2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə224/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   220   221   222   223   224   225   226   227   ...   238

 

447 


və səbr et. Mən sənin üçün necə də gözəl bir Sələfəm (keçmişəm). Mən də 

ağladım. Mənim ağladığımı görüb ikinci dəfə mənim qulağıma pıçıldadı. 

Ya  Fatimə!  Mömin  qadınların  və  ya  bu  ümmətimin  qadınlarının  seyyidi 

olmasından  razı  deyilsənmi  (Başqa  rəvayətdə:  Yaxınlarımdan  ilk  öncə 

mənə  qovuşan  sən  olacaqsan)»  deyə  buyurdu

1576


.  Sabit,  Ənəs  

radıyallahu  anhu 



  nun  belə  dediyini  söyləyir.  (Bir  gün)  Uşaqlarla 

oynayarkən  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm 



  mənə  yaxınlaşdı. 

Bizə salam verdikdən sonra məni bir iş dalınca göndərdi. Bu səbəbdəndə 

mən  evə,  anamın  yanına  gec  gəldim.  Evə  girdikdə  anam:  «Nə  üçün  gec 

gəldin?» deyə soruşdu. Mən:  «Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm 



 

bir iş üçün göndərmişdi» dedim. Anam: «O, nə iş idi elə?» deyə soruşdu. 

Mən: «Bu bir sirdir». Onda Rəsulullah 



 sallallahu aleyhi və səlləm 



 in 

sirrini heç kimə demə. Ənəs - radıyallahu anhu 



 dedi: «Vallahi əgər mən 

bu sirri bir kəsə deməli olsaydım onu sənə deyərdim ey Sabit»

1577


.  

 

XƏYANƏT 



«Ey  iman  gətirənlər!  Bilə-bilə  Allaha,  Onun  Peyğəmbərinə  və 

aranızdakı əmanətlərə xəyanət etməyin». (əl-Ənfal 27). «Yusuf dedi: Bu 

ona görədir ki, vəzir (evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və 

Allahın  xainlərin  hiylələrinə  yol  vermədiyini  bilsin».  (Yusuf  52). 

«Əmanətə  xəyanət  edən  şəxs  Qiyamət  günü  xəyanət  etdiyi  şeylə 

(boynuna  yüklənmiş  halda)  gələr».  (Ali  İmran  161).  Peyğəmbər 



 



sallallahu aleyhi və səlləm 



 buyurdu: «Əmanətə riayət etməyənin imanı, 

sözündə  durmayanın  da  dini  olmaz»

1578


.  Bureydə  -  radıyallahu  anhu 



 

rəvayət  edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu: 

«Mücahidləri  (Allah  yolunda  vuruşanların)  zövcələrinin  toxunulmazlığı, 

döyüşə  qatılmayanlar  üçün  onların  öz  analarının  toxunulmazlığı  kimidir. 

Döyüşə  qatılmayan  hər  hansı  bir  kimsə  mücahidin  ailəsinə  baxmağı  öz 

üzərinə  götürüb  sonra  da  onlara  xainlik  edərsə  Qiyamət  günü  onu 

mücahidin  qarşısına  gətirərlər.  Mücahid  də  o  kimsənin  yaxşılıqlarından 

dilədiyini  istədiyi  qədər  alar.  Sonra  Peyğəmbər 



  sallallahu  aleyhi  və 



səlləm 



  buyurdu:  «Siz  bu  haqda  nə  fikirləşirsiniz?  (Onun  yaxşılıqlarını 

götürər, yoxsa yox)»

1579


.  

 

                                                        



1576

 Buxari 2623, Müslüm 2450.  

1577

 Müslüm 2482.  



1578

 İmam Əhməd 3/135.  

1579

 Müslim 1897.  




 

448 


NƏRD OYNAMAQ 

Əbu Musa əl-Əşari - radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər 





 

sallallahu aleyhi və səlləm 



 buyurdu: «Kim nərd oynasa Allaha və Onun 

elçisinə  asilik  etmiş  olar»

1580


.  İbn  Məsud  -  radıyallahu  anhu 

  deyir  ki: 



«(İnsanı)  ibadətdən  təmamilə  uzaqlaşdıran,  işarələnmiş  bu  dördkünc 

daşlardan  (nərd  oynamaqdan)  çəkinin.  Çünki  o,  qumardır»

1581

.  Əbu 


Bureydə  atasından  rəvayət  edir  ki,  Peyğəmbər 



  sallallahu  aleyhi  və 



səlləm 



 buyurdu: «Kim nərd oynayarsa sanki əlini donuz ətinə və qanına 

bulamışdır»

1582


. Nəfi deyir ki, İbn Ömər - radıyallahu anhu 

 ailəsində bir 



kimsənin  nərd  oynadığını  gördükdə  onu  vurar  və  nərdi  sındırardı»

1583


Abdullah b. Amr b. əl-As - radıyallahu anhu 

 deyir ki: «İki zərlə qumar 



oynayan  donuz  əti  yeyən  kimidir.  Qumarsız  nərd  oynayan  əlini  donuz 

qanına bulamış kimidir»

1584

. Rəbiyə atasından rəvayət edir ki, İbn Zubeyr 



-  radıyallahu  anhu 

  xütbə  verib  dedi:  «Ey  Məkkə  əhli!  Mənə  gəlib 



xəbərlər çatıbdır ki, Qureyşin bəzi kişiləri bir oyun oynayırlar. Buna nərd 

deyilir. Sonra: «Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər 



də,  fal  oxları  da  şeytan  əməlindən  olan  murdar  bir  şeydir.  Bunlardan 

çəkinin  ki,  bəlkə  nicat  tapasınız».  (əl-Maidə  90)  ayəsini  oxudu.  Mən 

Allaha  and  içirəm  ki,  hansı  bir  adamı  nərd  oynayan  görsəm  onu  mütləq 

cazalandıracaq  və  əldə  etdiyini  onu  tutub  yanıma  gətirən  adama 

verəcəyəm»

1585

.  Fudalə  b.  Ubeyd  toplantılardan  birində  idi.  Bu  vaxt  ona 



bir dəstə adamın nərd oynadıqlarını xəbər verdilər. O, qəzəbli halda ayağa 

qalxıb  bunu  sərt  şəkildə  inkar  etdi.  Sonra  da:  «Qumar  məqsədilə  nərd 

oynayan kimsə donuz əti yeyən, qanı ilə yuyunan adama bənzəyir»

1586


. Əli 

-  radıyallahu  anhu 

  qəsrin  qapısından  çıxıb  nərd  oynayanları  gördüyü 



zaman  onları  tutub  aparar,  gecəyədək  həbs  edərdi.  Onlardan  bəziləri 

günortayadək  həbsdə  qalardılar. Gecəyədək  həbsdə  qalanlar (nərdi) pulla 

oynayanlar  idi.  Günortayadək  həbsdə  qalanlar  isə  bunu  əylənmək 

məqsədilə oynayanlar idi. Əli - radıyallahu anhu 

 onlara salam verməyi 



qadağan  edərdi»

1587


.  Əbu  Hureyrə  -  radıyallahu  anhu 

  nərd  ilə  qumar 



oynayan  haqqında demişdir:  «(Nərd  ilə  qumar oynayan)  donuz əti  yeyən 

                                                        

1580

 Buxari «Ədəbul Mufrad» 1269. 



1581

 Buxari «Ədəbul Mufrad» 1270.  

1582

 Buxari «Ədəbul Mufrad» 1271. 



1583

 Buxari «Ədəbul Mufrad» 1273.  

1584

 Buxari «Ədəbul Mufrad» 1277.  



1585

 Buxari «Ədəbul Mufrad» 1275.  

1586

 Buxari «Ədəbul Mufrad» 1267, əl-Albani zəif hədis.  



1587

 Buxari «Ədəbul Mufrad» 1268, əl-Albani zəif hədis.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə