2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə236/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   230   231   232   233   234   235   236   237   238

 

471 


bundan daha böyük  hər hansı qəza başına gələrsə Allah bu səbəblə onun 

pisliklərini  örtər  və  o  kimsə  günahlarını  ağac  yarpaqlarını  tökdüyü  kimi 

tökər»

1691


.  8.  Pislikdən  sonra  dərhal  yaxşı  işlər  görməklə.  Aişə  

radıyallahu  anhə 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



 buyurdu:  «Pisliyin ardından  yaxşı işlər gör ki, onu silsin»

1692

. 8. 


Allahın  ona  mərhəmət  etməsiylə.  9.  Fərzlər  və  nafilələri  yerinə 

yetirməklə.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Kim 



mənim  aldığım  dəstəmaz  kimi  dəstəmaz  alır,  sonra  içindən  bir  şey 

keçirməyərək  iki  rükət  namaz  qılarsa  keçmişdə  olan  günahları 

bağışlnar»

1693


. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 buyurdu: «Ərafə 



günü tutulan oruc biri keçmiş biri də gələcək il olmaq üzərə iki il (edilən 

günahlara) kəffarədir. Aşura günü tutulan oruc isə keçmiş bir il (günaha) 

kəffarədir»

1694


10. Allahı zikr. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 

buyurdu:  «Kim  gündə  yüz  dəfə  Subhənəllahi  Və  Bihəmdihi  –  deyərsə 



xətaları  dəniz  köpüyü  qədər  olsada  belə  bağışlanar»

1695


.  11.  Mələklərin 

onlara  bağışlanma  diləmələri  ilə.  «Ərşi  daşıyanlar  və  onun  ətrafında 



olanlar  (mələklər)  öz  Rəbini  həmd-səna  ilə  təqdis  edir,  Ona  inanır  və 

möminlərin bağışlanmasını diləyərək belə deyirlər: Ey Rəbbimiz! Sənin 

rəhmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri 

bağışla,  onları  Cəhənnəm  əzabından  qoru».  (əl-Mumin  7).  12. 

Yaradılmışlara yaxşılıq da günahları örtən şeylərdir.  

 

GÖZƏL SONLUQ 

Artıq gözəl sonluqdan qorxmaq müttəqilərin belini qırmışdır. Əgər sən 

ölüm  ayağında  olan  çoxlarının  halına  baxsan  görərsən  ki,  onlarla  gözəl 

sonluq  arasında  bir  maneə  vardır.  Onların  pis  əməlləri  bir  cəza  olaraq 

onlarla gözəl sonluq arasına girmişlər. Hafiz Əbu Muhəmməd AbdulHəqq 

b. AbdurRahmən İşbili deyir ki: «Bil ki, pis sonluğun müəyyən səbəbləri, 

yolları  və  qapıları  vardır.  Bunlardan  ən  böyüyü  dünyaya  qapanmaq, 

axirətdən üz  döndərmək, günahlara cürətlə getməkdir. Günah  insana güc 

gəlir və onun qəlbini örtür, ağlını silir, nurunu söndürür. Bundan sonra da 

o kimsə heç bir nəsihət də fayda vermir. Əksər hallarda ölüm də ona elə 

bu  vaxtlarda  gəlir.  O  kimsə  təlqin  edənin  -  Lə  İləhə  İlləllah  -  sözlərini 

uzaqdan  bir  nida  kimi  eşidir.  Səsin  nə  olduğunu  və  nə  qəsd  olunduğunu 

anlamır. Hətta o, təlqin  edən  nə  qədər  də təkrar etsə  də belə. Sufyan  əs-

                                                        

1691

 Buxari 5647, Müslim 2571. 



1692

 Buxari 10/103, Müslim 16/129.  

1693

 Buxari, Müslim.  



1694

 Müslim 8/51, Əbu Davud 2408.  

1695

 Buxari, Müslim.  




 

472 


Souvri 



 rahmətullahi aleyhi - bir gün səhərə qədər ağlayır. Səhəri ondan 

soruşduqda  ki,  səni  ağladan  günahlar  idi.  O:  «Saman  çöpünü  götürərək 

deyir:  «Günahlar  bundan  da  yüngüldür.  Lakin  məni  ağladan  pis 

sonluqdur». Buna görə də heç kəs əməlinin çoxluğuna görə sonunun yaxşı 

olmasına arxayın olmasın.  

Görürsən  ki,  Sələflər  hansı  ki,  onların  gündüzləri  orucla,  gecələri 

ibadətlə  keçirdi  bu  qədər  əməllərinə  baxmayaraq  onlar  pis  sonluqdan 

qorxurdular.  İnsan  qorxmalıdır  günahlarının  onunla  yaxşı  sonluq  arasına 

girməsindən.  Hafiz  Əbu  Muhamməd 



  rahmətullahi  aleyhi  -  deyir  ki: 

«Əgər bir kəsin zahiri də, batini də saleh olarsa onun sonu pis qurtarmaz. 

Belə bir şey Allaha həmd olsun ki, heç vaxt eşidilməyib. Bir kəsin batini 

də,  zahiri  də  sağlamdırsa  onun  pis  bir  sonluqla  qurtarması  barəsində  bir 

şey  eşidilməyib.  Kimin  sonu  pis  qurtarar  o  kimsə  ki,  əqidəsi  pozulmuş 

olar  və  ya  o  insan  böyük  günahlar  üzərində  davam  edər.  İnsan  artıq  o 

günahlara elə bir şəkildə qurşanar ki, tövbə etməyə imkan tapmadan ölüm 

ona gələr. O insan içini islah  etməzdən əvvəl ölüm  onu  yaxalayar. Allah 

qorusun! Şeytan o vaxt onu ələ keçirər».  

Amma  zalımlar  (pis  işlər  görənlər)  isə  elə  bil  ki,  Allahdan  bir  əhd 

alıblar. Şair deyir ki: «Ey çirkin əməl edərək əmin olan şəxs. Sənə Allah 

tərəfindən bir əhdmi  gəlib. Sən  iki şeyi cəm  etmisən.  Arxayınçılıq  və  öz 

istəyinə  tabe  olmaq».  Bunların  biri  insanı  həlak  etməyə  kifayətdir.  Sən 

səfehliyinə  görə əkin  vaxtı bir şey əkmədin. İnsanlar biçdiyi  vaxt sən  nə 

əldə edəcəksən. Bu ötəri bir həyatla məşğulsan. Sən daha çox aldanmısan 

yoxsa  ticarətdə  aldanan.  Halbuki,  o  kimsə  itirdiyini  yenidən  əldə  edə 

biləcəkdir. Sən isə əbədi həyatı tərk edərək ötəri həyatla məşğulsan.  

 

 



Bitirdim Miladi: 10 May 2006-Cı İl 

Hicri: Rəbiul Axır 13 1427-Ci İl 

Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10)

 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə