19. Avropanın orta ərlər fəlsəfəsinin əsas cərəyanları



Yüklə 35,41 Kb.
səhifə15/18
tarix30.08.2023
ölçüsü35,41 Kb.
#121138
1   ...   10   11   12   13   14   15   16   17   18
questions and answers

Bakıxanov fəlsəfədə dini ( yəni idealist ) mövqedə dayanırdı. O, həmçinin Azərbaycanda ən böyük metafizika alim idi. O, elmdə sadəlövh materilasit kimi çıxış edir, materiyanı varlığın və idrakın yeganə əsası kimi qəbul edirdi. Mexaniki hərəkəti materiyanın atributu sayırdı. Metafizikada , fəlsəfədə və ya hikmətdə isə o idealist və ilahiyyatçı idi. Bakıxanov metafizikanı varlığın fövqəltəbii prinsipləri haqqında elm kimi səciyyələndirirdi.
A.Bakıxanovun varlıq nəzəriyyəsi bütövlükdə onun dünyagörüşü və yaradıjılığı kimi bir tərəfdən orta əsrlər, digər tərəfdən isə yeni dövrlə bağlı olub, bu iki dövrün xüsusiyyətlərini özündə jəmləşdirib. O, varlığın mahiyyətini həm dini, həm də elmi mövqedən izah etməyə çalışmışdır. Kainatın quruluşuna dair elmi əsərlərində sadəlövh materialist kimi çıxış edərək, materiyanı varlığın və idrakın əsası saymışdır. Metafizikada isə o, rasional idealist və ilahiyyatçıdır. A.Bakıxanov metafizikanın bütün məzmununu fövqəltəbii mahiyyətlərə, ilahi predmetlərinə münjər edir, islamın prinsiplərini üstün tutur, mühakimələrini Qurani-Kərimin ayələri ilə, müqəddəs yazılarla əsaslandırırdı.
Abbasqulu ağa Bakıxanov Qüdsi 1794-cü ildə Bakının Xilə (indiki Əmircan) kəndində anadan olmuş, ilk təhsilini burada almış, sonra Qubaya atasına məxsus olan Əmsar kəndinə köçmüş, bir sıra Şərq və rus dillərini, ilahiyyat, ədəbiyyat və fəlsəfə elmlərini öyrənməyə başlamışdır. Sonradan o, Tiflis şəhərində işləmiş, 1828-ci ildə baş komandanın dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi işləmiş, hərbi xidmətdə polkovnik rütbəsinə qədər yüksəlmişdir.
Abbasqulu ağa Bakıxanovun dünyagörüşü islama uyğunlaşdırılmış klassik fəlsəfə əsasında təşəkkül tapmışdır. O, hikmətin (fəlsəfənin) məqsədini təhsil və maariflənməkdən ibarət saymışdır.
A.A.Bakıxanov özünün məntiqə dair fikirlərini "Tərəzinin mahiyyəti" ("Tərəzi gözü", "Eyn-əl-Mizan") əsərində ifadə etmişdir. Əsərin "Tərəzinin gözü" adlandırılması ondan irəli gəlir ki, məntiq də fikirləri tərəzi gözü kimi çəkir, onun düzgünlüyü və ya yalanlığı dərəcəsi yoxlanılır.
Abbasqulu ağa Bakıxanova görə xeyirxahlığın, yaxşılığın, müsbət əxlaqi keyfiyyətlərin ölçüsü ədalət və insafdır. Abbasqulu ağa Bakıxanov əməksevərlik, təvəzökarlıq, düzlük, mənəvi saflıq və digər müsbət kamilliyə nail olmaqda elmin, maarifin roluna böyük üstünlük vermişdir. O, əxlaqda rasionalizmə istinad edərək göstərmişdir ki, insan öz davranış qaydalarını düşünüb seçməli, bu işdə ağlın gücünə arxalanmalı, ağılla elmdən böyük bir sərvətin olmadığını dərk etməlidir.



Yüklə 35,41 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə