71
içməyə rahat, digərinin isə həddindən artıq şor və acıdır
…
». (Fatir 12).
Burada dəniz deyildikdə çaylar qəsd olunur. İbn Zeyd
–
rahmətullahi
aleyhi
–
dyir ki: «Suda (dənizdə) və quruda fəsad, pozuntu əmələ gələr
–
Yəni fəsad günahlardır» demişdir.
O, fəsadın səbəbini günahlar saymışdır. Günahların zahir olması
fəsadın səbəbidir. Onlar hər dəfə günah etdikdə Allah onlar üçün yeni bir
cəzalar yaradır. Sələflər deyirlər ki: «Siz hər dəfə yeni günah etdikdə
Allah yeni cəza göndərir». Görünür ki, Allah daha yaxşı bilir, fəsaddan
məqsəd günahlar və günahların yol açdığı şeylərdir. Bu mənaya Allahın
bu ayəsi: «Etdiklərinin bəzisini onlara daddırmaq üçün
…
» dəlildir. Bu
da bizim halımız. Çünki Allah bizlərə etdiklərimizdən çox az bir hissəsini
daddırır. Əgər bütün etdiklərimizi daddırsaydı yer üzündə bir canlı da belə
qalmazdı.
25. Günahlar yer üzündə baş verən zəlzələlərin, yerin ayrılması,
bərəkətin yerdən qalxmasına səbəbdir. «Əgər o məmləkətlərin əhalisi
iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına
göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını
onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab
etdilər, Biz də onları qazandıqları günahlara görə məhv etdik». (əl-Əraf
96). Mucahid
–
rahmətullahi aleyhi
–
deyir ki: «Əgər hər hansı bir zalım
yer üzərində zülümkarlıq edərsə Allah onun günahı ucundan yağışı
saxlayar, meyvələr barını verməz, günahlar çoxaldıqca Allah da öz
dərgahında əzabı çoxaldar. Günahların çoxalmasından günəşin tutulması,
zəlzələlər və yer üzündən bərəkətin qalxması olur. İbn Ömər - radıyallahu
anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
hicrət
vaxtı üzünü bizə çevirib buyurdu: «Ey mühacir cəmaatı! Beş şey vardır ki,
ondan Allaha sığının. Hər hansı bir qövmdə zinakarlıq açıq-aydın
yayılarsa Allah onları taunla və başqa xəstəliklə cəzalandırar ki, bundan
qabaq bu xəstəlik haqqında eşitməyiblər. Hər hansı qövmdə çəkidə və
ölçüdə aldadarlarsa Allah da onları aclıqla və qəddar sultanla sınağa
çəkər. Hər hansı bir qövmdə zəkat verilməzsə Allah da onları quraqlıqla
sınağa cəkər və əgər heyvanlar olmasaydı onlara heç yağış da yağmazdı.
Hər hansı bir qövm Allah və Rəsulunun əhdini pozarsa Allah da onların
üzərinə onlardan olmayan düşmənlərini salar və əllərində olan şeyləri də
onlardan alarlar. Onların imamları (hər hansı bir qövm) Allahın kitabı ilə
hökm etməzlərsə Allah da onları zəlil edər»
178
. Abdullah b. Ömər
-
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
ilə birlikdə Səmud qövmünün ərazisi olan Hicr ərazisinə gəldik.
178
İbn Məcə 4019, İmam Əhməd, əl-Albani «Səhih Silsilə» 106.
72
Oranın quyularından su aldıq və xəmir yoğurduq. Peyğəmbər
–
allallahu
aleyhi və səlləm
–
aldığımız suları boşaltmağımızı və yoğurduğumuz
xəmirləri isə dəvələrə yedirtməyimizi əmr etdi. Peyğəmbər: «Ağlayanlar
müstəsna olmaqla (ağlamayanlar) nəbadə əzaba uğramış olan bu qövmün
yurduna girsin. Əgər ağlamasanız onlara toxunan əzabın bir bənzərinin
sizlərə də toxunmasından qorunmaq üçün onların yurdlarına girməyin.
Sonra Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
vaxtı ilə Saleh
–
əleyhissəlam
–
ın dişi dəvəsinin su içdiyi quyudan su almalarını onlara
əmr etdi»
179
. Həmçinin də günahların yer üzündə meyvələrin azalmasına
da təsiri vardır. Rəvayətlərdə gəlir ki: «Bəni Umeyyə xəzinələrindən
bağlamaya bükülmüş bir buğda dənəsi tapılmışdır ki, orada bu sözlər qeyd
olunmuşdur: «Bu buğda ədalət dövründə bitərdi»
180
. Bu müsibəti, bəlaları
Allah, insanlar müsibət törətdiyi zaman göndərir.
«Bu (dünyada) öz
əllərinlə etdiyin günahların cəzasıdır, yoxsa Allah bəndələrinə əsla zülm
edən deyildir». (əl-Həcc 10). İbn Qeyyim
–
rahmətullahi aleyhi
–
deyir ki:
«Mənə dövrümdə yaşayan ağsaqqalar deyərdilər ki: «Onlar öz vaxtlarında
olan meyvələri indikindən böyük görərdilər».
26. Günahlar insanın surətinə, yaradılışına (xilqətinə) təsir edir. Əbu
Hureyrə - radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
buyurdu: «Allah Adəmi (öz surətində) boyu altmış
dirsək uzunluğunda yaratdı…Cənnətə girəcək hər kəs (oraya) Adəmin
surətində girəcəkdir. İnsanlar Adəm
–
əleyhissəlam
–
dan bu yana
əskilməyə davam etmişlər»
181
. Yer üzü ədalətsizlik və zülmlə dolu olduğu
vaxt Allah öz qulunu Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in
nəslindən olan Mehdi
–
əleyhissəlam
–
ı çıxaracadır. O da yer üzünü
ədalətlə düzgünlüklə dolduracaqdır. Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
ə göndərilən dini yenidən quraraq bərpa edəcəkdir. Əsl adı
Muhəmməd b. Abdullah olub, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in Əhli Beytindəndir. Fatimə - radıyallahu anhə
–
nin nəslindən, Həsən b.
Əli
- radıyallahu anhu
–
nun qolundandır. Zülm və haqsızlıqla dolub
daşan yer üzünü ədalətlə dolduracaqdır. İbn Məsud
- radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu:
«Dünyanın sonuna bir gün qalsa da belə Allah o günü uzadacaqdır. O
179
Müslim 2980 –
Hicr
–
Mədinə ilə Şam arasında bir vadinin adıdır. Bura Saleh
–
əleyhissəlam
–
ın
qövmü olan Səmudun mərkəzi idi. Allah bu qövmü Peyğəmbərinə itaət etmədiklərinə görə məhv
etmişdir. Tarixçilər Səmudu Nuh
–
əleyhissəlam
–
ın nəslindən sayırlar. Səmud b. Cabir b. İram b.
Şam b. Nuh. Saleh
–
əleyhissəlam
–
İbrahim
–
əleyhissəlam
–
dan əvvəl yaşamışdır. Quran surələrinin
adlarından da biri əl-Hicr surəsidir. Maraqlananlar bu surəyə baxa bilərlər.
180
İmam Əhməd «Musnəd».
181
Buxari 6/362, Müslim 2841, Musnəd 2/315, Ədəbul Mufrad 978.