Avqust 017 socar polymer mmc-nin xəbərlər bülleteni / Nömrə / 2017-ci IL



Yüklə 143,75 Kb.

tarix21.06.2018
ölçüsü143,75 Kb.


AVQUST

2017


SOCAR Polymer MMC-nin xəbərlər bülleteni / Nömrə 8 / 2017-ci il

Bu buraxılışda:

İdarəetmə otağında ekranlar işə salınmışdır 

s.19


Mühərrikin ilk dəfə yüksüz işə salınması 

sınaqdan keçirilmişdir

Sənaye İnkişafı layihələrini dəstəkləyən 

dəyərli tərəfdaş

s.18

s.17


8.648.586

90,9%


70,6%

adam/saat işlənmişdir

İş vaxtının itkisi olmadan 

PP zavodu – avqust ayına 

ümumi irəliləyiş 

YSPE zavodu – avqust  

ayına ümumi irəliləyiş 

332


işçi 

1



Sağlam həyat tərzinin 

təşviqi


Hörmətli həmkarlar,

İnşası  başa  çatmaq  üzrə  olan  Polipropilen  zavodunun  və 

ardınca  Yüksəksıxlıqlı  polietilen  zavodunun  tikilib  uğurla  işə 

salınmasına qalan bir neçə ay ərzində qarşımızda hələ xeyli 

görüləsi işlər durur. İş vaxtının itkisi olmadan başa vurulmuş  

təqribən  9  milyon  adam-saat  həcmində  işi,  habelə  müsbət 

nəticələrlə yekunlaşan istismar öncəsi tədbirləri nəzərə alaraq 

böyük  fərəh  hissi  ilə  qeyd  etmək  istərdim  ki,    kollektivimiz 

təqdirəlayiq fəaliyyət  nümayiş etdirmişdir. 

SOCAR  Polymer    şirkəti  olaraq  biz  hər  zaman  işçilərimizi 

şirkətin ən dəyərli resursu hesab etmişik və gərgin işlə sağlam 

həyat tərzinin ahəngdar şəkildə uzlaşmasını  təmin etmək üçün 

daim onlara şərait yaratmağa çalışırıq. Məlumdur ki, özlərini 

tamamilə  işə  həsr  edən  və  idmanla  məşğul  olmağa  vaxtı 

qalmayan işçilər stress, yorğunluq və əldən düşmə hallarına 

daha çox məruz qalırlar. Məhz buna görə də şirkətimiz gərgin 

iş  saatlarından  sonra  sağlamlığınızın  və  fiziki  formanızın 

qayğısına qalmağın əhəmiyyətini vurğulayır və işçilərin fitnes 

mərkəzləri, oyun meydançaları və ya üzgüçülük hovuzlarına 

getməklə öz sağlamlığı və fiziki formasını qüvvədə saxlaması 

üçün bir çox təşəbbüslər həyata keçirir. Kollektivimizin bir çox 

üzvünün idmanla məşğul olması şəxsən məni çox sevindirir. 

SOCAR  Polymer  futbol  komandasının  fəaliyyəti,  eləcə  də 

şirkətimizin dəstəklədiyi alpinizm və ya marafon yarışları kimi 

hər il keçirilən müxtəlif idman tədbirləri ofisimizi daha sağlam 

və daha xoşbəxt bir məkana çevirir.



Fərid Cəfərov

2



Tikinti sahəsindən görüntülər

Avqust 2017

3



Avqust ayı ərzində sahədə 

müşahidə olunan irəliləyiş

YSPE zavodu

Polimerləşdirmə sahəsində dəmir-beton işləri başa çatmış, Orqanoleptik bina/tullantı sularının təmizlənməsi qurğusu və 

Ekstruziya sahələrində isə bu işlər davam edir. 

Reaktoların boşaltma çəninin quraşdırılması başa çatmışdır.

Polimerləşdirmə və Ekstruziya boru estakadası sahələrində metal konstruksiyaların quraşdırılması işləri davam edir. 

Polimerləşdirmə, Ekstruziya və Əridicilərin kənarlaşdırılması/Buxar kondensatı sahələrində boru dayaqlarının quraşdırılması 

işləri davam edir. 

Polimerləşdirmə sahəsində avadanlığın quraşdırılması işləri davam edir. 

Elektrik yarımstansiya binasında daxili tamamlama/bəzək və İVHK işləri davam edir.

Qranulların  nəqli  üçün  üfürücü  aqreqatlar  sahəsində  avadanlığın  quraşdırılmasına  hazırlıq  işləri  başlamış,  Qarışdırma 

silosu sahəsində isə bu işlər davam edir.

Polimerləşdirmə və Ekstruziya boru estakadaları sahələrində kabel tavalarının quraşdırılması işləri başlamışdır. 

Avqust ərzində 

irəliləyiş

İyul

Avqust


YSPE zavodu: 

Orqanoleptik 

bina/tullantı 

sularının 

təmizlənməsi 

qurğusu. 

Dəmir-beton 

işləri davam edir

YSPE zavodu: 

Qarışdırma 

silosu.

Çənin 


quraşdırılması 

üçün hazırlıq 

işləri gedir 

4



Avqust ərzində 

irəliləyiş

İyul

Avqust


YSPE zavodu: 

Ekstruziya 

qurğusu. 

Dəmir-beton 

işləri davam edir

YSPE zavodu: 

Polimerləşdirmə. 

Dəmir-beton 

işləri başa 

çatmışdır. Metal 

konstruksiyaların 

quraşdırılması 

davam edir. 

Avadanlığın 

quraşdırılması 

başlamışdır

YSPE zavodu: 

Elektrik 

yarımstansiya. 

Daxili 


tamamlama/

bəzək və İVHK 

işləri davam edir. 

Elektrik şitlərin 

quraşdırılması 

başlamışdır

YSPE zavodu: 

Polimerləşdirmə 

qurğusunun 

boru estakadası. 

Boru 

dayaqlarının 



quraşdırılması 

davam edir. 

Kabel tavalarının 

quraşdırılması 

başlamışdır

5



Avqust ərzində 

irəliləyiş

İyul

Avqust


YSPE zavodu: 

Əridicilərin 

kənarlaşdırılması/

Buxar kondensatı 

qurğusunun boru 

estakadası. 

Boru dayaqlarının 

quraşdırılması 

davam edir

YSPE zavodu: 

Qranulların nəqli 

üçün üfürücü 

aqreqatlar. 

Avadanlığın 

quraşdırılması 

üçün hazırlıq 

işləri başlamışdır

YSPE zavodu: 

Reaktorların 

boşaltma 

rezervuarı. 

Çənin 


quraşdırılması 

başa çatmışdır

YSPE zavodu: Polimerləşdirmə qurğusunun boru estakadası. 

Boru dayaqlarının quraşdırılması davam edir. Kabel tavalarının 

quraşdırılması başlamışdır

6



Avqust ərzində 

irəliləyiş

İyul

Avqust


PP zavodu/MŞ 

və ÜT: Elektrik 

yarımstansiyası.

Şitlərin 

quraşdırılması 

başa çatmışdır. 

Şitlərin sınaqdan 

keçirilməsi 

davam edir. 

Kabel tavalarının 

quraşdırılması 

və kabel çəkilişi 

davam edir

PP zavodu: Mühəndis şəbəkələri və 

Ümumzavod təsərrüfatı sahələri

İyul ayında başlayan və ya davam edən işlər avqust ayında da 

davam  etmişdir;  aşağıdakı  sahələrdə  isə  işlər  avqust  ayında 

başa çatmış yaxud başlamışdır. 

Ağır yükə dözümlü döşəmə qurma işləri Anbar ərazisində başa 

çatmış, fermaların quraşdırılması və damın sendviç panelləri ilə 

örtülməsi işləri isə başlamışdır.

Bəzi daxili yollarda asfaltın ilk təbəqəsi salınmışdır.

Şitlərin  quraşdırılması  işləri  E/yarımstansiyada  başa  çatmış, 

Vahid idarəetmə otağında isə davam edir.

Sex kranının quraşdırılması başa çatmışdır. 

Nasos  quraşdırılması  işləri  İzobutan  üçün  toplama  hovuzu 

sahəsində başa çatmışdır.

Sprinkler sisteminin quraşdırılması Soyuducu qüllə sahəsində 

başa çatmışdır.

Damın sudan izolyasiyası işləri İnzibati binada başa çatmışdır. 

Rəngləmə və termal izolyasiya işləri Mineralsızlaşdırılmış su çəni 

sahəsində başa çatmışdır.

Kabel  tavalarının  quraşdırılması  E/yarımstansiya  və  Soyuducu 

qüllə sahələrində davam edir.

Kabellərin çəkilişi işləri E/yarımstansiya, Vahid idarəetmə otağı, 

Birləşdirici  boru  estakadaları,  və  Boru  şpalları  sahələrində 

davam edir.

Metal  konstruksiyaların  quraşdırılması  işləri  Torbalama  və 

qablaşdırma binası və Azot aqreqatı sahələrində davam edir.

Boruların quraşdırılması/birləşdirilməsi işləri Məşəl separatoru 

sahəsində  başa  çatmış,  Məşəl  bacasının  vışkası  və  İzobutan 

üçün  toplama  hovuzu  sahələrində  başlamış,  Yan  axın  filtri 

aqreqatı,  Xam  su  saxlama  çəni,  Birləşdirici  boru  estakadaları, 

Boru şpalları, Heksen saxlama çəni, Sferik İzobutan çəni və Azot 

aqreqatı sahələrində və Klapanlar yerləşən binada isə davam 

edir. 


Boru sınaqları Məşəl separatoru sahəsində başlamışdır. 

Fasad işləri Kimyəvi maddələr və qatqılar anbarında başlamışdır, 

fasad rəngləmə işləri isə Klapanlar yerləşən binada davam edir. 

Avadanlığın  quraşdırılması  işləri  Soyuducu  qüllə,  Məşəl 

bacasının  vışkası,  Polimerləşdirmə  bölməsi,  Ekstruziya  binası, 

Qarışdırma Silosu və Qarışdırma silosu sahələrində davam edir. 

Nasos  və  boruların  quraşdırılması  işləri  Yanğınsöndürmə  su 

hovuzları və nasosxana, Soyuducu qüllə və Qarışdırma silosu 

sahələrində davam edir. 

Avadanlığın  sazlanması  və  boruların  vahid  xətt  üzrə 

mərkəzləşdirilməsi  işləri  Yanğınsöndürmə  su  hovuzları  və 

nasosxana sahəsində başlamış, Azot kondensatı kompressoru 

stansiyası,  Toz  silosu  və  Qarışdırma  silosu  sahələrində  isə 

davam edir. 

Elektrik  nəzarət-ölçü  cihazlarının  (NÖC)  quraşdırılması  Azot 

kondensatı  kompressoru  stansiyası,  Polimerləşdirmə  və 

Qarışdırma Silosu sahələrində başlamışdır.

Daxili  tamamlama/bəzək  işləri  Darvaza/Buraxılış-nəzarət 

məntəqəsində başa çatmış, Kimyəvi maddələr və qatqılar anbarı, 

Laboratoriya, İnzibati bina və Sex sahələrində isə davam edir. 

İVHK işləri Laboratoriya və İnzibati bina sahələrində davam edir.

PP zavodu/MŞ 

və ÜT: Vahid 

idarəetmə otağı.

Şitlərin və 

kabellərin 

quraşdırılması 

davam edir

7



PP zavodu/

MŞ və ÜT: 

Laboratoriya. 

Daxili 


tamamlama/

bəzək və İVHK 

işləri davam 

edir 


PP zavodu/MŞ 

və ÜT: İnzibati 

bina. 

Damın 


izolyasiyası 

başa çatmışdır. 

Daxili 

tamamlama/



bəzək və İVHK 

işləri davam 

edir

PP zavodu/MŞ 



və ÜT: Sex. 

Daxili 


tamamlama/

bəzək işləri 

davam edir. 

Sex kranının 

quraşdırılması 

başa çatmışdır

PP zavodu/MŞ 

və ÜT: Torbalama 

və qablaşdırma 

binası. 


Metal sütunların 

quraşdırılması 

davam edir

Avqust ərzində 

irəliləyiş

İyul


Avqust

8



PP zavodu/MŞ və ÜT: 

Hava /Yüksək təzyiqli azot 

kondensatı kompressoru 

stansiyası, anbar və 

nasosxana. 

Avadanlığın sazlanması və 

boruların vahid xətt üzrə 

mərkəzləşdirilməsi davam 

edir. Elektrik nəzarət-

ölçü cihazlarının (NÖC) 

quraşdırılması başlamışdır

PP zavodu/

MŞ və ÜT: 

Yanğınsöndürmə 

su hovuzları və 

nasosxana. 

Nasosların 

və boruların 

quraşdırılması 

davam edir. 

Nasosların və 

generatorun 

sazlanması 

başlamışdır 

Avqust ərzində 

irəliləyiş

İyuıl

Avqust


PP zavodu/MŞ və ÜT: 

Klapanlar yerləşən bina. 

Klapanların və boruların 

quraşdırılması davam edir. 

Fasadda rəngsazlıq işləri 

davam edir

PP zavodu/MŞ və ÜT: 

Soyuducu qüllə. 

Sprinkler sisteminin 

quraşdırılması 

başa çatmışdır. 

Nasosların, boruların 

və avadanlığın 

quraşdırılması davam 

edir. Kabel tavalarının 

quraşdırılması davam 

edir

9



PP zavodu/MŞ 

və ÜT: Məşəl 

separatoru. 

Boruların 

quraşdırılması 

başa çatmışdır. 

Boru sınaqları 

başlamışdır

PP zavodu/MŞ 

və ÜT: Yan axın 

filtri aqreqatı. 

Boruların 

quraşdırılması 

davam edir

PP zavodu/MŞ 

və ÜT: Darvaza/

Buraxılış-nəzarət 

məntəqəsi. 

Daxili 

tamamlama/



bəzək işləri başa 

çatmışdır

PP zavodu/

MŞ və ÜT: Yaş 

PP bölməsi / 

Polimerləşdirmə 

qurğusu. 

Avadanlığın 

quraşdırılması 

və sazlanması 

davam edir. 

Elektrik 

nəzarət-ölçü 

cihazlarının (NÖC) 

quraşdırılması 

başlamışdır 

Avqust ərzində 

irəliləyiş

İyul

Avqust


10


PP zavodu/MŞ 

və ÜT: Quru 

PP bölməsi / 

Ekstruziya binası. 

Avadanlığın 

quraşdırılması 

və sazlanması 

davam edir

PP zavodu/MŞ 

və ÜT: Quru 

PP bölməsi / 

PP tozu silosu 

silosu. 

Avadanlığın 

quraşdırılması 

və sazlanması 

davam edir

PP zavodu/MŞ və ÜT: 

Homogenləşdirmə/

Qarışdırma silosu. 

Nasosların və 

avadanlığın sazlanması 

və boruların vahid xətt 

üzrə mərkəzləşdirilməsi 

işləri davam edir. NÖC 

quraşdırılması davam 

edir

Avqust ərzində 



irəliləyiş

İyuıl


Avqust

11



PP zavodu/MŞ 

və ÜT: Xam su 

saxlama çəni. 

Boruların 

quraşdırılması 

davam edir

PP zavodu/MŞ 

və ÜT: Sferik 

izobutan çəni. 

Daxili qaynaq 

işləri davam 

edir. Boruların 

quraşdırılması 

davam edir

PP zavodu/MŞ və ÜT: 

Mineralsızlaşdırılmış 

su saxlama çəni. 

Çənin rənglənməsi 

başa çatmışdır. İstilik 

izolyasiyası işləri başa 

çatmışdır.

Avqust ərzində 

irəliləyiş

İyul


Avqust

12



PP zavodu/MŞ 

və ÜT: Birləşdirici 

boru estakadaları. 

Boruların 

quraşdırılması 

davam edir. 

Kabellərin çəkilişi 

davam edir

PP zavodu/MŞ 

və ÜT: İzobutan 

üçün toplama 

hovuzu. 


Nasosun 

quraşdırılması 

başa çatmışdır. 

Boruların 

quraşdırılması 

başlamışdır

PP zavodu/MŞ 

və ÜT: Heksen 

saxlama çəni. 

Çənin 


quraşdırılması 

davam edir. 

Boruların 

quraşdırılması 

işləri başlamışdır

Avqust ərzində 

irəliləyiş

İyuıl


Avqust

13



PP zavodu/MŞ və ÜT: Boru şpalları. 

Boruların və kabel tavalarının quraşdırılması davam edir. Kabel çəkilişi davam edir

Avqust ərzində 

irəliləyiş

İyul

Avqust


14


Anbar. 

Fermaların 

quraşdırılması davam 

edir. Ventilyasiya 

istiqamətləndiricilərinin 

quraşdırılması 

başlamışdır. Ağır yükə 

dözümlü döşəmə 

qurma işləri başa 

çatmışdır. Damın və 

divarların sendviç 

panelləri ilə örtülməsi 

işləri başlamışdır 

Yollar. 


Daxili yolların 

tikintisi davam 

edir. Asfaltın 

birinci təbəqəsi 

döşənmişdir 

Avqust ərzində 

irəliləyiş

İyuıl


Avqust

15



Azot aqreqatı. 

Avadanlığın, boruların və metal konstruksiyaların 

quraşdırılması davam edir 

Avqust ərzində 

irəliləyiş

İyul


Avqust

16



Sənaye İnkişafı 

layihələrini dəstəkləyən 

dəyərli tərəfdaş

“Gazprombank Group” http://www.gazprombank.ru maliyyə, 

media, neft-kimya və sənaye mühəndisliyi kimi sahələr daxil 

olmaqla  müxtəlif  təyinatlı  bir  sıra  təşkilatı  birləşdirən  və 

bütün ölkə miqyasında tam diapazonlu bank xidmətləri təklif 

edən çoxprofilli unikal sahibkarlıq subyektidir.

2015-ci  ilin  iyun  ayında  “GPB  Group”  ilə  SOCAR  arasında 

“SOCAR  Polymer”  layihəsinin  büdcə  xərclərinin  60%-ni 

qarşılamaq  üçün  “GPB  Group”  tərəfindən  489  mln.  ABŞ 

dolları həcmində kredit ayrılmasını nəzərdə tutan ana şirkətin 

zəmanəti olmadan verilmiş Kredit Müqaviləsi imzalandı. Cari 

ilin avqust ayının axırına olan məlumata görə bu kreditin 83%-i 

xərclənmiş, PP və YSPE zavodlarının tikintisində əldə edilmiş 

irəliləyişin  ümumi  həcmi  isə  müvafiq  olaraq  91  və  71%-ə 

çatmışdır.

GPB  SOCAR  GPC  layihəsinin  səhmdar  kapitalı  üzrə  çinli 

tərəfdaşlarla  aparılan  danışıqlar  zamanı  “ING”  şirkəti  və 

“China  Development  Bank”-la  birgə  layihənin  maliyyə 

məsləhətçisi  rolunu  öz  üzərinə  götürərək  SOCAR  GPC 

layihəsinə  dəstəyini  nümayiş  etdirməklə  Azərbaycanda 

həyata  keçirilən  neft-qaz  layihələrində  iştirakını  daha  da 

genişləndirmiş  oldu.  Həmçinin,  GPB-nin  əməkdaşları 

layihənin  maliyyə  modelinin  işlənib  hazırlanmasında,  əsas 

şərtlər  toplusunun  və  səhmdar  müqaviləsinin  nəzərdən 

keçirilməsində və s. işlərdə də dəstək göstərir. 

Bununla  yanaşı  “Gazprombank”  Rusiyada  həyata  keçirilən 

və ümumi büdcəsi təqribən 27 mlrd. ABŞ dolları təşkil edən 

“Yamal  LNG”  layihəsinə  dəstək  olaraq  1  mlrd.  ABŞ  dolları 

həcmində  kredit  ayırmaqla  adıçəkilən  layihədə  öz  üzərinə 

böyük  rol  götürmüşdür.  “Yamal  LNG”  layihəsinin  əsas 

sərmayədarları Çin Milli Neft Korporasiyası (CNPC), İpək Yolu 

Fondu, Çinin İxrac və İdxal Bankı və Çin İnkişaf Bankıdır. Bu 

fakt GPB-yə çinli investorlarla əməkdaşlıq sahəsində mühüm 

təcrübə qazandırır ki, bu da GPC layihəsində səmərəli şəkildə 

istifadə oluna biləcək üstünlükdür. 

17



Mühərrikin ilk dəfə yüksüz işə 

salınması sınaqdan keçirilmişdir

23  avqust  2017-ci  il  tarixində  Layihəmizin  istismara  hazırlıq  və 

istismaravermə komandası Polipropilen /Ümumzavod Təsərrüfatı və 

Enerji Daşıyıcıları bölməsində mühərrikin ilk dəfə yüksüz işə salınması 

sınağını  təhlükəsiz  şəkildə  və  müvəffəqiyyətlə  yerinə  yetirmişdir. 

Mühərrikin  yüksüz  işə  salınması  istismara  hazırlıq  mərhələsindəki 

işlərin mühüm hissəsidir, çünki bu mərhələdə mühərriklərin işindəki 

istənilən problemi qabaqcadan müəyyən etməyə və həmin problemi 

aradan qaldırmağa imkan yaradan vaxt ehtiyatı qazanılır. Mühərrikin 

yüksüz  işə  salınması  nasoslar,  kompressorlar  və  s.  kimi  istənilən 

fırlanma  hərəkətli  avadanlığın  işə  salınmasına  şərait  yaradan  ilk 

istismar  fəaliyyətidir.    Bu  cür  sınaqların  aparılması  bütün  layihənin 

gedişatı üçün əsas göstəricilərdən biridir. 

Tikinti  işləri  üzrə  subpodratçı,  Mühəndis-layihələndirmə  Tədarük  və 

Tikinti işlərinə məsul podratçı, habelə LİM*/SOCAR Polymer şirkəti işçi 

heyətlərinin birgə iştirakı ilə mühərrikin yüksüz işə salınması sınağının 

düzgün  şəkildə  işlənib  hazırlanmasını  təmin  etmək  məqsədilə 

bu  fəaliyyətə  müvafiq  operatorlar  və  ixtisaslaşmış  texniklər  cəlb 

edilmişdilər. Tikinti işləri üzrə subpodratçı inşaat, elektrik və mexaniki 

işləri əhatə edən və fırlanma mexanizmlərinin təftiş edilməsini təmin 

edən ilkin yoxlamaları icra etdikdən sonra elektrik mühərrikinin yüksüz 

işə salınması sınağını həyata keçirmişdir ki, nəticələr zavodun elektrik 

mühərrikləri üzərində aparılmalı hər bir yüksüz işəsalma sınağı üçün 

istifadə olunacaq müvafiq təsdiq formalarında qeydə alınmışdır.     

PP  qurğusu  üçün  mühərrikin  ilk  dəfə  yüksüz  işə  salınması 

müsbət nəticələr vermişdir və bütün ölçülən parametrlər istismar 

üçün  yolverilən  hədlər  daxilindədir.  Bu  da  zavodun  işə  salınması 

prosesində  artıq  vacib  mərhələyə  qədəm  qoyulduğundan  xəbər 

verir.  Bu nailiyyət SOCAR Polymer, Fluor, KT-Kinetics Technology  

və USTAY şirkətlərinin tikinti və istismara hazırlıq üzrə işçi heyətləri 

arasındakı səmərəli əməkdaşlığın nəticəsidir.

* LİM - Layihənin İdarə edilməsinə dair Məsləhətçi şirkət

18



İdarəetmə otağında ekranlar 

işə salınmışdır 

20-23  avqust  tarixlərində  KT-Kinetics 

Technology və Tecnimont şirkətlərinin 

dəstəyi  ilə  YOKOGAWA  şirkətinin 

nümayəndəsi 

SOCAR 

Polymer 


şirkətinin    istismar  və  texniki  xidmət 

heyətinə 

sahədə 

istehsalatdan 



ayrılmamaqla təlim keçmişdir. 

İstismar  işləri  üzrə  işçi  heyətinin 

üzvlərinə  təlimlər  zavodda  keçirildi  və 

onlar  burada  quraşdırılmış  nəzarət-

ölçü  cihazlarını  sınaqdan  keçirərək, 

həmçinin  hər  bir  ayrıca  nəzarət-

ölçü  cihazının  fərdi  göstəricilərinə 

nəzarətetmə,  kilidləmə  və  yoxlama 

vasitələri 

barədə 


məlumatlara 

yiyələnməklə 

DCS 

(Paylanmış 



İdarəetmə  Sistemi)  sistemini  tədqiq 

etdilər. 

İstismar işləri üçün Ümumi İdarəetmə 

otağındakı kompüter ekranları artıq işə 

salınmışdır!

19



SOCAR Polymer təcrübəçilərinin 

tikinti sahəsinə avtobus 

ekskursiyası

29 və 31 avqust tarixlərində hər biri təxminən 10 nəfərdən 

ibarət iki qrupda təmsil olunan təcrübəçilər SOCAR Polymer 

şirkətinin tikinti sahəsinə baş çəkmiş və onların tikilməkdə 

olan  istehsalat  obyektləri  ilə  əyani  şəkildə    tanış  olması 

məqsədilə avtobusla səyahət təşkil edilmişdir. Hazırda PP və 

YSPE qurğuları üzrə tikinti işlərinin ümumi gedişatı müvafiq 

olaraq təxminən 91% və 71% təşkil edir. 

SƏTƏM  üzrə  Supervayzer  Seymur  Quliyev  əsas  texniki 

təhlükəsizlik qaydalarını və ehtiyat tədbirlərini qrupa təkrarən 

izah edərək bildirdi ki, səhayət zamanı təcrübəçilərin heç bir 

halda avtobusu tərk etmələrinə icazə verilmir. Marşrut elə 

planlaşdırılmışdı ki, tikinti şəraitində və texniki təhlükəsizliyi 

təmin  etməklə,  qrupa  zavodun  əsas  qurğu  obyektləri  və 

bölmələri mümkün olduğu qədər geniş şəkildə göstərilsin.    

Avtobus  polimerləşdirmə  sahəsi,  dövrə  reaktorları,  toz 

silosları, presləmə sahəsi, qarışdırma silosları,  qablaşdırma 

sahəsi  və  anbar  kimi  istismar  qurğularının  hər  bir  əsas 

tərkib  hissələrinin  yanında  qısamüddətli  dayandığına 

görə  “səyahət  bələdçisi”  rolunu  icra  edən  CSA  (İnşaat/

Konstruksiya/Memarlıq)  Mühəndisi  Oskar  Hümbətov  bu 

yeniliklərə  sonsuz  maraq  göstərən  təcrübəçiləri  onların 

müşahidə  etdikləri  bölmələr  və  qurğular  haqqında 

məlumatlandırdı və onların suallarına cavab verdi. Avtobus 

səyahətindən sonra SOCAR Polymer şirkətinin sahə ofisində 

“Sual-Cavab”  sessiyası  keçirildi.  Təcrübəçilər  qurğuların 

strukturu,  funksional  xüsusiyyətləri  və  gücü,  iş  prosesi, 

işçi heyətlə təmin olunma sxemi, zavodun işçi heyəti üçün 

keçirilən  təlimlər  ilə  yaxından  maraqlandılar,  eləcə  də 

istehsal  ediləcək  son  məhsulun  parametrləri,  hətta  bəzi 

satış  və  marketinq  təfsilatları  haqqında  da  suallar  verdilər. 

Onların  xahişi  ilə  bəzi  böyük  avadanlıqların  iş  prinsipləri, 

habelə siyirtmə binası, dövrə reaktoru, azot istehsalı dəsti və 

siloslarının funksiyaları izah edildi.   

Məmnun qalmış təcrübəçilər bu fəaliyyəti SOCAR Polymer 

şirkətinin istehsalat obyekti ilə yaxından tanış olmaq imkanı 

kimi yüksək dəyərləndirdilər.

20



Xaricdə keçirilmiş təlimlər 

– İstehsalat təlimləri  

PP  zavodunda  quraşdırılmış  müxtəlif  növ  avadanlığın 

istismarı  və  texniki  xidməti  sahəsində  nəzəri  bilikləri  və 

praktiki  bacarıqları  artırmaq  məqsədilə  “SOCAR  Polymer” 

şirkətinin  istismar  və  texniki  xidmət  personalı  üçün 

xaricdə  OPS  (istehsalat)  təlimləri  təşkil  edilmişdir.  Təlimlər 

“Tecnimont”  və  “SOCAR  Polymer”  şirkətləri  tərəfindən 

istehsalçıların  xaricdə  yerləşən  istehsalat  obyektlərində 

yaxud  ölkəmizin  müvafiq  müəssisələrində  təşkil  olunaraq 

keçirilir. 

Avqust ayında “SOCAR Polymer” şirkətinin işçiləri aşağıdakı 

təlimlərdə iştirak etmişlər:

Reaktor nasosları üzrə təlim

Radiasiya təhlükəsizliyi üzrə təlim

Keçirildiyi yer

Flowserve USA Inc.

Mexiko şəhəri, Meksika

Milli nüvə tədqiqatları mərkəzi ASC 

Bakı, Azərbaycan 

Müddəti

1 həftə


2 gün

Keçirildiyi tarixlər

8-15 avqust 2017-ci il

24-25 avqust 2017-ci il

İştirakçıların vəzifələri

4 növbə nəzarətçisi, 2 qurğu operatoru və 1 

texnik-mexanik

STTƏMM üzrə 1 müşavir və 1 NÖC texniki 



İştirakçıların adları

Müşfiq Bağırov 

İlyas Muradov

Mahmud Hüseynov

Elvin Aslanlı

Nəriman Əkbərov

Natiq Abbaszadə

Elməddin Kazımov  

Rəşad İbrahimov 

Fərid Mikiyev 

21



Ölkədə  nüvə  texnologiyalarından  sülh 

məqsədləri üçün istifadəni təmin etmək, 

nüvə texnologiyaları sektorunun maliyyə 

və  texniki  resurslarını  yaxşılaşdırmaq 

məqsədinə  hədəflənmiş  “Radiasiya 

təhlükəsizliyi”  təlimi  yüksək  ixtisaslı 

kadrların sayını artırmaq və ölkədə nüvə 

tədqiqatlarını  genişləndirmək  zərurəti 

nəzərə  alınaraq  2014-cü  ildə  Bakıda 

yaradılmış  Milli  Nüvə  Tədqiqatları 

Mərkəzi QSC tərəfindən keçirilmişdir.

Təlim  2  tam  gün  ərzində  davam 

etmişdir.  Birinci  günün  mühazirələrini 

ikinci  günün  praktik  məşğələləri 

tamamlamışdır. 

Peşəkar,  yüksək  biliklərə  malik  təlimçi 

tərəfindən  təqdim  edilmiş  mövzular 

sırasına  “Mühafizə  geyimləri  daxil 

olmaqla  laboratoriya  avadanlıqları  və 

materiallarından  təhlükəsiz  istifadə”, 

“Radiasiya 

yaradan 


texnikanın 

Rəşad İbrahimov - SƏTƏM üzrə məsləhətçi

Radiasiya Təhlükəsizliyi 

üzrə Təlim

istismar  qaydaları  da  daxil  olmaqla 

yoxlama  prosedurları  və  protokolları”, 

“Radioaktiv  materialların  təhlükəsiz 

emalı,  saxlanması  və  ləğv  edilməsi”, 

“Radiasiya  səviyyələrinə  və  radiasiya 

çirklənmələrinə  nəzarət  və  ölçmə 

metodları”, “Lazımi qeydlərin aparılması 

və  sənədlərin  düzgün  qaydada 

saxlanılması”  və  “Qəza  vəziyyətlərində 

fəaliyyət  prosedurları”    mövzuları  da 

daxil idi.

Mənim fikrimcə, bu təlim proqramının ən 

çətin mövzusu “Radioaktiv parçalanma” 

mövzusu  olmuşdur.  Radionuklidin 

parçalanması  zamanı  transmutasiya 

baş  verir.  Parçalanmış  radioaktiv 

məhsul,  kimyəvi  xüsusiyyətləri  orijinal 

“ana” atomdan fərqli olan yeni elementin 

atomuna çevrilir. Hər bir transmutasiya 

nəticəsində  nüvədən  emissiya  yaranır. 

Alfa,  beta,  qamma  və  ya  neytron 

hissəciklərinin  hər  emissiyası  ilə  bağlı 

bir neçə parçalanma rejimi mövcuddur.

Zənnimcə,  bu  təlimin  ən  maraqlı 

mövzusu “İş yerində şüalanmaya məruz 

qalma  riski”  mövzusu  idi.  Zərərçəkmə 

ehtimalının  mövcud  olması  realdır. 

Siyasət  və  proseduralara  diqqətlə 

riayət  olunarsa,  bu  risk  minimuma 

endirilə  bilər.  İonlaşdırıcı  radiasiya  ilə 

işləməyin potensial risklərini qəbul edib 

etməmək  hər  kəsin  öz  seçimidir.  Hər 

bir  şəxs  əldə  ediləcək  bütün  faydaları 

potensial  riskləri  nəzərə  almaqla 

qiymətləndirməlidir.  Riskləri  qəbul 

etdikdən  sonra  həmin  şəxs  radiasiya 

məsələsinə ciddi yanaşmalı və radiasiya 

mənbələri ilə və ya onların yaxınlığında 

ehtiyatla işləməlidir.

“Radiasiya  təhlükəsizliyi”  mövzusunda 

təlimin  məqsədi  radionuklidlərlə  iş 

görəcək və ya ionlaşdırıcı şüa yaradan 

avadanlıqları  istismar  edəcək  işçiləri 

minimal səviyyədə zəruri biliklərlə təmin 

etməkdən,  eləcə  də  onların  bilavasitə 

iş  yerlərindəki  radiasiya  təhlükələrini 

aşkar  etmələri,  həmin  təhlükələri 

effektiv  şəkildə  aradan  qaldırılmasına 

nail  olmaları  və  bununla  da  həm  öz, 

həm  də  ətrafdakıların  təhlükəsizliyini 

təmin etmələri üçün zəruri olan kifayət 

qədər məlumat verməkdən ibarət  idi.

22



Elməddin Kazımov - Növbə nəzarətçisi

Bizim  iştirak  etdiyimiz  təlim  həm 

əməliyyat,  həm  də  texniki  xidmət 

komandalarını  reaktor  nasosları  barədə 

məlumatlandırmaqla  gələcəkdə  bu 

nasoslarla  bağlı  yaranacaq  istənilən 

problemlərin  qarşısını  almaq  məqsədi 

daşıyırdı. Təlimi keçirən şirkət bu sahədə 

kifayət  qədər  tanınmış  “Flowserve” 

şirkəti idi. Dünyanın bir çox ölkəsində, o 

cümlədən  Rusiya, Ukrayna və Özbəkistan 

kimi  qonşu  ölkələrdə  nümayəndəlikləri 

və  istehsalat  sahələri  olan  bu  şirkətin 

baş  ofisi  ABŞ-da  yerləşir.  “Flowserve” 

şirkəti həm nasosların, həm də klapanlar 

və  digər  avadanlıqların  istehsalçısı  kimi 

dünya şöhrəti qazanmışdır. “Flowserve” 

şirkətinin  ən  böyük  istehsalat  sahəsi 

məhz  Meksikada  yerləşir.  Təlimin 

keçirildiyi 

istehsalat 

müəssisəsi 

şəhərdən  kənarda  yerləşən,  geniş  bir 

ərazidə  salınmış,  yüksək  infrastruktura 

malik və ən son texnologiyalar əsasında 

qurulmuş  istehsalat  sahəsi  idi.  Bütöv 

ərazisindəkompüterləşmiş 

rəqəmsal 

nəzarət 

avadanlıqlarından 

istifadə 

olunurdu.

Yaxşı  təşkil  edilmiş  obyekt,  düzgün 

seçilmiş  avadanlıq  və  təhlükəsizlik 

texnikası  qaydalarına  riayət  olunması 

bizim  çox  xoşumuza  gəldi.  Məncə, 

şirkət  rəhbərliyimiz  də  bunu  nəzərə 

alaraq  bizi  ən  yaxşı  təlim  ala 

biləcəyimiz yerə göndərmişdi.

Səhər saat 09:00-dan 16:00-a kimi davam 

edən təlimlər həm auditoriyalarda, həm 

də sahədə keçirilirdi. Nasosların işləmə 

prinsipi,  iş  zamanı  yarana  biləcək 

problemlər  və  mexaniki  problemlərin 

aradan  qaldırılması  yolları  açıqlanırdı. 

Təlim  iştirakçılarının  bu  sahəyə  böyük 

marağı olduğuna görə, mövzu zənginliyi 

ilə seçilən bu təlim kursu fəal sual-cavab 

və qızğın diskussiyalar şəklində keçirdi. 

Təlimlər  zamanı  son  texnologiyalardan 

istifadə  olunması  təlimə  olan  marağı 

daha da artırırdı. Biz daha çox zavodda 

keçirilən 

praktiki 

məşğələlərdə 

iştirak  edirdik.  Nasosun  montajı, 

mexaniki  kipkəcin  yerləşdirilməsi  və 

dəyişdirilməsi  proseslərində  əyani 

olaraq  iştirak  etdik.  Auditoriyadakı 

nəzəri təlimlərdə öyrəndiklərimizi əyani 

olaraq  sahədə  görmək  və  prosesdə 

iştirak  etmək  bizə  daha  çox  məlumat 

əldə etməyə imkan verdi və təlimin ən 

müsbət  cəhəti  oldu.  Aksial-porşenli 

nasoslarla  görülən  işləri  əyani  olaraq 

görməyimiz  bizim  üçün  çox  vacib 

idi.  Eyni  zamanda  bu  tipli    nasosların 

istehsalını mərhələli şəkildə görməyimiz 

də bizim üçün böyük təcrübə oldu. Yeni 

nasosun  yığılmasında  əyani  iştirakımız 

məsələni  tam  mənimsəməyimizdə 

böyük  rol  oynadı.  Təlimçilərimiz  ABŞ-

Reaktor Nasosları üzrə Təlim

dakı  mərkəzi  ofisdən  təlim  məqsədilə 

Meksikaya  dəvət  olunmuş  Ceyson 

Allare  və  Robert  Hollins  idi.  Hər  ikisi 

gülərüz  və  qonaqpərvər,  təcrübə  və 

savad  baxımından  yüksək  biliyə  malik 

idilər.  Bizim  şirkətə  nə  qədər  dəyər 

verdiklərini  hər  fürsətdə  bildirirdilər.  

Təlimçilərin  professionallığı  və  yarana 

biləcək sualların  cavablarını əvvəlcədən 

deməkləri təlimi daha da maraqlı edirdi. 

Onlar  bizim  verdiyimiz  texniki  sualları 

çox ətraflı cavablandırır, hətta verdiyimiz 

suallardan  bu  qədər  məlumatlı 

olmağımızı  çox  maraqla  qarşılayırdılar 

və təəccüblərini gizlətmirdilər.

Bu  təlimdə  qazandığınız  bilik  və 

bacarıqları  istehsalata  başladığımızda 

geniş tətbiq edə biləcəyik. Reaktorlarda 

olan məhsulu hərəkət etdirən nasoslar, 

demək  olar  ki,  zavodun  ən  önəmli 

avadanlıqlarındandır,  və  hər  hansı 

nasazlığın 

istehsalat 

prosesinin 

gedişinə ciddi mane ola bilməsi bizim 

məsuliyyətimizi artırır.

Təlimdə 


əldə 

etdiyimiz 

bilikləri 

həmkarlarımızla bölüşürük. Bizə verilmiş 

bütün  tədris  vəsaitlərini  yoldaşlarımıza 

ötürdük  və  öyrəndiklərimiz  barədə 

təqdimat  etdik.  Biz  bir  kollektiv  olaraq 

özümüzü  hər  gün  daha  da  inkişaf 

etdiririk ki, bu da şirkətin kadr hazırlığına 

verdiyi dəstəyin bəhrəsidir.



Soldan sağa: Elməddin Kazımov, Kris Qric, Natiq Abbaszadə, Nəriman Əkbərov, Elvin Aslanlı

23



SOCAR Polymer şirkəti 

futbol meydançasında

2014-cü ilin ortalarından SOCAR Polymer şirkətinin işçiləri 

sırasından  futbol  və  fəal  həyat  tərzinin  həvəskarları  2 

altı  nəfərlik  komanda  yaradaraq  öz  aralarında  oyunlar 

keçirməyə  başladılar.  İlk  komandaların  üzvləri  sırasında 

müxtəlif  peşə  sahibləri,  o  cümlədən  təchizat  və  logistika 

şöbəsindən  Qulu  Nəbiyev,  hüquq  şöbəsindən  Fuad 

Talışınski,  STTƏMM  şöbəsindən  Xalid  Qasımov,  tikinti 

şöbəsindən  Bəhruz  Hacıyev,  inzibati  işlər  şöbəsindən 

Seymur Mursalov, nəqliyyat şöbəsindən Şöhrət Mikayılov, 

Həmid Adıgözəlov və Vüqar Muradov, maliyyə şöbəsindən 

Babək  Beydullayev,  audit  şöbəsindən  Elvin  Rzayev  və 

Müşfiq  Hacıyev,  və  mühəndislik  şöbəsindən  Orxan 

Həsənov var idi. 

Oyunçuların  sayı  artdıqca  oyunlar  həftədə  iki  dəfə  daha 

müntəzəm  şəkildə  keçirilməyə  başladı  və  tezliklə  SOCAR 

Polymer şirkətinin həvəskar futbol klubu yaradıldı. Oyunlar 

çərşənbə axşamı işdən sonra 20:00-21:00 saatları arasında, 

şənbə  günləri  isə  səhər  saat  10:00-da  keçirilirdi.  Bu 

məqsədlə  şəhərin  müxtəlif  hissələrində  icarəyə  verilən 

stadionlar  istifadə  olunurdu.  Klub  üzvlərinin  sayı  artdıqca 

təşkilatçılar Bakı ofisinin işçilərindən ibarət 4 komandanın 

iştirakı  ilə  şirkətdaxili  mini  çempionat  keçirməyi  qərara 

aldılar. Cədvəl quruldu və 2015-ci ilin qış mövsümündə mini 

çempionat oyunları planlı surətdə keçirildi. 

“SOCAR  Polymer”in  ən  sadiq  futbol  həvəskarlarından 

ibarət  2  futbol  komandası  hazırda  həftədə  2  dəfə  2  saat 

ərzində  məşqlər  və  oyunlar  keçirir.  Zədə  və  travmaların 

baş  vermə  ehtimalını  azaltmaq  üçün  məşqlər  mütləq 

24



əzələləri  isidən  idman  hərəkətləri  ilə  başlayır.  Oyunun 

düzgün  qiymətləndirilməsi  üçün  AFFA  təşkilatından 

hakim  cəlb  olunmuşdur.  SOCAR  Polymer  şirkəti  öz  futbol 

klubunun fəaliyyətini həm mənəvi, həm də maliyyə cəhətdən 

dəstəkləyir. 2017-ci ilin yaz mövsümünün sonunda oyunçular 

üzərində “SOCAR Polymer” loqotipi olan formalar ilə təmin 

olundular. 

Peşəkar futbol topu və digər fərdi ləvazimatlar təmin olunur. 

Yay  aylarında  məzuniyyətlər  ilə  əlaqədar  olaraq  məşqlərə 

az adam qoşulur, amma sentyabr ayından fəaliyyət rejimini 

əvvəlki kimi canlandıracağıq. 

Ən gənc oyunçumuz 20 yaşlı Kamil Sadıqovdur ki, gənc yaşına 

baxmayaraq  həm  hücumçu,  həm  müdafiəçi,  həm  də  qapıçı 

qismində  bacarıqlı  oyunçudur.  Klubun  ən  yaşlı  nümayəndəsi 

Vüqar Muradov ən yaxşı oyunçularımızdandır. Güclü hücumçu 

və bombardirlərimiz arasında Samir Cavadovu, Tariyel Bağışovu, 

Şahin  Dadaşovu,  Şöhrət  Mikayılovu  və  Ruslan  Hüseynovu 

qeyd  etmək  olar.  Tariyel  haqqında  səslənən  fikirlərə  əsasən, 

o, istənilən mövqedən ötürmə alaraq topu qapıya göndərməyi 

bacarır. Müdafiəni Orxan Səmədov, Tural Mustafayev və Kamal 

İbrahimli  yaxşı  təmin  edirlər.  Yarımmüdafiədə  ən  güclülər 

sırasında Qulu Nəbiyevi, Müşfiq Hacıyevi və Famil Məmmədovu 

misal göstərmək olar.

“SOCAR  Marketinq”  və  “SOCAR  RUS”  şirkətlərinin  futbol 

komandaları  ilə  geniş  stadionda  qarşılaşmalar  təşkil 

etmək  planımız  var.  Bunun  üçün  şirkətimizin  9  ən  yaxşı 

oyunçusundan ibarət yığma komandası yaradılacaq. Müxtəlif 

həvəskar oyun çempionatlarına da qoşulmaq planları var.

Əvvəllər  də  bir  neçə  kənar  komandalarla,  məsələn,  Baku 

Business  Group  şirkətinin  və  Heydər  Əliyev  adına  NEZ-in 

Modernləşdirilməsi  Layihəsinin  komandaları  ilə  oyunlar 

keçirilib, bəzən qalib gəlib, bəzən isə məğlub olmuşuq. Bu 

idmanda əsas tələb olunanlar stadionun icarəsi, uniforma 

və tibbi sığortadır ki, onların hamısı təmin olunmuşdur. Bir-

birimizə  qarşı  sərt  oynamamağa  çalışırıq,  amma  istənilən 

idman  meydançasında  zədələr  olduğu  kimi,  bizdə  də 

əksər  hallarda  ayaq  burxulmaları  olur.  Lakin  ümumilikdə 

götürdükdə bu cür işdənkənar fəaliyyət və idman məşqləri 

həm işçilərimizin sağlamlığına müsbət təsir göstərir, onları 

yaxşı idman formasında saxlayır, həm də komanda ruhunu 

və dostluq əlaqələrini gücləndirir.

25



32



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə