2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə229/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   225   226   227   228   229   230   231   232   ...   238

 

457 


veriləcəyindən və onlar necə bu şeydə bir-birləri ilə yarışdıqları kimi sizin 

də  yarışacağınızı  və  (dünya)  onları  necə  həlak  etdisə  sizi  də  həlak 

edəcəyindən  qorxuram»

1630


.  Sələflər  deyillər  ki:  «Sən  fikirləşmə  ki, 

kasıblıq  varlığın  olmamasıdır.  Həqiqi  kasıblıq  dinin  olmamasıdır.  Ey 

qardaşım! Sən tamahkar insanın  yığdığı  mala görə  ona qibtə  etmə. Sizin 

ona  yazığınız  gəlsin.  O,  bu  dünyada  elə  bir  şeylə  məşğul  olub  ki,  sabah 

onu həlak edəcəkdir». Allahdan qeyrisinə (dünyaya, pula) bağlandıqlarına 

görə, Allahı unutduqlarına görə Allah da onları unudar və onları özlərinə 

həvalə  edər.  «Allahı  unutduqları  üçün  Allahın  da  onları  özlərinə 

unutdurduğu  kimsələrə  bənzəməyin!  Onlar  fasiqlərdir».  (əl-Həşr  19). 

Ömər  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki,  bir  gün  Peyğəmbər 



 



sallallahu  aleyhi  və  səlləm 

  in  yanına  daxil  oldum.  O,  həsirin  üzərində 



uzanmışdır.  Sonra  o,  qalxıb  oturdu,  onun  əynində  izardan  başqa  bir  şey 

yox  idi.  Həsirin  izi  onun  çiynində  və  böyründə  qalmışdı.  Mən  onun 

eyvanına  nəzər  salıb  gördüm  ki,  orada  təqribən  bir  saa  arpa,  bir  o  qədər 

akasiyə  ağacının  qabığı  və  bir  də  aşılanmış  dəridən  başqa  heç  bir  şey 

yoxdur.  Bu  halı  gördükdə  mənim  gözlərim  yaşla  doldu.  Peyğəmbər 



 



sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Ey  Xəttabın  oğlu,  səni  ağladan 



nədir?».  Mən:  «Ey  Allahı  Rəsulu!  Nə  üçün  ağlamayımda.  Mən  görürəm 

ki,  həsir  sənin  bədənini  bu  hala  salıb,  eyvanda  da  gördüklərimdən  başqa 

bir  şey  yoxdur.  Qeysər  (Rum  imperatoru)  və  Xosrov  (Fars  imperatoru) 

cah-cəlal  içərisində  yaşayırlar.  Sən  isə  Allahın  Rəsulu  və  sevimlisi 

olduğun  halda  bu  da  sənin  eyvanın!»  dedim.  Peyğəmbər:  «Ey  Xəttabın 

oğlu! Məgər istəmirsən ki, onlar üçün dünya, bizim üçün isə axirət olsun? 

(Başqa rəvayətdə: Dünya ilə  mənim  işim  nə! Mənim  və  dünyanın  misalı 

ancaq  bir  ağacın  kölgəsində  bir  müddət  oturan,  sonra  da  oradan  durub 

gedən bir süvariyə bənzər

1631


)» deyə buyurdu

1632


. Peyğəmbər 



 sallallahu 



aleyhi  və  səlləm 

  buyurdu:  «Dünya  möminin  zindanı,  kafirin  isə 



Cənnətidir»

1633


Həqiqi  azad  insan  kimdir.  Dünyanı  əlində  edən,  dünyanı  qəlbinə 

salmayan kimsədir. Nə qədər dünya malı onda olarsa onu əlində saxlayar. 

Dünya  malını  Allaha  itaətdə  xərcləyər.  İmam  Əhməd 



  rahmatullahi 

aleyhi 

  dən  soruşduqda  ki,  insanda  min  dinar  olduğu  halda  zahid  ola 



bilərmi?  O:  «Bəli,  ola  bilər».  O,  kimsə:  «Ey  imam  bu  necə  ola  bilər?» 

deyə soruşdu. O: «Artanda sevinmir, azalanda isə kədərlənmir». Tək olan 

                                                        

1630


 Buxari 4/63, Müslim şərhi 5/816. 

1631


 Tirmizi.  

1632


 Müslim10/82. 

1633


 Müslim 2956. 


 

458 


Allaha ibadət edən insan varlı da ola bilər, şərəflidə ola bilər. Lakin bütün 

bunları  əlində  edər.  Bunların  heç  birini  qəlbinə  salmaz.  Çünkü  bütün 

bunlar  dünyanın  keçici  zövqüdür.  Mömin  kimsə  qəlbini  yalnız  Allaha 

sevgi,  Peyğəmbərinə  itaətlə  doldurur.  Bu  qəlb  parçasını  Allahdan 

qeyrisinə  yönəltmir.  «Bilin  ki,  dünya  həyatı  oyun-oyuncaq,  bər-bəzək, 

bir-birinizin  qarşısında  öyünmək  və  mal-dövlət,  oğul-uşaq  çoxalt-

maqdan  ibarətdir.  Bu  elə  bir  yağışa  bənzəyir  ki,  onun  yetişdirdiyi  bitki 

əkinçilərin  xoşuna  gəlir.  Sonra  o,  quruyar  və  sən  onun  çör-çöpə 

döndüyünü görərsən. Axirətdə isə şiddətli əzab, Allahdan bağılanma və 

razılıq  gözləyir.  Dünya  həyatı  aldanışdan,  yalandan  başqa  bir  şey 

deyildir». (əl-Hədid 20). «Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı 

cins  atlar,  mal-qara  və  əkin  yerləri  kimi  nəfsin  istədiyi  və  arzuladığı 

şeylər  insanlara  gözəl  göstərilmişdir.  Lakin  bütün  bunlar  dünya 

həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır».  (Ali-

İmran 14). «Dünya həyatı isə aldadıcı həzzdən, əyləncədən başqa bir şey 

deyildir».  (Ali  İmran  185).  «Dünyanın  ləzzəti  və  faydası  azdır,  lakin 

müttəqi  üçün  axirət  daha  xeyirlidir».  (ən-Nisa  77).  «



Dünya  malı 



axirət  yanında  yalnız  cüzi  bir  şeydir».  (ət-Tövbə  38).  Peyğəmbər 



 



sallallahu aleyhi və səlləm 

 buyurur: «Ölünü qəbr evinə kimi üç şey təqib 



edər,  lakin  ikisi  geri  dönər.  Biri  isə  onunla  bərabər  qalar.  Ölünü  ailəsi, 

malı və əməli təqib edər. Nəticədə ailəsi və malı geriyə dönər. Əməli isə 

onunla  bərabər  qalar»

1634


.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

 

buyurur:  «Kimin  dərdi  axirət  dərdi  olarsa  Allah  varlığı  onun  qəlbində 



edər. İşlərini  düzüb qoşar, dünya istəmədiyi  halda ona gələr. Əgər kimin 

dərdi dünya dərdi olarsa Allah kasıblığı onun qarşısında edər. Allah onun 

işlərini  dağıdar.  Ona  dünyadan  yazılandan  başqası  verilməz»

1635


Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurur:  «Dünya  axirətə  görə 



birinizin dənizə barmaq batırması kimidir. Baxsın bir barmağına nə qədər 

yaş  yer  var.  Dünya  o  yaşlıq,  axirət  isə  dəniz  kimidir»

1636

.  Sələflər  axirət 



üçün  yaşayardılar  və  axirət  üçün  çalışardılar.  Allah  da  onlara  dünyanı 

istəmədikləri halda verərdi.  

Bütün  bu  qulluqlardan  qurtaran  kimdir.  Tək  olan,  şəriki  olmayan 

Allaha ibadət edənlərdir. Bütün dərdləri toplaşaraq bir dərdi olandan gözəl 

yaşayışı olan ola bilərmi. Onun dərdi bir dənədir. O da Uca və Böyük olan 

Allahın  razılığını  qazanmaqdır.  Həqiqi  azadlıq  da  elə  budur.  Azadlıq 

başqa şeylə ola bilməz. Əgər Allaha qul deyilsə o kimsə heç vaxt azad ola 

                                                        

1634

 Müslim 2960. 



1635

 Tirmizi, əl-Albani səhih. 

1636

 İmam Əhməd «Musnəd», Tirmizi.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə