2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


«Təbiət»   anlayışına  gəldikdə  isə,  oııa  əks  olan  «mədəniyyət»



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə15/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   11   12   13   14   15   16   17   18   ...   108
Fəlsəfə imtahan sualları konspekti

«Təbiət»
  anlayışına  gəldikdə  isə,  oııa  əks  olan 
«mədəniyyət»
 
anlayışıdır.  Mədəniyyət  deyərkən,  insan  tərəfindən  mənimsənilənlər,  düzəldilənlər,  dəyiş-
dirilənlər,  təbiət  deyərkən  isə,  insana  qarşı  dayananlar,  insandan  asılı  olmayaraq,  öz  əsasları  və 
qanunları ilə mövcud olanlar başa düşülür. Mədəniyyət sanki insan tərəfindən yenidən dəyişdirilən 
təbiətdir, bu mənada insan fəaliyyətinə isə, təbiətin, təbii olanı mədəni, süni olana dəyişdirilməsi 
kimi  baxmaq  olar.  Təbiətin  bu  cür  yenidən  dəyişdirilməsinə  dünyada  mövcud  olmağın  insan 
üsulunun  məğzi  daxildir.  İnsan  öz  fəaliyyətində  sanki  özünü  təbiətə  qarşı  qoyur;  lakin  eyni 
zamanda  o  həm  də  «ana  -  təbiətin»  bir  hissəsi  və  ondaıı  törəmədir.  İnsan  təbiətlə  yaşayır.  bu o 
deməkdir  ki,  təbiət  onun  bədənidir,  o  ölməmək  üçün  öz  daimi  ünsiyyət  prosesində  onunla 
olmalıdır.  «İnsanın  fiziki  həyatı  kimi  onun  mənəvi  həyatı  da  təbiətlə  sıx  bağlıdır»  deyimi  o 
deməkdir  ki,  təbiət  özü-özü  ilə  qınlmaz  bağlıdır  və  insan  onun  bir  hissəsidir.  İnsan  üçün  təbiət 
yalnız  onun  mövcudluğunun  təbii  şəraiti,  yaradıcı,  qurucu  fəaliyyəti  üçün  sahə  deyildir.  Bu 
münasibətin əsasında insan və təbiətin münasibətlərinin digər formaları yaranır və inkişaf edir. Bu 
dərketmə  münasibətidir  -  müasir  cəmiyyətdə  ilk  növbədə  təbii  elmlər  (təbiət  haqqında  elmlər) 
formasında həyata keçir; bu həm də təbiətə qiymət vermənin tipləridir - bu xeyir, gözəllik, gəlir və 
buna oxşar anlayışlarla ifadə olunur. Nəhayət, müasir dünyada öz tarixində ilk dəfə olaraq insan 
təbiətin bu və ya digər hissəsini qorumaq üçün cavabdehliyi öz üzərinə götürür - bu sahələr onun 
praktiki fəaliyyət orbitinə daxil olmuşdur və məhsuldar qüvvələrin inkişafı ilə o daha da genişlənir.  

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə