2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə40/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   36   37   38   39   40   41   42   43   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

KLASSİK ALMAN FƏLSƏFƏSİ 
vaxt etibarı ilə «kapitalizm erasının» ən azı 75 ilini əhatə edir. 
Onun banisi olan Kantın fəaliyyəti Böyük fransız inqilabının hazırlanması və həyata keçməsi
burjua inqilabının ən yüksək nöqtəyə çatdığı dövrə təsadüf edir. Klassik alman fəlsəfəsinin son 
görkəmli nümayəndəsi Feyerbax 1848-1851-ci illər Avropa inqilabının müasiri olmuşdur, bu vaxt 
proletariat müstəqil siyasi qüvvə kimi tarixi səhnəyə çıxmışdır. 75 illik klassik alman fəlsəfəsi -75 
illik Avropa burjuaziyasının və proletariatının təkamülü dövrüdür. Bu dövrdə siyasi hakimiyyətə 
çatan burjuaziyanın inqilabçılığı sönür, müstəqil siyasi qüvvə olan proletariatın isə inqilabçılığı 
yüksəlir. 
«Keniqsberq müdriki» adlanan 
İ.Kantın 
həyatı ilk baxışdan parlaq hadisələrlə zəngin olmamışdır, 
lakin yaradıcı fəlsəfi həyatı dərin və məzmunlu olmuşdur. Kantın ideyalarının formalaşmasını 
ənənəvi olaraq iki dövrə bölürlər: «tənqidəqədərki» və «tənqidi» dövr. Onlar arasındakı sərhəd 80-


49 
ci illərin əvvəllərinə, «Təmiz əqlin tənqidi» (1781) adlı əsərinin çap olunduğu dövrə təsadüf edir. 
Sonrakı əsərlərinin adında da «tənqid» sözü olduğundan bu dövrü «tənqidi» dövr adlandırmaq 
qəbul olunmuşdur. Uşaqlıqdan sağlamlığındakı zəifliyə baxmayaraq ciddi intizam və asketik həyat 
tərzi hesabına uzun ömür yaşamış Kantın həyatı ilə bağlı maraqlı məqamları qeyd etmək lazımdır. 
 
Kantın «tənqidəqədərki» fəlsəfi təkamül dövrü təbii-elmi xarakterili güclü işlərlə qeyd olunur. 
1755-ci ildə filosof «Ən ümumi təbii-tarix və göy nəzəriyyəsi» adlı əsərini tamamlayır.
Kantın təlimində Allahın varlığının sübutunun tənqidi xüsusi yer tutur. Kant dini tənqid etmir
Allahın yoxluğunu sübut etmir və ümumiyyətlə dini neqativ hadisə kimi qəbul etməmişdir. O, 
göstərir ki, Allahın mövcudluğunu sübut etməyin ənənəvi orta əsrlər meyli əsassızdır. Allahın 
mövcudluğunu sübut və inkar etmək olmaz, ona yalnız inanmaq olar və lazımdır. Allaha inam 
əxlaqi baxımdan vacibdir, mədəni adam öz davranışına görə mükafatlanacağını, əxlaqsızlar isə 
cəzalanacaqlarına inanmalıdırlar. 
Yeniləşdirilmiş fəlsəfənin vəzifəsi və eyni zamanda onun əsas strukturunu reformator olduqca sadə 
suallar şəklində qısa və dürüst ifadə edir: 
– «Mən nəyi bilməliyəm?» (suala «Təmiz əqlin tənqidi» əsərində cavab verilir). 
– «Mən nə etməliyəm?» («Praktiki əqlin tənqidi» -Kantın etikası). 
– «Mən nəyə ümid edə bilərəm?» («Yalnız əql çərçivəsində din»). 
Bütün bu əsərlərdə Kant başlıca tələblərdən çıxış edir – hər bir fəlsəfi tədqiqatda tənqidə və ya 
insanın dərketmə qabiliyyətinin və biliyin özünün əhatə edə biləcəyi həddin tənqidi tədqiqinə 
əsaslanmaq lazımdır. 
XIX əsrin birinci yarısında alman idealizminin zirvəsi haqlı olaraq 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə