2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə233/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   230   231   232   233   234   235   236   237   238

 

465 


etdiyi təqdirdə Allah ona buyuracaq: «Dünyada ikən səni bu günahlardan 

saxladım. Bu gün də bu günahlarını sənə bağışlayıram». Sonra ona etdiyi 

yaxşılıqların  yazıldığı  kitabı  verərlər. Kafir və  münafiqə  gəlincə:  «Bütün 

insanların eşitdiyi bir şəkildə onlara deyiləcək. Bunlar Rəbbinə qarşı yalan 

söyləyən  kimsələrdir.  Bunu  da  bilin  ki,  Allahın  lənəti  zalimlərin 

üzərinədir»  deyiləcəkdir.  «Allaha  iftira  yaxandan  daha  zalim  kim  ola 



bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər belə deyərlər: «Bunlar 

Rəbbi  barəsində  yalan  söyləyənlərdir!»  Bilin  ki,  zalimlər  Allahın 

lənətinə gələcəklər. (Hud 18)

1667


Ənəs - radıyallahu anhu 

 rəvayət  edir 



ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  in  belə  buyurduğunu 

eşitdim:  «Allah 



  subhənəhu  və  təalə  -  buyurdu:  «Ey  Adəm  oğlu!  Nə 

qədər ki, sən mənə dua edib məndən bağışlanma diləsən, mən sənin nələr 

etdiyinə  baxmadan  səni  bağışlayaram.  Ey  Adəm  oğlu!  Əğər  sənin 

günahların  göylərə qədər çatsa və sonra sən  məndən  bağışlanma  diləsən, 

mən  sənin  günahlarını  bağışlayaram.  Ey  Adəm  oğlu!  Əğər  sən  mənim 

hüzuruma  yerüzü  dolusu  qədər  günahlarla  gəlsən  və  mənə  heç  bir  şeyi 

şərik qoşmasan mən də sənə yerüzu qədər bağışlanma verərəm»

1668




Tövbənin  Şərtləri:  1.  Allaha  Səmimi  Qəlbdən  Tövbə  Edib 

Bağışlanma  Diləmək  -  «Tövbə  edib  Rəbbinizə  dönün.  Əzab  sizə 

gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz». 

(əz-Zumər  54).  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu: 



«Günaha görə tövbə  edən  o  günahı  etməmiş  kimidir»

1669


. Əbu Hureyrə 

radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 



 buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, əgər siz günah 

etməsəniz  Allah sizi  məhv  edər və sizin  yerinizə  elə bir qövm  gətirər ki, 

onlar  günah  edər  və  Allahdan  bağışlanma  diləyərlər,  Allah  da  onları 

bağışlayar»

1670


.  «Mərhəmətim  hər  şeyi  ehtiva  etmişdir!».  (əl-Əraf  156). 

«(Ya  Muhəmməd!  Mənim  adımdan  qullarıma)  De  ki:  Ey  mənim  (günah 

törətməkdə)  özlərinə  zülm  etməkdə  həddi  aşmış  bəndələrim!  Allahın 

rəhmindən  ümidsiz  olmayın!  Allah  (tövbə  etdikdə)  bütün  günahları 

bağışlayar.  Həqiqətən  O,  bağışlayan  və  rəhm  edəndir.  Tövbə  edib 

Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra 

sizə  heç  bir  kömək  olunmaz!»  (əz-Zumər  53-54)  «O,  müttəqilər  ki,  bir 

günah  iş  gördükləri,  yaxud  özlərinə  zülm  etdikləri  zaman  Allahı  yada 

salıb  (tövbə  edərək)  günahlarının  bağışlanmasını  istəyərlər.  Axı 

                                                        

1667

 Buxari, Müslim.  



1668

 Tirmizi, əl-Albani «Səhih əl-Cəmi» 4214, «əl-Mişkət» 4336, «Təxric ət-Tərğib» 2/268-ci hədis. 

1669

 İbn Məcə, əl-Albani «Səhihul Cəmi» 3008. 



1670

 Müslim 2749.  




