2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə228/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   224   225   226   227   228   229   230   231   ...   238

 

455 


buyurdu»

1621


.  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu: 



«Sizlərdən kimsə qəzəblənərsə əgər o, ayaq üstədirsə əyləşsin. Əgər onun 

qəzəbi keçməzsə, qoy onda uzansın»

1622



 



İNSANIN DÜNYAYA, MALA, ŞƏRƏFƏ, ŞAN VƏ 

ŞÖHRƏTƏ OLAN HƏRİSLİYİ, TAMAHKARLIĞI 

VƏ XƏSİSLİYİ 

İnsanlar dünya və  onun şəhvətlərinə bağlanırlar. Onun arxasınca  gecə 

və  gündüz  gedirlər.  Onlar  dünyanın  şəhvəti  üçün  sevinir  və  onun  üçün 

ağlayırlar. Bəzən də buna görə gecələri də yatmırlar. Dünyada bir şey əldə 

etdikdə  sevinir,  əldə  etmədikdə  isə  kədərlənirlər.  «Kim  (axirətdən  vaz 

keçib) dünya və onun bər-bəzəyini istəyirsə, biz onun əməllərinin əvəzini 

(sağlamlıq,  sərvət,  övlad,  gözəl  yaşayışı)  elə  dünyada  ikən  verərik. 

Onların  dünyadakı  mükafatları  əsla  azaldılmaz.  Belələrinin  axirətdə 

atəşdən  başqa  heç  bir  payı  yoxdur.  Onların  dünyada  gördükləri  işlər 

puç  olar  və  bütün  əməlləri  boşa  çıxar».  (Hud  15-16).  Həqiqətən  insan 

(sərvətə)  çox  həris,  tamahkar  və  kəmhövsələ  yaradılmışdır.  Ona  bir 

pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis 

olar.  Namaz  qılanlar  istisnadır.  O  kəslər  ki,  daim  namaz  qılarlar.  O 

kəslər ki, onların mallarından müəyyən bir pay vardır. Dilənən və  (hər 

şeydən)  məhrum  olan  kimsə  üçün.  O  kəslər  ki,  haqq-hesab  gününü 

təsdiq  edərlər.  O  kəslər  ki,  Rəbbinin  əzabından  qorxub  tirtir  əsərlər. 

Çünki  onların  Rəbbinin  əzabından  arxayın  olmaq  olmaz.  O  kəslər  ki, 

ayıb  yerlərini  qoruyub  saxlayarlar.  Övrətləri  və  cariyələri  istisna 

olmaqla  əsla  qınanmazlar.  Bundan  artığını  istəyənlər  isə  həddi 

aşanlardır.  O  kəslər  ki,  əmanətə  xəyanət  etməz,  verdikləri  sözü  yerinə 

yetirərlər. O kəslər ki, düzgün şəhadət verərlər. O kəslər ki, namazlarını 

(layiqincə)  hifz  edərlər.  Məhz  onlar  Cənnətlərdə  ehtiram  olunacaq. 

Əzizlənəcək kimsələrdir». (əl-Məaric 19-35). Əbu Hureyrə - radıyallahu 

anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



 

buyurdu:  «…Bir  bədənin  qəlbində  tamahla  iman  heç  vaxt  birləşə 

bilməz»


1623

.  Əbu  Səid  əl-Xudri  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki, 



Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 buyurdu:  «İki xislət  vardır  ki, 

onlar  müsəlmanda  cəm  ola  bilməz:  Xəsislik  və  pis  əxlaq»

1624

.  Cabir  



radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

                                                        

1621

 Səhih Buxari 6116. 



1622

 Əl-Albani «Səhihul Cəmi» 694.  

1623

 Buxari «Ədəbul Mufrad» 281. 



1624

 Buxari «Ədəbul Mufrad» 282, əl-Albani zəif hədis.  




 

456 


səlləm 



  buyurdu:  «…Tamahkarlıqdan  çəkinin!  Çünki  o,  sizdən 

əvvəlkiləri  məhv  etmiş  və  onları  (birbirilərinin)  qanlarını  axıtmağa, 

özlərinə  haram  buyurulan  şeyləri  halal  qəbul  etməyə  vadar  etmişdir 

(Başqa  rəvayətdə:  Qohumluq  əlaqələrini  kəsməyə  vadar  etmişdir)»

1625


Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Dinarın  qulu 

bədbəxt  olsun,  dirhəmin  qulu  bədbəxt  olsun.  Pal-paltarın,  zinətin  qulu 

bədbəxt  olsun.  Beləsinə  istədiyi  veriləndə  razı  qalar,  verilməyəndə  isə 

qəzəblənər.  Bədbəxt  olsun  və  başı  aşağı  çevrilsin.  Onun  ayağına  batan 

tikan belə çıxmasın»

1626

. İnsanın malı dünyanı sevməsi və bu işdə dəridən 



qabıqdan çıxması insanın bu şərəfli ömrünü zay etməsidir. Onlar elə zənn 

edirlər ki, xoşbəxtlik yalnız pulun çox olmasındadır. Bölünmüş, yazılmış 

ruzini  tələb  etməkdə  vaxtı  zay  etməkdir.  Ruzi  artıq  bölünmüşdür.  Həris, 

tamahkar insan isə məhrumdur. Sələflər deyillər ki: «Qədər haqdırsa onda 

tamahkarlıq  boş  şeydir.  Əgər  xəyanət  insanın  təbiətində  varsa  onda  hər 

kəsə bel bağlamaq acizlikdir. Əgər ölüm hər kəsi gözləyirsə onda dünyaya 

da  arxalanmaq  axmaqlıqdır».  İnsan  bu  ömründə  uca  dərəcələri  və  əbədi 

nemətləri  qazana  bilərdi.  Lakin  bu  dünya  malını  toplayaraq  bu  dünyada 

qoyub gedir. Hesabı özünə qalır, kefi isə başqalarına. Cabir b. Abdullah 

radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və 

səlləm 

  ilə  birlikdə  Mədinənin  Aliyə  tərəfindən  bazara  daxil  olduq. 



Ölmüş  kiçik  qulaqlı  bir  oğlaq  gördü.  Onun  qulağından  tutaraq  buyurdu: 

«Sizdən  kim  bunu  bir  dirhəm  qarşılığında  almaq  istər?».  Səhabələr: 

«Allaha and  olsun  ki,  o  diri  olsaydı  da belə  onu  heç  kəs almazdı. Çünki 

qüsurlu  oğlaqdır.  Qulaqları  kiçikdir»  dedilər.  Peyğəmbər:  «Allaha  and 

olsun ki, bu sizin üçün nə qədər dəyərsiz olduğu kimi  bu dünya da Allah 

üçün  o  qədər  dəyərsizdir»  deyə  buyurdu

1627

.  Peyğəmbər 





  sallallahu 

aleyhi  və  səlləm 

  buyurdu:  «Dünyanın  axirətdəki  durumu  ancaq  sizdən 



hər  hansı  bir  kimsənin  barmağını  dənizə  salıb  çıxartdıqdan  sonra  nə 

çıxartdığına  baxması  kimidir»

1628

.  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 

  buyurdu:  «Şübhəsiz  ki,  dünyanın  zəval  olması  Allah  üçün 



müsəlman bir kimsənin  öldürülməsindən  daha xəfifdir»

1629


. Peyğəmbər 



 



sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Sizi  sevindirəcək  şeylərin 



müjdəsini  sizə  verirəm  və  bunları  (gələcəkdə  də)  ümüd  edə  bilərsiniz. 

Allaha  and  olsun  ki,  mən  sizin  üçün  fəqirlikdən  qorxmuram.  Lakin  mən 

sizin  üçün  əvvəlkilərə  dünyanın  imkanları  geniş  verildiyi  kimi  sizə  də 

                                                        

1625

 Buxari «Ədəbul Mufrad» 487,488.  



1626

 Buxari 6/61, İbn Məcə 11/216. 

1627

 Müslim şərhi 5/814 (Müslim «Zuhd» 2).  



1628

 «Səhihul Cəmi» 5423.  

1629

 Tirmizi 5/82, əl-Albani «Səhihul Cəmi» 453. 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə