21
budur. Bu kəliməni bilmək və səndən tələb etdiyi şeyləri yerinə yetirmək. Əgər əsas
möhkəm və düz olarsa onun üzərində qurulan hər bir şeydə möhkəm və düz olar
58
.
Lə İləhə İlləllah
–
«Allahda başqa ibadət edilməyə layiq heç bir haqq ilah yoxdur»
deməkdir.
«Bil ki, Allahdan başqa ilah yoxdur». (Muhəmməd 19). «Allahdan başqa
heç bir ilah yoxdur». (Ali-İmran 2). Bütün bu ayələrin mənası ibadət edilməyə haqq
edən yalnız və yalnız Allahdır. Bu ifadə ilə Allahdan başqa ibadət olunan hər hansı bir
ilah rədd edilmuş olur. Allahdan başqa ifadəsi ibadətin yalnız Allaha edilməsi,
mülkündə heç bir ortağı olmadığı kimi, ibadətdə də onun hər hansı bir ortağı (şəriki)
olmadığıdır.
Lə İləhə İlləllah - kəlməsi nəfy
59
və isbatdan ibarətdir. Lə İləhə
–
ilah yoxdur nəfy,
İlləllah
–
Allahdan başqa isbat etməkdir.
İlah - məbud ibadət ediləndir. Ancaq ilah olan məbuddur. Hər bir kəsin ilahı, ona
ibadət etdiyidir. Allahdan başqa ibadət olunan bu ilahlar, ilahdır. Lakin batil ilahlardır.
Çünkü bunlar haqq ilah deyillər. «Bu belədir. Çünki Allah haqq, müşriklərin ondan
başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən Allah uca və
böyükdür». (əl-Həcc 62). «Bu ona görədir ki, Allah haqq, (müşriklərin) ondan qeyri
ibadət etdikləri isə batildir». (Loğman 30).
LƏ İLƏHƏ İLLƏLLAH KƏLİMƏSİNİN ŞƏRTLƏRİ
Lə İləhə İlləllah
–
kəlməsinin yeddi şərti var. Bu şərtlərin hər birinə əməl
olunmadıqca, onların ifadə etdiyi mənaları Quran və Sünnəyə uyğun olaraq dolğun,
düzgün başa düşülmədikcə, bu kəlmənin söylənilməsi heç bir kəsə fayda
verməyəcəkdir. Vəhb b. Munəbbih
–
rahmətullahi aleyhi
–
dən: «Lə İləhə İlləllah
–
cənnətin açarı deyilmidir?» deyə soruşan bir kimsəyə o, belə cavab vermişdir: «Bəli,
lakin hər açarın dişləri vardır. Əgər dişli açar gətirərsənsə qapı sənin üzünə açılır. Yox,
əgər açarın dişləri olmazsa qapı açılmaz»
60
.
Aşağıda qeyd edəcəyimiz bu şərtlər Quran və Sünnəyə uyğun olaraq möhtərəm
İslam alimləri tərəfindən qeyd olunmuşdu.
1. Elm
–
cahillikdən uzaq edən.
2. Yəqinlik
–
şübhələri yox edən.
3. Ixlas
–
şırkdən uzaq edən.
4. Məhəbbət
–
nifrətdən uzaq edən.
5. Sidq
–
yalanı yox edən.
6. Təslim
–
itaətsizliyi yox edən.
7. Qəbul
–
inkarı yox edən.
ELM
Bu o, elmdir ki, Lə İləhə İlləllah - kəlməsini dəlillərlə öyrənir və isbat edir. Bu da
dil ilə söyləyib qəlb ilə bilməkdir. Onun mənasını, nə qəsd etdiyini, nəyi inkar və nəyi
təsdiq etdiyini bilmədən söyləyənə heç bir faydası olmaz. «Öyrən bil ki, Allahdan
başqa ibadətə layiq haqq ilah yoxdur». (Muhəmməd 19). «Ondan qeyri ibadət
etdikləri şəfaət edə bilməzlər. Haqqa şəhadət verənlər müstəsnadır». (əz-Zuxruf 86).
58
Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: «Xəta üzərində bina edilən hər bir şey xətadır».
59
Nəfy - İnkar etmək.
60
Buxari «Cənaiz» 1, Əhməd 5/242.
22
Bu ayənin mənası odur ki, Allahdan başqa ibadətə layiq haqq
ilah olmadığına dair
şəhadət edərək dillərilə söylədiklərini qəlbləri ilə bilərək təsdiq etməlidirlər. «Mən
həqiqətən Allaham. Məndən başqa heç bir ilah yoxdur». (Ta ha 14). Osman –
radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu:
«Hər kim Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını bilərək ölərsə Cənnətə
girər»
61
.
YƏQİNLİK
Bu kəliməni söyləyən kimsə tam mənasıyla bu kəlimənin nə məna kəsb etdiyində
yəqin olmalı və heç bir şəkk-şübhəyə düşməməli, bu kəlimə haqqında tam bir bilik və
qavrayış sahibi olmalıdır. «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və
iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir. Allah yolunda malları
və canları ilə vuruşarlar. Məhz belələri sadiq olanlardır». (əl-Hucurat 15). Əbu
Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm -
buyurdu: «Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və
mən onun elçisiyəm. Kim bu iki şəhadətə şübhə etmədən Allahın hüzuruna gedərsə o,
qul Cənnətə girər»
62
.
İXLAS
Əməllərini şirkdən təmizləmək, şirkə yer verilməyən bir ixlasa sahib olmaq. «Bil ki,
xalis din yalnız Allaha məxsusdur». (əz-Zumər 3). «Halbuki, onlara əmr edilmişdir
ki, Allaha dini yalnız ona məxsus edərək, digər bütün batil dinlərdən İslama dönərək
ibadət etsinlər. Namaz qılıb, zəkat versinlər. Doğru-düzgün din budur». (əl-Bəyyinə
5). Əbu Hureyrə –
radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi və
səlləm - buyurdu: «Qiyamət günü mənim şəfaətimlə ən xoşbəxt insan o kəsdir ki,
qəlbində ixlas ilə Lə İləhə İlləllah - kəlməsini deyəndir»
63
. Əbu Hureyrə – radıyallahu
anhu - rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi və səlləm - mənə buyurdu: «Bu
divarın arxasında qəlbindən iman ilə Allahdan başqa ibadətə layiq haqq ilah
olmadığına şəhadət edən hər kiminlə qarşılaşsan onu Cənnət ilə müjdələ»
64
.
SİDQ
Bu kəlməyə sadiq olmaq. Bu kəlməni qəlbdən gələn doğruluqla dilin söylədiklərini
qəlb ilə təsdiq edərək söyləmək.
«İnsanlar yalnız iman gətirdik deməkləri ilə
onlardan əl çəkib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri
də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da yalançıları da çox
gözəl tanıyır». (əl-Ənkəbut 2-3). «Haqqı gətirən və onu təsdiq edənlər isə əsl
müttəqilərdir». (əz-Zumər 33). Peyğəmbər
- sallallahu aleyhi və səlləm - buyurdu:
«Qəlbindən doğruluq və səmimiyyət ilə Allahdan başqa ibadətə layiq haqq ilah
61
Müslim 26.
62
Müslim 27.
63
Buxari 99.
64
Müslim 31.