı axĢamdan keçmiĢ
evlərdə təzədən çıraq yandırılıb, bu gurultuların nə kimi bir Ģey olması haqda
kənddə yaĢayan min nəfər əhalinin darıxmıĢ ürəyindən min cür fikir, min cür qorxu
baĢ qaldırırdı. Camaat bir-birinə qarıĢmıĢ, kimi qonĢuya qaçır, kimisi sahibini
oyadır, kimisi də özünü itirib qorxunun Ģiddətindən divarda çəkilən nəqĢlər kimi
quruyub qalmıĢdı. Digər tərəfdən kənddə olan islam könüllüləri - qeyrət və Ģücaət
qanı ilə yoğrulmuĢ islam cavanları əsla özlərini itirməyib kəndin üç tərəfində
səngərlər tərtib verməklə tək-tək hər firqəyə qarĢı çıxıb onlara cavab verməyə
baĢladılar. Arvad-uĢaqlar da evdə davam gətirə bilməyib səngərlərə pənah
gətirmiĢdilər. Altı saat qızğın müharibədən sonra kəndin müdafiə sədlərindən kənar
olan 55 ev qarət edilib yandırıldı. Bu vaxt müsəlman qadınlarını əsarətə almaq fikri
ilə müsəlman sədlərinə ümumi hücum baĢlandı. Bərəkət versin ki, islam
əsgərlərinin qeyrətinə qarĢı dura bilməyib ağır tələfat ilə mövqelərinə çəkilməyə
məcbur oldular. Müsəlmanlar bu vaxt böyük qətiyyət göstərib sədlərdən çıxıb
düĢmən üzərinə atılırdılar. Bu halda baĢqa müsəlman kəndləri iĢdən xəbərdar olub
atına minib kömək üçün Qacar hərb meydanına yürüĢ edirdilər. Əvvəlcə kömək
üçün gələn Yağlıvənd sakini Həsənəli bəy Əsgərxanov cənabları idi. 20 müsəlləh
süvari ilə Xəzəz dağına yetiĢib MəlikĢahnəzərov firqəsinə yaxınlaĢıb Ģiddətli atəĢ
açar. Həsənəli bəy süvariləri düĢmənin qüvvətindən çəkinməyərək hər dəqiqə
yürüĢ etməklə erməniləri sədlərdən çıxarıb Xəzəz dağının təpəsini iĢğal etdi. Dağın
təpəsinə çatar-çatmaz süvarilərinə lazımi göstəriĢlər verib yenə müharibəyə
baĢladı. Müsəlmanlara gəldikdə ermənilərin mühasirə xəttinə baxmayaraq,
sədlərdən bayıra atılıb siyirmə xəncərlə bəxtə-bəxt hücuma baĢlamıĢdılar.
35
Yuxarıda adı çəkilən AĢot adlı erməni əfsəri öz firqəsinin bir alayı ilə
səngərdə qətl edildi. Müsəlmanların gözləri qızıb müharibə edirdilərsə də, yenə hər
yerdən müsəlmanlar köməyə gəlməkdə idilər. Müsəlman könüllülərinin sayı hər
saat artmağa baĢlamıĢdı. Bu vaxt ermənilər də ümumi hücuma baĢlayıb
müsəlmanları sıxıĢdırmağa çalıĢırdılar. Ocaqlı dağından ĠĢxanovun süvariləri də
müharibədə iĢtirak etmək üçün kəndə atəĢ yağdırırdı.
Müsəlmanların qüvvəti artmağa baĢladığından sədd dalından müharibə
etmək qadağan olub hər tərəfdən yürüĢ edib erməni dəstələrinin içinə qarıĢdılar.
Dörd saat tamam erməni-müsəlman bir-birinə qarıĢıb müharibə etdi. Dörd
saat davam edən süngü və xəncər müharibəsində ermənilərin mənəvi qüvvələri
tükənib yavaĢ-yavaĢ geri çəkilməyə baĢladılar. Müsəlman cavanlarına gəldikdə
ermənilərin geri gedən yollarını kəsib, bir çox tələfat verdikdən sonra ermənilərin
qaçanlarını yenə müsəlman süvariləri təqibə baĢladılar. Müsəlmanların təqib
halında ermənilər dümdar (quyruq-aryerqard - Ə.B.) buraxıb on verst yol müharibə
olundu. Müsəlmanlar geri dönərkən ƏfĢar adlı erməni kəndini büsbütün çapıb
dağıdaraq, üç nəfər də erməni əsir aldılar. Geri çəkilmiĢ erməni komandaları
əsgərlərinin ehtiyacını yenə təkmil edərək üç min qüvvə ilə dübarə Qacar kəndinə
hücum etmək üçün aĢağıda yazılmıĢ Ģərtləri qoydular.
Əvvəla, Qacarda olan kiĢiləri qırıb, qadınlarını əsarətə alıb ermənilərə
paylasınlar.
Ġkincisi, bu əsgərlərdən bir nəfər qalana kimi müharibədən geri durmayıb
təlaĢ etmək.
Bərəkət versin ki, ermənilər yenə mərama nail olmayaraq, məğlub oldular.
Qacar müharibəsində müsəlmanlara mal zərəri 90 minə qədər olub, can tələfatı isə
12 nəfərdir. Ermənilərdən 150 nəfər hərb meydanında qətl olunmuĢ 200-ə qədəri
yaralansa da, hamısı xidmət yerlərində olmuĢlar. Hətta bəzi ermənilərin sözünə
görə ermənidən tələfat 253 nəfərə yaxın idi.
Cəbrayıl və Qaryagin uyezdinin son hadisələri. Kədərli Bakı faciəsindən
sonra Qaryagində erməni və müsəlman arasında xalis bir məhəbbət bəslənməkdə
idi. Bu ətrafda erməni ilə müsəlmanın vuruĢmasına məhəbbətin gündən günə
artmağa baĢlamasından meydan qalmamıĢdı, deyilsə idi, daha doğru olardı. Amma
bu, müsəlmanları müdafiə xəyallarından və milli hisslərdən məhrum etmək istəyi
ilə zahiri bir məhəbbət imiĢ ki, müsəlmanlara qarĢı izhar edilirdi, bu iĢlərə aid bir
çox məlumatlar vardır ki, sübuta ehtiyacı yoxdur. Belə ki, ġuĢa Ģəhərinin əvvəlinci
faciəsindən sonra ġuĢa əhli Mürsəl Hacı Qulu oğlu Qaryagində Qarabulaq
bazarında bir qonaqlıq edib, məhəlli hökumət məmurlarını və bir çox əyan və tacir
qismindən də dəvət etmiĢdi. O cümlədən Ġsfəndiyar bəy Vəzirov və Ağa bəy
ĠĢxanov da dəvət edilmiĢdi.
Ağa bəy erməni süvari olaraq Ġsfəndiyar bəyə rast gəlib - "Mürsələ vədəli
olmusan, bəs hara gedirsən?" - söylədikdə, "vaxtında gələcəyəm" - cavabını verib
Dostları ilə paylaş: |