19. Avropanın orta ərlər fəlsəfəsinin əsas cərəyanları


Azərbaycan maarifçilik fəlsəfəsi



Yüklə 35,41 Kb.
səhifə14/18
tarix30.08.2023
ölçüsü35,41 Kb.
#121138
1   ...   10   11   12   13   14   15   16   17   18
questions and answers

24. Azərbaycan maarifçilik fəlsəfəsi

Azərbaycan maarifçilik fəlsəfəsinin mahiyyəti, onun nümayəndələri. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Azərbaycandakı ictimai-fəlsəfi fikir sosial-tarixi şərait və ictimai varlığın inikası olmaqla ziddiyyətli səciyyə daşıyırdı. Belə ki, bu dövrdə Azərbaycanda mürəkkəb ictimai-siyasi şərait mövcud idi: xanlıqlar öz müstəqilliklərini itirir, İran və Rusiya dövlətlərinin qəsbkar müharibələrinin meydanına çevrilir, talan və qarət edilirlər; digər tərəfdən isə yadelli işğalçılara, feodal zülm və əsarətinə qarşı xalqın etirazı və azadlıq mübarizəsi hərəkatı güclənirdi. Bakıda və başqa iri şəhərlərdə kapitalist münasibətləri formalaşmağa başlayırdı




Marifçilik - ümumdünya mədəniyyəti tarixində keyfiyyətcə yeni bir dövrdür. Marifçilik ilk dəfə Qərbi Avropa ölkələrində brujua inqilablarının hazırlanması dövründə meydana gəlib və ona xidmət edir. Sonradan digər ölkələrə də nüfuz edib və ümumdünya hadisəsinə çevrilib. Marifçilik feodalizmdən kapitalizmə keçid dövrünün ictimai-siyasi, fəlsəfi, əxlaqi, bədii-estetik ideyalar sistemidir. Marifçilik fəlsəfəsi isə çoxşalə marifçilik məfkurəsinin mühüm tərkib hissəsi, onun dünyagörüşünün əsasıdır. Bu fəlsəfə əvvəlki nəzəriyyələrdən öz istiqaməti, mövzu dairəsi, ictimai həyatda ciddi dəyişiklər tələb etməsi, cəmiyyətin tərəqqisində elmin, marifin rolunun mütləqləşdirməsi, insan idrakının gücünə hədsiz inamı ilə fərqlənir. İnsanın şəxsi ləyaqətinə hörmət, fikir və mənəvi azadlıq ideyaları, marifçilik məfkurəsinin əsasını təşkil edir.
İlkin ideya olaraq kralları marifləndirmək məqsədi ilə filosoflar yazdıqları əsərləri krallara, hersoqlara və.s göndərirdilər və gözləyirdilər ki, krallar onları öz yanlarına dəvət edəcəklər. Lakin belə olmadı. Ona gorə də cəmiyyəti maarifləndirməyə başladılar.


Azərbaycana maarifçilik nəzəriyyəsi iki yol ilə gəlib. Birincisi Rusiya yolu ilə, ikincisi isə təhsilə-meyilli ailələrin uşaqlarını avropaya oxumağa göndərməyi vasitəsilə yaranıb.


Azərbaycanda maarifçiliyin əsas nümayəndələri:
Abbasqulu ağa Bakıxanov,
Axundov
Zərdabi



Yüklə 35,41 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə