461
ALLAHLA, ONUN AYƏLƏRİ, PEYĞƏMBƏRİ,
ŞƏRİƏTİ VƏ YA BUNLARDAN HƏR HANSI BİRİ
İLƏ İSTEHZA EDİB ZARAFATLAŞMAQ
Bütün Peyğəmbərlər insanları Tövhidə dəvət etdikləri zaman istehza
(lağ) ilə qarşılaşmışlar. Nuh
–
əleyhissəlam
–
dan başlayaraq Peyğəmbər
Muhəmməd
–
sallallahu aleyhi və səlləm
–
ə qədər Peyğəmbərlər
qövmləri tərəfdən bu əziyyəti çəkmişlər. «Eləcə də (səndən əvvəl) hər
Peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə
bir rəhbər, bir mədədkar olması kifayət edər». (əl-Furqan 31). «Onlar
səni gördükdə ancaq məsxərəyə qoyur (və belə deyirlər): Allahın
Peyğəmbər göndərdiyi şəxs budurmu». (əl-Furqan 41). «Biz sizdən
əvvəlkilərə də neçə-neçə Peyğəmbərlər göndərmişdik. Onlara elə bir
Peyğəmbər gəlməzdi ki, ona istəehza etməsinlər». (əz-Zuxruf 6-7). «Nuh
gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu
məsxərəyə qoyurdular. Nuh onlara deyirdi: Əgər (indi) siz bizi
məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi
məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq». (Hud 38-39).
«Yadınıza gətirin o, vaxt ki, Musa öz qövmünə: Allah sizə bir inək
kəsmənizi əmr edir!
–
dedi. Onlar isə: Bizi məsxərəyəmi qoyursan!
–
dedilər. Musa da: Allah özü məni cahil olmaqdan saxlasın!
–
dedi». (əl-
Bəqərə 67). «(Ya Muhəmməd!) Kafir olanlar səni gördükləri zaman
ancaq məsxərəyə qoyaraq (bir-birinə): Sizin tanrılarınızı tənə edən
bumudur?
–
deyərlər. Halbuki onlar məhz onlar Rəhmanın öyüd-
nəsihətini (Quranı) inkar edirlər». (əl-Ənbiya 36). «(Ya Muhəmməd!
Təbuk döyüşünə gedərkən səni lağa qoyan) münafiqlərdən (nə üçün belə
etdiklərini) soruşsan: Biz ancaq söhbət edib zarafatlaşır, əylənirdik
–
deyə cavab verərlər. De ki: «Allaha, Onun ayələrinə və Peyğəmbərinə
istehzamı edirsiniz. (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən
sonra artıq kafir oldunuz. Aranızdan bir qismini bağışlasaq da, digər
qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik». (ət-Tövbə 65-
66)
1652
. İbn Teymiyyə
–
rahmətullahi aleyhi
–
deyir ki: «Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
onları şirkdən çəkindirdiyi zaman onunla
istehza etdilər. Bütün müşriklərin halı belədir. Peyğəmbərlər onları
Tövhidə dəvət etdikləri zaman, bütpərəstlik canlarına hopduğu üçün onları
söydülər və onları ağılsız, azmışlar və dəliliklə vəsfləndirdilər. Onlara
bənzəyən kimsələrdə belədir. Əgər içində bütpərəstlik hisləri varsa
Tövhidə çağıran birini gördükdə eyni şəkildə onunla istəhza edib (lağ)
1652
Təbəri Təfsir 10/173, İbn Kəsir «Təfsir» 4/111, 112, İbn Hişam 4/168.
462
edən görərsən»
1653
. İstehzanın bir neçə növü vardır. İstehza bəzən sözlə
olur ki, istehzanın ən çox yayılan şəkili budur. Bəzən də işarə ilə olur.
İşarə ilə edilən istehza (lağ) göz-qaş hərəkəti və ya dil çıxarmaqla olur.
Bəzən də əl hərəkətləri ilə olur. Allaha istehza etmək etiraz küfrüdür.
Şeyx Useymin
–
rahmətullahi aleyhi
–
deyir ki, bütə səcdə edənin
küfründən də şiddətlidir. İbn Qudamə
–
rahmətullahi aleyhi
–
deyir ki:
«İstər zarafatla olsun, istərsə ciddi bir şəkildə olsun Allahı söyən kimsə
kafir olur. Allah ilə , ayələri, Peyğəmbərləri və Kitabları ilə istehza ecdən
kimsə də belədir»
1654
. Qurtubi
–
rahmətullahi aleyhi
–
Təbuk döyüşündə
olan istehza edənlərin halını açıqlayarkən İbnul Arabinin sözlərini gətirir:
«Onların söylədikləri şeylər ya ciddidir, ya da zarafat. Necə olursa-olsun
küfrdü. Çünkü zarafatla küfr etmək də küfrdü, ümmət araında bu haqda
ixtilaf yoxdur. Araşdırma aparmaq elmin və həqiqətin qardaşıdır, zarafat
və istehza batilin və cəhalətin qardaşıdır»
1655
. İbn Teymiyyə
–
rahmətullahi aleyhi
–
deyir ki: «Allah ilə, Onun ayələri və Peyğəmbərləri
ilə istehza etmək küfrdü. Bunu edən kimsə daha öncə mömin idisə kafir
olduğuna hökm edər»
1656
. Həmçinin Muhəmməd b. AbdulVahhab
–
rahmətullahi aleyhi
–
də öz dəyərli itabı olan «Tövhid Kitabında» belə bir
bölüm açmışdır. Həmçinin İslamdan çıxaran 10 şərtlər kitabında da –
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in dinində olan bir şeylə və ya
onun savabı və ya cəzası ilə zarafat edib (istehza) etməyi 6-cı şərt olaraq
zikr etmişdir. Həmçinin Muhəmməd b. İbrahim Əli Şeyx, İbn Baz və Şeyx
Useymin
–
Allah olara rəhmət etsin
–
din ilə istehza edənlərin kafir
olmasını söyləyən alimlərdir
1657
. «Ey iman gətirənlər! Bir qövm digərini
lağa qoymasın. Lağa qoyulanlar, qoyanlardan daha yaxşıdır. Bir-
birinizə tənə etməyin, eyb tutmayın və bir-birinizi pis ləqəblərlə
çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq çox pisdir.
Tövbə etməyənlər zalimdirlər». (əl-Hucurat 11). «O kəslər ki, lağlağıdan
və lazımsız şeylərdən üz döndərirlər». (əl-Mumin 3). İbn Kəsir
–
rahmətullahi aleyhi
–
bu ayənin təfsirində deyir ki: «Allah insanlarla
istehza (lağ) etməyi qadağan edir. İnsanlarla istehza etmək onları kiçik
görməkdir. Necə ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu:
«Təkəbbürlük haqqı qəbul etməmək və insanları kiçik görməkdir»
1658
.
1653
Dəkaikut Təfsir 3/332.
1654
əl-Muğni «Kitabul Murtəd» 12/298-299.
1655
Camiul Əhkamul Quran 8/397.
1656
Macmuu Fətava 7/273.
1657
Fətva Muhəmməd b. İbrahim 1/174, 12/195, İbn Baz 3/165, Useymin «Məcmuus Səmin Min
Fətva» 1/62.
1658
Təfsirul Quranil Azim 7/356, Müslim 91, Tirmizi 1999, Əbu Davud 4/352.