2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə225/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   221   222   223   224   225   226   227   228   ...   238

 

449 


kimidir. Qumarsız nərd oynayan əlini donuz qanına bulamış kimidir. Nərd 

oynayanın yanında oturub ona baxan donuz ətinə baxmış kimidir»

1588

.  


 

QIZDIRMA XƏSTƏLİYİNİ SÖYMƏK 

Cabir  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu 

aleyhi və səlləm 



 Ummu Saib və ya Ummi Museyyibin yanına daxil oldu 

və:  «Ya  Ummu  Saib  sənə  nə  olub  ki,  titrəyirsən?»  deyə  buyurdu.  O: 

«Allah ona bərəkət verməsin qızdırmadır» dedi. Peyğəmbər: «Qızdırmanı 

söyməyin.  Çünki  o,  körükçü  dəmirin  pasını  apardığı  kimi  Adəm 

oğullarının günahlarını silir» deyə buyurdu

1589

.  


 

QƏNİMƏTDƏN OĞURLAMAQ 

«Əmanətə  xəyanət  edən  şəxs  Qiyamət  günü  xəyanət  etdiyi  şeylə 

(boynuna  yüklənmiş  halda)  gələr».  (Ali  İmran  161).  Əbu  Hureyrə  – 

radıyallahu anhu 

 rəvayət edir ki, bir gün Peyğəbər - səllallahu aleyhi və 



səlləm 

  bizlərə  qənimətdən  oğurluq  etmək  barəsində  danışdı:  Nə  badə 



sizdən  biriniz  Qiyamət  günü  boynunda  böyürən  bir  dəvə  olduğu  halda 

yanıma gəlib: «Ey Allahın Rəsulu! Mənə kömək et!» dediyini eşitməyim. 

Çünkü  mən  də  ona:  «Sənə  heç  bir  köməklik  edə  bilmərəm.  Çünkü  mən 

sənə  xəbərdarlıq  etmişdim»  deyə  buyurdu.  Yenə  sizdən  biriniz  Qiyamət 

günü mənim yanıma boynunda kişnəyən at ilə gəlib: «Ey Allahın Rəsulu! 

Mənə kömək et!» dediyini eşitməyim. Çünkü mən də ona: «Sənə heç bir 

köməklik edə bilmərəm. Çünkü mən səni bu haqda xəbərdarlıq etmişdim» 

deyə  buyurdu

1590

.  Əbu  Hureyrə  –  radıyallahu  anhu 



  rəvayət  edir  ki, 

Xeybər  günü  qənimətdən  bir  paltar  götürən  bir  kimsə  haqqında 

Peyğəmbər - sallallahu aleyhi və səlləm 

  buyurdu:  «Nəfsim  əlində  olan 



Allaha and olsun ki, qənimətdən oğurladığı üçün həmən paltar onun üçün 

bir atəş olacaqdır»

1591

. Ömər - radıyallahu anhu 





 rəvayət edir ki, Xeybər 

günü səhabələrdən bir qrupu Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 in 



yanına  gələrək:  «Filankəs  şəhid  olmuş!  Filankəs  şəhid  olmuş!»  deyə 

söyləməyə başladılar. Peyğəmbər: «Xeyr, mən onu qənimətdən oğurladığı 

bir  əbanın  səbəbilə  atəşdə  olduğunu  gördüm»

1592


.  Abdullah  b.  Amr  

radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və 

səlləm 

 in yük daşıma işinə baxan Kirkirə adında bir kimsə vardı. Adam 



öldü  və  Peyğəmbər:  «O,  Cəhənnəmlikdir»  deyə  buyurdu.  Cəmaat  onun 

                                                        

1588

 Buxari «Ədəbul Mufrad» 1276, əl-Albani zəif hədis.  



1589

 Müslim 2575.  

1590

 Buxari 6/185, Müslim 12/216.  



1591

 Buxari 4234, Müslim 1/108.  

1592

 Şərh Səhih Müslim 2/127.  




 

450 


əşyalarına  baxmağa  başladılar.  Bu  vaxt  onların  arasından  qənimət 

malından oğurladığı əba tapdılar»

1593

.  


 

BEYTUL MALA VƏ ZƏKATA XƏYANƏT ETMƏK 

«Əmanətə  xəyanət  edən  şəxs  Qiyamət  günü  xəyanət  etdiyi  şeylə 

(boynuna yüklənmiş halda) gələr». (Ali İmran 161). Əbu Humeyd əs-Səidi 

-  radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və 

səlləm 

  Əzd  qəbiləsinə  mənsub  İbnul  Lutbiyyə  adında  bir  nəfəri  zəkat 



toplamaq üçün  məmur təyin  edir. Bu adam  da öz  işini bitirdikdən sonra: 

«Bu  mallar  sizindir,  bunlarsa  mənə  hədiyyə  edildi»  dedi.  Bunu  eşidən 

Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 minbərə çıxaraq: «Zəkat yığan 



məmura  nə  olub  ki,  biz  onu  bir  işə  təyin  etdiyimizdə  dərhal:  «Bu  mal 

sizin,  bu  da  mənim»  deyir.  Atasının,  anasının  evində  oturub  gözləsin 

görək  ona  hədiyyə  gəlirdi,  yoxsa  yox?  Nəfsim  əlində  olan  Allaha  and 

olsun  ki,  sizdən  kim  o  maldan  bir  şey  götürsə  Qiyamət  günü  boynunda 

daşıyacaq  vəziyyətdə  gələcəkdir  (götürdüyünü).  Götürdüyü  şey  dəvədisə 

böyürərək,  qoyundursa  mələyərək,  inəkdirsə  böyürərək  boynunda 

gətriləcəkdir» deyə buyurdu

1594


.  

 

TƏQLİDÇİLİK 

Təqlid  sözü  hüccət,  dəlil  olmayan  kimsənin  sözünə  uymaqdır.  Təqlid 

ancaq  şəri  dəlili  bilməməklə  meydana  gəlir.  Çünki  o,  dəlilini  bilmədən 

başqasının sözünə tabe  olur. Tabe  olmaq İslamda bir hüccət və səhih bir 

elmdir.  Çünki  o,  Allahın,  Rəsulunun  və  səhabənin  sözüdür.  Bunlardan 

başqa olanlar isə təqlid deyə adlandırılır.  

Təqlid İki Qismdir:  

1.  Mubah  Olan  Təqlid:  Bu  şəri  hökmlərə  çatmaq  yollarını  bilməyən, 

onları  öyrənməyə  gücü  çatmayan,  o  hökmlərin  dəlillərini  başa  düşmək 

imkanına  sahib  olmayan  avam  üçündür.  Bununla  belə  bir  muftidən  şəri 

dəlili  istəmə  haqqına  da  sahibdir.  Çünki  dinindən  əmin  olmaq  onun  da 

haqqıdır.  

2. Haram Olan Təqlid: Alimlərdən deyil, müəyyən birini, onun bütün 

sözlərində və əməllərində təqlid etmək və haqqı sadəcə onda görməkdir.  

Əhli Sünnə vəl cəmaat imamlarının cumhuru avamın və avamın dəlili 

anlamağa  incələmə  və  araşdırma  aparmağa  gücü  çatmayan  kimsələrin 

əqidə  və  əhkam  məsələlərində  təqlidini  caiz  görür.  Onlar  təqlidin  təkfirə 

mane olan hallardan biri olduğunu ittifaqla qəbul etmişlər. Çünki muqallid 

cahildir, dəlili və ya hüccəti başa düşməz, bəsirət və başa düşməyi yoxdur. 

                                                        

1593

 Buxari 3074.  



1594

 Müslim 12/218.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə