463
«Onlar Mənim ayələrimi və (Peyğəmbər vasitəsilə) qorxudulduqları
əzabı məsxərəyə qoyurlar». (Kəhf 56). «Bəli sən onlara təəccüblənirsən,
onlar isə (sənin bu inamına) istehza edirlər». (əs-Saffət 12). Muhəmməd
b. Əli Şeyx
–
rahmətullahi aleyhi
–
dən: «Saqqal pislikdir deyən kimsə
mürtəd sayılırmı?» deyə soruşulduqda o: «Bunu yaxşıca araşdırmaq
lazımdır. Əgər bunu Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in bir
sünnəti olduğunu bilir halda edərsə haqqında mürtədlik hökmü
qalxar»
1659
. «Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada)
gülürdülər. Möminlərin yanından keçərkən (onları dolamaq məqsədilə)
bir-birinə qaş-göz edirdilər. Ailələrinin (yaxın adamlarının) yanına
qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.
Möminləri gördükdə: Doğrusu, bunlar (haqq yoldan) azanlardır!
–
deyərdilər. Halbuki onlar möminlərə nəzarətçi göndərilməmişdilər». (əl-
Mutaffifin 29-33). «Könüllü surətdə (bollu) sədəqə verən möminlərə tənə
edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə
qoyanları Allah özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba
düçar olacaqlar». (ət-Tövbə 79). «Onlara haqq olan (Quran) gəldiyi
zaman onu yalan hesab etdilər. Müşriklərin məsxərəyə qoyduqları
Quranın xəbərləri onlara gəlib çatacaq». (əl-Ənam 5).
ON ŞEY FİTRƏTDƏNDİR
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «On şey (beş şey)
fitrətdəndir. Bığları qısaltmaq, saqqalı uzatmaq, misvaqdan istifadə etmək,
suyu buruna çəkmək (istinşaq), dırnaqları kəsmək, barmaq aralarını
yumaq, qoltuq altını yolmaq, sünnət olmaq, məzməzə (ağızı yaxalamaq),
balağı qısaltmaq (qasıqdakı tükləri qırxmaq)»
1660
. Nəfi deyir ki, İbn Ömər
- radiyallahu anhu
–
on beş gündən bir dırnaqlarını tutar və bir aydan bir
qasıqdakı tükləri qırxardı»
1661
.
TÖVBƏ
Tövbə
–
İşini Allaha həvalə etdi, üsyandan döndü, günahdan itaətə
döndü mənasındadır, Allaha döndü, günahdan peşmanlığını bildirdi və s.
«Hər kəs tövbə edib yaxşı iş görərsə o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir
dönüşlə dönər». (əl-Furqan 71)
1662
. İbn Qeyyim
–
rahmətullahi aleyhi -
deyir ki: «Tövbə Allahın zahirdə və batində sevmədiyi şeylərdən, zahirdə
və batində sevdiyi şeylərə dönməkdir»
1663
.
1659
Fətva Əli Şeyx 12/195.
1660
Buxari, Müslim.
1661
Buxari «Ədəbul Mufrad» 1258.
1662
Lisanul Arab 1/454.
1663
«Mədaricus Salikin» 1/306.
464
Ənəs b. Məlik
- radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Allah - subhənəhu və təalə
–
qulunun tövbə etməsi ilə sizdən hər hansı birinizin bu halından daha çox
sevinir». Bir kimsə otsuz boş bir quru ərazidə dəvəsi ilə gedirdi. Dəvənin
üzərində də o, kimsənin yeyəcək və içəcək şeyləri də vardır. (Başqa
rəvayətdə: «Çöllük bir əraziyə çatdıqda ona şirin bir yuxu gəldi. Dəvəsi
üzərindən enərək bir ağac tapıb altında mürgüləmək üçün uzandı).
Oyandıqda bir də baxdı ki, dəvəsi yeyəcək və içəcək şeylərlə birlikdə
yoxdur. Dəvəsini axtarmaq üçün o yana bu yana qaçır. Nəhayət dəvəsini
axtarıb tapmaqdan ümüdünü kəsdikdə yatdığı yerə qayıdaraq: «Artıq
buradan ölənə qədər ayrılmayacağam!» deyib yan tərəfi üstə uzanaraq
yatdı. (Ayıldıqda) Bir də baxdı ki, dəvəsi başı üzərində dayanıb.
Dəvəsinin ipindən tutaraq sevincinin şiddətindən: «Allahummə Ənnə
Abdi Və Ənə Rabbukə
–
Allahım Sən mənim qulumsan, mən də Sənin
Rəbbinəm!» deyə şükr edir. «Sizdən hər hansı biriniz (itmiş dəvəsini)
üzərində yemək və içəcəyi ilə birlikdə tapmasından daha çox, Uca Allah
tövbə etmiş mömin qulunun tövbəsindən ötrü sevinir»
1664
. İbn Qeyyim
–
rahmətullahi aleyhi - deyir ki: «Hansı bir sevic bu insanın sevincinə
bərabər ola bilər? Əgər varlıq aləmində bu sevincdən daha böyük bir
sevinc olaydı Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
miniyini tapan
qulunun sevincindən dah çox sevinən Allahın sevincinə onu məsəl olaraq
gətirərdi»
1665
. «Ey möminlər! Hamılıqla Allaha tövbə edin ki, bəlkə nicat
tapasınız». (ən-Nur 31). «Ey iman gətirənlər! Allaha səmimi qəlbdən
tövbə edin». (ət-Təhrim ). «Tövbə etməyənlər zalimlərdir». (əl-Hucurat
11). «Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa!
Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və
rəhm edəndir». (əl-Furqan 70). Bu haqda iki görüş vardır:
1. Həqiqətən
də Allah Qiyamət günü onların pis əməllərini yaxşı əməllərə çevirəcəkdir.
2. Bu dünyada pis əməllər yaxşı əməllərə çevriləcəkdir. Çirkin əməllər
saleh əməllərlə, küfrün yerinə iman, zülmün yerinə ədalət, namazı tərk
yerinə namazı qılmaq, yalan doğruluqla, zina iffətlə, xainlik əminliklə və
s
1666
. İbn Ömər
- radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Allah mömini yaxınlaşdırar. Onun
üzərinə örtüyünü qoyar və onu örtər. Ona buyurar: «Filan günahını
bilirsənmi? Filan günahını bilirsənmi?» Qul da: «Bəli, ya Rəbbim!» deyər.
Bütün günahlarını tək-tək ona söyləyərlər. Qul artıq həlak olduğunu zənn
1664
Buxari, Müslim.
1665
«Mədaricus Salikin» 1/297.
1666
Mədaricus Salikin 1/303, Camiul Bəyan 9/46, Zədul Məsir 6/107.