23
olmadığına, Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət gətirən hər kəsə Allah
Cəhənnəm odunu haram edər»
65
.
MƏHƏBBƏT
Bu kəlməyə məhəbbətlə bağlanmaq. Bu kəlmənin daşıdığı, gətirdiyi hər bir şeyi
sevmək və bu kəlməni söyləyənləri – Muvahhidləri sevmək.
«İnsanların içərisində
Allahdan qeyrilərini Allaha şərik qoşub Allahı sevən kimi sevənlər də var. Halbuki,
iman gətirənlərin Allaha olan məhəbbəti daha qüvvətlidir». (əl-Bəqərə 165). Ey iman
gətirənlər! Sizdən hər kəs dinindən dönsə Allah onun yerinə elə bir tayfa gətirər ki,
Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim kafirlərə
qarşı sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu
Allahın lütfüdür, onu istədiyinə verər». (əl-Maidə 54). Ənəs –
radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu: «Üç şey var ki,
sizlərdən kimdə olarsa o, imanın şirinliyini dadar. Allah və Rəsulunu hər şeydən çox
sevmək, Allah rizası üçün bir-birinizi sevmək (sevdiyini ylnız Allah üçün sevən),
Allahın küfrdən xilas etdiyi və sonra küfrə qayıtmaqdan oda atılmış kimi qorxan
(şəxs)»
66
. «Ey iman gətirənlər! Yəhudi və Xaçpərəstləri özünüzə dost tutmayın!
Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır.
Allah zalim tayfanı düz yola yonəltməz! Sizin vəliniz (dostunuz) ancaq Allah, onun
Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, boyun əyərək namaz qılar və zəkat
verərlər». (əl-Maidə 51-55). Ey iman edənlər! Əgər atalarınız və qardaşlarınız küfrü
imandan üstün tutarlarsa, onları özünüzə dost bilməyin. Sizlərdən onları dost
tutanlar özlərinə zülm etmiş olarlar». (ət-Tövbə 23). «Ey iman gətirənlər! Nə mənim
düşmənimi, nə də özünüzün düşmənini dost tutun». (əl-Mumtəhinə 1).
TƏSLİM
Lə İləhə İlləllah - kəliməsinə boyun əymək. Allahın qoyduğu bütün qayda–
qanunlara, şəriət və sünnəyə əməl etmək. «Kim yaxşı əməl sahibi olub özünü Allaha
təslim edərsə o, artıq ən möhkəm bağdan yapışmış olur. Bütün işlərin axırı Allaha
gəlib çatacaqdır». (Loğman 22). «Tövbə edib Rəbbinizə dönün. Əzab sizə
gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz». (əz-Zumər
54). Peyğəmbər
- sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən heç bir kimsənin
nəfsi-istəyi mənim gətirdiyimə tabe olmadıqca iman etmiş olmaz»
67
.
QƏBUL
Bu kəlimənin gətirdiyi hər bir şeyi qəbul edəcək, inkara əsla yol verməmək, Allaha
ibadət etmək və şirki inkaretməkdir.
«Onlara Allahdan başqa heç bir ilah yoxdur
deyildiyi zaman təkəbbür göstərirdilər». (əs-Saffət 35).
Bu sadaladığımız şərtlər Lə İləhə İlləllah kəlməsinin ayrılmaz bir hissəsidir. Bu
şərtlər üzərində düşünüb fikirləşmək, onlara lazımı qaydada əməl etmək isə sizin
üzərinizə düşən bir haqdır. Çünki biz dünya və axirətimizi yalnız bu kəlməni öyrənib,
65
Buxari 128, Müslim 32.
66
Buxari 16, Müslim 43.
67
İbn Həcər «Fəthul Bəri» 13/289, İbn Rəcəb «Cəmiul Ulumi vəl Hikəm» s. 338, İbn Əbi Asim «əs-Sünnə» 1/12,13.
24
ona düzgün əməl etməklə xoşbəxt və firavan edə bilərik. Ubədətu b. Samit –
radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu:
«Kim şəhadət etsə ki, Allahdan başqa ibadətə layiq haqq
ilah yoxdur, Muhəmməd
onun qulu və Rəsuludur, İsa
–
əleyhissəlam - onun qulu və Rəsuludur, Məryəmə dediyi
söz və Ondan gəlmə bir ruhdur
68
, Cənnət haqq, Cəhənnəm haqqdır, Allah o insanı
əməlindən asılı olmayaraq (və ya olaraq) Cənnətə salar». Başqa rəvayətdə Rəsulullah
-
sallallahu aleyhi və səlləm - buyurur: «Cənnətin hansı qapısından istərsə, onu oradan
içəri salar»
69
. Əbu Səid əl-Xudri – radıyallahu anhu
–
rəvayət edir ki, Rəsulullah -
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Musa
–
əleyhissəlam - öz Rəbbinə buyurdu:
«Ey Rəbbim! Mənə elə bir kəlmə öyrət ki, səni onunla yada salım və dua edim». Allah
buyurdu: «Ya Musa! De: «Lə İləhə İlləllah». Musa
–
əleyhissəlam - buyurdu: «Ya
Rəbbim! Axı sənin bütün qulların bu kəlməni deyir». Allah buyurdu: «Ya Musa! Əgər
yeddi qat göyü və yeddi qat yeri və məndən başqa orada olanları tərəzinin bir gözünə,
Lə İləhə İlləllah kəlməsini tərəzinin digər bir gözünə qoysalar bu kəlmə ağır gələr»
70
.
Rəsulullah
- sallallahu aleyhi və səlləm
–
buyurur: «Qiyamət günü mənim
ümmətimdən bir nəfəri bütün insanların qarşısında çağıracaqlar. Onun qarşısına
günahlarla dolu doxsan doqquz kitab qoyulacaq. Hər birinin uzunluğu gözün son
görmə həddi qədər olacaqdır». Sonra ondan soruşacaqlar. «Sən bunlardan hansınısa
inkar edirsənmi? Əməlləri yazan mələklər sənə zülm etdilərmi?». Qul: «Yox, Ya
Rəbbim!» deyəcəkdir. Allah buyuracaq: «Səndə bunlara qarşı bir yaxşı əməl varmı?».
Həmən şəxs qorxudan özünü itirərək: «Yox, Ya Rəbbim!» deyəcəkdir. Ona deyiləcək:
«Bizdə sənin bir yaxşı əməlin vardır. Bu əməlinə görə bu gün sənə əsla zülm
olunmayacaqdır». Onun qarşısına «Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına
və Muhəmmədin Allahın qulu və Rəsulu olduğuna şəhadət edirəm» kəlməsi yazılmış
vərəqə çıxarılacaqdır. Həmən qul deyəcəkdir: «Ya Rəbbim! Bu vərəq bu qədər
günahların qarşısında nə gücə malikdir». Allah: «Bu gün sənə əsla zülm
olunmayacaqdır». Günahları tərəzinin bir gözünə, həmən vərəqi isə tərəzinin o biri
gözünə qoyacaqlar. Vərəqə olan tərəzi ağır gələcəkdir. Rəhman və Rəhim olan Allahın
adı qarşısında heç bir şey ağır gəlməz»
71
. Əbu Məlik – radıyallahu anhu
–
rəvayət edir
ki, Rəsulullah - sallallahu aleyhi və səlləm
–
buyrdu: «Lə İləhə İlləllah deyib Allahdan
başqa ibadət olunan hər bir şeyi inkar edən insanın canına, malına qəsd etmək
haramdır. Onunla haqq hesabı Allah özü çəkəcəkdir»
72
.
TÖVHİD
Allah
–
subhənəhu və təalə - hər bir şeydə birdir. Zatında, əməlində, İsim və
Sifətlərində də. İbadət edilməyə layiq olub, bu xüsusda tək haqq sahibi olmaqda da
68
Məryəmə Dediyi Söz – Allah İsa – əleyhissəlam – ı sözlə yaratdı. Hansı ki, Cəbrail – əleyhissəlam - ilə göndərmişdir.
İsa
– əleyhissəlam – ın ruhunu. İsa
– əleyhissəlam - özü Allahın kəlamından deyildir. Allah buyurur: «
Ol!» və o, olur.
İmam Əhməd – rahmatullahi aleyhi – deyir ki: «İsa – əleyhissəlam – «Ol!» sözündən yaranmışdır. Allah buyurur:
«Ol!» və İsa – əleyhissəlam – da oldu. Ondan Gəlmə Ruhdur – isa ruhu idi. Necə ki, Allahın yaratmış olduğu digər
məxluqların ruhları kimi. «Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona «OL!» dedi.
O, da oldu». (Ali İmran 59).
69
Buxari, Müslim.
70
İbn Hibban 2324, əl-Həkim 1/528 səhih demiş, əz-Zəhəbi də razılaşmışdır.
71
Tirmizi 2639, 2641, İbn Məcə 4300, Əhməd 4/213, əl-Həkim 1/5,6, 213.
72
Müslim 23.