2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


ALLAH - Subhənəhu Və Təalə



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə67/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   63   64   65   66   67   68   69   70   ...   231

 

133 


ALLAH - Subhənəhu Və Təalə - nin ƏL SİFƏTİ 

 

Allah  dedi:  «Ey  İblis!  Sənə  Mənim  iki  əlimlə  yaratdığıma  səcdə  etməyə  mane 



olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?"» (Sad 75). «Allahın əli 

onların  əllərinin  üstündədir».  (əl-Fəth  10).  Ancaq  bu  yaratdıqlarının  əlləri  kimi 

deyildir, bir üzüv (orqan) da deyildir. O,  əllərin yaradıcısıdır. «Onun  bənzəri  heç  bir 



şey  yoxdur».  (əş-Şura  11)

422


.  «Hökm  əlində  olan  Allah  nə  qədər  uca  və  nə  qədər 

uludur. O, hər şeyə qadirdir». (əl-Mulk 1).  

Əhli  Sünnə  Vəl  Cəmaatın  bu  ayələrdə  mövqeyi  ayələri  olduğu  kimi  qəbul  etmək, 

onları  müxaliflər  kimi  qüdrət,  nemət  kimi  mənalarla  təvil  etməməkdir.  Əbu  Hənifə 



 



rahmətullahi  aleyhi 



  deyir:  «Allahın  əlindən  məqsəd  qüdrətdir  və  ya  nemətdir 

deyilməz.  Çünki  bu  durumda  Allahın  sifətləri  iptal  olunmuş  olur.  Bu  isə  Mutəzilə  və 

Qədəriyyənin  görüşüdür.  Lakin  Allahın  əli  Onun  necəliyi  bilinməyən  sifətidir. 

Abdullah b. Amr - radıyallahu anhu 



 rəvayət edir ki, Rəsulullah 



 sallallahu aleyhi və 

səlləm 

 buyurdu: «Allah üç şeyi əli ilə yaratmışdır. Adəmı, Tövratı əli ilə yazmışdı və 



Ədn Cənnətindəki (ağacları da) əli ilə əkmişdi»

423


. İbn Ömər - radıyallahu anhu 



 dan 

gələn  rəvayətdə  isə  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurur:  «Allah  dörd 



şeyi  əli  ilə  yaratmışdır.  Ərşi,  qələmi,  Adəmi  və  Ədn  Cənnətini.  Sonra  digər 

yaratdıqlarına  ol  demiş,  onlar  da  olmuşlar»

424

.  Kab  -  radıyallahu  anhu 





  deyir  ki: 

“Allah üç şeydən başqasını əli ilə yaratmamışdır. Adəmi əli ilə yaratmış, Tövratı əli ilə 

yaratmış,  Ədn  Cənnətindəki  (ağacları  da)  əli  ilə  əkmişdir  və  ona  danış  demiş,  o  da 

möminlər  qurtulmuşdur  –  demişdir”

425

.  Ənəs  b.  Məlik  -  radıyallahu  anhu  –  rəvayət 



edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah Firdousu əli ilə bina 

etmiş və hər müşrikə, içki içənə və təkəbbürlüyə oranı haram etmişdir”

426

.  


Allah Qurani Kərimdə bəzi ayələrdə Yəduhu 



 bir əl, Yədeyyə 

 iki əl, bəzi yerlərdə 



isə Əydinə 

 əllərmizi  deyə buyurmuşdu. Çox vaxt iki əza ilə  edilən bir işi bir əza ilə 



edilməsi  demək  də  mümkündür.  Məs:  Gözümlə  gördüm,  qulağımla  eşitdim  və  s. 

Məqsəd  isə  iki  göz  və  qulaqdır.  «Oğru  kişi  və  qadının  gördükləri  işin  əvəzi  kimi 



Allahdan cəza olaraq əllərini kəsin». (əl-Maidə 38). Məqsəd isə iki əldir«Əgər ikiniz 

də  Allaha  tövbə  etsəniz».  (ət-Təhrim  4).  Məqsəd  isə  ikinizin  qəlbidir.  Əbu  Hureyrə  

radıyallahu anhu 



 rəvayət edir ki, Rəsulullah 



 sallallahu aleyhi və səlləm 

 buyurdu: 



«Allahın əli elə doludur ki, gecə və gündüz ondan davamlı axar. Siz Allahın göyləri və 

yeri  yaratdıqdan  bəri  (əliylə)  xərclədiyi  (verdiyi)  şeyləri  görmürsünüzmü?  Bütün  bu 

verdikləri onun sağ əlindəkiləri heç bir şəkildə əskiltməmişdir»

427


.  

Allahin Hər İki Əli Də Sağdir: Bu İbn Xuzeymə «ət-Tövhid» 1/159, İmam Əhməd 

bax: Əbu Yəla «Təbəqatul Hənəbilə» 1/313, Beyhəqi «əl-Əsmə vəs-Sifət» 2/55,56, İbn 

Teymiyyə  «Məcmuul  Fətava»  6/397,400,  əl-Albani  «Məcəllətul  Asalə»  s  68,  «Səhih 

Hədislər Silsiləsi» 3136 və s. alimlərin görüşüdür. Doğru olan görüşdə elə budur!  

                                                

422


 «Fikhul Əbsat» s. 52,53. 

423


 Darakutni «əs-Sifət» s 45, Beyhəqi «əl-Əsmə və əs-Sifət» s 403 Mərfu hədis. 

424


 Darimi  “Rəddu  Alə  Cəhmi”  35,  Təbəri  21/238,  Zəhəbi  «əl-Uluv»  sənədi  ceyyid  (yaxşı,  gözəl),  əl-Albani 

«Muxtasarul-Uluv» s 105 səhih. 

425

 Beyhəqi “əl-Bas vən Nuşur” 213, Həkim 2/392, İbn Əbi Şeybə “Musənnəf” 13/141.  



426

 Əbu Nuaym “Sıfət əl-Cənnəh” 1/89, 2/27, Hilyə 3/94-95.  

427

 Buxari,  Müslim,  Əhməd  2/242,Tirmizi  3045,  İbn  Məcə  197,  İbn  Xuzeymə  «ət-Tövhid»  90,  əl-Albani  «Səhihul 



Cəmius Səğir» 8066, «Ziləlul Cənnə» 1/348. 


 

134 


Allahin  İki  Əlindən  Biri  Sağ,  Digəri  Sol  Əldir:  Bu  Darimi  «ər-Rədd  alə  Bişril 

Mərisi»  s.  155,  Suleyman  ət-Təmimi  «Kitabut  Tövhid»  s.  193,  Həsən  Sıddıq  Xan 

«Katfus Samər» s. 66 və s. alimlərin görüşüdür. 

İbn  Ömər  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Rəsulullah 



  sallallahu  aleyhi  və 



səlləm 

 buyurdu: «Şübhəsiz ki, adil olanlar (Qiyamət günü) Rahmənin sağında nurdan 



minbərlər üzərində olacaqlar. Rahmənin hər iki əli də sağdır. Onlar hökümlərində, ailə 

haqlarında  və  əlləri  altında  olanlarla  adil  davrananlardır»

428

.  İbn  Ömər  -  radıyallahu 



anhu 

 rəvayət  edir ki, Rəsulullah 





 sallallahu aleyhi və səlləm 

 buyurdu:  «Allah  ilk 



olaraq qələmi yaratmış və onu sağ əli ilə tutmuşdur. Onun hər iki əli də sağdır»

429


. İbn 

Ömər, Ubadə İbn Sabit və İbn Abbas - radıyallahu anhum – rəvayət edir ki, Rəsulullah 



–  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Heç  şübhəsiz  ki,  Allahın  ilk  yaratdığı  şey 

qələmdir».  Ona:  «Yaz!»  deyə  buyurdu.  Qələm:  «Ya  Rəbbim!  Nə  yazım»  dedi.  Allah: 

«Qiyamətin  qopacağı  vaxta  qədər  hər  bir  şeyin  qədərini  yaz!»  deyə  buyurdu

430


.  Əbu 

Hureyrə - radıyallahu anhu 



 rəvayət edir ki, Rəsulullah 



 sallallahu aleyhi və səlləm 

 

buyurdu:  “Allah,  Adəmi  yaradıb  ona  ruhundan  üflədiyi  zaman  hər  iki  əli  də  bağlı 



olduğu halda Adəmə: «Hansını istəyirsən seç al ey Adəm!» dedi. Adəm də: «Rəbbimin 

sağ  əlini  seçdim.  Lakin  onun  hər  iki  əlidə  mübarək  sağ  əldir»  dedi.  Daha  sonra  onu 

açdıqda  içində  Adəm  və  zuriyyəti  olduğu  və  onlardan  hər  bir  insanın  ömrünün  orada 

yazılı olduğu ortaya çıxdı

431

.  


Əhli  Sünnə  Vəl  Cəmaat  Allahın  ovcunun  olmasına  da  iman  edirlər.  Səhih 

hədislərdə  Ovuc 

  ləfzi  də  keçməkdədir.  Əbu  Hureyrə  -  radıyallahu  anhu 





  rəvayət 

edir ki, Rəsulullah 



 sallallahu aleyhi və səlləm 

 buyurdu: «Elə bir kimsə  yoxdur ki, 



halal bir şeydən sədəqə  vermiş olsun  və  Allah onu sağ əli  ilə alıb  qəbul  etsin. Bu bir 

xurma olsa da belə. Lakin Allah halaldan başqasını qəbul etməz. Necə ki, sizdən biriniz 

tayını  və  ya  dəvə  balasını  böyüdüb  yetişdirdiyi  kimi  sədəqə  də  Rahmənin  ovcunda 

böyüyüb (çoxalır). Nəhayət dağ kimi vəya dağdan da böyük olur»

432

.  


Həmçinin  -  barmaqlarının  olmasına  da  iman  edirlər.  Muaz  b.  Cəbəl  -  radıyallahu 

anhu 



 rəvayət  edir  ki,  Rəsulullah 



  sallallahu  aleyhi və  səlləm 

  buyurdu:  «Rəbbimi 



(yuxuda)  ən  gözəl  surətdə  gördüm  və  Rəbbimin  ovcunu  iki  çiynimin  (kürək 

sümüyümün)  arasına  qoyduğunu  gördüm.  Onun  barmaq  uclarının  (başqa  rəvayətdə 

əllərinin)  soyuqluğunu  qəlbimdə  hiss  etdim»

433


.  Abdullah  b.  Amr  b.  əl-As  

radıyallahu anhu 



 rəvayət edir ki, Rəsulullah 



 sallallahu aleyhi və səlləm 

 buyurdu: 



«Adəm oğullarının qəlbləri Rahmənin barmaqlarından iki barmağı arasında tək bir qəlb 

kimidir.  Onları  istədiyi  kimi  çevirir»

434

.  İbn  Məsud  -  radıyallahu  anhu 





  rəvayət  edir 

                                                

428

 Müslim 1827, Əhməd 2/160, Nəsai 8/221,222,  əl-Albani  «Səhihul Cəmius Səğir» 1953, «Məxtəsər  Səhih  Müslim» 



1207. 

429


 İbn Əbu Asim «əs-Sünnə» 106, əl-Albani «Səhih Hədislər Silsiləsi» 3136, «Ziləlul Cənnə» 1/49 

430


 Əbu  Davud  2155,3319,  Tirmizi  3319,  Musnəd  5/317,  İbn  Əbi  Asim  "Sünnə"  102-107,  əl-Albani  "Ziləlul  Cənnə" 

1/48-50,  "Mişkət"  94,  "Səhih  Silsilə"  133.  Şeyx,  mühəddis  əl-Albani  –  rahmətullahi  aleyhi  –  nin  bu  hədis  ilə  əlaqəli 

gözəl bir təhrici vardı. Bu təhricdə «Ona yaz dedi» sözünün başında bir «» və ya «Summə - Sonra» olmasını təhric 

etmişdir. Buna görə də o, qələmin ərşdən öncə yaranmış olduğunu, ərşin isə yazmadan öncə yradılmış olduğunu təhric 

etmişdir". 

431


 İbn Əbu Asim «əs-Sünnə» 206, İbn Hibban «əl-İhsan» 6167, Beyhəqi «Əsmə və  Sifət» 2/56  s. 324, Tirmizi başqa 

ləfzlə rəvayət edir 3076, əl-Albani «Ziləlil Cənnə» 1/91. 

432

 Buxari 1410, Müslim 1014, Əhməd 2/331,418, Tirmizi 661,662, Nəsai 5/56,58, İbn  Məcə 1842, əl-Albani  «İrvalul 



Ğəlil» 3/393,395, 886, «Mişkətul Məsabih» təhqiqi 1/431,432, «Səhihul Cəmius Səğir» 5600, 6152. 

433


 İmam Əhməd 5/243, Tirmizi 3235, İbn Əbu Asim «əs-Sünnə» 465,471, əl-Albani «Ziləlul Cənnə» 1/203,205. 

434


 Müslim 2654, Əhməd 2/168,173, Tirmizi 2140, İbn Məcə 3834, əl-Albani «Səhih Hədislər Silsiləsi» 1689, "Ziləlul 

Cənnə"  1/100,103,222,  "Mişkət"  89,102,  "Sahih  Cəmius  Sağir"  1685.  Lakin  bu  o,  demək  deyil  ki,  Adəm  övladının 

qəlbləri Allahın barmaqları ilə təmas edib (bitişib).

 

 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə