31
başqa bir tanrıya ibadət edərsə, bunun üçün isə onun heç bir əsası yoxdur». (əl-
Muminun 117). «Rəbbi yalnız ona ibadət etməyi buyurmuşdu». (əl-İsra 23). «Allaha
ibadət edin və ona heç bir şeyi şərik qoşmayın». (ən-Nisa 36).
Bu Tövhidin gerçəkləşməsi üçün iki ünsur vardır.
1. İbadətləri qullardan hər hansı birinə deyil, yalnız Allaha xas qılmalı, Allaha
məxsus olan isim və sifətləri qullara məxsus etməməlidir. Mömin yalnız Allaha ibadət
edər. Allahdan başqası üçün əsla namaz qılmaz, səcdə etməz, yalvarıb-yaxarmaz.
Allahdan başqasına and içməz, nəzir verməz və Allahdan başqasına təvəkkül etməz.
2. İbadətin, Allahın əmrlərinə itaətə sövq etməsi, qadağalarından çəkinməsi və
Nəbisi
–
sallallahu aleyhi və səlləm
–
in Sünnətinə uyğun olması gərəkdir. Tövhidi-
Uluhiyyətin ən vacib ünsuru, insanın tam mənada Kitab və Sünnətə təslim olmasıdır.
Allaha ibadət, itaət və əmrlərinə boyun əyməklə olur. Buna görə də Rəbb kimdirsə
məbud da odur. Məbud isə ibadət olunmağa layiq olan kimsə deməkdir və ya ibadətə
layiq olduğu üçün ona ibadət olunan deməkdir. Burada məqsəd ibadət olunan hər kəs
Rəbbdir demək deyil. Allahdan başqa ibadət olunan ilahlar ilə o, ilahlara ibadət
edənlərin, Allahdan başqa Rəbb etdikləri varlıqlar əslində Rəbb deyil, çünkü Rəbb
yaradan, hər şeyə mütləq məxsus olan və bütün işləri idarə edib, düzüb qoşandır. «O,
göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız ona ibadət et və
onun ibadətinə səbrli ol! Heç ona bənzərini görürsənmi?» (Məryəm 65).
Allahdan qeyri ibadət olunanlar heç bir xeyrin gəlməsinə və ya bəlanın
uzaqlaşdırılmasına belə maneçilik törədə bilməzlər. «De ki: «Elə isə bir söyləyin
görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət
etdikləriniz onun zərərini aradan qaldıra bilərlərmi?» Yaxud: «Əgər Allah mənə bir
mərhəmət əta etmək istəsə, onlar onun mərhəmətinə mane ola bilərlərmi?» De ki:
«Mənə təkcə Allah kifayət edər». (əz-Zumər 38). «Əgər Allah sənə bir zərər yetirsə,
səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə,
heç kəs onun nemətinə maneçilik edə bilməz». (Yunus 107).
Onların ilah etdikləri bu varlılıqlar Uluhiyytdən heç bir xüsusiyyətə malik deyillər.
Çünki onlar yaradılmış varlıqlardır. Özləri bir şey yaratmamışlar, onlara ibadət
edənlərə zərrə qədər fayda verə və onlara gələn bəlanı aradan qaldıra bilməzlər.
Həmçinin onlara həyat verməzlər, öldürməzlər. «Müşriklər isə onu qoyub heç bir şey
yarada bilməyən, əksində özləri yaradılan, özlərinə nə bir xeyir, nə də bir zərər verə
bilən, diriltməyə, öldürməyə və yenidən diriltməyə gücləri çatmayan bütləri özlərinə
ilah qəbul etdilər». (əl-Furqan 3).
Uluhiyyət Tövhidi bütün Peyğəmbərlərin çağırdığı Tövhiddir. Əvvəlki ümmətlərin
məhv olmasına səbəb də elə bu Tövhidin inkarı olmuşdur. Baxın, Allah Nuh
–
əleyhissəlam - ın qövmi haqqında belə buyurur:
Və (öz tabeçiliyində olanlara) dedilər:
«Öz tanrılarınızı tərk etməyin, (xüsusi ilə) Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri
atmayın». (Nuh 23). İbn Abbas
–
radıyallahu anhu - rəvayət edir ki, bunlar Nuh -
əleyhissəlam - ın qövmünün əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan
onların yaşadığı qövmün insanlarına vəsvəsə edir ki, onların qəbirləri üstündə onların
heykəllərini ucaltsınlar və onların adlarını həmən heykəllərə versinlər. Uzun müddət
keçdikdən və elm yaddan çıxdıqdan sonra o, heykəllərə ibadət etməyə başladılar
99
.
Həqiqətən də bu belədir. Bu hadisələri biz indiki günümüzdə də görə bilərik. Nə
qədər əməlisaleh insanlar var ki, öldükdən sonra onların qəbirləri üstündə pirlər,
99
Buxari.
32
məsçidlər, ibadətgahlar tikilir. Uzun zaman keçdikdən sonra insanların o, qəbirlərin
üstünə gəlib onlardan kömək dilədiklərini görürük. Lakin insan bir şeyi unutmamalıdır
ki, sıxıntı, kədər, bəla gələndə insan o ibadət etdiklərini unudaraq, əllərini göyə açıb
Allaha dua edir. «İnsana bir sıxıntı üz verən zaman - uzananda da, oturanda da,
ayaq üstə də bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü bizə heç
dua etməmiş çıxıb gedər». (Yunus 12). «De ki: «Mənə deyə bilərsinizmi? Sizə Allahın
əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa Allahdan başqasına dua edib
yalvaracaqsınız? Əgər doğru danışan adamlarsınızsa (deyin görək). Xeyr, yalnız
Allaha dua edib yalvaracaqsınız. O, əgər istəsə yalvardığınız bəlanı aradan qaldırar.
Siz də Ona şərik qoşduğunuz bütləri unudarsınız». (əl-Ənam 40.41).
Bəli, Allah bu bəlaları uzaqlaşdırdıqdan, sovuşdurduqdan sonra onlar yenə də
Allahı unudub ona şərik qoşarlar. «Müşriklər gəmiyə mindikləri zaman ancaq Allaha
dua edərlər. Sağ-salamat quruya çıxdıqları zaman yenə də (Allaha) şərik qoşarlar».
(əl-Ənkəbut 65). «Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər
gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt
birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və
müsafirlər dalğaların onları bürüdüyünə (həlak edəcəyini) başa düşdükdə sidqi-
ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: «Əgər bizi bu təhlükədən
qurtarsan Sənə şükr edənlərdən olarıq. Onları xilas edincə yer üzündə haqsız yerə
zülm etməyə, azğınlığa başladılar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya
malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qaytarılacaqsınız. Biz də nə etdik-
lərinizi sizə xəbər verəcəyik». (Yunus 22-23).
Özünü müsəlman sayan hər bir kəs Allahın təkliyini qəbul edib, ondan qeyrisinə
ibadət etməklə Allahın əzabından canını qurtaracağını zənn etməsin. Çünki İslam
dininin başı, sonu, içi və çölü də Uluhiyyət Tövhididir. Peyğəmbərlərin ilk və son
çağırışı da budur. Bunun üçün Pəyğəmbərlər göndərilmiş, kitablar endirilmiş, cihad
məqsədi ilə qılınclar çəkilmiş, möminlər ilə kafirlər, Cənnət ilə Cəhənnəm əhli bir-
birindən ayrılmışdır. «Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur»
kəlməsinin mənası da elə budur. «Səndən əvvəl elə bir Peyğəmbər göndərmədik ki,
ona Allahdan başqa heç bir ilah yoxdur. Buna görə də yalnız mənə ibadət edin!»
deyə vəhy etməyək». (əl-Ənbiya 25). «Mən cinləri və insanlaı yalnız mənə ibadət
etmək üçün yaratdım». (əz-Zariyat 56).
O, dövr ilə indiki dövr, Allahdan qeyrisinə ibadət edənlər bir və tək ilaha ibadət
etmirdilər. Onlar birdən çox ilaha ibadət edib, bununla Allaha yaxınlaşdıqlarını irəli
sürürdülər. O, dövr ilə indiki dövr, Allahdan qeyrisinə ibadət edənlərin sözləri də
eynidir. Biz Allahı qəbul edirik, sadəcə biz bu salehlərlə Allaha yaxınlaşmağa yol
axtarırıq. Allah Qurani Kərimdə Allaha belə bir yolla yaxınlaşmağı axtaranlar
barəsində buyurur: Allahı qoyub özlərinə dost tutanlar: «Biz onlara bizi Allaha
yaxınlaşdırmaq üçün ibadət edirik!» Deyirlər. (əz-Zumər 3). «Onlar Allahı qoyub
özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: «Bunlar Allah
yanında bizdən ötrü şəfaət edənlərdir!» deyirlər. De ki: «Allaha göylərdə və yerdə
bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah özünə şərik qoşulan bütlərdən uzaqdır və
ucadır». (Yunus 18).
O, halda ibadət Allaha edilərsə səhih olar. Allah Rububiyyəti qəbul edən müşriklərə
bu Tövhidin fayda vermədiyini, əksinə Allah Qurani Kərimdə onları mömin yox kafir
olaraq adlandırmışdı. Əgər bir kimsə Rububiyyəti, İsim və Sifətlərin Tövhidini qəbul