29
ancaq batil bir yolla ibadət olunmuş olur. Bu belədir, çünkü Allah haqqın özüdür.
«Çünki Allah haqq, müşriklərin ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə
batildir. Həqiqətən Allah uca və böyükdür». (əl-Həcc 62).
Baxın: Bu qədər kamil, gözəl ad və sifətlərə malik olan Allahı buraxıb, ehtiyacı
olan, möhtac, aciz olan hər hansı bir şeydən kömək istəmək olarmı? Fikirləşin.
Tövhid üç növdür: 1. Rububiyyə. 2. Uluhiyyə. 3. Isim Və Sifətlər.
RUBUBİYYƏT TÖVHİDİ
Rububiyyə
–
Rəbb sözündəndir. Lüğətdə – Mürəbbi - tərbiyə edici, Malik - mülk
və iqtidar sahibi,
Seyyid - ağa,
Mudəbbir - yönəldən, düzüb qoşan,
Vəli - idarəçi,
Munim - neymət verici,
Mutəmmim - tamamlayan və s. mənaları ifadə edir
93
.
İstilahi Mənası
–
hər bir şeyin Rəbbinin və mütləq Malikinin Allah olduğuna,
ortağının olmadığına, tək yaradıcı o olduğuna, bütün kainatı idarə edən, qullarını
yaradıb onları ruziləndirən, həyat verən və canlarını alanın o olduğuna kəsin olaraq
inanmaq, Allahın qəza və qədərinə, zatında vəhdəniyyətinə, yəni bir və tək olduğuna
inanmaq deməkdir. «Həmd olsun Allaha - aləmlərin Rəbbinə». (əl-Fatihə 1).
«Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür». (əl-Əraf 54). «Hökm
əlində olan Allah nə qədər uca, nə qədər uludur. O, hər şeyə qadirdir!». (əl-Mulk 1).
«Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu
yeddi qat göy halında düzəldib nizama salan odur. O, hər şeyi biləndir!» (əl-Bəqərə
29). «Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun». (əl-
Ənam 1).
Tövhidin bu növünü Məkkə dövrünün müşrükləri də belə qəbul edirdilər. Onlar
bilirdilər ki, hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən uca
və böyük olan Allahdır. «De ki, sizə göylərdən və yerdən ruzi verən kimdir, qulaqlara
və gözlərə sahib olan kimdir, ölüdən diri, diridən də ölü çıxaran kimdir, hər işi
düzüb qoşan səhmana salan kimdir. Onlar Allahdır deyəcəklər. Bəs onda Allahdan
qorxmursunuz? O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqdan sonra ancaq azmaq
gəlir. Elə isə necə üz döndərirsiniz?». (Yunus 31-32). «De ki: «Əgər bilirsinizsə bu
yer və yer üzərində olanlar kimindir?» Onlar mütləq: «Allahındır» deyə cavab
verəcəklər. Sən de ki: «Bəs elə isə düşünmürsünüz». De ki: «Yeddi göyün Rəbbi və
böyük əzəmətli ərşin sahibi kimdir?» Müşriklər mütləq: «Allahındır» deyə cavab
verəcəklər. Onda sən de ki: «Bəs elə isə qorxmursunuz?». De ki: «Əgər bilirsinizsə
hər şeyin hökmü əlində olan, himayə edən, amma özünün himayəyə ehtiyacı
olmayan kimdir?» Onlar mütləq: «Allahındır» deyə cavab verəcəklər. Sən de ki:
«Bəs elə isə nə üçün qaçırsınız?». (əl-Muminun 84-89). Həqiqətən əgər sən
müşriklərdən «Göyləri və yeri kim yaratmışdır?» deyə soruşsan, onlar mütləq
«Allah!» deyə cavab verəcəklər. De ki, həmd olsun Allaha!». ( Loğman 25).
Gördüyünüz kimi, bu şeyləri müşriklər də belə rədd etmirdilər. Bunun belə
olmasına səbəb qulların qəlbləri fitrətdən yeganə Rəbb olanı qəbul edəcək şəkildə
yaradılmış olmalarıdır.
Allahın ruzi verməsi! «Mən onlardan ruzi istəmirəm, mən onlardan məni
yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət və hikmət
sahibi olan Allahdır». (əz-Zariyyat 57-58). «De ki, göylərdən və yerdən sizə ruzi
93
İbn Mənzur «Lisanul Ərəb» 1/399.
30
verən kimdir? (əgər onlar sənə bilmirik deyə cavab versələr) de ki, Allahdır. Elə isə
doğru yolda olan, yaxud açıq-aşkar azan bizik, yoxsa siz». (Səba 24). «Sizi yaradan,
sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (Qiyamət günü) dirildən məhz
Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edən varmı?». (ər-Rum
40). Əbu AbdurRahmən Abdullah b. Məsud
–
radıyallahu anhu
–
rəvayət edir ki,
doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah
- sallallahu aleyhi və səlləm
–
buyurdu: «Sizdən hər birinizin yaradılışı onun anasının qarnında qırx gün nütfə
94
şəklində olaraq bir yerə gətirilir. Sonra bu müddət qədər aləqa
95
şəklində olur. Sonra
yenə bu müddət qədər mudğa
96
şəklində olur. Sonra ona bir mələk göndərilir, mələk
ona ruh üflədikdən sonra dörd xüsusiyəti yazmaqla əmr olunur. Ruzisini, əcəlini,
əməlini, bədbəxt və ya xoşbəxt olacağını»
97
.
Allahın bizi ruziləndirməsinə ağlı dəlilə gəlincə, bizlər yemək yiyərək və içərək
yaşaya bilərik. Yiyəcək və içəcəyi də Allah yaratmışdır. «Bəs əkdiyiniz toxuma nə
deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa biz? Əgər biz istəsəydik, onu bir saman
çöpünə döndərər, siz də mat-məətəl qalıb: «Biz ziyana uğramış, bəlkə də məhrum
olmuş kimsələrik deyərsiniz? Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan
endirən sizsiniz, yoxsa biz? Əgər istəsəydik, onu acı bir su edərdik. Elə isə niyə şükr
etmirsiniz?» (əl-Vaqiə 63-70).
Allahın bizi əbəs yerə yaratmaması! «Yoxsa sizi əbəs yerə yaratdığımızı və
hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz». (əl-Muminun 115). «Məgər
insan elə güman edir ki, başlı-başına buraxılacaq. Məgər o, tökülən bir qətrə nütfə
deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da
ondan bir kişi, biri qadın olmaqla iki cift yaratdı. Elə isə O - Allah ölüləri diriltməyə
qadir deyildirmi?» (əl-Qiyamət 36-40).
O, ölüləri diriltdikdən sonra da dirildicidir, diriltdikdən əvvəl də dirildicidir. Hər
şey ona möhtacdır. Hər işin sonu ona dönəcəkdir. O, heç bir şeyə ehtiyacı olmayandır.
Allah heç kimsəni yaratmazdan əvvəl də Rububiyyət sifətlərinə sahibdir. Allah
yaratdıqlarını onlar öldükdən sonra da onları yoxdan yaratdığı kimi elə də dirildəcək-
dir. O, yaratdıqlarını var etdikdən sonra yaradıcı olduğu kimi, onları var etmədən əvvəl
də yaradıcı idi. Uluhiyyət, İsim və sifətlərin Tövhidindən fərqli olaraq Adəm
oğullarının fitrətdən, qəlbdən qəbul etdiləri Tövhid də elə budur.
ULUHİYYƏT TÖVHİDİ
Bu da Allah
–
subhənəhu və təalə
–
yə ibadət ilə olur. Buna həmçinin ibadətdə
Tövhid də deyilir.
Uluhiyyə
–
ilah sözündəndir. Yalnız Allaha ibadət edilməli, boyun
əyilməli, mütləq olaraq sadəcə ona itaət olunmalıdır. Kim olursa olsun - rəsul, mələk,
cin, övliya, seyyid, daş, ağac və s. ona ibadətdə ortaq (şərik) qoşulmamalıdır. Namaz,
oruc, zəkat, həcc, dua, istianə (yardım diləmək) nəzir, qurban, təvəkkül, ümid, qorxu,
sevgi və s. zahiri və batini ibadətlərdən heç biri ondan başqasına edilməməlidir
98
.
Allaha həm qorxu, həm ümid, həm də sevgi ilə ibadət olunmalıdır. «Biz yalnız sənə
ibadət edirik və yalnız səndən kömək diləyirik». (əl-Fatihə 4). «Kim Allah ilə yanaşı
94
Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf su adlanır.
95
Aləqa – laxtalanmış qan, ziyil deməkdir. «O, insanı laxtalanmış qandan yaratdı». (əl-Ələq 2).
96
Mudğa - çeynənilmiş ət parçasına oxşadığı üçün bu ad verilmişdir.
97
Buxari, Müslim.
98
İbn Mənzur «Lisanul Ərəb» 1/399.