457
veriləcəyindən və onlar necə bu şeydə bir-birləri ilə yarışdıqları kimi sizin
də yarışacağınızı və (dünya) onları necə həlak etdisə sizi də həlak
edəcəyindən qorxuram»
1630
. Sələflər deyillər ki: «Sən fikirləşmə ki,
kasıblıq varlığın olmamasıdır. Həqiqi kasıblıq dinin olmamasıdır. Ey
qardaşım! Sən tamahkar insanın yığdığı mala görə ona qibtə etmə. Sizin
ona yazığınız gəlsin. O, bu dünyada elə bir şeylə məşğul olub ki, sabah
onu həlak edəcəkdir». Allahdan qeyrisinə (dünyaya, pula) bağlandıqlarına
görə, Allahı unutduqlarına görə Allah da onları unudar və onları özlərinə
həvalə edər. «Allahı unutduqları üçün Allahın da onları özlərinə
unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir». (əl-Həşr 19).
Ömər - radıyallahu anhu
–
rəvayət edir ki, bir gün Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in yanına daxil oldum. O, həsirin üzərində
uzanmışdır. Sonra o, qalxıb oturdu, onun əynində izardan başqa bir şey
yox idi. Həsirin izi onun çiynində və böyründə qalmışdı. Mən onun
eyvanına nəzər salıb gördüm ki, orada təqribən bir saa arpa, bir o qədər
akasiyə ağacının qabığı və bir də aşılanmış dəridən başqa heç bir şey
yoxdur. Bu halı gördükdə mənim gözlərim yaşla doldu. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Ey Xəttabın oğlu, səni ağladan
nədir?». Mən: «Ey Allahı Rəsulu! Nə üçün ağlamayımda. Mən görürəm
ki, həsir sənin bədənini bu hala salıb, eyvanda da gördüklərimdən başqa
bir şey yoxdur. Qeysər (Rum imperatoru) və Xosrov (Fars imperatoru)
cah-cəlal içərisində yaşayırlar. Sən isə Allahın Rəsulu və sevimlisi
olduğun halda bu da sənin eyvanın!» dedim. Peyğəmbər: «Ey Xəttabın
oğlu! Məgər istəmirsən ki, onlar üçün dünya, bizim üçün isə axirət olsun?
(Başqa rəvayətdə: Dünya ilə mənim işim nə! Mənim və dünyanın misalı
ancaq bir ağacın kölgəsində bir müddət oturan, sonra da oradan durub
gedən bir süvariyə bənzər
1631
)» deyə buyurdu
1632
. Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
buyurdu: «Dünya möminin zindanı, kafirin isə
Cənnətidir»
1633
.
Həqiqi azad insan kimdir. Dünyanı əlində edən, dünyanı qəlbinə
salmayan kimsədir. Nə qədər dünya malı onda olarsa onu əlində saxlayar.
Dünya malını Allaha itaətdə xərcləyər. İmam Əhməd
–
rahmatullahi
aleyhi
–
dən soruşduqda ki, insanda min dinar olduğu halda zahid ola
bilərmi? O: «Bəli, ola bilər». O, kimsə: «Ey imam bu necə ola bilər?»
deyə soruşdu. O: «Artanda sevinmir, azalanda isə kədərlənmir». Tək olan
1630
Buxari 4/63, Müslim şərhi 5/816.
1631
Tirmizi.
1632
Müslim10/82.
1633
Müslim 2956.
458
Allaha ibadət edən insan varlı da ola bilər, şərəflidə ola bilər. Lakin bütün
bunları əlində edər. Bunların heç birini qəlbinə salmaz. Çünkü bütün
bunlar dünyanın keçici zövqüdür. Mömin kimsə qəlbini yalnız Allaha
sevgi, Peyğəmbərinə itaətlə doldurur. Bu qəlb parçasını Allahdan
qeyrisinə yönəltmir. «Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək,
bir-birinizin qarşısında öyünmək və mal-dövlət, oğul-uşaq çoxalt-
maqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki
əkinçilərin xoşuna gəlir. Sonra o, quruyar və sən onun çör-çöpə
döndüyünü görərsən. Axirətdə isə şiddətli əzab, Allahdan bağılanma və
razılıq gözləyir. Dünya həyatı aldanışdan, yalandan başqa bir şey
deyildir». (əl-Hədid 20). «Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı
cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı
şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya
həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır». (Ali-
İmran 14). «Dünya həyatı isə aldadıcı həzzdən, əyləncədən başqa bir şey
deyildir». (Ali İmran 185). «Dünyanın ləzzəti və faydası azdır, lakin
müttəqi üçün axirət daha xeyirlidir». (ən-Nisa 77). «
…
Dünya malı
axirət yanında yalnız cüzi bir şeydir». (ət-Tövbə 38). Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurur: «Ölünü qəbr evinə kimi üç şey təqib
edər, lakin ikisi geri dönər. Biri isə onunla bərabər qalar. Ölünü ailəsi,
malı və əməli təqib edər. Nəticədə ailəsi və malı geriyə dönər. Əməli isə
onunla bərabər qalar»
1634
. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurur: «Kimin dərdi axirət dərdi olarsa Allah varlığı onun qəlbində
edər. İşlərini düzüb qoşar, dünya istəmədiyi halda ona gələr. Əgər kimin
dərdi dünya dərdi olarsa Allah kasıblığı onun qarşısında edər. Allah onun
işlərini dağıdar. Ona dünyadan yazılandan başqası verilməz»
1635
.
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurur: «Dünya axirətə görə
birinizin dənizə barmaq batırması kimidir. Baxsın bir barmağına nə qədər
yaş yer var. Dünya o yaşlıq, axirət isə dəniz kimidir»
1636
. Sələflər axirət
üçün yaşayardılar və axirət üçün çalışardılar. Allah da onlara dünyanı
istəmədikləri halda verərdi.
Bütün bu qulluqlardan qurtaran kimdir. Tək olan, şəriki olmayan
Allaha ibadət edənlərdir. Bütün dərdləri toplaşaraq bir dərdi olandan gözəl
yaşayışı olan ola bilərmi. Onun dərdi bir dənədir. O da Uca və Böyük olan
Allahın razılığını qazanmaqdır. Həqiqi azadlıq da elə budur. Azadlıq
başqa şeylə ola bilməz. Əgər Allaha qul deyilsə o kimsə heç vaxt azad ola
1634
Müslim 2960.
1635
Tirmizi, əl-Albani səhih.
1636
İmam Əhməd «Musnəd», Tirmizi.