2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə98/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   94   95   96   97   98   99   100   101   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Keyfiyyət və xassə-
Dünya cürbəcürdür, müxtəlifdir. O, insanın qarşısında eyni cür predmetlərin 
yığını kimi deyil, müxtəlif
 xassələri 
olan çoxlu predmetlər, hadisələr, proseslər kimi dayanır. Hər 
bir predmet nə isə bir deyil, bir sıra xassələrə malikdir və buna görə də bir deyil, çoxlu, müxtəlif 
xarakteristikası var.
 
Hadisələr
 əhəmiyyətli
 (çox mühüm, zəruri) və 
əhəmiyyətsiz 
olur. Tutaq ki, işgüzar nöqteyi - 
nəzərdən adamın gözünün rəngi, boyu, onun geyim stili əhəmiyyətli deyil: əhəmiyyətli odur ki, o 
necə  mütəxəssisdir,  onun  peşəkarlığı  yüksəkdir,  yoxsa  aşağıdır.  Bu  və  ya  digər  səbəbə  görə 
əhəmiyyətli  xassəsini  itirən  predmet  sadəcə  olaraq  yeni  vəziyyətə  keçmir,  başqa  predmet  olur. 
Məsələn, qəzaya uğrayan təyyarə maşınlıqdan çıxıb metala çevrilir. 
Predmetlər – bu xassələrin meaxniki yığımı və ya sadəcə cəmi deyil, onların qarşılıqlı əlaqəsi, 
vəhdətidir.  Məhz  ona  görə  də  predmetlərin  dərk olunması  fikrin  güclənməsini–onların  müxtəlif 
təzahürünün  təhlilini  tələb  edir.  Predmetin  xassələrinin  möhkəm  (sabit)  məcmusu  fəlsəfədə 
keyfiyyət  anlayışı
  ilə  ifadə  olunur. Müxtəlif predmetlərin  çoxluğu  isə 
keyfiyyət  müxtəlifliyi 
kimi 
xaraterizə olunur. Xassə predmetlərin bu və ya başqa tərəflərinin, xüsusiyyətlərinin - onların başqa 
predmetlərlə münasibətində özünü - göstərməsi kimi biruzə verir. 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə