17ctce onsite prog A5 azeri indd



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix04.08.2018
ölçüsü4,98 Mb.
#60786
1   2   3   4   5   6   7

24

25

ÇIXIŞÇILAR HAQDA



24

25

 



 

 

Fərid Cəfərov



 

SOCAR Polymer-in

  baş meneceri

Cəfərov 2013-cü ilin iyulundan SOCAR Polymer 

MMC-nin baş meneceridir. O SOCARda 

fəaliyyətinə 2009-cu ildə Sinqapurdakı

SOCAR Trading şirkətinin maliyyə direktoru

kimi başlayıb. 2010-cu ilin avqustunda SOCAR

Türkiyə Enerji A.S.-də qrup maliyyə direktoru

kimi fəaliyyətə başlayıb. 2013-cü ildə SOCAR

Rusiyanın direktoru vəzifəsinə təyin edilib.

Hazırda Cəfərov eyni zamanda SOCAR-da

maliyyə və iqtisadiyyat üzrə vitse-prezidentin

müavini vəzifəsini tutur. SOCAR-da işə

başlamazdan öncə Cəfərov 2002-2003-cü 

illərdə Moskvadakı Ansol MMC şirkətini maliyyə

direktoru, 2004-2005-ci illərdə Moskvada Arter 

Group MMC-nin korporativ maliyyə meneceri, 

2005-2006-cı illərdə Rusiya-Almaniya Ticarət 

Bankında layihə maliyyə rəhbəri, 2006-2009-cu 

illərdə isə IED Holding MMC-nin direktoru olub.

Cəfərov 2000-ci ildə Böyük Britaniyanın

Mançester Universitetini maliyyə üzrə bakalavr

dərəcəsi ilə bitirib. 

  

 

Mars Xasanov



 

Gazprom neft BASŞ-nin 

  technoloji direktoru

Texnika elmləri doktoru və Fizika-riyaziyyat

elmləri namizədi Mars Xasanov Gazprom neft

birləşmiş açıq səhmdar cəmiyyətinin texnoloji

direktoru və Elm və Gazprom neft şirkətinin 

elmi və yataqların işlənməsi institutu olan 

Texnologiya Mərkəzinin baş direktorudur. 

Gazprom Neft-ə qatılmazdan öncə o, Rosneft 

şirkətinin Texnologiya Mərkəzinin elm üzrə 

vitse-prezidenti olub.

Xasanov beş kitabın müəllifi və həmmüəllifi,

200-dən artıq texniki məqalənin, o cümldən

OnePetro-da yer almış yazıların müəllifidir.

Bundan başqa, o 60 patentin müəllifidir. Onun

peşəkar maraqları arasında heterogen neft

yataqlarında mayenin axını, yataq və quyularda

çoxmərhələli axın, hidrokarbon ehtiyatlarının

işlənmə və bərpa iqtisadiyyatı, quyu sıxlığının

seçilməsi zamanı sistematik yanaşmanın 

tətbiqi, tamamlama və süni qaldırma 

texnologiyası, habelə hasilatın artırılması və 

optimallaşdırılması kimi sahələr var.

Xasanov 2001-ci ildən bəri NMC-nin üzvüdür.

2004-cü ildə o Moskva Fizika və Texnologiya

İnstitutunda tələbə rəhbəri və Rusiya Dövlət 

Neft və Qaz Universitetində NMC-nin tələbə

özəklərinin rəhbəri olub. 2005-2006-cı illərdə

NMC Moskva bölməsinin idarə heyətinin üzvü

olub. 2009-cu ildə NMC-nin inkişafına 

töhfələrinə görə regional nominasiyaya layiq 

görülüb. 2017-ci ildə isə yenidən NMC-nin bütün 

işlərinə davamlı dəstəyə görə nominasiyaya 

layiq görülüb. 2013-cü ildə Xasanov NMC-nin 

Rusiya üzrə Regional Məşvərət Komitəsinin 

üzvü, 2016-cı ildə isə bu komitənin həmsədri 

olub. 2016-cı ildə o, icraçı məşvərət komitəsinin 

üzvü olub. 2012-ci ildə Sankt-peterburqda 

NMC-nin yeni Şimal-Q

Ərb bölməsinin 

təşəbbüskarı və yaradıcısı olub. 

 

Sergey Kolbikov



 

NOVATEK-in yataq

  mühəndisliyi şöbəsinin rəisi

Doktor Sergey Kolbikov NOVATEK Birləşmiş

Səhmdar Şirkətinin yataq mühəndisliyi şöbəsinin 

rəhbəridir. O, neft mühəndisliyi üzrə elmlər 

doktorudur. Kolbikov 43 il neft sənayesində 

çalışıb. O 1980-1995-ci illərdə Rusiya Dövlət Neft 

və Qaz Universitetində yataq mühəndisliyindən 

dərs deyib. Kolbikov qaz yataqlarında 

yataqların/ avadanlıqların modelləşdirilməsi və 

istehsalının optimallaşdırılması sahəsində ilk 

müəlliflərdən biridir. O 13 il ərzində Qazaxıstan 

və Qərbi Sibirdə neft hasilat şirkətlərinə yataq 

mühəndisliyi sahəsində konsultantlıq edib. 

2006-cı ildən bəri NOVATEK-də çalışır. 50 

dən çox məqalə və monoqrafiyanın müəllifi 

olan Kolbikov həm də həm vətəndə, həm də 

beynəlxalq seminar və konfranslarda çox sayda 

təqdimatlar edib. Onun maraq sagələrinə 

yataq mühəndisliyi, modelləşdirmə, ehtiyatların 

hesablanması, neft, qaz və qaz-kondensat 

yataqlarının işlənməsi, üfüqi quyuların 

planıaşdırılması və geoloji idarəetmə daxildir.

Kolbikov 1991-ci ildə NMC-yə qoşulub və onun

Moskva bölməsinin yaradılmasında iştirak edib. 

O vaxtdan bəri bölmənin xəzinədarı, proqram

komitəsinin rəhbəri və sədri vəzifələrini tutub.

Hazırda o, direktorla şurasının üzvüdür. O həmçini 

ehtiyatlar üzrə dövlət komitəsinin ekspertidir.

 

Yves Le Stunff



 

Rəqəmsal Texnolgiya üzrə

  baş əməkdaş TOTAL E&P

Yves Le Stunff 1996-cı ildən bəri Total 

Exploration Production şirkətində çalışır. İxtisasca 

geofizik olduğu üçün o istər əməliyyatlar, istərsə 

də tədqiqat və yataqların işlənməsi, xüsusilə 

də seysmik tomoqrafiya sahəsində müxtəlif 

vəzifələrdə çalışıb. O Argentina və Liviya da 

daxil olmaqla müxtəlif ölkələrdə kəşfiyyat və 

yataqların işlənməsi layihələrində iştirak edib. 

2012-2015-ci illərdə o Total E&P şirkətində 

Perspektiv və Tədqiqat və İnkişaf Strategiyası 

üzrə işlərə rəhbərlik edib. 2015-ci ilin 

sentyabrındansa Total E&P şirkətində Rəqəmsal 

Transformasiyaya cavabdeh olan Rəqəmsal 

Texnolgiya üzrə baş əməkdaş vəzifəsinə təyin 

edilib.  

O Fransanın Paris şəhərində yerləşən Ecole 

Normale Supérieure Universitetinin fizika 

fakültəsini bitirib. O, ABŞ-ın Kaliforniya ştatında 

yerləşən Berkli Universitetində geofizika üzrə 

doktor dərəcəsi alıb. 

 

Gökhan Saygı



 

Schlumberger-nin Rusiya

Rusiya 

və Mərkəzi Asiya üzrə



 prezidenti

Gökhan Saygı 2012-ci ilin aprelindən bəri 

Schlumbergernin Rusiya və Mərkəzi Asiyada 

əməliyyatlar və inteqarsiya üzrə prezidentidir. 

Bundan öncə o, şirkətin Malaziya, Tayland, 

Vyetnam, Bruney, Myanmar və Filippin 

də daxil olmaqla Şərqi Asiya regionu üzrə 

vitseprezidenti və strateji marketinq üzrə 

vitse-prezidenti olub. Daha öncə isə yataqların 

səciyyələndirilməsi qrupunun marketinq üzrə 

vitse-prezidenti, kabelləşdirmə sahəsində 

marketinq üzrə vitse-prezidenti və ondan 

da öncə Yaxın Şərq və Asiya regionunda 

kabelləşdirmə üzrə vitseprezident olub.

Schlumberger-dəki karyerasının əvvəlində 

Saygı Dubay, İran, Türkiyə, Britaniya, Fransa 

və Malaziyada əməliyyatlar, insan ehtiyatları 

və liderlik kimi sahələrdə müxtəlif vəzifələrdə 

çalışıb. O öz karyerasına 1985-ci ildə 

Schlumberger-nin Omandakı kabelləşdirmə

əməliyyatlarında başlayıb. Ankaradakı Orta 

Doğu Teknik Üniversitesindən neft mühəndisliyi 

sahəsində dərəcə almış Saygı həm də Rusiya 

Federasiyası Texnoloji Akademiyasının üzvü, 

akademikdir.

Saygı dövlət mükafatında da layiq görülüb: 

Rusiya Federasiyasının prezidenti Vladimir 

Putin Kara dənizindəki Universitetskaya-1 

yatağındakı qazma əməliyyatlarını təşkili və 

icrasına mühüm töhfələrinə görə onu Dostluq 

Ordeni ilə təltif edib.

 

Oddvar Vermedal



 

Statoil-un Rusiya və Mərkəzi

 

Asiya üzrə prezidenti, IT üzrə 



 vitse-pezident

Vermedal Statoil-un korporativ IT qurumunun

yarabmaqda olan informasiya texnologiyaları 

üzrə vitse-prezidentidir. Onun əsas vəzifəsi 

biznesə aidiyyatı olan IT/rəqəmsal texnologiyalar 

sahəsində yeni trendləri müəyyən etmək, 

şirkəti bu trendlərin mümkün təsirləri barədə 

məlumatlandırmaq, həmin trendlərin potensialını 

dəyərləndirmək və rəqəmsal texnologiyaları 

sınaqdan keçirməkdir. O, ötən il qurumun hər 

biznes sahəsinin daxilində rəqəmsal yol xəritələri 

yaratmaqla məşğul olan“GoDigital” layihəsini 

idarə edib. Karyerasına 1992-ci ildə Statoilda 

başlayan Vermedalın əsasən IT və texnologiya 

sahəsində peşəkar və rəhbər vəzifələrdə geniş 

iş təcrübəsi var. Corporate IT qrupunda işə 

başlamazdan öncə o, Ümumdünya Biznes 

Xidmətləri daxilində IT üzrə vitse-prezident 

ÇIXIŞÇILAR HAQDA



26

27

   



ÇIXIŞÇILAR HAQDA

26

27



vəzifəsini tutub. Vermedalın audit və kompüter 

elmləri sahəsində dərəcəsi var.

 

Martin C. Wiewiorowski



 

DeGolyer and MacNaughton 

  şirkətinin baş direktoru 

DeGolyer and MacNaughton şirkətinə 1996-

cı ildə qatılan Wiewiorowski hazırdaRusiya 

və MDB regionundakı əməliyyatlar üzrə baş 

direktor vəzifəsini tutur. O DeGolyer and 

MacNaughton-un Moskva nümayəndəliyinin 

fəaliyyətinə cavabdehdir. Wiewiorowski-nin 

bütün dünyada, xüsusən də keçmiş SSRİ-də 

sanballı təcrübəsi var. O, şirkətin Moskvadakı 

ofi sinin gündəlik fəaliyyətini idarə edir və həmin 

ofi slə DeGolyer and MacNaughton-un Texas 

ştatının Dallas şəhərindəki baş qərargahı ilə 

əlaqələndiricisi rolunu oynayır.

Wiewiorowski bu regionda ümumi marketinq

fəaliyyəti ilə məşğul olur və müqavilələr və və

müştəri əlaqələrinə dair danışıqlarda iştirak 

edir. Daha öncə 16 il Arco şirkətində çalışan

Wiewiorowski şirkətin Britaniya, Dubay, Türkiyə 

və Niderlanddakı əməliyyatlarının koordinatoru 

olub, habelə Ekvador, İndoneziya və Çindəki

əməliyyatlarda çalışıb. Wiewiorowski bundan

başqa strateji planlaşdırma işində yaxından 

iştirak edib. O, büdcə tərtibi, satınalmaların

dəyərləndirilməsi və yenidən işlənməsi ilə 

məşğul olub və ümumilikdə şirkətin texnoloji və

texnoloqi-köçürmə planlarını yaradıb. O 

həmçinin layihə mühəndisliyi, maliyyə və 

danışıqlar sahəsində də çalışıb.

Wiewiorowski speaks polyak, ingilis, rus və

İndoneziya dillərində danışır. O 1980-ci ildə

Luiziana Dövlət Universitetində kimya

mühəndisliyi üzrə bakalavr dərəcəsi alıb. Neft

Mühəndisləri Cəmiyyətinin üzvü kimi o, 1998-ci

ildə DeGolyer and MacNaughton-un 

vitseprezidenti, 2001-ci ildə isə baş vitse-

prezidenti olub.

ÜMUMİ M

ƏLUMAT


Qeydiyyat

Tədbirə qeydiyyat masası foyedə olacaq və 

çərşənbə günü, noyavrın 1-i, saat 08:30-dan 

etibarən açıq olacaq. Qeydiyyat masası bütün 

konfrans boyu ümumi məlumat almaq üçün 

açıq olacaq. 

Konfransın tamhüquqlu üzvlərinə 

(tələbələrdən başqa) konfrans materiallarının 

bir nüsxəsi, konfransın bütün sessiyalarına, 

poster nümayişlərinə, qəhvə fasilələrinə və 

naharlara giriş və Noyabrın 1-də keçiriləcək 

qəbulda iştirak imkanı veriləcək.

Bədclər hər zaman taxılmalıdır. Bədcinizi 

almaq üçün üzərində şəkil olan şəxsiyyət 

vəsiqənizi özünüzlə gətirməyinizi xahiş edirik. 

Tələbələrdən qüvvədə olan, əyani təhsili təsdiq 

edən tələbə kartı tələb olunacaq.

NMC-nin bədc siyasəti

Bütün tədbir müddətində bütün iştirakçıların 

öz bədclərini və bədc qabını taxması mütləqdir. 

Bədcin üzərində adı olmayan şəxsin həmin 

bədcdən istifadəsi onun müsadirəsi ilə 

nəticələnəcək. Konfrans bədcinizi itirdiyiniz 

təqdirdə, zəhmət olmasa yeni badge əldə

etmək üçün qeydiyyat masasına yaxınlaşın. 

Rəsmi nümayiş zamanı yazşı 15-dən aşağı olan 

heç kəs sərgiya buraxılmayacaq.

Qəhvə fasiləsi

Qəhvə fasilələri bütün iştirakçılara açıqdır və 

foyedə olacaq.

Sponsor: 

Nahar


Nahar qeydiyyat qiymətinə daxildir. Nahar 

aşağıda göstəriən vaxtlarda veriləcək: 

1 Noyabr, çərşənbə: 12:30–13:30

2 Noyabr, cümə axşamı: 13:15–14:15

3 Novyabr, cümə: 13:00–14:00

Sponsor: 

Salamlama qəbulu

Sizi Noyabrın 1-i, çərşənbə günüsaat 17:00-dan

18:-30-dək tədbirin açışlışı münasibətilə

keçirilən qəbula dəvət edirik.

Konfransın dili

Bu konfrans üçdilli tədbirdir. Bütün sessiyaalr 

ingilis dilində təqdim olunacaq, Azərbaycan və 

rus dillərinə tərcümə ediləcək. Qulaqcıq almaq 

üçün iştirakçılardan öz şəxsiyyət vəsiqələrini 

və ya poasportlarını texniki işçiyə vermək tələb 

olunacaq.

AV/Simulkast 

tərcümənin sponsoru: 

Bilik mübadiləsi posterlərinin 

sərgiləndiyi ərazi

Konfrans müddətində qəhvə fasilələrinin 

olduğu ərazidə müxtəlif poster təqdimatları 

nümayiş etdiriləcək. Bütün iştirakçıları 

sessiyalar arasındakı fasilələr zamnı bu 

posterləri nəzərdən keçirməyə və müəllifl ərin 

qısa təqdimatlarını dinləməyə dəvət edirik.

Rəqəmsal materiallar

Hər bir iştirakçıya materialların bir nüsxəsi 

təqdim ediləcək. Materialları qeydiyyat 

masasından götürmək olar. Bu materiallar 

neft-qaz kəşfi yyatı və hasilatı sənayesi 

üzrə ixtisaslaşmış OnePetro onlayn texniki 

kitabxanası tərəfi ndən təqdim olunur.

Sponsor: 

Müəllifl ərin qeydiyyat otağı

Müəllifl ər və çıxışçılar konfrans məkanına

çatan kimi öz təqdimatlarını yükləmək üçün

müəllif otağında qeydiyyatdan keçməlidirlər.

Müəllif otağı 3-cü görüş otağındadır. Müəllifl ər

buraya gələrək qeydiyyatdan keçməlidirlər.

Gəlmədikləri təqdirdə, onların materialları

OnePetro-dan çıxarılacaq. Sessiyanızın 

gedişatını nəzərdən keçirmək və son anda 

verməli olduğunuz suallar üçün sessiyadan 15 

dəqiqə öncə sessiyanın sədri ilə görüşməyinizi 

rica edirik. 

Mətbuat otağı

Mətbuat otağı 4-cü otaqda yerləşir və BCM

tərəfi ndən idarə olunur. 




28

29

İnternet



Konfrans keçirilən ərazidə pulsuz Wi-Fi 

mövcuddur. Xidmətə daxil olmaq üçün:

İstifadəçi adı: 

Fairmont 

Kod: 

Baku2015      



Mobil telefonlar

Çıxışçılara və iştirakçı yoldaşlarınıza hörmət

əlaməti olaraq, görüş və sessiyalar zamanı 

bütün mobil telefonları tsöndürməyiniz xahiş 

olunur.

Foto çəkmə



NMC-nin bütün sessiyaları beynəlxalq müəllif

hüquqları ilə qorunur. Sessiyalar zamanı və

plakatların olduğu ərazidə hər hansı şəkil və ya

video çəkmək, habelə audio yazı yazmaq qəti

qadağandır. Xahiş edirik nəzərə alasınız ki,

tədbirin öz fotoqrafı ola bilər və çəkilən şəkillər

gələcək tədbirlərlə bağlı materiallarda və 

NMCnin saytında istifadə oluna bilər. Bununla 

bağlı hər hansı sualınız varsa, yaxud da şəklinizin 

çəkilməsini istəmirsinizsə, zəhmət olmasa, 

təşkilatçı komandanın üzvlərinə müraciət edin. 

Xahiş edirik nəzərə alasınız ki, tədbirdə media 

nümayəndələrinin iştirakı da mümkündür.

Spirtli içkilər

Biz iş və sosial tədbirlərin keçirilməsi zamanı 

spirtli içkilərin verilməsini anlayırıq. Biz həmçinin 

alkoholdan istifadə edən bütün iştirakçıların 

diqqətli olmalarını və peşəkar etik və davranış 

normalarına uyğun hərəkət etmələrini zəruri 

sayırıq. Biz qətiyyətlə spirtli içkilərdən sui-

istifadəyə qarşıyıq.

Siqaret çəkmə

Binanın daxilində yalnız bunun üçün xüsusi 

ayrılmış yerlərdə siqaret çəkməyə icazə verilir.

Təhlükəsizlik

NMC İllik Xəzər Texniki Konfrans və Sərgisinin 

uğurunun əsas komponentlərindən biri iştirakçı 

və təqdimatçılarımızın təhlükəsizliyidir. Bəzi 

sessiyaların mövzusu çox populyar olduğuna 

görə, sessiya və görüş otaqlarında həddindən çox 

insanın toplaşması mümkündür. Belə bir hal baş 

verərsə, biz totaqların tutumu ilə bağlı qaydalara 

əməl etməli, istifadə etdiyimiz otaqda iştirakçıların 

sayını məhdudlaşdırmalıyıq. Zəhmət olmasa, 

vaxtınızı elə planlaşdırın ki, iştirak etməkdə çox 

maraqlı olduğunuz sessiyalara tez çatasınız. 

Fövqəladə hal vaş verərsə, məkanın əməkdaşları 

konfran siştirakçılarına lazımi məlumat və təlimat

verəcəklər.

Fövqəladə hal/Təhlükəsizlik üzrə Prosedurlar

Fövqəladə hallar/təhlükəsizlik prosedurları

Təhlükəsizlik təlimatları konfrans zamanı elan

ediləcək. Yanğın həyəcan siqnalı davamlı işə

düşərsə, ən yaxın çıxışdan istifadə edərək 

binanı tərk etməyiniz xahiş olunur. Zəhmət 

olmasa, bütün yanğın çıxışları ilə öncədən 

tanış olun. Oteli tərk etdikdən sonra Parlament 

prospektindəki toplaşma nöqtəsinə getməyiniz 

xahiş olunur. Bina təhlükəsiz hala gəlməmiş ora 

daxil olmayın.

Dayanıqlılıq

NMC tədbirlərinin ətraf mühitə təsirini minimal 

səviyyədə saxlamağa çalışır. Bizim məqsədimiz 

neft-qaz sənayesinin əsas dəyərlərinə uyğun 

olaraq, enerji və sudan istifadəni azaldılması, 

ekoloji mobilliyin təbliği və tullantıların həcminin 

məhdudlaşdırılması yolu ilə dayanıqlılıq 

sahəsində inkişafa nail olmaqdır.



Fairmont Baku at 

the Flame Towers

Parla

men

t Pro

spe

kti S

tre

et

ÜMUMİ M


ƏLUMAT

T

ƏLƏBƏ İNKİŞAF SAMMİTİ



NMC-nin Dorduncu Regional Tələbə İnkişaf 

Sammiti Xəzər Texniki Konfrans və Sərgisi

(XTKS) ilə birlikdə keciriləcək. NMC 

nin Azərbaycan, Belarus, Qazaxıstan, 

Ozbəkistan və Rusiyadakı tələbə ozəklərinin 

numayəndələri texniki biliklərini artırmaq 

və neft-qaz sənayesindəki movcud durumu 

muzakirə etmək ucun Bakıda toplaşacaqlar. 

Konfransa qrup layihələri də daxildir. Regional 

Tələbə İnkişaf Sammitinin məqsədi tələbələrə 

Xəzər regionunun neft-qaz sənayesini daha 

yaxşı oyrənmək, həmkarları ilə şəbəkələşmək, 

ideya mubadiləsi aparmaq, bu sahənin aparıcı 

fi qurları və işəgoturənləri ilə goruşmək, habelə 

birgə texniki layihələr uzərində işləmək imkanı 

verməkdir.

Regional Tələbə İnkişaf Sammitinin 

Komitə uzvləri

NMC tədbirin baş tutmasında boyuk əməyi 

olan proqram komitəsinin uzvlərinə oz 

minnətdarlığını bildirir. Umumi movzunun 

və sammitin istiqamətinin formalaşmasında 

onlardan hər birinin muhum rolu olub.

Komitə:


Ayşə İsmayılova,

 BP


Aynurə Ismayılova, 

SGS


Aysel Kazımova, 

BP

Xatirə Mikayılova, 



Halliburton

Qumru Muradova, 

Halliburton

Əhməd Salmanov, SOCAR

Vlada Streletskaya, 

Gubkin Universiteti

EV SAHIBI V

Ə SPONSOR:

PLATIN SPONSOR:

GUMUŞ SPONSORLAR:

T

ƏLƏBƏ MUKAFATI SPONSORU:




30

31

REGIONAL MÜKAFATÇILAR 



NMC mükafatları NMC mükafatı neft-qaz sahəsinə texniki töhfələr vermiş, peşəkar uğurlar, 

karyeralarında müvəff əqiyyət, liderlik nümayiş etdirmiş, habelə ictimai xidmət sahəsində 

seçilmiş üzvlərə təqdim olunur.

NMC-nin 2017-ci il üçün regional mükafatçıları:

Fəxri Korporativ Dəstək Mükafatı

Halliburton

Qazma mühəndisi

Sanjar Jarkeşov, Merlin ERD Ltd

Süxurların dəyərləndirilməsi

Elrad İskakov, Tengizchevroil

Səhiyyə, Mühafi zə, Təhlükəsizlik, 

Ətraf mühit, 

və Sosial Məsuliyyət 

Elena Glebova, Qubkin Universiteti

Menecment və İnformasiya

Oleq Jdaneyev, Schlumberger

Yataqların təsviri və Dinamikası

Konstantin Fyodorov, Tümen Dövlət Universiteti

Neft mühəndisliyinin tədrisi sahəsində fəxri 

nailiyyət mükafatı

Sidikhocayev Rahim, Daşkənd Politexnik 

Universiteti

Hasilat və 

Əməliyyat

Boris Nikitin, Qubkin Universiteti

Xüsusi xidmət göstərmiş gənc üzv

Turan Eminbəyli, BP AGT

Müstəsna xidmət göstərmiş gənc üzv

Veronika Korepanova, LUKOIL Engineering

Regional xidmət

Theodore Etchison, Tengizchevroil

Regional xidmət

Denis Rozhentsev, LUKOIL Özbəkistan 

Əməliyyat Şirkəti

Regional xidmət

Mars Khasanov, Gazprom neft

Xüsusi elan

NMC Dragon Oil-un baş nevt mühəndisi, mühəndislik 

elmləri doktoru Sameh Macary-ni Beynəlxalq DeGolyer 

Medalına layiq görülməsi münasibətilə təbrik edir. Medal 

Sameh Macary-yə NMC-nin 2017-ci ildə ABŞ-ın Texas 

ştatının San Antonio şəhərində keçirilən illik konfrans və 

sərgisində təqdim olunub. Bu mükafat neft-qaz sənayesinə 

ciddi texniki və peşəkar töhfələr vermiş, cəmiyyətə 

müstəsna xidmət göstərmiş şəxslərə təqdim olunur.

31

30



MEDIA D

ƏSTƏYI



32

33

32



33

NOTES


32

Solving challenges.

TM

2012 Halliburton. All rights reserved.

c



34

NMC İllik Xəzər Texniki

Konfrans və Sərgisi

Təkmilləşməyə doğru

1 – 3 Noyabr 2017 ci il 

I

 Bakı, Azərbaycan



QEYD EDİRİK

1997-2017

20

İLLİYİNİ


NMC BAKI 

BÖLM


ƏSİNİN

Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə