2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Məkan və zaman materiyanın varlıq formalarıdır-



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə13/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   9   10   11   12   13   14   15   16   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Məkan və zaman materiyanın varlıq formalarıdır- 
 
Maddi  aləmin  struktur  quruluşunu  ifadə  edən  bütün  bu  son  dərəcə  ümumi  xassələr  – 


 
20 
obyektlərin  müəyyən ölçüsünün olması, başqaları arasında  özünə  yer tutması, digər obyektlərlə 
sərhəddinin olması xassələri – məkanın
 birinci, daha ümumi xarakteri kimi çıxış edir. Bir sözlə, 
məkan  bütün  maddi  obyektlərin  müəyyən  ölçüsünün  olmasını  və  strukturluğunu  ifadə  edən 
kateqoriyadır. Əgər onları gerçəklikdən mücərrədləşdirsək, maddi obyektlərdən ayırsaq onda biz 
məkan haqqında təsəvvür əldə etmiş olarıq. Məkan haqqında baxışlar və insanın ətraf aləmlə fəal 
qarşılıqlı  təsiri  nəticəsində  yaranan  məkan  anlayışı  belə  yaranır,  bu  gedişdə  onun  struktur 
quruluşunun yuxarıda sadalanan son dərəcə ümumi xüsusiyyətləri aşkar olunur. 
Materiya  fərqli,  strukturlu  olduğuna  görə  məkan  anlayışının  mənası  vardır.  Əgər  dünyanın 
mürəkkəb strukturu olmasaydı,  əgər o predmetlərə, bu predmetlər  isə  öz növbəsində  bir-biri  ilə 
bağlı olan elementlərə parçalanmasaydı onda məkan anlayışının mənası olmazdı. 
Zaman anlayışının məzmununu da bu yolla aydınlaşdırmağa cəhd edək. Maddi aləm yalnız 
strukturca parçalanmış obyektlərdən ibarət deyildir. Bu obyektlər hərəkətdə və inkişafdadır, onlar 
müəyyən mərhələlərdə baş verən proseslərdir. Onlarda bir-birini əvəz edən bir çox vəziyyəti, bir 
çox mərhələləri aşkar etmək olar. Bu mərhələlərin bir-birini əvəz etməsi müəyyən təkrarlamalarla 
xarakterizə oluna bilər Bir mərhələ başqa mərhələyə nisəbətən tez və ya gec ola bilər. Proseslərin 
bu cür xüsusiyyəti 
uzunluq anlayışı
 ilə xarakterizə olunur. Müxtəlif uzunluğun müqayisə 
edilməsi 
baş verən proseslərin sürətini, onların ahənginivə tempini
 ifadə edən kəmiyyət ölçüləri üçün əsas 
ola  bilər.  Əgər  bu  xarakteri  proseslərin  özündən  mücərədləşdirsək  və  uzunluq  münasibətinə 
proseslərin bəzi müstəqil  əlamətləri kimi baxsaq onda biz 
zaman
 haqqında təsəvvürü əldə etmiş 
oluruq. Zaman haqqında baxışların və zaman anlayışının mənası dünyanın hərəkətdə və inkişafda 
olması  ilə  bağlıdır;  əgər  materiya  hərəkətdən  kənarda  olsaydı  onda  zaman  anlayışının  mənası 
olmazdı. 
 
Zamanın  hesabatını  aparmaq  üçün  biz  hər  hansı  yalançı  dövretməni,  yəni  bir  sıra  əsas 
xüsusiyyətlərlə təkrarlanan prosesi tapırıq, onu etalon kimi qəbul edirik, onunla qeyri-dövri, daha 
mürəkkəb prosesləri tutuşdururuq. Yerin öz oxu ətrafında fırlanması dövrü prosesi zamanı günə 
bölür. Yerin Günəş ətrafında hərəkəti  illəri ölçür. Prinsipcə daha böyük zaman vahidi  yaratmaq 
olar. Məsələn, qalaktik il – 200 milyon il –kimi böyük aralıq haqqında danışmaq olar, Yer Günəşlə 
birlikdə qalaktikanın mərkəzində fırlanır. Lakin bu cür vahidin olduqca uzun prosesləri nəzərdən 
keçirərkən – Yerdə həyatın yaranmasından bu günə qədər olan inkişafı - mənası olur. Qalaktik il 
vahidi Yerin qalaktikanın nüvəsinə nisbətən mövqeyindən asılı olaraq Yerdə həyatın inkişafının 
müəyyən  vəziyyətini  müəyyənləşdirə  bilər.  Nəzərdən  keçirdiyimiz  hadisələrdə  zamanın 
hesablanmasında biz eyni cür hərəkət edirik: hərəkətin keyfiyyətcə müxtəlif proseslərini müqayisə 
edirik. 
İnsana çox vaxt dərk etmədiyi zamanı intuitiv hiss etməsi xasdır – bunu təcrübə yolu ilə qeydə 
almaq  olar.  Belə  ki,  kosmonavtları  uçuşa  hazırlayarkən,  onlar  surdokameralarda  (xüsusi  təcrid 
olunmuş otaqlarda) təcrübə keçərkən saatsız zamanın müəyyənləşdirilməsi üzrə təcrübə keçirlər. 
Təcrübədə iştirak edənlərin əksəriyyəti saatın (1-3 dəqiqə səhvliklə) və günün (yarım saatdan çox 
olmayan səhvlə) uzunluğunu dəqiq müəyyən etmişlər. 
Zamanın  intuitiv  hiss  edilməsi  nəyə  əsaslanır?  Bizim  orqanizmdə  çoxlu  dövri  proseslər 
mövcuddur,  onlar  saat  funksiyasını  yerinə  yetirirlər.  Sanki  onlarla  xarici  proseslərin  uzunluğu 
ölçülür. Sən demə, bütün orqanizmlərin sanki öz daxilində  bioloji saatları qurulmuşdur, onların 
funksiyasına  müxtəlif  həyat  ahəngi  –  hüceyrə  və  ayrı-ayrı  orqanların  dövrü  olaraq  yaranan  və 
dayanan fəallığı çıxış edir. Məsələn, məlumdur ki, günün müxtəlif vaxtlarında qaraciyər, böyrək, 
ağciyər,  ürək  müxtəlif  fəallıqla  işləyir.  Həkimlər  gecə  saat  2-4  arasında  qara  ciyərin  daha  fəal 
olduğunu  qeyd  edirlər,  bu  vaxt  orqanizm  zəhərli  tullantılardan  təmizlənir,  gecə  saar  4-də 


 
21 
orqanizmin  ahəngi  elədir  ki,  bütün  orqanların  fəallığı  aşağı  enir.  Yeri  gəlmişkən,  bu  xəstə 
orqanizm üçün ən uğursuz saatdır: təsadüfi deyil ki, bu vaxt ölüm hadisələri daha çox qeydə alınır.  
İnsanın beyni də öz fəallığında müəyyən ahəngə malikdir. Alfa-ritm mövcuddur, o beyninin 
fəallığını  xarakterizə  edir  –  bu  da  xüsusi  bioloji  saatdır.  Kibernetikanın  yaradıcısı  olan  Norbert 
Viner belə fərziyyə irəli sürür ki, məhz saatların bu “tıqqıltısı” zamanın intuisiyasının əsasını təşkil 
edir. Zamanın  intuitiv  hiss olunmasında saatların  hansı tipinin  əsas rol oynadığı  hələlik  məlum 
deyildir. Belə  bir  fərziyyə  var ki, ali heyvanlarda və  insanda beyin orqanların işinin ən müxtəlif 
ahəngini vahid mürəkkəb saat mexanizmində birləşdirir.  
Zamanın hiss olunmasını maddələr mübadiləsi ilə əlaqələndirən, bağlayan digər fərziyyə də 
olduqca maraqlıdır. Belə güman olunur ki, əzab çəkməklə bağlı maddələr mübadiləsinin getməsi 
azaldığından bizim daxili bioloji “saat mexanizmimizdə” yavaşıyır. Cavan vaxtı o qoca vaxtına 
nisbətən sürətlə “taqqıldayır”, deməli yaşa dolduqca bizim daxili “saniyələr” sanki uzanır. Onunla 
bütün xarici hadisələr tutuşdurulduğundan xarici zamanın sürətlənməsi hissi yaranır. 
“Bioloji saat”, yəni vaxtaşırı ritmik dövr istənilən orqanizmdə var. O həm heyvanlarda, həm 
də  bitkilərdə  vardır.  Onların  köməyi  ilə  orqanizm  xarici  mühitdə,  onun  ahənginə,  gündüz  və 
gecənin, ilin fəsillərinin dəyişməsinə uyğunlaşır. Zamanın hiss olunması bu uyğunlaşma prosesi 
ilə inkişaf edir. Vacib olan odur ki, bu hissin  əsasında təqribən zaman anlayışının yaranmasının 
əsasında  dayanan  prinsiplər  dayanır  –  bu  hərəkətin  müxtəlif  proseslərinin  müqayisə  edilməsi, 
tutuşdurulmasıdır:  onlardan  biri  etalon  kimi  fəaliyyət  göstərir;  digəri  isə  bu  etalonla  müqayisə 
olunur. 
Məkan  və  zaman  statusunun  və  xassələrinin  anlaşılması  ilə  bağlı  olan  əsas  fəlsəfi 
problemlərdən biri onların 
obyektivliyi,
 yəni bizim şüurumuzdan asılı olmaması problemidir. 
 
Məkan və zaman kateqoriyaları son dərəcə ümumi mücərrədlik kimi çıxış edir – 
materiyanın 
varlıq formalarıdır. 
Forma  məzmunun  daxili  quruluşudur,  əgər  məzmun  kimi  maddi  substrat  çıxış  edirsə,  onda 
məkan  və  zaman  onları  təşkil  edən  forma  olacaqdır.  Bu  formadan  kənarda  materiya  mövcud 
deyildir.  Məkan  və  zamanın  özləri  də  materiyadan  kənar  mövcud  ola  bilməzlər.  Yalnız 
mücərrədlikdə biz onları maddi aləmdən ayıra bilərik.  
Məkan  və  zamanın  həm  də  universal  (ən  ümumi)  və  spesifik  (burada  ən  ümumilik  sual 
altındadır) xassələri vardır. Məkan və zamanın 
universal xassələrinə 
onların bir-biri ilə qırılmaz 
əlaqəsi, materiyanın hərəkətləri ilə əlaqəsi, sonsuzluqları aiddir. Materiyanın varlıq forması kimi 
məkan və zamanın spesifik xassələrinə, məkanın üçölçülü, zamanın isə birölçülü olması, məkanın 
yekcinsiliyi və izotropluğu bütün istiqamətlər və zamanın müxtəlifliyi makrosəviyyədə məkan və 
zamanın fasiləsizliyi aiddir.  
 
 
 
 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə