2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Abbasqulu  ağa Bakıxanov



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə48/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   44   45   46   47   48   49   50   51   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

 Abbasqulu 
ağa Bakıxanov
XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsinin ilk təmsilçisi olmuş, təbiət elmləri, 
tarix, məntiq, filologiya və s. sahələr üzrə əsərlərin müəllifidir.
Bakıxanovun ensiklopedik biliyə malik olması, şəxsi elmi axtarışları, Azərbaycan və Şərq 
mədəniyyəti və fəlsəfəsi ilə yanaşı, rus və Avropa ictimai fikri, fəlsəfi ənənələri ilə tanışlığı onun 
fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Fəlsəfəsinin əsas qayəsini 
maariflənmə yolu ilə kamil şəxsiyyət yetişdirmək, ədalətli cəmiyyət qurmaq təşkil edən 
Bakıxanovun irsində kamilləşmənin iki yolu- sufizmdən gələn mistik (tərki-dünyalıq yolu ilə 
Allaha qovuşmaq) və dünyada mədəni-fəlsəfi inkişafla bağlı zəka, elm-kimi yolları göstərilir. Bu 
yollar Mahmud Şəbüstəri, Yusif Qarabaği və başqalarının irsində də göstərilir-bu iki yol 
A.Bakıxanovun kamilləşmə konsepsiyası üçün təməl olmuşdur. Əsrinin elmi nailiyyətlərindən 
çıxış edən mütəfəkkir mənəvi təkmilləşmədə elmə, elmlə praktikanın bağlılığına və mövcudatın 
rasional dərkinə xüsusi əhəmiyyət verirdi. Bakıxanovun fəlsəfi və etik görüşləri əsasən “Əxlaqi 
kamilləşmə” və “Nəsihət kitabı” əsərlərində daha geniş öz əksini tapmışdır-burada fəlsəfi və etik 
kateqoriyaların tərifi, onların nisbiliyi verilir, mövcudatda səbəbiyyət, inkişaf və 


60 
qanunauyğunluğun problemlərindən danışılır. Bu problemlərin kamilləşən insan tərəfindən həll 
edilməsinin mümkünlüyünü qəbul edən Bakıxanov məhz bu rasional dərk yolu ilə vahid ailə 
saydığı bəşəriyyətin xoşbəxtliyə çatmasına inanırdı. Bakıxanov sufizm təmayüllü dünyagörüşünə 
malik olmuşdur-onun fikrincə, həqiqi xoşbəxtlik mistik kamilləşmə yolu ilə vəhdəti dərketmə və 
fəna yolu ilə İlahi əbədiyyətə qovuşmaqdır. Bakıxanov ictimai görüşlərində kamil insan və təkmil 
cəmiyyət konsepsiyasından çıxış edirdi-o sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını sosial 
bərabərsizlik təşkil edir. 
Azərbaycanda maarifçilik fəlsəfəsinin yüksək mövqedə dayanmasının əsas səbəbkarla
rından olan 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə