2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


ALLAHLA, ONUN AYƏLƏRİ, PEYĞƏMBƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə231/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   227   228   229   230   231   232   233   234   ...   238

 

461 


ALLAHLA, ONUN AYƏLƏRİ, PEYĞƏMBƏRİ, 

ŞƏRİƏTİ VƏ YA BUNLARDAN HƏR HANSI BİRİ 

İLƏ İSTEHZA EDİB ZARAFATLAŞMAQ 

Bütün  Peyğəmbərlər  insanları  Tövhidə  dəvət  etdikləri  zaman  istehza 

(lağ) ilə  qarşılaşmışlar. Nuh 



  əleyhissəlam 

  dan  başlayaraq  Peyğəmbər 



Muhəmməd 



  sallallahu  aleyhi  və  səlləm 



  ə  qədər  Peyğəmbərlər 

qövmləri  tərəfdən  bu  əziyyəti  çəkmişlər.  «Eləcə  də  (səndən  əvvəl)  hər 



Peyğəmbər  üçün  günahkarlardan  bir  düşmən  etmişdik.  Rəbbinin  sənə 

bir  rəhbər,  bir  mədədkar  olması  kifayət  edər».  (əl-Furqan  31).  «Onlar 

səni  gördükdə  ancaq  məsxərəyə  qoyur  (və  belə  deyirlər):  Allahın 

Peyğəmbər  göndərdiyi  şəxs  budurmu».  (əl-Furqan  41).  «Biz  sizdən 

əvvəlkilərə  də  neçə-neçə  Peyğəmbərlər  göndərmişdik.  Onlara  elə  bir 

Peyğəmbər gəlməzdi ki, ona istəehza etməsinlər». (əz-Zuxruf 6-7). «Nuh 

gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu 

məsxərəyə  qoyurdular.  Nuh  onlara  deyirdi:  Əgər  (indi)  siz  bizi 

məsxərəyə  qoyursunuzsa,  biz  də  (Allahın  əzabı  gəldikdə)  sizi  siz  bizi 

məsxərəyə  qoyduğunuz  kimi  məsxərəyə  qoyacağıq».  (Hud  38-39). 

«Yadınıza  gətirin  o,  vaxt  ki,  Musa  öz  qövmünə:  Allah  sizə  bir  inək 

kəsmənizi  əmr  edir! 



  dedi.  Onlar  isə:  Bizi  məsxərəyəmi  qoyursan! 



 

dedilər. Musa da: Allah özü məni cahil olmaqdan saxlasın! 



 dedi». (əl-



Bəqərə  67).  «(Ya  Muhəmməd!)  Kafir  olanlar  səni  gördükləri  zaman 

ancaq  məsxərəyə  qoyaraq  (bir-birinə):  Sizin  tanrılarınızı  tənə  edən 

bumudur? 



  deyərlər.  Halbuki  onlar  məhz  onlar  Rəhmanın  öyüd-



nəsihətini  (Quranı)  inkar  edirlər».  (əl-Ənbiya  36).  «(Ya  Muhəmməd! 

Təbuk döyüşünə gedərkən səni lağa qoyan) münafiqlərdən (nə üçün belə 

etdiklərini)  soruşsan:  Biz  ancaq  söhbət  edib  zarafatlaşır,  əylənirdik 



 



deyə  cavab  verərlər.  De  ki:  «Allaha,  Onun  ayələrinə  və  Peyğəmbərinə 

istehzamı  edirsiniz.  (Əbəs  yerə)  üzr  istəməyin.  Siz  iman  gətirdikdən 

sonra  artıq  kafir  oldunuz.  Aranızdan  bir  qismini  bağışlasaq  da,  digər 

qismini  günahkar  olduğu  üçün  əzaba  düçar  edəcəyik».  (ət-Tövbə  65-

66)

1652


.  İbn  Teymiyyə 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Peyğəmbər 



 



sallallahu  aleyhi  və  səlləm 



  onları  şirkdən  çəkindirdiyi  zaman  onunla 

istehza  etdilər.  Bütün  müşriklərin  halı  belədir.  Peyğəmbərlər  onları 

Tövhidə dəvət etdikləri zaman, bütpərəstlik canlarına hopduğu üçün onları 

söydülər  və  onları  ağılsız,  azmışlar  və  dəliliklə  vəsfləndirdilər.  Onlara 

bənzəyən  kimsələrdə  belədir.  Əgər  içində  bütpərəstlik  hisləri  varsa 

Tövhidə  çağıran  birini  gördükdə  eyni  şəkildə  onunla  istəhza  edib  (lağ) 

                                                        

1652

 Təbəri Təfsir 10/173, İbn Kəsir «Təfsir» 4/111, 112, İbn Hişam 4/168.  




 

462 


edən  görərsən»

1653


.  İstehzanın  bir  neçə  növü  vardır.  İstehza  bəzən  sözlə 

olur  ki,  istehzanın  ən  çox  yayılan  şəkili  budur.  Bəzən  də  işarə  ilə  olur. 

İşarə  ilə  edilən  istehza  (lağ)  göz-qaş  hərəkəti  və  ya  dil  çıxarmaqla  olur. 

Bəzən  də  əl  hərəkətləri  ilə  olur.  Allaha  istehza  etmək  etiraz  küfrüdür. 

Şeyx  Useymin 



  rahmətullahi  aleyhi 



  deyir  ki,  bütə  səcdə  edənin 

küfründən  də  şiddətlidir.  İbn  Qudamə 



  rahmətullahi  aleyhi 



  deyir  ki: 

«İstər  zarafatla  olsun,  istərsə  ciddi  bir  şəkildə  olsun  Allahı  söyən  kimsə 

kafir olur. Allah ilə , ayələri, Peyğəmbərləri və Kitabları ilə istehza ecdən 

kimsə də belədir»

1654


.  Qurtubi 



  rahmətullahi  aleyhi 



 Təbuk  döyüşündə 

olan istehza edənlərin halını açıqlayarkən İbnul Arabinin sözlərini gətirir: 

«Onların söylədikləri şeylər ya ciddidir, ya da zarafat. Necə olursa-olsun 

küfrdü.  Çünkü  zarafatla  küfr  etmək  də  küfrdü,  ümmət  araında  bu  haqda 

ixtilaf  yoxdur.  Araşdırma aparmaq  elmin  və  həqiqətin qardaşıdır, zarafat 

və  istehza  batilin  və  cəhalətin  qardaşıdır»

1655

.  İbn  Teymiyyə 





 

rahmətullahi aleyhi 



 deyir ki: «Allah ilə, Onun ayələri və Peyğəmbərləri 

ilə  istehza  etmək  küfrdü.  Bunu  edən  kimsə  daha  öncə  mömin idisə  kafir 

olduğuna  hökm  edər»

1656

.  Həmçinin  Muhəmməd  b.  AbdulVahhab 





 

rahmətullahi aleyhi 



 də öz dəyərli itabı olan «Tövhid Kitabında» belə bir 

bölüm  açmışdır.  Həmçinin  İslamdan  çıxaran  10  şərtlər  kitabında  da  – 

Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 in dinində olan bir şeylə və ya 

onun savabı və ya cəzası ilə zarafat edib (istehza) etməyi 6-cı şərt olaraq 

zikr etmişdir. Həmçinin Muhəmməd b. İbrahim Əli Şeyx, İbn Baz və Şeyx 

Useymin 



  Allah  olara  rəhmət  etsin 



  din  ilə  istehza  edənlərin  kafir 

olmasını söyləyən alimlərdir

1657

«Ey iman gətirənlər! Bir qövm digərini 



lağa  qoymasın.  Lağa  qoyulanlar,  qoyanlardan  daha  yaxşıdır.  Bir-

birinizə  tənə  etməyin,  eyb  tutmayın  və  bir-birinizi  pis  ləqəblərlə 

çağırmayın.  İman  gətirdikdən  sonra  fasiq  adını  qazanmaq  çox  pisdir. 

Tövbə etməyənlər zalimdirlər». (əl-Hucurat 11). «O kəslər ki, lağlağıdan 

və  lazımsız  şeylərdən  üz  döndərirlər».  (əl-Mumin  3).  İbn  Kəsir 



 



rahmətullahi  aleyhi 



  bu  ayənin  təfsirində  deyir  ki:  «Allah  insanlarla 

istehza  (lağ)  etməyi  qadağan  edir.  İnsanlarla  istehza  etmək  onları  kiçik 

görməkdir. Necə  ki, Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu: 

«Təkəbbürlük  haqqı  qəbul  etməmək  və  insanları  kiçik  görməkdir»

1658


                                                        

1653

 Dəkaikut Təfsir 3/332.  



1654

 əl-Muğni «Kitabul Murtəd» 12/298-299.  

1655

 Camiul Əhkamul Quran 8/397.  



1656

 Macmuu Fətava 7/273.  

1657

  Fətva  Muhəmməd  b.  İbrahim  1/174,  12/195,  İbn  Baz  3/165,  Useymin  «Məcmuus  Səmin  Min 



Fətva» 1/62. 

1658


 Təfsirul Quranil Azim 7/356, Müslim 91, Tirmizi 1999, Əbu Davud 4/352.  


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə