33
edib, lakin bununla bərabər qəbrə gedib o, qəbir sahibinə ibadət etsə və ya ona
yaxınlaşmaq məqsədi ilə bir qurban kəssə, belə bir kimsə müşrik və kafirdir. Əbədi
Cəhənnəmlikdir.
Həmçinin Rəsulullah
–
sallallahu aleyhi və səlləm - də onlara qarşı qılınc qaldırmış,
onların canlarını və mallarını halal qılmışdı. De ki: «Şübhəsiz Rəbbim məni doğru
yola, həqiqi dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə
yönəltdi!» De ki: «Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də
aləmlərin Rəbbi Allah üçündür». (əl-Ənam 161-162).
Möhtərəm oxucularımız! Allaha ibadət edin, ona heç bir şeyi ortaq (şərik)
qoşmayın, öz əməllərinizi, işlərinizi puça çıxartmayın. Allah öz qullarına ona ibadət,
itaət etməyi əmr edir. Ona itaət etdiklərinə görə, bundan ötrü onlara bol qarşılıq
verəcəyini vəd etmişdi. Ona üsyan edilməsini qadağan etmiş, bundan ötrü onları
cəzalandıracağını xəbər vermişdi. «Bunlar Allahın sərhədləridir. (hökümləridir) Hər
kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan
Cənnətlərə əbədi olaraq daxil edər ki, bu da böyük uğur və qurtuluşdur. Hər kəs
Allaha və Peyğəmbərinə itaət etməyib onun sərhədlərini aşarsa, Allah da onu
həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir». (ən-Nisa 13-14).
TÖVHİDİN FYDALARI
Peyğəmbr
–
sallallahu aleyhi və səlləm
–
dən tutmuş Səhabələr, Tabiinlər, onların
yollarını qarış-qarış, addım-addım izləyənlər Tövhidin həqiqiliyini başa düşərək onu
bütün həyatlarında tətbiq etmişlər. Bu tövhidin insanın həyatına, nəfsinə çox böyük
təsiri vardır. Həmçinin də bütün bəşəriyyətə böyük təsiri vardır. Tövhid dedikdə Sələf
minhəci
100
üzərində qurulan tövhid nəzərdə tutulur. Bu da böyük əsaslar üzərində
qurulmuşdur. Rububiyyət, Uluhiyyət və İsim və Sifətlərin tövhididir. Çünki bizlər bu
dünyada Allaha iman gətirmişik. Allah
–
subhənəhu və təalə
–
qeybdir. Allah ən böyük
qeybdir. Çünki bizlər Allahı bu dünyada görməmişik və bu dünyada da görməyəcəyik.
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Biliniz ki, sizdən heç kimsə
ölümündən öncə öz Rəbbini görməyəcəkdir»
101
. Allahı görmək yalnız Qiyamət günü
Cənnət əhli üçün olacaqdır. Lakin bizlər Allahı onun İsim və Sifətləri ilə bilib tanıyırıq.
Bilirik ki, Allah göyə yüksəlib, göydədir, ərşə yüksəlib və s. O, bizim etdiyimiz hər bir
əməli görür və o, bizə yaxındır. Allahın bizə məlum olan 99 gözəl İsimləri və Uca
Sifətləri vardır. Həmçinin də bu Tövhid Uluhiyyət tövhidi üzərində qurulub. Bütün
Peyğəmbərlər Uluhiyyət tövhidi üçün gəlmişlər. Lə İləhə İlləllah
–
Tövhid kəliməsi.
Bu bütün işin əsasıdır. Allah göyləri və yerləri buna görə yaratmışdır. Kafirlərə qarşı
döyüşləri də elə buna görə vacib etmişdir. Peyğəmbərlər buna görə göndərilmişdir.
Kitablar buna görə nazil olmuş və hər bir Peyğəmbər də öz qövmünə gələrək deyərdi
ki: «Sizlər Allaha ibadət edin, sizin ondan başqa İlahınız yoxdur. Ey qövmüm! Lə
İləhə İlləllah
–
deyin. Bu o, kəlimədir ki, göylərdən də, yerlərdən də ağır gəlmişdir.
Hər bir qul (bəndə) qəlbi ilə, əməlləri ilə və bütün işlərində Allaha yönəlməlidir.
Sevilməyə, umulmağa, qorxulmağa layiq yalnız Allahdır. Dua edilməyə, çağrılmağa,
təvəkkül edilməyə, qurban kəsilməyə və onun üçün nəzir deyilməyə layiq olan
100
Minhəc – metod, yol, Sələfi Salihin yolu.
101
Buxari, Müslim.
34
Allahdır. Tək ondan şiddət zamanı yardım istənilir, istiazə
102
yalnız ona edilir. Tövhid
də elə budur. Tövhid hər bir bəndənin imanını nizama qoyur və ona tək olan Qahhar
olan Allaha bağlayır. Ona inanır, Onu təsdiq edir və qəlbi ilə Ona yönəlir. Bu elə bir
tövhiddir ki, qəlbdən gəlir. Onun bütün əməlləri, əzaları ibadət əməl və itaət tərəfdən
Allaha yönəlir. İbadət özü zəlillik və tək olan Allaha itaətkarlıqdır. Bu da tək olan
Allaha, şəriki olmayan Allaha itaətlə olur. Allaha itaət Onun şəriətini, qoyduğu
qanunları yerinə yetirməklə, yalnız Ona ibadət etmək və həyatın hər bir anında Onun
tələb etdiyi şəkildə əməl etməklə olur. Bununla da tövhid əhlinin Muvahhidin həyatı
əvvəlindən axıradək ibadətlə keçir. Bütün bunların hamısı da bu tövhiddən irəli gəlir.
Lə İləhə İlləllah kəliməsi üzərində qurulub. Bu tövhid ilk an çıxanda qəlbdən doğur.
Möminin qəlbində bu tövhid möhkəm yerləşir. Sonra imana çevrilir. Sonra da qəlbi
əməllərə, sonra da zahiri əməllərə çevrilir (yəni insanın zahirində büruzə verir). Bu
ibadət özü də üç əsas üzərində qurulur.
1. Tək Olan Allahı Sevmək.
2. Tək Olan Allahdan Qorxmaq.
3. Tək Olan Allahı
Ummaq.
Bu da Sevgi, Qorxu və Ümüddür. İslam alimləri bu əsasları bir quşa bənzətmişlər
ki, Sevgi quşun baş hissəsi, qorxu sağ qanadı, ümüd isə quşun sol qanadıdır. Quş
bunlardan birini itirərsə uça bilmədiyi kimi həmçinin də Allaha seyr edən insan, Allaha
yönələn insan da bunlar olmasa Allaha seyrini davam etdirə bilməz. Görürsən ki, insan
yalnız Allaha ibadət edir, Ona itaət edir, ondan qorxur və bütün işlərində Onu umur.
Allahdan Allaha sığınır, Allahın qəzəbindən rizasına, Allahın cəzasından isə Allaha
sığınır. Tövbəsini elan edərək, bütün itaətləri bəyan edərək Allah qarşısında qul
olduğunu bildirərək. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Allahın
qəzəbindən rizasına sığınıram. Cəzalarından isə ehsan edəcəyi afiyətinə sığınıram.
Səndən Sənə sığınıram»
103
. Tövhidin əsası imandır. Buna görə də insanlar bu tövhiddə
fərqlənirlər. İmanlarına, təsdiqlərinə və əməllərinə görə. Tövhid əhli də öz aralarında
fərqlidirlər.
Bu Tövhidin təsiri həm fərdi, həmçinin də cəmaatı, ümməti əhatə edir. Bütün aləmi,
insanların daxili və xarici ehtiyaclarını əhatə edir. Sonra da dünya və axirəti də əhatə
edir. Allah bu Tövhidin həqiqətini qəlbdə əkilməsini gözəl ağaca bənzədir. «Məgər
Allahın necə məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (Lə İləhə İlləllah,
Muhəmmədən Rəsulullah) kökü yerdə möhkəm olub budaqları səmaya ucalan gözəl
bir ağac (xurma ağacı) kimidir. O, ağac Rəbbinin izni ilə hər vaxt bəhrəsini verir.
Allah insanlar üçün belə məsəllər çəkir ki, bəlkə bəlkə düşünüb ibrət alsınlar!
(Ağacı kökü yerdə, budaqları göydə olduğu kimi möminin də imanı qəlbində sabit
qalır, əməlləri isə göyə
–
Allahın dərgahına yüksəlib ona daim savab qazandırır). Pis
söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir». (İbrahim 24).
İman və Tövhid. O, tövhid ki, Lə İləhə İlləllah kəliməsi üzərində qurulub. Bu kəlimə
əsası yerdə möhkəm olan budaqları göyə yüksələn gözəl ağaca bənzəyir. Bu gözəl
kəlimə də Lə İləhə İlləllah kəliməsidir. Bunun da ən böyük səmərəsi saleh əməldir.
Gözəl ağac səmərə, bəhrə verdiyi kimi Lə İləhə İlləllah ağacının səmərəsi də saleh
əməldir. Bu kəlimənin əsası möhkəmdir. Bu kəlimə sadəcə dillə deyilən bir kəlimə
deyildir. Bu kəlimənin rukunları, şərtləri və dayaqları vardır. Bu kəlimə əsaslı bir
102
İstiazə – xoşlanılmayan bir şeydə himayə edilməyi istəmək deməkdir. «De ki: Pənah aparıram sübhün Rəbbinə».
(əl-Fələq 1). «De ki: Pənah aparıram insanların Rəbbinə». (ən-Nəs 1).
103
Müslim 486, İmam Əhməd «Musnəd» 6/201, İbn Məcə 3841, Əbu Davud 879.