 

466 


günahları  Allahdan  başqa  kim  bağışlaya  bilər?»  (Ali  İmran  135).  Əbu 

Hureyrə 




  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu 

aleyhi və səlləm 

 Uca və Böyük olan Rəbbindən belə buyurdu: «Allahın 



qullarından  biri  günah  edib  sonra  da:  «Allahım!  Mən  günah  etdim, 

günahımı  bağışla!»  dedi.  Pak  və  Uca  olan  Allah:  «Qulum  günah  etdi! 

Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi 

olduğunu  bildiyi  halda!  Mən  öz  qulumu  bağışladım!»  deyə  buyurdu. 

Sonra  o  qul  (günah  etmədən)  Allahın  dilədiyi  bir  müddət  qədər  yaşayır. 

Sonra  yenə  də  günah  edərək:  «Allahım!  Mən  günah  etdim,  günahımı 

bağışla!»  dedi.  Pak  və  Uca  olan  Allah:  «Qulum  günah  etdi!  Günahı 

bağışlayan  (məğfirət  edən)  və  günaha  görə  cəzalandıran  bir  Rəbbi 

olduğunu  bildiyi  halda!  Mən  öz  qulumu  bağışladım!»  deyə  buyurdu. 

Sonra o, qul (günah  etmədən)  Allahın  dilədiyi bir  müddət  qədər yaşayır. 

Sonra  yenə  də  günah  edərək:  «Allahım!  Mən  günah  etdim,  günahımı 

bağışla!»  dedi.  Pak  və  Uca  olan  Allah:  «Qulum  günah  etdi!  Günahı 

bağışlayan  (məğfirət  edən)  və  günaha  görə  cəzalandıran  bir  Rəbbi 

olduğunu  bildiyi  halda!».  Üç  dəfə:  «Mən  öz  qulumu  bağışladım!  Artıq 

istədiyini edə bilər

1671


« deyə buyurdu

1672




2.  Günahlara  Görə  Peşmançılıq  Çəkmək  -  Peyğəmbər 



  sallallahu 



aleyhi  və  səlləm 

  buyurdu:  «Peşmançılıq  –  tövbədir»



1673

.  Peyğəmbər 



 

sallallahu aleyhi və səlləm 

 buyurdu: «Sol kitab sahibi öz qələmini günah 



etmiş  müsəlmandan  altı  saat  müddətinə  qaldırar.  Əgər  o,  tövbə  edib 

bağışlanma diləyərsə etdiyi günah yazılmaz. Əksi təqdirdə onu bir günah 

olaraq  qeyd  edər»

1674


.  Əbu  Bəkr 



  radıyallahu  anhu 

  rəvayət  edir  ki, 



Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Allah  qüsl  alıb 

təmizləndikdən sonra (iki rükət) namaz qılıb Allahdan bağışlanma diləyən 

hər bir kəsin günahını bağışlayar»

1675

.  


3.  Günah  Etdiyin  Yerdən  Dərhal  Uzaqlaşmaq  -  Əbu  Səid  Sad  b. 

Məlik b. Sinan əl-Xudri 



 radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Sizdən  əvvəlki  ümmətlərdə 

doxsan doqquz insan oldürmüş bir kimsə var idi. Bu kimsə (öldürdükdən) 

sonra  yer  üzünün  ən  alim  insanını  axtarmağa  başlayır.  Ona  (İsrail 

oğullarından)  bir  rahibi  göstərirlər.  O,  rahibin  yanına  gələrək:  «Mən 

                                                        

1671


  Bu  kəlmələr  heç  də  onu  açıqlamır  ki,  insan  istədiyini  edə  bilər.  Xeyr!  Bu  kəlmələr  bizə  onu 

açıqlayır ki, insan günah etdikdən sonra dərhal tövbə edərsə Allah onu bağışlayar.  

1672

 Buxari 7507, Müslim 2758. 



1673

 İmam Əhməd, İbn Məcə əl-Albani «Səhihul Cəmi» 6802. 

1674

  Təbərani  «əl-Kəbir»,  Beyhəqi  «Şiab  əl-İman»,  əl-Albani  «Səhih  Silsilə»  1209,  "Səhih  Cəmi" 



2/212, 2097.  

1675


 Tərğib vət Tərhib 1/284.  


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə