2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə219/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   215   216   217   218   219   220   221   222   ...   238

 

437 


ALLAHA HƏMD ETMƏYƏNƏ 

YƏRKƏMUKƏLLAH DEYİLMƏZ 

Əbu  Musa  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





 

sallallahu aleyhi və səlləm 



  buyurdu:  «Sizdən  biriniz  asqırdıqda  Allaha 

həmd edərsə ona təşmit edin (Yərhəmikəllah) deyin. Əgər Əlhəmdulilləh 

deməsə  ona təşmit  deməyin»

1514

. Ənəs - radıyallahu anhu 



  rəvayət  edir 

ki, Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 in yanında iki nəfər asqırdı. 

Onlardan  birinə  Yərhəmukəllah  dedi.  Digərinə  isə  demədi.  Adam: 

«Filankəs asqırdı və ona Yərhəmukəlləh dedin. Mən asqırdım niyə mənə 

demədin?» deyə soruşdu. Peyğəmbər: «O, Allaha həmd etdi, sən isə həmd 

etmədin» deyə buyurdu

1515


.  

 

KİTAB ƏHLİ (KAFİR) ASQIRDIQDA 



YƏRHƏMUKƏLLAH DEYİLMƏZ 

Əbu  Musa  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Yəhudilər  onlara 



Yəhəmukəllah  deyilməsi  ümüdü  ilə  Peyğəmbər 



  sallallahu  aleyhi  və 



səlləm 



  in  yanında  yalandan  asqırardılar.  Peyğəmbər 



  sallallahu  aleyhi 

və  səlləm 



  onlara  (Yərhəmukəllah  deməz)  Allah  sizə  hidayət  versin  və 

qəlblərinizi islah etsin deyərdi»

1516


.  

 

ƏSNƏDİKDƏ AĞZI ÖRTMƏK 

Əbu Səid əl-Xudri - radıyallahu anhu 

 rəvayət  edir  ki, Peyğəmbər 





 

sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Sizdən  biriniz  əsnədikdə  əli  ilə 

ağzını tutsun. Çünki şeytan (ağzına) girər»

1517


. Əbu Hureyrə - radıyallahu 

anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



 

buyurdu:  «Allah  asqırmağı  sevər,  əsnəməkdən  isə  xoşlanmaz.  Biriniz 

asqırdıqda  Allaha  həmd  etdiyində  eşidən  hər  bir  müsəlmana 

«Yərhəmukəllah»  demək  üzərinə  haqq  olur.  Əsnəməyə  gəldikdə  isə  o, 

şeytandandır.  Buna  görə  də  birinizin  əsnəməyi  gəldikdə  gücü  çatdığı 

qədər onu dəf etməyə çalışsın. Çünki sizdən biriniz əsnədiyi zaman şeytan 

ona gülər»

1518

.  


 

ŞER SÖYLƏMƏK 

Əbu  Hureyrə  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





 

sallallahu aleyhi və səlləm 



 buyurdu:  «Sizdən birinizin içi irin  ilə  dolub 

                                                        

1514


 Müslim 2992. 

1515


 Buxari 6225, Müslim 2991.  

1516


 Əbu Davud 5038, Tirmizi 2740.  

1517


 Müslim 2995.  

1518


 Buxari 6223.  


 

438 


xarab  olması,  onun  üçün  şer  ilə  dolmasından  daha  xeyirlidir»

1519


.  Əbu 

Səid  əl-Xudri  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  biz  Peyğəmbər 





 

sallallahu  aleyhi  və  səlləm 



  ilə  birlikdə  Arc  deyilən  sahədə  yeridiyimiz 

zaman  şer  yazan  bir  şairlə  rastlaşdıq.  Peyğəmbər:  «Şeytanı  tutun.  Bir 

kimsənin  içi  irin  ilə  dolub  xarab  olması,  onun  üçün  şer  ilə  dolmasından 

daha  xeyirlidir»  deyə  buyurdu

1520


.  «Şairlərə  gəlincə  onlara  ancaq 

azğınlar  uyar.  Məgər  görmürsənmi  ki,  onlar  hər  bir  vadidə  sərgərdan 

gəzirlər. Və onlar etmədikləri şeyləri deyirlər». (əş-Şuəra 224-226) ayəsi 

nazil olduqda İslam şairləri Abdullah b. Rəvaha, Kəb. b. Məlik, Həsən b. 

Sabit - radıyallahu anhum 

 Peyğəmbər 





 sallallahu aleyhi və səlləm 



 in 

yanına gələrək: «Ya Rəsulullah! Uca Allah bu ayəni nazil edib. Allah bilir 

ki,  biz  şairik?»  dedilər.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  son 

ayəni  oxuyaraq:  «Ancaq  iman  gətirib  yaxşı  işlər  görən,  Allahı  çox  zikr 

edən  və  zülmə  uğradıqdan  sonra  intiqamını  alanlardan  başqa!  Zülm 

edənlər  hara  düşəcəklərini  mütləq  biləcəklər».  (əş-Şuəra  227).  Əbu 

Hureyrə  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu 

aleyhi və səlləm 



 buyurdu: «Şairlərin söylədikləri ən doğru beyt Ləbidin: 

«Alə  Kullu  Şeyin  Mə  Xaləllahə  Batilu  –  Xəbəriniz  olsun  ki,  Allahdan 

başqa hər şey batildir» sözüdür

1521

.  


 

PİS YUXULARI DANIŞMAQ 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Xeyirli  yuxu 



Allahdan, şər  yuxu  isə şeytandandır. Biriniz xoşlamadığı çirkin bir  yuxu 

görərsə  həmən  sol  tərəfinə  üç  dəfə  tüpürsün.  Sonra  da  o,  yuxunun 

şərindən  Allaha  sığınsın  (Başqa  rəvayətdə:  Hansı  tərəfdə  yatmışsa  digər 

tərəfə dönsün). Belə edərsə o pis yuxu artıq ona heç bir zərər verə bilməz. 

Və  bu  yuxunu  heç  kəsə  xəbər  verməsin.  Əgər  gözəl  bir  yuxu  görərsə 

həmən  sevinsin  və  o  gözəl  yuxunu  sevdiyi  kimsələrdən  başqasına  xəbər 

verməsin»

1522


.  Bir  nəfər  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  in 


yanına gələrək dedi: «Mən yuxuda başımın kəsilmiş olduğunu və başımın 

ardıyca  getdiyini  gördüm».  Peyğəmbər:  «Yuxuda  şeytanın  səninlə 

oynamasını  insanlara  xəbər  vermə»  deyə  buyurdu

1523


.  Əbu  Hureyrə  

radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

                                                        

1519

 Müslim 2257. 



1520

 Müslim 2259.  

1521

 Müslim 2256. Ləbid b. Rabia olub cahiliyyə dövrünün şairlərindəndir. İslamı qəbul etmiş və uzun 



ömür  sürmüşdür.  Ənəs  b.  Məlik  -  radıyallahu  anhu 

  nun  rəvayət  etdiyinə  görə  140  il  yaşamışdır. 



Osman - radıyallahu anhu 

 nun xəlifəliyi  dövründə  Kufədə ölmüşdür. Quranı dinləyib öyrəndikdən 



sonra İslami həyatında heç şer söyləməmişdir.  

1522


 Müslim 2261.  

1523


 Müslim 2269.  


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə