465
etdiyi təqdirdə Allah ona buyuracaq: «Dünyada ikən səni bu günahlardan
saxladım. Bu gün də bu günahlarını sənə bağışlayıram». Sonra ona etdiyi
yaxşılıqların yazıldığı kitabı verərlər. Kafir və münafiqə gəlincə: «Bütün
insanların eşitdiyi bir şəkildə onlara deyiləcək. Bunlar Rəbbinə qarşı yalan
söyləyən kimsələrdir. Bunu da bilin ki, Allahın lənəti zalimlərin
üzərinədir» deyiləcəkdir. «Allaha iftira yaxandan daha zalim kim ola
bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər belə deyərlər: «Bunlar
Rəbbi barəsində yalan söyləyənlərdir!» Bilin ki, zalimlər Allahın
lənətinə gələcəklər. (Hud 18)
1667
. Ənəs
- radıyallahu anhu
–
rəvayət edir
ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in belə buyurduğunu
eşitdim: «Allah
–
subhənəhu və təalə - buyurdu: «Ey Adəm oğlu! Nə
qədər ki, sən mənə dua edib məndən bağışlanma diləsən, mən sənin nələr
etdiyinə baxmadan səni bağışlayaram. Ey Adəm oğlu! Əğər sənin
günahların göylərə qədər çatsa və sonra sən məndən bağışlanma diləsən,
mən sənin günahlarını bağışlayaram. Ey Adəm oğlu! Əğər sən mənim
hüzuruma yerüzü dolusu qədər günahlarla gəlsən və mənə heç bir şeyi
şərik qoşmasan mən də sənə yerüzu qədər bağışlanma verərəm»
1668
.
Tövbənin Şərtləri: 1. Allaha Səmimi Qəlbdən Tövbə Edib
Bağışlanma Diləmək - «Tövbə edib Rəbbinizə dönün. Əzab sizə
gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz».
(əz-Zumər 54). Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu:
«Günaha görə tövbə edən o günahı etməmiş kimidir»
1669
. Əbu Hureyrə
-
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, əgər siz günah
etməsəniz Allah sizi məhv edər və sizin yerinizə elə bir qövm gətirər ki,
onlar günah edər və Allahdan bağışlanma diləyərlər, Allah da onları
bağışlayar»
1670
.
«Mərhəmətim hər şeyi ehtiva etmişdir!». (əl-Əraf 156).
«(Ya Muhəmməd! Mənim adımdan qullarıma) De ki: Ey mənim (günah
törətməkdə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın
rəhmindən ümidsiz olmayın! Allah (tövbə etdikdə) bütün günahları
bağışlayar. Həqiqətən O, bağışlayan və rəhm edəndir. Tövbə edib
Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra
sizə heç bir kömək olunmaz!» (əz-Zumər 53-54) «O, müttəqilər ki, bir
günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada
salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı
1667
Buxari, Müslim.
1668
Tirmizi, əl-Albani «Səhih əl-Cəmi» 4214, «əl-Mişkət» 4336, «Təxric ət-Tərğib» 2/268-ci hədis.
1669
İbn Məcə, əl-Albani «Səhihul Cəmi» 3008.
1670
Müslim 2749.
466
günahları Allahdan başqa kim bağışlaya bilər?» (Ali İmran 135). Əbu
Hureyrə
–
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
Uca və Böyük olan Rəbbindən belə buyurdu: «Allahın
qullarından biri günah edib sonra da: «Allahım! Mən günah etdim,
günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi!
Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi
olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu.
Sonra o qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır.
Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı
bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı
bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi
olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu.
Sonra o, qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır.
Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı
bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı
bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi
olduğunu bildiyi halda!». Üç dəfə: «Mən öz qulumu bağışladım! Artıq
istədiyini edə bilər
1671
« deyə buyurdu
1672
.
2. Günahlara Görə Peşmançılıq Çəkmək - Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
buyurdu: «Peşmançılıq – tövbədir»
1673
. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Sol kitab sahibi öz qələmini günah
etmiş müsəlmandan altı saat müddətinə qaldırar. Əgər o, tövbə edib
bağışlanma diləyərsə etdiyi günah yazılmaz. Əksi təqdirdə onu bir günah
olaraq qeyd edər»
1674
. Əbu Bəkr
–
radıyallahu anhu
–
rəvayət edir ki,
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm - buyurdu: «Allah qüsl alıb
təmizləndikdən sonra (iki rükət) namaz qılıb Allahdan bağışlanma diləyən
hər bir kəsin günahını bağışlayar»
1675
.
3. Günah Etdiyin Yerdən Dərhal Uzaqlaşmaq - Əbu Səid Sad b.
Məlik b. Sinan əl-Xudri
–
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən əvvəlki ümmətlərdə
doxsan doqquz insan oldürmüş bir kimsə var idi. Bu kimsə (öldürdükdən)
sonra yer üzünün ən alim insanını axtarmağa başlayır. Ona (İsrail
oğullarından) bir rahibi göstərirlər. O, rahibin yanına gələrək: «Mən
1671
Bu kəlmələr heç də onu açıqlamır ki, insan istədiyini edə bilər. Xeyr! Bu kəlmələr bizə onu
açıqlayır ki, insan günah etdikdən sonra dərhal tövbə edərsə Allah onu bağışlayar.
1672
Buxari 7507, Müslim 2758.
1673
İmam Əhməd, İbn Məcə əl-Albani «Səhihul Cəmi» 6802.
1674
Təbərani «əl-Kəbir», Beyhəqi «Şiab əl-İman», əl-Albani «Səhih Silsilə» 1209, "Səhih Cəmi"
2/212, 2097.
1675
Tərğib vət Tərhib 1/284.